Unudulmaz izlər - Gümrah Ömər

15:10 / 30.12.2018
Baxılıb: 3236

Goyce.az saytı sizə  Yuğ Dövlət Teatrının keçmiş  baş rejissoru,  "Səda" Tədris Teatrının direktoru Gümrah Ömərlə olan müsahibəsini təqdim edir.

Gümrah bəy, sizi şəxsən hardasa 5-6 il olar tanıyıram. Haqqınızda kiçik araşdırma da aparmışam. Vaqif  İbrahimoğlunun yetirmələrindən birisiz. Uzun müddətdir Yuğ teatrında çalışırsız. Və Vaqif  İbrahimoğlunun rejissor yetirməsi tək siz deyilsiniz. Amma Yuğ teatrında rejissor deyəndə, ağlımıza ilk olaraq Gümrah Ömər gəlir. Bu nədən qaynaqlanır?

Mən, Vaqif  İbrahimoğlunun rəsmi olaraq ilk tələbələrindən biriyəm. Tələbəlik dövründən əvvəl aktyor, sonra rejissor kimi fəaliyyətə başlamışam. Və rəhmətlik müəllimimdən sonra  Yuğ teatrında 3 il baş rejissor vəzifəsini həyata keçirmişəm. Yəqin bunla bağlıdır. Buna baxmayaraq Vaqif müəllimin çox istedadlı və kifayət qədər tanınmış rejissor tələbələri var. Bunlar Mikayıl Mikayılov, Günay Səttar, İradə Sayya, Tural Vaqifoğlu, Mirsahib Ağazadə, Şahbaz Rəsul, Ər Toğrul və.s . Yəqin ki, bu adlar sizə tanışdır. Əksəriyyəti teatrlarımızın baş rejissorları olublar və bu gün də fəaliyyətlərini baş rejissor olaraq davam elətdirənlər var.

Qurduğunuz tamaşalardan hansındasa özünüzü aktyor kimi görmək istəmisiz?

Xeyr. Aktyorluq çətin sahədir. Bu peşəyə gərək bütün həyatını həsr edəsən. Mən özümü rejissorluğa həsr etmişəm.  Buna baxmayaraq cəhd  etmək maraqlı olardı. Təbii ki, münasib təklif olsa.

 Deməli, Gümrah Ömər yenidən aktyor ola bilər.

Özümə hər halda belə qadağa qoymamışam. Öz tamaşamda aktyor kimi səhnəyə çıxmağa  heç vaxt  ehtiyac duymamışam. Bilirsiz bizim necə istedadlı və maraqlı, peşəkar aktyorlarımız var. Onlar şükürlər olsun ki, az deyillər. Onlarla işləməyin ayrı bir zövqü var.

Rejissor olmağ oz  seçiminiz olub, və  ya sizi istiqamətləndirən olub?

Təbbi ki, Vaqif  İbrahimoğlu istiqamət verib. Hal-hazırda  bu yolu davam elətdirirəm və peşman da deyiləm. Düşünürəm ki, Ustadımı seçimi mənim üçün ən doğrusudur. Əgər kiçicikdə olsa uğurlarım varsa, buna görə Ustadıma  borcluyam. Ruhu şad olsun.

Eşitdiyimə görə, Vaqif müəllim tələbələrini seçirdi. Necə oldu sizi seçdi?

Deməli, mən şansı gətirənlərdənəm.Vaqif müəllim pedaqoji fəaliyyətini bizim kursla başlayıbdı. Biz, onun ilk tələbələri olmuşuq. Belə demək mümkünsə, bu nə Vaqif müəllimin seçimi olub, nə də bizim. Sadəcə həyat bizi qarşılaşdırıbdır. Biz kursda on bir nəfər olmuşuq, amma beşi sənətdə qalıb. Aramızda kifayyət qədər parlaq istedadlı və bacarıqlı tələbələr var idi. Onlar sənətdə qala bilmədilər. Həyatdır bu. Nə demək olar?

Bəyaq məşqinizə baxdım. Mənə maraqlıdır, hazırladığınız tələbələrin arasında hansını Gümrah Ömərin davamçısı kimi görürsünüz?

Heç birini. Gördükləriniz  aktyor tələbələrdir. Mən çox istəsəm onların yaxşı müəlimləri ola bilərəm. Onlara çağdaş dünyamızda aktyor necə olmalıdır, hansı peşəkar vərdişlərə sahib olmalıdır, hansı düşəncəyə malik olmalıdır kimi kiçik, həmdə vacib məsələləri aşılaya bilsək özümüzü xoşbəxt hesab edərdik. Universitetimizin rəhbərliyinə və Sabah qruplarının rəhbərliyinə təşəkkür edirəm ki, bu gənc istedadlı tələbələrimizlə bizi bir araya gətiriblər. Hal-hazırda bir-birimizdən çox şey öyrənirik. 

Gümrah müəllim qızınız bu il Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakultəsinə qəbul olub. Qızınızı davamçınız kimi görmək istəyərdiniz?

Birinci növbədə biz ayrı-ayrı ixtisaslarla məşquluq. İkincisi, onu deyə bilərəm ki, mən çox şadam ki, qızım Dünya səviyyəli Teatrşünasımız Aydın Talıbzadənin kursunda dərs alır. Aydın Talıbzadə bu gün nadir şəxsiyyətlərdən və  müəllimlərdəndir. Qızım  öz müəlliminə layiq olmağa çalışmalıdır. Bu həm də bir bəxt məsələsidir ki, onun belə bir müəllimi var. Ümid edirəm ki, qızım bunları anlayıb qiymətləndirəcək.

Amma qızınızın rejissor olmasını istəmirdiniz.

Bəli istəmirəm. Ağır və çətin sahədir. Buna baxmayaraq övladlarımıza seçim azadlığı verməliyik. Və eyni zamanda  inam və hörmətlə yanaşmağı bacarmalıyıq.

Övladlarınızdan biri aktyor və ya aktrisa olmaq istəsə necə, etiraz eləmərsiniz?

Qətiyyən. İstedadı varsa, bu işlə peşəkarcasına məşğul ola biləcəksə buyursun. Bizə ancaq məsləhət vermək qalar.

Gümrah bəy, çox maraqlı məşq prosesiniz var. Başqa rejissorların da məşqində olmuşam. Amma sizin məşqiniz mənə fərqli gəldi. Aktyorlarınıza məşq zamanı sərbəstlik verirsiniz. Belə deyək, səhnəni aktyorlarınız qurur. Bir az da təəccübləndim. Özləri də səhnədə hərəkətlərini əvvəlcədən müəyyənləşdirməmişdilər. Siz deyənə qədər elə bildim ki, neçə ayın məşqidir, nəticəsini göstərirlər.

Bu işdəki məqsədimiz bir az ənənədən uzaq olduğu üçün hazırlıq mərhələsinə ehtiyac var. Müasir tələblər bizdən  forma və məzmun anlayışına yeni rakursdan baxmağı tələb edir. Hər-halda istərdik ki, gənc aktyorlarımız səhnədə yaradıcılığla məşğul olmağı bacarsınlar. Özəlliklərini yaradıcılığa tətbiq edə bilsinlər. Öz imkanlarını tanıyıb yaradıcı proses zaman faydalana bilsinlər. Müstəqil yaradıcı aktda iştirak etməyin nə qədər müasir aktyor sənəti üçün vacib olduğunu anlasınlar. Rejissorun və ədəbi əsasın basqısı altında qalmadan, ruhun sərbəst yaradıcılığına gəlib çata bilsinlər. Əlbəttə bunlar arzumuzdur. Buna baxmayaraq mənə elə gəlir ki, biz gənclərlə eyni dildə danışmağı bacarırıq. Bu isə məşqlərimiz də yavaş-yavaş özünü göstərməkdədir.  Mən düşünürəm ki, bu həm əbədi məsələdir, həm də əzəli məsələdir.

İndi çəkilən filmlərin, serialların çoxunu tamaşaçı qəbul eləmir. Baxmayaraq ki, çəkilənlərin arasında qeyri-peşəkarlarla işləməyə məcbur qalan peşəkar aktyorlar da var.  Amma bu gün teatr rejissorları, aktyorları var ki, kino çəkməyə çalışırlar. Bu barədə fikirləriniz maraqlıdır.

Cəhd edirlər. Alınarsa lap yaxşı. Alınmasa dünya dağılmayacaq ki. Bu da bir təcrübə olar. Belə bir deyim var. Cəhd edənə zaval yoxdur. Buyursunlar...

Sonunda teatr rejissoru olmaq istəyən tələbələrə sözünüz...

Bu özünü bəlaya salmaq kimi bir şeydir. Təbii ki, bu işlə peşəkar məşğul olmalarını istəyərdim. Hər bir peşənin  sənətin fundemental əsasları var.  Fundamental əsasları bilmədən yola çıxmaq düzgün olmazdı. Bu işdə nəzəriyyə və təcrübə paralel olmalıdır.  Zaman içində inkişaf təmin olunmalıdır. O inkişaf yolunda şərtlər, texnologiya dəyişir.Yerində və zamanında dəyişikliyə hazır olmalıdırlar. Açıq və çevik düşüncə burada ən vaciblərindəndir.

Bizə arzularınız...

Can sağlığı və uğurlar. Diqqət ayırdığınız üçün təşəkkürlər.

 

Söhbətləşdi: Şəfaqət Cavanşirzadə


Etiket:
Xəbərlər

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024
Bütün xəbərlər