Erməni professordan etiraf:” Nə Qarabağ, nə də Zəngəzur erməni torpağı deyil”

12:00 / 25.12.2018
Baxılıb: 1696


Arsen Saparov BƏƏ-də Şarca Universitetində beynəlxalq əlaqələr bölümündə professordur. Ermənistanda doğulub, London İqtisad Məktəbindən məzun olaraq Beynəlxalq əlaqələrdə PhD dərəcəsi alıb. O, `Qafqazda konfliktdən muxtariyyətə: Sovet İttifaqı və Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağın yaradılması` kitabının müəllifidir. Müsahibəni Emil Sanamyan telefon vasitəsilə alıb.

Emil Sanamyan: Ermənistanda belə bir geniş yayılmış inanc var ki, Sovet Rusiyası liderləri erməni torpaqlarını, xüsusilə Sürməli və Qarsı Türkiyəyə və Naxçıvan və Qarabağı Azərbaycana "veriblər”. Bu inanc tarix elminə əsasən necə əsaslandırıla bilər?

Arsen Saparov: Deyəsən tarixçilərin hamısı eyni sənədə baxır, mən şəxsən bu iddianı təsdiqləyəcək hər-hansı yeni sənəd tapmamışam. Amma Ermənistan tarixçiliyindəki dominant diskurs əzikçilik (victimization) üzərinə qurulduğu üçün hadisələrə də o aspektdən baxırlar. Əzikçilik perspektivi Ermənistana xas bir şey də deyil, regionumuzda geniş yayılmış məfhumdur. Belə yanaşma məsuliyyəti "başqaları”nın üzərinə atmağa hesablanır, yəni deyirlər ki, başqası edib. Bu cür yanaşma məncə hazırki problemlərlə üzləşmək üçün zərərlidir.
Bununla belə, böyük güclərin daim Ermənistanı əzmək istədiyini düşünməkdənsə 1920-1921-ci illərdə [torpaq məsələləri] ilə bağlı alınan qərarların mövcud reallıq nəzərə alınaraq alındığını düşünsək günümüzün konfliktlərinin həllinə bir addım daha yaxınlaşarıq.

Emil Sanamyan: Həqiqətənmi Qarabağın Sovet Azərbaycanının tərkibinə bir muxtariyyət kimi qoşulması tez-tez iddia edildiyi kimi Stalinin qərarı idi?

Arsen Saparov: Araşdırmalarıma əsasən 1921-ci ilin yayındakı həmin həlledici 12 gün ərzində Stalinin belə bir şey etdiyinə və ya dediyinə aid birbaşa sübut yoxdur. Çoxu sadəcə olaraq düşünür ki, Stalin pis adam idi, ona görə də belə bir şeyi etmək tam da onluq iş olardı.

Bolşeviklərin Qarabağı Azərbaycan içində saxlamaq qərarı arxasındakı məntiqi araşdırmışam və belə nəticəyə gəlmişəm ki, qərar sadəcə vəziyyəti əks etdirirdi və erməni kommunistlərin Qarabağda hərhansı bir gücü yox idi. Zəngəzurdakı Daşnak üsyanı yatırılmışdı və Qarabağı Ermənistanın bir hissəsinə çevirmək üçün istifadə olunan yeganə arqument – Daşnakların vəziyyəti Qarabağ Ermənistana verilərsə zəifləyəcəkdi – itmişdi. Etiraf etməliyik ki, Nə Qarabağ, nə də Zəngəzur erməni torpağı deyil.

Emil Sanamyan: Bir başqa sözlə, kommunist erməni liderləri günahlandırmalıyıq?

Arsen Saparov: Yəqin ki, Sovet Ermənistanının ilk rəhbərləri millətçi planlar barədə düşünməkdənsə Daşnakları məğlub etməyə fokuslanmışdılar və (buna əsaslanaraq deyə bilərik ki, Qarabağ haqqında) qərarda bunun da rolu var.

Emil Sanamyan: Qarabağ mübahisəli ərazidən muxtariyyətə necə çevrildi, bu proses necə baş verdi?

Arsen Saparov: Tarixin bu hissəsi – 1921-ci ildən 20lərin sonlarına doğru olan kəsimini daha ətraflı tədqiq etmək istərdim. Amma deyə bilərəm ki, bu dövr – həmçinin 30-cu illərə qədər olan dövr – qeyri-stabil və ağrılı idi amma Sovet mərkəzi höküməti və onun yerli nümayəndələri vəziyyəti stabilləşdirməyi bacardılar. Təbii ki, o dövrdə Qarabağda maraqlar toqquşması yox idi və bu stabilləşməyə kömək etdi.

Emil Sanamyan: Bu dövrdə Sovet Azərbaycanı rəhbərliyində çox dəyişikliklər oldu, onlardan biri də məsələn Qarabağda doğulmuş və 1926-1929-cu illərdə Sovet Azərbaycanını idarə etmiş Levon Mirzoyan idi. 1930-cu illərdən əvvəl Azərbaycana rəhbərlik etmiş etnik ruslar və qeyri-azərbaycanlılar da olub. Azərbaycan rəhbərliyindəki bu multi-etnik təbiətin Qarabağdakı erməni muxtariyyətinə bir təsiri olubmu?

Arsen Saparov: Bu suala cavab verə bilməyim üçün Sovet Azərbaycanı rəhbərliyinin daxili siyasi dinamikası ilə tanış olmalıyam. Amma onu deyim ki, Bakıdakı erməni kommunistləri Qarabağdakı erməni kommunistlərindən şübhələnirdilər, çünki onları beynəlmiləlçilik və inqilabı qorumaqdansa öz xalqı ilə maraqlanan millətçilər kimi görürdülər.

Emil Sanamyan: 1920-ci illərdə Qarabağ muxtariyyətinin rəhbərləri kimlər idi? Onlar qarabağlıydılar?

Arsen Saparov: Əvvəllər 1920-ci ildə Armenak Karakozov və bəzi yerli şəxslər vardı amma yenə deyirəm, Qarabağın həmin dövrü haqqında sanballı tədqiqatlar yox dərəcəsindədir.

Muxtariyyətlərdən söz düşmüşkən, nəzərə almaq lazımdır ki, bunlar Rusiyadakı vətəndaş müharibəsində yaranmış problemlərə həll kimi düşünülmüşdü və ilk dəfə Rusiya Federasiyasındakı Başqırdlara tətbiq olunmuşdu. Sonra bu formulu Rusiya imperiyasını yüzlərlə ittifaq respublikasına parçalamaqdansa yerli millətçilərin könlünü almaq üçün tətbiq etdilər. Bütün hallar üçün "muxtariyyət” sözündən istifadə etsələr də yerinə görə praktikada fərqlənirdi. Məsələn, Abxazların vəziyyəti osetinlərdən və ya Qarabağdakı ermənilərdən daha yaxşı idi.

Emil Sanamyan: Niyə Qarabağa Muxtar Respublika yox Muxtar Vilayət statusu verildi, bu haqda məlumat var sizdə?

Arsen Saparov: Bir daha deyirəm, bu vəziyyəti izah edə biləcək nə Stalin imzalı, nə də başqasının imzaladığı bir sənəd var. Ümumiyyətlə qərarlar sürətli verilməliydi və bu qərarı verən şəxslərin bu haqda düşünməyə vaxtı da yox idi. Muxtariyyət dərəcələrinin alınması məsələsi məncə muxtariyyət bölgələrinin rəhbərlərinin iddialarına əsasən həll olunurdu.
Abxaziya, məsələn, Qafqazın bütün bölgələrindən fərqli olaraq siyasi muxtariyyətini 1860-cı illərəcən qoruyub saxlamışdı. Cənubi Osetiya və Qarabağ ermənilərə gəldikdə isə ruslar bölgəni işğal edəndə nə Osetiya adlı dövlət vardı, nə də Qarabağda bir erməni dövləti.
Ola bilsin sual olunsun ki, bəs məlikliklər? Nəzərə almaq lazımdır ki, rus işğalı dövründə (19-cu əsrin əvvəlləri) bu məlikliklərin müstəqilliyi ya çox azalmışdı ya da Qarabağ xanlığının tərkibinə keçmişdilər.

Həmçinin Rusiya İmperiyası dövründə Abxaziya muxtariyyətini itirəndən sonra Suxumi dairəsi kimi mövcudiyyətinə davam etdi, lakin sonralar Cənubi Osetiya və Dağlıq Qarabağın ərazisini təşkil etmiş ərazilər bir zamanlar Tiflis və Yelizavetpol quberniyalarının bir hissəsi olub.

Emil Sanamyan: DQMV 1920-ci illərdə yaradılanda Şuşa onun tərkibinə daxil edilməmişdi. DQMV sərhədlərinin necə təyin olunması ilə bağlı nə deyə bilərsiniz?

Arsen Saparov: Hazırda işlədiyim xəritələr əsasən rekonstruksiyalardır, çünki o vaxtlar nə xəritələr asan tapılırdı, nə də xəritə hazırlanması üçün qurumlar vardı. Ona görə də sadəcə olaraq kəndlərin siyahısını hazırlayıb o siyahıya əsasən DQMV-ni qurdular. Mənim xəritələrim o siyahılara əsaslanır.

Siyahılar yaşayış məntəqələrinin etnik tərkibinə görə hazırlanırdı və məntiqi olaraq da (1920-ci ilin Mart qırğınından sonra) erməni əhalisi qalmamış Şuşa erməni muxtariyyətinin tərkibinə daxil edilməmişdi. Amma mənə elə gəlir ki, sonradan ermənilərin etirazı ilə Şuşa DQVM tərkibinə daxil edilir.
Həmçinin ola bilsin Azərbaycan rəhbərliyi Qarabağ muxtariyyətini bütöv Qarabağ xanlığı ərazisi qədər genişlətmək istəyirmiş ki, təkcə Dağlıq Qarabağdakı erməni əhalisi yaşayan yerlər yox böyük türk əhalisi yaşayan bölgələri də ehtiva etsin.

Emil Sanamyan: Sizcə Şuşa dura-dura Stepanakertin DQMV paytaxtı olmasında məntiq var idi?

Arsen Saparov: Məncə praktiki səbəblərdən belə olub. Çünki Şuşanın erməni məhəlləsi tamamilə məhv edilmişdi və o zamanlar Xankəndi, sonralar Stepanakert adlanacaq yerdə yeni mərkəz seçmək daha məntiqli idi.

Emil Sanamyan: Xəritəçəkmə haqqında başqa bir sual. Erməni tarixçiliyində belə bir iddia var ki, DQVM əvvəllər Ermənistanla əlaqədə idi amma sonradan Laçın və Kəlbəcərdəki kürd muxtariyyəti bu əlaqəni qopartdı.

Arsen Saparov: Muxtariyyətdəki ilk məntəqələrin siyahısında quru yolla əlaqə nəzərdə tutulmamışdı. Bəzi köhnə Sovet xəritələrində DQMV-nin Ermənistan sərhəddinə toxunması məqamı var. Bu xəritələr yüksək masştablı deyil və demək olmur ki, həqiqətən bu ikisinin arasında quru əlaqəsi olubmu. Mən bu əlaqə haqda ciddi sübut görməmişəm.

Emil Sanamyan: Bunu da nəzərə almaq lazımdır ki, o vaxtlar DQMV və Yerevan arasında birbaşa yol da yox idi.

Arsen Saparov: Qarabağ və Zəngəzuru birləşdirən yol olub amma Zəngəzuru Yerevanla birləşdirən bir yol yox idi. [Bu yol sonradan Sovet dövründə Saralenc keçidində çəkildi]. O dövrdə Yerevanın Zəngəzur və Qarabağla yeganə əlaqəsi Naxçıvan üzərindən və Araz vadisindən idi.

Emil Sanamyan: Naxçıvan demişkən, Naxçıvanın muxtariyyəti barədə də araşdırmanız olub?

Arsen Saparov: Xeyr, açığı Naxçıvan haqda məlumat azdır. Hətta Sovet dövründə belə Naxçıvan tədqiq edilməyib. Ermənistan arxivlərinin də Sovet dövrü Naxçıvanı haqqında təəssüf ki, yox deyiləcək qədər az sənədi var.

Emil Sanamyan: Başladığımız əziklik diskursuna qayıdaq, Qarabağ kimi münaqişələrdə böyük güclərin maraqlarının son qərarı verdiyi inancı hələ də Ermənistanda istər xarici siyasət, istərsə cəmiyyətdə mövcuddur?

Arsen Saparov: Hökümət və ya xarici siyasət barədə nəsə deyə bilmərəm, çox da izləmirəm hadisələri. Amma erməni cəmiyyətində mövcud olan " Hər şeyə böyük güclər qərar verir ” ab-havası hələ də mövcuddur və hər şeyin işləmə prinsipinə yadlaşmağı simvolizə edir. " Böyüklər ” ciddi qərarları verirlər həqiqətən amma digərləri [kiçiklər] də bu qərarlara ciddi ölçüdə təsir edə bilərlər.
Hər şeyin başqa yerdə qərarlaşdırılması anlayışı məncə dəyişməlidir.

Karabakhmedia.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər