"Tarixi yurdlarımızı anım günü"

18:58 / 24.12.2018
Baxılıb: 3632

Qərbi Azərbaycana(Ermənistana) Qayıdış Birliyi Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 23 dekabr tarixində QAQB-nin təşkilatçılığı ilə Xırdalan şəhər Mədəniyyət Mərkəzində, " Tarixi yurdlarımızı anım günü " adlı tədbir keçirildi. Tədbir saat 11-də bir qrup QAQB üzvlərinin və qonaqların iştirakı ilə Fəxri Xiyabanda ümummilli lider, mərhum prezidentimiz Heydər Əliyevin və tanınmış avtomoloq Zərifə xanım Əliyevanın, eyni zamanda azadlıq və müstəqilliyimiz uğurunda aparılan mübarizənin ilk lideri olmuş, mərhum eks prezident Əbülfəz Elçibəyin məzar komplekslərinin ziyarət olunaraq, güllər və əklillər qoyularaq ruhlarına dualar verilməsi ilə başladı. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərimizin də məzarları ziyarət olunandan sonra, tədbir keçirilən məkan gəlinmiş və tədbir Mədəniyyət Mərkəzində rəsmi və bədii iki hissədən olmaqla keçirilmişdir. Uğurlu və möhtəşəm alınan tədbiri vətənpərvər, yurd sevdalı şair Eldar İsmayıl Böyüktürk açaraq tədbir iştirakçılarını və tədbirə qatılmış qonaqları salamladıqdan sonra dövlət himni səsləndirildi.

Eyni zamanda müvəqqəti olaraq silahlı erməni quldur dəstələrinin, erməni millətçilərinin, daşnaklarının işğalı altına düşmüş qəbirləri, tarixi yurdlarımızda qalmış əzizlərimizin və şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra, Ermənistandan yerli azərbaycanlı əhalinin deportasiyalarına və soyqırım aktlarına həsr olunmuş video rolik nümayiş olundu. Video rolikin nümayişindən sonra söz QAQB sədri Rizvan Talıbova verildi. Rizvan Talıbov qonşu dövlətlərdən Cənubi Qafqaza köçürülmüş, gəlmə erməni millətçilərinin son iki yüz il ərzində İrəvan xanlığı ərazilərində Qərbi Azərbaycanda, indiki Ermənistan ərazilərində yaşamış yerli azərbaycanlıların məruz qaldıqları soyqırım və deportasiya aktları haqqında müfəssəl məlumat verərək, ictimai birlik və cəmiyyət olaraq hüquqları kobud şəkildə pozulmuş, zülmə və işgəncələrə məruz qalmış Ermənistan qaçqınlarının hüquqlarının bərpa olunması, Ermənilərin qəsb etdikləri mal-mülklərinə, mənəvi ziyanlarına görə kompensasiya ödənilməsinə nail olunması, müvəqqəti olaraq tərk etmək məcburiyyətində qaldıqları tarixi yurdlarına sahib çıxmaq, tarixi yurdları unutmamaq və zamanı gəlincə,Yurdlara Qayıdış üçün nə işlər görmək lazım olduğu barədə tədbir iştirakçılarına geniş, məlumat verdi. Tarixi yurdlarımıza, Ermənistana qayıdışın yalnız Göyçə, Zəngəzur, Loru-Pəmbək mahallarını əhatə edəcək sərhədlər daxilində Dağlıq Qarabağ ermənilərinə veriləcək statusa bərabər statusda, Qərbi Azərbaycan Muxtar Respublikası yaradılandan sonra mümkün ola biləcəyini xüsusi qeyd etdi. Digər çıxışçılar QAQB sədrinin Regional şöbələr və Regional təmsilçilərlə iş üzrə müavini, Meğri rayonunun Nüvədi kənd sakini, 1-ci qrup Qarabağ müharibəsi veteranı Hacı Qəhrəman Qəhrəmanov çıxışında, ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşilikləri, tarixi faktlarla göstərərək, bu vəhşiliklərə qarşı susqun qalmamağa, haqq səsimizi ölkə və dünya ictimaiyyətinə çatdırmağa və haqqımızı tələb etməyimizin vaxtının çatdığını bildirməyə çağırış etdi! Göyçə mahalından olan ağsaqqal Abbas Mazanov Qərbi Azərbaycanlıları bir olub azərbaycan xalqı ilə birgə Azərbaycan dövlətinin dəstəyi ilə yurdlarımız uğurunda haqqlarımız yolunda aktiv mübarizə aparmağa səslədi. QAQB sədrinin müavini beş ildir ki, Qarabağda qanunsuz olaraq girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qardaşı olan Sahib Musayev çıxışında obyektiv erməni araşdırmaçılarının yazılarına istinad edərək, Şimali Azərbaycan Rusiya imperiyası tərəfindən işğal olunan tarixə qədər, indiki Ermənistan ərazilərində çox az sayda, erməni əhalisinin yaşadıqlarına diqqət çəkərək, həmin tarixdən başlayaraq ermənilərin rusların dəstəyi ilə tarixi torpaqlarımızda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə və soyqırım aktları həyata keçirdiklərini bildirdi. Tədbirə qatılmış Türkiyəli qonaq Osmanlı Diriliş Hərəkatının başqanı Turabi Ergün bəy, Türk və Azərbaycan xalqının qardaş olduğunu və erməni işğalçılarına qarşı da birgə mübarizə aparmağın önəmini qeyd edərək, daim bu mübarizədə dəstək verməyə hazır olduqlarını bildirdi. Digər çıxışçılar QAQB İdarə Heyyətinin üzvü, Dərələyəz mahalından olan Vüqar Abbasov və Dərələyəz vətənpərvərliyin təbliği ictimai birliyinin sədri Kamil Dərələyəzli; əslən İrəvan şəhərindən olan, yazıçı-ssenarist, Qərbi Azərbaycana həsr olunmuş bir çox filmlərin rejissoru Oktay Mirbabayev, şairələr Zöhrə xanım Xəlili və Dürrə Şirin, bu günlərdə ilin tələbəsi seçilmiş, QAQB sədrinin Beynəlxalq təmsilçilər və Beynəlxalq təşkilatlarla iş üzrə müavini Sabir Rüstəmov; Qarabağ qazisi Arif Məhərrəmov və digərləri yurdlarımıza sahib çıxmaq və hüquqlarımızın bərpa olunması uğurunda aktiv mübarizə aparmağa çağırışlar etdilər!!!Tədbirin rəsmi hissəsinin sonunda 23 dekabr tarixinin Qərbi Azərbaycandan, indiki Ermənistandan zorakılıqla qovulmuş,deportasiya və soyqırıma məruz qalmış soydaşlarımızın "Soyqırımı və Tarixi Yurdlarımızın Anım günü" olaraq rəsmiləşdirilməsi və hər il dövlət səviyyəsində qeyd olunması xahişi ilə, Azərbaycan Respublikası prezidenti,İlham Əliyev cənablarına,Milli Məclisin spikeri cənab Oktay Əsədova, o cümlədən  Beynəlxalq təşkilatlara,Minsk qrupunun həmsədri olan ölkələrin başçılarına, ölkə və dünya ictimaiyyətinə ünvanlanmış müraciət oxunaraq qəbul olundu. Tədbirin bədii hissəsində QAQB Ali Məclisinin üzvü, ssenarist və rejissor Vaqif Həbibbəylinin ssenarisi və quruluşunda xalq artisti Şükufə xanımın rəhbərlik etdiyi dram kollektivi ilə birgə hazırladığı səhnəcik ilə, 30 ildir yurdlarımıza olan həsrətimizi təsirli,hüzünlü bir dildə tamaşaçılara çatdırıldı! Tədbirin bədii hissəsi QAQB Ali Məclisinin sədr müavini, sevilən incəsənət xadimi, Zöhrə xanım Xəlilinin rəhbərliyi və aparıcılığı ilə, sevilən aşıqlarımız Rəfiqə Göyçəli, Əli Kəlbəcərli, Familə Göyçəli, əməkdar mədəniyyət işçisi Təbriz Gədəbəyli, aşıq Pəhləvan, Qafan elindən Aydın Rəvanın və digərlərinin, yurd həsrətli şeirlərin və mahnıların ifa edilməsi ilə başa çatdı.


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər