Həbs, əsirlik. Bunun necə bir zülm olduğunu yalnız yaşayanlar bilər. Bəziləri talehləri ilə barışar, cəzalarını çəkər. Bəziləri isə barışmaz, mübarizə aparar və qaçar.
Həbsdən, əsirlikdən qaçanlarla bağlı çoxlu filmlər izləmişik. Qarabağ müharibəsi zamanı ermənilərin əlində çoxlu sayda əsirlərimiz olub. Onlardan böyük əksəriyyəti taleyi ilə barışıb. Əsirlərin dəyişdirilməsindən sonra vətənə dönüblər. Bəzilərindən isə hələ də xəbər-ətər yoxdur. Çox az sayda əsirlər isə qaçmağı bacarıblar.
Bu dəfəki yazımızda o az sayda olanlar arasında yer alan Anar Məmmədov, Əhmədov Amil və Yəhyayaev Afinin əsirlikdən qaçışından bəhs edəcək.
Qısa arayış:
Məmmədov Anar Zakir oğlu 1973-cü il iyun ayının 4-də Beyləqan rayon Mil təcrübə savxozunda dünyaya gəlib. Təzəkənd kənd orta məktəbində təhsil alıb. 1992-ci ilin may ayında hərbi xidmətə çağırılıb. O dövrdə Beyləqan qarnizonunda xidmətə başlayıb. 15 gün sonra döyüş bölgəsinə – Xocavənd rayonu Əmralılar, Muğanlı, Kurapatkin istiqamətinə göndərilib.
Anar Məmmədovun döyüş yoluna baxış
Əmralıların düşməndən geri alınmasıda, Şişqaya, Ağ burun istiqamətində edilən hücumda iştirak edib. Bundan əlavə, ermənilərin hücumları zamanı baş vermiş döyüşlərdə xüsusi ilə fərqlənib.
Əsir düşmə Anar Məmmədovun dili ilə
– 1993-cü il sentyabrın 23-də Şvartu dərəsi istiqamətində baş verən döyüşdən 3 gün öncə hündürlükdə mövqe tutmuşduq. Bizə tabor komandiri Akif Həsənov tərəfindən əmr verildi ki, dərədə post quraq. Sentyabr ayının 23-də ermənilər hücum etdi. Ermənilər bizdən sayca çox idilər. Tanklarla, BMP-lərlə üzərimizə gəldilər. Dərədən çıxıb köhnə postlarımıza getmək üçün hərəkət etdik. Ancaq çata bilmədik, ermənilər bizə çatdılar. Orada 6-7 nəfərimizi öldürdülər. Ermənilərin tankı bizim başımızın üzərini aldı. Biz 3 nəfər posta tərəf gəldik. Oradan çıxıb səngərə girə bilsəydik, bəlkə onda müqavimət göstərə bilərdik. Çünki orada da çox əsgərimiz vardı. Ancaq ermənilər bizdən öncə səngərə çataraq UAZ-la əsgərlərimizə tərəf çıxdılar. UAZ-dan düşən bir erməni zabitinin əlində tapança vardı. Bir neçə əsgərimiz orada yaralanmışdı. Bizim yoldaşlardan isə biri yaralanmışdı. Orada T şəklində bir post vardı. Yaralı əsgəri oraya atdıq. Biz əsir götürülüb, aparıldıqdan sonra meyitləri götürmək üçün bizimkilər gələndə həmin yaralı əsgəri diri tapmışdılar. Onun adı Mehman idi. Rizvan adlı bir əsgər yoldaşım vardı. Onunla bir yerdə gizlənmişdik. Erməni zabiti bizim əsgərlər tərəfə qalxanda onu nişan alıb atəş açdım. Əvvəlcə avtomat rejiminə qoyub atəş açdım, güllə dəymədi. Sonra tək-tək atəş açdım, yenə də güllə dəymədi. Erməni zabiti səngərin üzərinə çıxdı. O, əsgərlərimizə “qorxmayın, çıxın” deyirdi. Çıxmayanlardan bir neçəsini güllələdi, yaralıları da tapançadan atəş açaraq öldürdü. Mənim avtomatım atmadı. Açığı, həmin gün avtomatı təmizləməmişdim. Bir maqazin gülləni atmışdım, ikinci maqazini dəyişəndə avtomat işləmədi. Səngərin dibinə çökdük, qumbaranı çıxarıb, hazır əlimdə saxladım. Əgər ermənilər gəlsəydi, çəkib özümlə birlikdə öldürmək fikrim var idi. Ermənilər yaxınlaşaraq qışqırırdılar ki, qorxmayın, sizə heç nə etməyəcəyik. Yanımdakı Rizvan səngərdən çıxdı. O çıxandan sonra mən də çıxmalı oldum. Ancaq qumbaranı çəkdiyim üçün səngərə atdım. Qumbara partladı. Bizə dedilər ki, gəlin, sıraya düzülün. Sıraya keçdik. 11 nəfər əsir idik. Bizi BMP-yə yüklədilər. BMP-nin ekipajı ruslar idi. Səhərə qədər bizi BMP-də gəzdirdilər. Aşağı düşürmədilər. Səhərə yaxın bizi Xocavəndə apardılar. BMP-dən düşürən kimi bizi döydülər. Bizə bəzi suallar verirdilər.
– Nə kimi suallar verirdilər?
– Komandirimizin kim olduğunu, qərargahın harada yerləşdiyini soruşurdular. Açığı cavab verəndə görürdük ki, onlar hər şeyimizi bizdən yaxşı bilirlər. Ad, soyadımızı yazdılar.
– Sonrakı taleyiniz necə oldu?
– Şənbə günü gecə ilə bizi Şuşa türməsinə apardılar. Gecə saat 12-1 arası Şuşa türməsinə çatdıq. Gördük ki, kamerada 40-44 nəfər azərbaycanlı əsirlər var. Türməyə gələndə elə gündə idim ki, hərəkət etməyə halım yox idi. Xocavənddə məni o qədər döymüşdülər ki, 3 gün meyitlərin arasına atmışdılar. 3 gün sonra ayılmışam.
Döyülmə
– O zamankı Xocavənddəki erməni hərbi hissələrindən birinin “Abo” ləqəbli qərargah rəisi var idi, əsirlərdən bir neçəsini aparmışdılar onun həyətində odun yarmağa. “Abo” həm də meyit dəyişmə ilə də məşğul idi. Onun haqqında eşitmişdik. Hətta onun “Niva” markalı maşınını bizim bir əsir uşaq qaçırmışdı. Ermənilərdə əsir olan Füzuli rayonundan bir əsgərdən meyit yeri soruşublar, o da deyib ki, meyitin yerini bilirəm. “Abo”, sürücüsü və o yaralı əsir gəliblər əraziyə. Sürücü ilə “Abo” maşından düşüb, meyitin basdırıldığı yerə gediblər. Sürücü maşının açarını unudub özü ilə götürmədiyi üçün yaralı əsir maşını sürüb qaçmışdı. Mən əsir düşəndən sonra valideynlərim həmin “Niva”nı tapıb pulla almışdılar. “Niva”nı təmir etdirmişdilər ki, bəlkə mənimlə dəyişmək istəyələr. “Abo” o vaxt demişdi ki, “Niva”nı versələr, sizi verəcəm. İlk gün bizə heç nə etmədilər. Çünki dəyişmək məsələsi var idi. Əsir düşməyimizin 3-cü günü bizi düzdülər çölə. Bir erməni əlil var idi. Mənə dedi ki, avtomatı hansı əlinlə atırdınsa, qabağa tut. Əlimi önə açan kimi çəliyi ilə burnuma elə vurdu ki, burnum qırıldı. Sonra da araya salıb döydülər. Şənbə günü yenə çıxardılar bayıra, töküldülər üstümüzə şlankla, məftillə döydülər. Polis şöbəsində komandirləri gəlib çıxdı, bizi onların əlindən aldı. Orada qərar verdilər ki, bizi Şuşa türməsinə aparsınlar.
Şuşa türməsi
– Türməyə çatdıq. Türmədəkilərin hamısı yatmışdı. Şuşaya gətirilənə qədər bizə sudan başqa heç nə verməmişdilər. Füzulidən İlham adlı əsir var idi, bizim əsirləri incidirdi orada. Azərbaycana gəldikdən sonra onu həbs etdilər. İçəri girəndə İlhamla mübahisəm oldu. Siqaret istədim. 1 siqaret verdi, dedi, sabahdan yerdən siqaret kötüyü tapıb çəkərsən. Mən də dedim, əgər elədirsə, heç o siqareti çəkməyəcəm. Türmədə bir neçə əsir yatmamışdı. Goranboydan Bəxtiyar adlı bir əsir var idi. Sonradan 1 il onunla bir yerdə qaldım.
Şuşa türməsində elə bir aclıq var idi ki, deyiləsi deyil. Orada əl açdım Allaha ki, məni öldür, ancaq məni bu səviyyəyə salma. Gecə bizim yeməklərimizi gətirdilər. Adama bir kasa kaşa. Biz yemədik, yeməyi ötürdük 2 nəfər oyaq olan əsirə. 10 nəfərin yeməyini onlar ikisi yedi. Elə yeyirdilər ki, gözümün önünə itin qabdan yal yeməyi gəldi. Vəziyət o dərəcə pis idi. İnsan orada sınır…
Səhər tezdən bizi yenidən çölə çıxardılar. Maşına bir xeyli adamı mindirdilər. Bir xeyli getdikdən sonra 2-3 nəfəri maşından düşürdülər, onda bildik ki, Şuşadan çıxırıq. Bizi də gətirdilər Xankəndinin Həsənabad kəndinə. O kəndin aşağısında istixanalar (parnik) var idi. Bizi istixanalarda işlətməyə başladılar.
İstixanada keçən bir il
– Bizim işlədiyimiz istixana Qarabağda qondarma qurumun keçmiş müdafiə naziri Samvel Babayanın idi. Biz oraya aparılanda hələ istixana tam qurulmamışdı. İstixananın üstünü biz bağladıq. 2 ay istixananın salafanlarını kleyləmişəm. Bir müddət sonra alışmışdıq artıq. Səhərlər gəlirdik istixanada işləyirdik, axşamlar bizim üçün verilmiş yerdə yatırdıq. Bir neçə dəfə Ağdama gəlmişik. Qum, daş, boru daşıyırdıq. Ermənilər Ağdamı bizə sökdürür, cah-cəlalın bizə daşıtdırırdı. Bu da ayrı bir ağrı verirdi bizə…
Ağdama o qədər gəlib-getmişdik ki, bütün yolu bilirdik. Bizim yanımızda Ağdamdan olanlar var idi. Yanımızda Valeh adlı bir oğlan vardı. Yetim idi. Anası rus, atası azərbaycanlı idi. Evlərinə məktub yazırdı, maraqlanan da yox idi. Bir dəfə dedi ki, bezmişəm. Ermənilərdən qumbara oğurlamışdıq. O uşağın da qaçmaq fikri var idi. Birdən çayın kənarında partlayış oldu. Sonra baxdıq ki, Valeh özünü oğurladığımız qumbara ilə partladaraq öldürüb.
Samvel Babayan istixanalara baxmaq üçün tez-tez gəlirdi. Onu öldürmək üçün dəfələrlə əlimizə fürsət düşmüşdü, ancaq sonrasını düşünəndə çəkilmişdim geri. Oraya düşəndən beynimə qaçmaq batmışdı. Bir yandan da nəslimə-kökümə arxayın idim ki, məni burada qoymazlar. Pul, adam tapa bilərlər. Ancaq bu fikirlərlə yanaşı beynimdən qaçmaq çıxmırdı. Hətta elə olub ki, Ağdamdan MAZ markalı yük maşının üstündə gəlirdik. MAZ-ın arxasından sallandım ki, birinci mən düşürəm, gəlin. Uşaqlar nədənsə ürək eləmədilər. Mən də qorxdum. Fikirləşdim, sonra onları öldürəcəklər ki, niyə qaçanda xəbər etmədiniz. Açığı hər kəsə güvənmək də olmurdu. Hiss edirdim ki, 2-3 uşaq var idi, onlarla risk etmək olar.
Bir gün “ Qırmızı Xaç ” gəlmişdi. Onlarla söhbətdən sonra yenidən əraziyə işləməyə gedərkən ayağım büdrədi. Yıxılarkən dəmir ayağımı kəsdi. Ancaq isti-isti ağrını hiss etməmişəm. Birdən gördüm ayağımı qan götürüb. Ayağımı sarıdılar. Səhər tezdən də apardılar xəstəxanaya, ayağıma 6-7 tikiş vurdular. Yeriyə bilmirdim. Mənə otaqda qalmalı olduğumu dedilər. Otaqda qaldığım hər gün 10 il kimi gəldi. Ürəyim partlayırdı. Allaha yalvarmağa başladım ki, ya rəbbim, heç nə istəmirəm, bir dəfə Ağdama gedim, bu dəfə nəyin bahasına olursa olsun qaçacam. 10 gün içəridə yatdım.
Qaçış üçün şans
– Yeriməyə başlayandan sonra noyabr ayının 22-i axşam dedilər ki, Anar, Amil, Afin hazırlaşın. Sabah saat 6-da duracaqsınız, Ağdama gedəcəksiniz. Onlar belə deyəndə Amilə dedim ki, hazırlaş, qaçacağıq. Axşam həyacan bizi bürüdü. Amil “Qırmızı Xaç”ın verdiyi təzə paltarları geyindi. Mən də məktubları, uşaqların ünvanları yazılmış dəftəri götürdüm. Bir də “ Qırmızı Xaç ”ın verdiyi təzə ayaqqabını geyindim. Artıq beynimdə qaçacağıma əmin idim. Həyacandan gözümə yuxu da getmədi. Özümə söz verdim ki, geri qayıtmayacam. Səhərə yaxın durub kartof qızartdım. Saat 6-da gəldilər. Dedilər, Anar, Afin, Amil gəlin. Hamı yatmışdı. Erməninin biri gəlib dedi ki, Anar getməsin. İstixanada salafanın bir hissəsi cırılmışdı. Onu yamamalı idim. Bu işi mən bildiyim üçün məni saxlamaq istəyirdilər. Nəzarətçi dedi ki, o birilər yatıb, onlardan birini yuxudan oyatmaq, yemək yeməsi vaxt aparacaq. Mən də erməniyə dedim ki, gecə saat neçə də olsa, gəlib istixananın salafanını təmir edəcəm. Erməni də dedi ki, gecə saat neçədə də gəlsən, onu sənə düzəltdirəcəm. Hamısı da azərbaycan dilini bilirlər. Samvel Babayan özü də Azərbaycan dilini bilirdi.
Qaçışa gedən yol
Noyabr ayının 23-ü. Göydən Leysan tökülür. Elə bil qaçanların bəxtindəndir. 3 gün durmadan yağış yağıb. 3 azərbaycanlı, bir əli silahlı nəzarətçi, bir də sürücü ilə Ağdama gediş başlayır. Yolda yağışın şiddətlənməyinə görə ermənilər əsirlərin kamazın kabinəsinə oturmalarını istəyirlər və beləcə onlar kabinədə Ağdama doğru gedirlər.
Anar Məmmədov danışır:
– Sürücü Amilə dedi ki, səhər səhərdir. Bir mahnı oxu. Amilin də səsi var idi. Amil də “ Bəlkə bu yerlərə bir də gəlmədik. Duman salamat qal, dağ salamat qal ”, mahnısını oxumağa başladı. Amil bu mahnını oxuyanda sürücü nəzarətçi erməniyə öz dilində dedi ki, mənim bunlardan gözüm su içmir. Erməni dilini artıq yaxşı öyrənmişdim. Ona görə də nə dediklərini başa düşürdüm. Amil o mahnını oxuyanda bizi də gülmək tutdu, çünki bu yerlərdən qaçacağımızı bilirdik.
Səhər 7:10 olardı. Ağdamın Səməd Vurğun küçəsində bir həyətdə dayandıq. “KamAZ”ın arxasına bir lapet də qoşmuşduq. Əvvəlcə “KamAZ”ın içərisindəki boçkalara əhəng doldurub göndərməli idik. Sonra isə “KamAZ”ı və lapedi daşla doldurub qayıdacaqdıq. Plan belə idi. Geriyə qayıdanda isə sürücünün evinə dönəcəkdik. Sürücü 3 butulka araq götürmüşdü. Sürücünün arvadının ad günü idi. “KamAZ”ı yüklədik və yola saldıq. Nəzarətçi ilə biz qaldıq.
Amil lapetdə, Afin quyuda idi, mən də Afinin verdiklərini lapedə ötürürdüm. Ermənini söhbətə tutmuşdum. Həyacan da məni titrədirdi. Açığı, nəzarətçi ermənini gözüm yeyirdi. Bilirdim ki, onu məhv edəcəm. Ancaq sürücü çox cüssəli idi. Fikirləşirdim ki, üçümüz onun öhdəsindən gələrik.
Qaçmaq üçün heç bir plan cızmamışdıq. Nə içəridə imkan olmadı söhbət edək, nə də yolda. Üçünə də demişdim ki, mən sabah gedəcəm. Bilirdim ki, 11 əsirin içərisində bu 3 nəfərdən başqa heç kimdə qaçmaq ürəyi yoxdur. Allah necə edibsə, üçümüz bir yerə düşmüşük. Erməniyə maraqlı söhbət edirəm ki, başını qatım. Heç kimdə yoxdur, yalnız dördümüzük.
Erməniyə yaxınlaşdım. Dedim ki, siqareti yandırmaq üçün alışqan ver. Erməniyə yaxınlaşdıqca daha da həyacan məni bürüdü. O, qalın kürk geyinmişdi. Avtomatı da lüləsi aşağı çiynindən asmışdı. Siqaretimi yandıranda ermənini avtomat qarışıq qucaqladım. O qədər həyacanlı idim ki, nə edəcəyimi bilmirdim. Ancaq həyacandan mənə bir güc gəldi. O erməni mənim üçün bir cücə kimi görsəndi. Onun üzünə başla elə zərbə vurdum ki, dizləri üstə düşdü yerə. Özünə gələ bilmədi. Avtomatı çiynindən çıxardım, havaya 2 güllə atdım ki, görüm avtomat işləyir, yoxsa yox. Çünki əsir düşməmişdən öncə avtomatım təmiz olmadığı üçün atəş açmamışdı. Gördüm avtomat işləyir. Uşaqlar gəldi. Avtomatı verdim uşaqlara. Həyətin sağ tərəfində əl evi kimi yer vardı. Həmin ermənini çəkdim küncə. Ermənini öldürmək fikrimiz yox idi. Dedim ki, mən canımdan bezmişəm. Özümü öldürəcəmsə, səni də öldürəcəm. Səndən bizə bir pislik gəlməyib. Kömək elə, keçək Azərbaycan tərəfə. O tərəfə keçən kimi səni buraxacağıq. Səni öldürüb getmək mənə sərf etmir. Çünki sən ölsən, səninkilər də bizimkiləri öldürəcəklər. Açığı biz gələndə oradakı əsirləri pis vəziyyətə qoyub gəlmişdik. Başqa variantımız da yox idi. Mənim fikrim o idi ki, bu erməni ilə digərlərini dəyişək. Həmin erməninin əlini yanmış məftillə arxadan bağladım. Əlin bərk bağlamışdım. Afin mənə dedi ki, əli göyərib, biraz boşalt. Dedim, ürəyi yumuşaqlıq etmək lazım deyil. Soruşdum ki, əlin incidir? Dedi, hə. Əlini bir qədər boşaltdm. Sən demə əlini boşaldandan sonra məftil qırılıbmış. Erməni əsim-əsim əsir. Amil dedi ki, mən gedirəm işləyəm, qızışam. Yağış yağır, hava da soyuq. Bu məqamda bir də gördük ki, “KamAZ” gəldi. “KamAZ” gələndə 3 dəfə siqnal verdi. Anladım ki, bu paroldur. Avtomat da Afində idi. Biz də bilirik ki, sürücü asanlıqla təslim olan deyil…
Ardı var…
Növbəti yazıda “KamAZ” sürücüsünün zərərsizləşdirməsi, qaçış, qaçış zamanı əsirlərimizin başlarına gələn hadisələr və vətənə qayıdışdan bəhz edəcəyik.
Səxavət Məmməd
www.yenicag.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024