Stalin yəhudilərə niyə nifrət edirdi?

16:40 / 08.01.2019
Baxılıb: 3084

Köhnə bolşeviklərdən biri Nikolay Bulqaninə danışmışdı ki, Stalin antisemitizmi hələ Sibir sürgünündə olandan təbliğ edirdi. 1905-ci ildə Batumi fəhlələri qarşısında çıxışı zamanı Stalin demişdi ki, yəhudilərlə işləmək olmur, çünki onlar qorxaq və alverçidirlər: “Yəhudilərlə nə mübarizə yoldaşı olmaq, nə də yeyib içib şənlənmək mümkün deyildir”. 1913-cü ildə yazdığı “Marksizm və milli məsələ” məqaləsində göstərirdi ki, yəhudilərə avtonomiya vermək düzgün olmazdı. Stalin həmin məqalədə yazırdi ki, yəhudilər özlərinə qapanaraq kasıb kütləyə ziyanlı əməllər planlaşdırırlar. O yəhudilərin özləri üçün xüsusi xəstəxanalar açmasını da pisləyirdi.

Qızı Svetlana Alliluyeva yəhudi Lazar Kaplerə ərə getmək istədiyini bildirəndə Stalini qəzəb götürmüşdü və o belə demişdi: “Onu sionistlər ortalığa dürtüşdürüblər. Özünə rus ər tapa bilmədin?!” Stalin qızına izah etmişdi ki, yəhudi ziyalıları ucdantutma sionizmə yoluxublar və onlar gəncləri də buna sürükləyirlər. Qriqoriy Morozov da yəhudi olduğuna görə yeznə kimi Stalini qane etməmişdi. Stalin qızına demişdi ki, Morozov yəhudi olduğu üçün onun evinə ayaq basmamalıdır. Stalin qızının Morozovdan ayrılmayacağı təqdirdə onu həbs etdirəcəyini bildirmişdi. Svetlana Alliluyeva xatırlayır ki, evdə anası hansısa yəhudini müdafiə edəndə Stalin əsəbləşirdi. Onun sözlərinə görə, Stalin belə deyirdi: “Partiyanın tarixi- yəhudilərlə mübarizə tarixidir”. Oğlu Yakov Cuqaşvili almanlara əsir düşərkən verdiyi ifadədə belə demişdi: “Bildirirəm ki, Rus xalqı yəhudilərə həmişə nifrət etmişdir. Yəhudilər işləmək istəmirlər, onlar qaraçılarla eynidirlər”.

Stalinin yəhudiləri görməyə gözü yox idi. Molotov xatırlayır ki, Stalin yəhudilərin içindən daha çox öz familiyasını rus familiyasına dəyişənlərə pis baxırdı və deyirdi: “Elə bilirsiz onlar rus millətinə xəyanət etməyəcəklər?”. Nikita Xruşşov da Stalini yəhudilərə kəskin nifrəti olan biri kimi xarakterizə edir. Xruşşov xatırlayır ki, Stalin ona partiyanın Moskva təşkilatındakı yəhudiləri cəzalandırmağı əmr vermişdi. Xruşşovun sözlərinə görə, Stalin tapşırmışdı ki, rus cavanlarına dəyənək paylayın və onların azğınlaşmış yəhudi aktivistlərini döyməsini təşkil edin. Katibi Lev Mexlis ona komsomol işçisi Fayviloviçin hökumətin işini tənqid etməsindən şikayətlənərkən Stalin qəzəblənmiş və bildirmişdi: “Bu yaramaz cühud özünü nə yerinə qoyur?!” Stalin 1925-ci ildə partiyanın yəhudi liderləri Trotski, Kamenyev və Zinovyevi dövlət işlərindən uzaqlaşdıranda, o cümlədən onlarla əlaqəli bir çox digər yəhudiləri vəzifədən qovanda Karl Radek belə demişdi: “Moisey yəhudiləri Misirdən qovdu, Stalin isə Politbürodan”. Gebbels 1937-ci ildə gündəliyində yazmışdı: “Stalin yəhudiləri sıxışdırmağa başlayıb. O trotskist adı altında əslində yəhudilərlə mübarizə aparır”.

Leninin ölümündən sonra bacısı Anna Ulyanova partiyanın tapşırığı ilə ailəsinin soykökünü araşdırmışdı. Arxiv sənədlərinə giriş əldə edən bacısı üzə çıxarmışdı ki, Leninin ulu babası Moyşa Blank adlı yəhudi olub. Anna Stalindən bunu mətbuata açıqlamaq barədə icazə istəmişdi və bildirmişdi ki, bu məlumat həm yəhudilərin, həm də Leninin xalq arasında hörmətini qaldırar. Lakin Stalin cavabında sərt şəkildə demişdi ki, bu fakt nə Leninə, nə də yəhudilərə başucalığı gətirməz, əksinə nifrət qazandırar!

1939-cu ildə A.M.Kollontaya verdiyi məşhur müsahibəsində Stalin bildirmişdi: “Dünya hökmranlığına can atan sionistlər hələ də Rusiyaya varvar ölkə və xammal mənbəyi kimi baxırlar. Onlar uğurlarımıza görə bizdən qəddarlıqla qisas alacaqlar. Onlar mənim adımı ləkələyəcəklər. Mənim adıma olmazın cinayətlər yazacaqlar. Dünya sionizmi bütün gücü ilə Sovet İttifaqını məhv etməyə çalışır ki, Rusiya bir də ayağa qalxa bilməsin... Etiraf etməliyik ki, bu sahədə görəcəyimiz hələ çox işlər var”.

Yaxın ətrafı ilə söhbətlərində tez-tez deyirdi ki, rəhbər vəzifələrdə yəhudilərin çoxluğuna son qoymaq üçün ölkədə kifayət qədər mütəxəssisin yetişəcəcəyi günü gözləyir. 23 avqust 1939-cu ildə Moskvada Molotov-Ribbentrop paktı imzalanarkən Stalin Ribbentropa bildirmişdi ki, SSRİ-də kifayət qədər ziyalı kütləsi yetişəndən sonra yəhudilərin hakimiyyət orqanlarındakı zorakılığına birdəfəlik son veriləcəkdir. Araşdırmalar göstərir ki, əgər onu zəhərləməsəydilər, 1952-53-cü illərdə yəhudiləri tam sürgün etməyi planlaşdırmışdı.

Stalinin yaxın köməkçisi Lazar Kaqanoviç özü yəhudi olsa da, yəhudilərə neqativ münasibət bəsləyirdi. Araşdırmaçı Yuri Naqibinin fikrincə, Stalin özünə yəhudi Kaqanoviçi ona görə müavin götürmüşdü ki, bütün dünyaya özünün yəhudilərə qarşı loyallığını göstərsin. “Mən rus adamıyam, məndə zərrə qədər də yəhudilik yoxdur”- Kaqanoviç belə deyirdi. 1988-ci ildə, qoca vaxtında müsahibə verərkən o bildirmişdi: “Yəhudilər həmişə suyu bulandırırlar, ona görə ki onlar yaşadıqları ölkənin ənənələrinə məhəl qoymurlar və daha çox xaricdəki soydaşları ilə əlaqəyə girirlər. Biz bütün sionist təşkilatlarını darmadağın etmişdik, yəhudi burjua millətçiliyini tam aradan götürmüşdük. Amma müharibədən sonra Qızıl Ordu yəhudiləri Hitlerdən xilas edəndə və Sovet hökuməti faciə ilə üzləşmiş yəhudilərə Fələstində dövlət yaratmağa dəstək verəndə, yəhudi burjua millətçiliyi bizim ölkəmizdə yenidən baş qaldırdı. Sionistlərin psixologiya və taktikasını yaxşı bildiyimə görə mən narahatçılıq keçirdim və təhlükə barədə fikirlərimi Stalinlə bölüşdüm”.

Yaxın silahdaşı Nikolay Bulqanin Stalinin antisemitizmini onunla əsaslandırırdı ki, Stalinin şəxsi düşmənləri olan Trotski, Zinovyev, Kamenyev kimi bolşeviklər milliyyətcə yəhudi idilər. Stalinin partiya daxilində yəhudilərdən ibarət böyük bir trotskist qrup ilə üz-üzə qalmışdı. Bulqanin xatırlayır ki, öz yaxın adamları ilə söhbətində Stalin belə deyirdi: “Yəhudilər- amerikan imperializminin beşinci kolonudurlar”. Və yaxud: “Amerikanı yəhudilər idarə edir- Amerikanın antisovet siyasəti də bundan irəli gəlir”. Mərkəzi Komitənin prezidiumunun 1 dekabr 1952-ci il iclasında çıxışı zamanı belə demişdi: “Hər bir millətçi yəhudi- amerikan kəşfiyyatının agentidir. Yəhudi millətçiləri hesab edirlər ki, onların millətini Birləşmiş Ştatlar xilas etmişdir. Onlar özlərini amerikanlara borclu hesab edirlər. Xüsusən yəhudi həkimlər arasında millətçilər çoxdur”.

Stalin dövründə Rusiyada olmuş Polşa yəhudisi Yuri Marqolin bildirir ki, əhalinin yəhudiləri görməyə gözü yox idi. Akademik Lev Landau o dövr barədə yazır ki, əgər yəhudi olmasaydım, daha yüksək vəzifədə işləyə bilərdim. Aleksandr Soljenistın göstərir ki, Stalin dövründə əhalinin böyük hissəsi yəhudilərə nifrət edirdi. O “200 il birgə” araşdırmasında təəccüblənir ki, Sovet hakimiyyətinin ilk illərində antisemitizm tam məhv edilmişdi və onun yenidən hardan baş qaldırdığını anlamaq olmur. Ölkə əhalisinin antisemit əhval-ruhiyyəsi əlbəttə ki Stalinin məqsədyönlü şəkildə qurduğu təbliğat mexanizminin nəticəsi idi. Məhz Stalinin müdaxiləsi nəticəsində antisemitizmi cinayət hesab edən qanun 1922-ci ildə ləğv olunmuşdu. Leninin təşkilatçılığı ilə yaradılmış partiyanın Yəhudi Seksiyasını Stalin 1930-cu ildə qadağan etmiş, aparıcı üzvlərini isə həbsə atdıraraq güllələtdirmişdi.

Əgər inqilaba qədər yalnız xalqın cüzi bir ziyalı hissəsi yəhudi-mason təhlükəsi barədə həyəcan təbili çalırdısa, Stalin maarifləndirməsi sayəsində 1930-cu illərdə artıq geniş xalq kütlələri bu təhlükənin ortaya çıxaracağı kolossal fəsadlar barədə məlumatlıydı. Xalq aydın şəkildə başa düşürdü ki, vətənin başına gələn bəlaların əsl baiskarı kimlərdir. SSRİ-də həyata ayıq gözlə baxan yeni nəsil meydana gəlmişdi. İudeylər üçün heç də xoş olmayan paradoks yaranmışdı: Əgər inqilabdan əvvəl yəhudilərin sıx yaşadıqları rayonlarda, məsələn, Bessarabiyada onlara qarşı nifrət vardısa, indi bütün SSRİ-də bu nifrət müşahidə olunmaqdaydı. Tədqiqatçı V.Uşkuynik yazır: “Bütün etnik qruplar hamılıqla iudeylərə nifrət bəsləyirdilər və lənətləyirdilər. İudeylərə nifrət Sovet xalqlarını kommunizm doktrinasından daha çox birləşdirirdi”. SSRİ ilə qonşu olan sosialist ölkələrində vəziyyət daha acınacaqlı idi: Uşkuynik yazır ki, kommunist hökumətlər xalqın qabağını almasaydılar, Macarıstanda olduğu kimi xalq yəhudiləri linç edərdi.
Amerikan mətbuatının analizində göstərilirdi ki, SSRİ-də antisemitizm yuxarıdan aşağıya yönəlir, yəni siyasi səbəblərə görə hökumətin özü tərəfindən dəstəklənir. Amerikanın “Saterdey İvninq Post” jurnalının 19 noyabr 1965-cı il nömrəsində dərc olunmuş Eli Vizel adlı yəhudinin məqaləsində bildirilirdi ki, Sovet yəhudiləri onlara qarşı dözülməz nifrət ucbatından ölkəni tərk etmək niyyətindədirlər: “İudeylər hökumətə olan nifrətlərinə görə və yaxud dolanışıq ucbatından yox, məhz yaranmış antiiudey atmosferə görə ölkədən köçmək məcbiriyyətindədirlər”.

Qeyd edək ki, Rusiya cəmiyyətində antisemitizm 19-cu əsrin ikinci yarısından etibarən kök atmağa başlamışdı. 20-ci əsrin əvvəllərində isə Çar hökumətinin gizli polisi “Sion müdriklərinin protokolları” adlı sənəd üzə çıxarmışdı ki, həmin protokollarda yəhudilərin maliyyə sistemini və kütləvi informasiya vasitələrinə nəzarəti ələ keçirməklə dünyaya sahib olmaq planları öz əksini tapmışdı. Stalin bu hadisədən xəbərdar idi.

11 noyabr 1938-ci ildə Gestaponun şefi Henrix Müller Moskvaya gələrək, NKVD-nin rəhbəri Lavrenti Beriya ilə “SSRİ və Almaniya arasında qarşılıqlı yardım və birgə fəaliyyət sahəsində əməkdaşlıq barədə gizli general razılaşması” adlı sənəd imzaladı. Həmin razılaşmaya əsasən hər iki ölkə 1 nömrəli ümumi düşmən kimi “özünün beynəlxalq maliyyə sistemi ilə birgə beynəlxalq yəhudilik, iudaizm və yəhudi dünyagörüşü”nü müəyyənləşdirmişdi. Bundan 1 ay 10 gün sonra- 21 dekabr 1938-ci ildə Beriya “5-ci ulu babasına kimi kökündə yəhudi qanı olanların NKVD-də işə götürülməməsi” barədə təlimat verdi. 4 may 1939-cu ildə Stalin yəhudi M.M.Litvinovu xarici işlər komissarı vəzifəsindən çıxardı. Yeni nazir Vyaçeslav Molotov xatırlayır ki, Stalin onu bu vəzifəyə qoyanda demişdi: “Yəhudiləri ordan rədd elə!” Molotov bildirir ki, həmin dövrdə xarici işlər komissarlığında işləyənlərin çoxu yəhudilər idi, işə yeni başlayanda onlar mənə yuxarıdan aşağı baxırdılar və həyata keçirdiyim tədbirləri ələ salıb gülürdülər. Molotov ilk iclasdaca demişdi ki, komissarlıqda yaradılmış “sinaqoqa son vermək niyyətindədir”. Molotov xarici işlər komissarlığında vəzifə tutan yəhudilərin hamısını işdən qovmuşdu. Həmin dövrdən yəhudilərin diplomatik məktəblərə və hərbi akademiyalara qəbuluna qadağa qoyulmuşdu.

1942-ci ilin avqustunda Stalinin tapşırığı ilə partiyanın Təbliğat və Aqitasiya İdarəsi analiz apardı və həyəcan təbili çaldı. Üzə çıxdı ki, ölkədəki vokalistlərin, musiqiçilərin, rejissorların, tənqidçilərin və incəsənət xadimlərinin əksər hissəsi yəhudilərdir. Tərtib olunan siyahılardan aydınlaşırdı ki, “incəsənət məsələləri komitəsində və rus incəsənəti idarələrində rəhbər vəzifələr yəhudilər tərəfindən tutulmuşdur”. Təbliğat və Aqitasiya İdarəsi belə vəziyyəti “pozğunluq” kimi qiymətləndirdi və bildirdi ki, bu “düzgün və möhkəm xəttin olmamasından irəli gəlir”. Analizdə göstərilirdi ki, musiqi tənqidi büsbütün yəhudilərin əlindədir, onlar ancaq öz soydaşlarını qabartmaqla məşğuldurlar, rus musiqiçilərinin uğurları barədə isə susurlar.
İdarə qərara gəldi ki, “teatrlarımızı və musiqi müəssisələrimizi düşdükləri ağır vəziyyətdən çıxarmaq üçün rus kadrlarını irəli çəkmək lazımdır”. 1943-ci ildə ölkənin əsas ədəbi tənqid qəzeti olan “Ədəbiyyat və incəsənət” ilə bağlı vəziyyət araşdırılarkən də məlum oldu ki, qəzetin redaksiya heyəti tamamilə özününkülərə münasibətdə proteksion siyasət yürüdən yəhudilərdən ibarətdir.

Ölkənin teatr, filarmoniya və sirklərində yəhudilərin başqa millətlərə nisbətən çoxluğu faktı dövlət orqanlarında dəhşət doğurdu. Bu müəssisələrin hətta kassirləri belə yəhudilərdən ibarət idi. Xüsusən ideologiya sahəsində qorxunc vəziyyət nəzərə çarpmaqdaydı. Təbliğat və Aqitasiya İdarəsi 1949-cu ilin yazında SSRİ Ali Təhsil Nazirliyi ilə birgə ölkənin ən böyük şəhərlərində 213 ali məktəbin siyasi kafedralarının kadr heyətini yoxladı. Nəticələr göstərdi ki, siyasi fənlərin tədrisində də yəhudi müəllimlər başqa millətlərdən olan müəllimlərlə müqayisədə həddən artıq çoxluq təşkil edirlər. Hətta bir çox təhsil ocaqlarına yəhudi müəllimlər özlərinkindən başqa heç kəsi buraxmamışdılar. Məsələn, iqtisadi profilli təhsil müəssisələrinin əksəriyyəti yəhudilərin monopoliyasında idi. SSRİ Elmlər Akademiyasının 25 avqust 1949-cu il iclasında qeyd olunurdu ki, “İqtisadiyyat İnstitutunun elmi işçiləri arasında rus millətindən olan alimlər zəif təmsil olunmuşlar”. Aparıcı tibbi məktəblərin bir çoxunda ancaq yəhudi müəllimlər işləyirdilər. Moskvanın məşhur Botkin Xəstəxanasını yəhudilər öz “oylaqları” hesab edirdilər. Bu xəstəxanın baş həkimi 18 il ərzində tanınmış sionist B.Şimelioviç olmuşdu ki, 1952-ci ildə Stalinin əmri ilə güllələndi. Leninqrad sakinlərindən biri Mərkəzi Komitəyə ünvanladığı məktubda həyəcan təbili çalaraq yazırdı: “Sankt-Peterburq, Petroqrad, Leninqrad - əzəli rus torpağıdır, hətta rus fəhlələrinin sümükləri üzərində tikilib. Onun əhalisi daim ruslardan ibarət olub. Şəhər təsərrüfatının bütün sahələri həmişə ruslar tərəfindən idarə olunub. Lakin hal-hazırda şəhər təsərrüfatının bir çox sahələrində ruslar üçün dözülməz şərait yaradılıb. Ticarət, yerli sənaye, müxtəlif institutlar, elm, səhiyyə və digər sahələri yəhudilər inamla əllərində cəmləməkdədirlər. Səhiyyə sistemindən ruslar tam sıxışdırılıb çıxardılıb. Səhiyyə orqanlarında rusların işləməsi dözülməz hala gətirilib. Səhiyyənin bütün mərkəzi pozisiyaları yəhudilərin əlindədir, onlar rusları Leninqradın səhiyyə idarəsinə yaxın buraxmırlar”. 1949-cu ilin sentyabrında həkim-psixiatrların Mərkəzi Komitəyə göndərdikləri məktubda isə deyilirdi: “Bu ilin iyun ayında SSRİ Səhiyyə Nazirliyinin Psixiatriya İnstitutunun elmi sessiyası keçirildi. Sessiyada Sovet İttifaqının müxtəlif guşələrindən gəlmiş 300-ə yaxın adam iştirak edirdi. Diqqətimizi çəkən o oldu ki, nevropatologiya və psixiatriya elmlərinə ton verənlərin əksəriyyəti yəhudilərdən ibarətdir...” Sovet hökuməti məktubun materialları əsasında yoxlama keçirdi. Yoxlama göstərdi ki, paytaxtın psixiatriya institut və klinikaları, əsəb-psixiatrik xəstəxanaları rəhbərlərinin, o cümlədən həkim və müəllim heyətinin əksər hissəsi yəhudilərdir.

Yəhudilərin dövlət aparatında, elmdə, mədəniyyətdə, incəsənətdə yüksək konsentrasiyası sionizm üçün münbit şərait yaradırdı və Stalin ideoloqları təhlükənin miqyasını başa düşürdülər. Böyük Vətən Müharibəsindən sonra sionist yəhudilər Yəhudi Antifaşist Komitəsi yaratmışdılar və bu ad altında öz fəaliyyətlərini davam etdirirdilər. Onlar hökumət qarşısında Rusiya ərazisində yəhudi dövlətinin yaradılması məsələsini qaldırmışdılar. 1948-ci ilin mayında Fələstində yəhudi dövləti yarandıqdan sonra Sovet sionistləri daha da vəcdə gəlmişdilər. Onlar Sovet hökumətindən, o cümlədən rus xalqından İsrailə dəstək verməyi tələb edirdilər. Yəhudi Antifaşist Komitəsinin azğınlaşmış üzvləri hətta tələb edirdilər ki, Sovet ordusu Fələstinə daxil olsun və ruslar yəhudilərlə birgə ərəblərə qarşı vuruşsunlar. SSRİ-nin BMT-dəki nümayəndəsi, yəhudi bolşeviki D.Manuilski isə lap irəli gedərək təklif edirdi ki, yəhudilərin Fələstində konfliktdə olduğu 500 min ərəb Orta Asiyaya köçürülsün və Sovet hökuməti ərəblərə burada respublika yaradıb İsraili təhlükədən qurtarsın. Bir müddət sonra Komitəyə daxil olan sionistlər İsrail ordusuna yardım etmək üçün SSRİ ərazisində pul toplamaq, o cümlədən könüllülər göndərmək məsələsini qaldırdılar.

Rusiya dövləti ərazisində yəhudi respublikasının yaradılması niyyətinin özü Rus xalqına qarşı cinayət idi, belə ki Rus xalqının azadlığını və suverenitetini təhdid altına alırdı. Araşdırma göstərdi ki, Krımda yəhudi respublikasının yaradılması ideyası Sovet sionistlərinə okeanın o üzündən- amerikan sionistləri tərəfindən verilmişdi. “Coynt” sionist təşkilatının rəhbəri D.Rozenberq deyirdi: “Krım bizə təkcə yəhudi kimi deyil, həm də amerikanlı kimi maraqlıdır, axı Krım- Qara dəniz, Balkan və Türkiyə deməkdir”. Krımda yəhudi dövləti yaradılmasına nail olacaqları təqdirdə Sovet sionistlərinə amerikan havadarları maliyyə dəstəyi boyun almışdılar. Stalin ideoloqları musiqinin haradan sifariş verildiyini başa düşürdülər və Krımda yaradılacaq yəhudi respublikasını “amerikan plasdarmı” adlandırırdılar. Sovet hökuməti yəhudi respublikası ideyasının Dallesin planına daxil olduğunu və Sovet xalqına qarşı yönəldiyini gözəl anlayırdı.

1948-ci ildə on minlərlə Sovet yəhudisi sinaqoqlara toplaşaraq İsrailin yaranmasını bayram etdilər. 1948-ci il 4 oktyabrda İsrailin SSRİ-dəki ilk səfiri Qolda Meir Moskva sinaqoquna gəldi. Sinaqoqun qabağına 30 min yəhudi yığışdı. Təhlükəsizlik orqanlarını təəccübə salan o oldu ki, bunlar təkcə Moskva yəhudiləri deyildi, çoxu SSRİ-nin müxtəlif ucqar guşələrindən gəlmişdilər. Üzə çıxdı ki, yəhudilərin gizli təşkilatı mövcuddur və onlar qısa bir zamanda, heç bir rəsmi qəzet və radio elanı olmadan on minlərlə adamı bir yerə toplamaq iqtidarına malikdirlər. Meirin görüşünə gələn yəhudilər İsrailə getmək və ərəblərlə “müqəddəs müharibədə” iştirak etmək istəklərini bildirdilər. İlk dəfə olaraq Sovet hökuməti ölkədə dövlətçiliyə qarşı yönəlmiş, Qərb dünyasını dəstəkləyən gizli sionist şəbəkənin fəaliyyət göstərməsindən xəbər tutdu. Hakimiyyət koridorlarında yəhudilərin sürgün edilməsi məsələsi onda gündəmə gəldi.

Araşdırmalar göstərdi ki, zavod və kombinatlarda rəhbər vəzifə tutan, şöbə müdiri işləyən yəhudilərin bir çoxu gizli şəkildə sinaqoqa pul yollayırlar, buradan isə həmin pullar türmələrdə antisovet fəaliyyətə görə yatan yəhudilərə göndərilir. Sionist təşkilatlardan ən böyüyü Moskva Avtomobil Zavodunda (ZİS) fəaliyyət göstərirdi. Burada sionistlər yəhudi müdirlərin kabinetlərində yığışır, keçirilən müzakirələrdə Stalinin uzaq Birobicanda yəhudi avtonomiyası yaratmaq ideyasına qarşı çıxır, yəhudi dövlətinin səfalı Krım yarımadasında yaradılmasını istəyirdilər. Dövlət Təhlükəsizlik Nazirliyinə daxil olan məlumatlardan aydınlaşırdı ki, sionist təşkilatlarında qruplaşan yəhudilər İsrailə lazımi dəstək verilmədiyinə görə Sovet hökumətinə və Rus xalqına düşmən münasibət bəsləyir, ABŞ-a isə İsrailin böyük döstu və dayağı kimi ehtiramla yanaşırlar.

1948-ci ilin payızında Stalin SSRİ-də gizli sionist şəbəkəsinin miqyasını başa düşdü və bir sıra tədbirlər həyata keçirdi. “Soyuq müharibə” şəraitində ruslara nifrət və Amerikaya simpatiya edən yəhudi millətçi təşkilatları Qərbin “beşinci kolonu” rolunu oynayır, Rus dövlətçiliyi üçün böyük təhlükə yaradırdılar. Qərb ilə müharibə başlayacağı təqdirdə onlar Rus xalqına arxadan zərbə endirəcəkdilər. Həmin dövrdə Stalinin əmri ilə Dövlər Təhlükəsizlik Nazirliyi SSRİ-də sionist şəbəkəsini məhv etmək üçün hərəkətə keçdi. 1948-1949-cu illərdə tanınmış yəhudi millətçilərinin həbsinə başlandı. Dövlət Təhlükəsizlik Nazirliyindən Yəhudi Antifaşist Komitəsinin amerikan sionistləri ilə sıx əlaqələri və millətçilik fəaliyyətləri barədə məlumatlar daxil olduqdan sonra Stalin bu komitənin likvidasiyasına tapşırıq verdi. Komitənin sədri Solomon Mixoels Minskdə qastrolda olarkən öldürüldü, tanınmış üzvləri Solomon Lozovski, İtsik Fefer, Solomon Breqman, İosif Yuzefoviç, Boris Şimelioviç, Lev Kvitko, Perets Markiş, David Berqelson, David Qofşteyn, Veniamin Zuskin, Leon Talmi, İlya Vatenberq, Emiliya Teymin, Çayka Vatenberq-Ostrovskaya həbs olundular və güllələndilər. 1948-1952-ci illər ərzində Komitənin işi üzrə 100-dən çox adam tutuldu. Gizli sinaqoqların və sionist qruplarının üzvləri sürgünə göndərildi. Sionist ideologiyası ocaqlarına çevrilmiş yəhudi teatrları bağlandı. Yəhudi millətçi hərəkatının üzvləri işdən qovuldular. 1952-ci ilin noyabr ayında Ukrayna qəzetləri Kiyevdə çoxlu sayda yəhudinin əksinqilabi sabotaj səbəbindən güllələndiklərinə dair məlumatlar yaydı. Sibirdə, Qazaxıstanda və Birobicandakı həbsxanalar və islah-əmək düşərgələri xüsusi olaraq yeni yəhudi məhbuslarının saxlanılması üçün təyinatlandırıldı. Sovet KİV-ləri əhaliyə sionizmin mahiyyətini izah etməyə başladılar. Ölkə miqyasında böyük prosesə start verildi.

1952-ci ilin payızında Çexoslovakiyanın yəhudi rəhbərliyi büsbütün həbs olundu. Heç kimin gözləmədiyi halda Praqada partiyanın baş katibi Rudolf Slanski (əsl familiyası Zalçman) və rəhbər vəzifələrdə işləyən digər yəhudi ağalar tutuldular. Onlar Çexoslovakiyada İsrail dövlətinə kömək mərkəzi yaratmışdılar. Mərkəz ərəblərlə mübarizə aparmaq üçün İsrailə silah göndərilməsini təmin edirdi. Noyabrın 25-ində Çexoslovakiyanın yəhudi rəhbərliyini təcili surətdə mühakimə etdilər və güllələdilər. Həmin prosesi Stalinin yaxın dostu və silahdaşı Klement Qotvald həyata keçirdi. Sovet hökuməti Slanski və komandasını sionizmdə və anti-ərəb siyasətində günahlandırdı. İlk dəfə olaraq SSRİ-də rəsmi şəkildə elan olundu ki, “sionistlər və İsrail hakimiyyəti amerikan imperializminin agentləridir”. SSRİ açıq şəkildə dünya yəhudiliyinə müharibə elan etdi. Sionizm ilə mübarizə ölkənin əsas prioritetinə çevrildi. Stalin sionizmi və kosmopolitizmi Rus dövlətinin əsas daxili düşmənləri kimi səciyyələndirdi.

1951-ci ilin yanvar-fevral aylarında Dövlət Təhlükəsizlik Nazirliyi yəhudi gənclərdən ibarət terrorçi qrupu aşkarladı. Üzə çıxdı ki, 1950-cı ildə Moskvada yəhudi tələbələr tərəfindən “İnqilab İşi Uğrunda Mübarizə Birliyi” adlı təşkilat yaradılmışdır. Təşkilatın üzvləri şəhərdə Stalin devirmək çağırışları ilə bağlı vərəqələr yayır, hökumət rəhbərlərini qətlə yetirmək üçün planlar qururdular. 13 fevral 1952-ci ildə təşkilat üzvlərinə hökm oxundu. Məhkəmənin qərarı ilə təşkilatın rəhbərləri B.Slutski, Y.Qureviç və V.Furman güllələnməyə, 10 üzvü 25 il, 3 üzvü isə 10 müddətinə həbs cəzasına məhkum olundular.

Gizli sionist şəbəkəsi aktivistlərinin həbsinin yeni dalğası yəhudi həkimlərin işi ilə əlaqədar gözlənilirdi. 1948-ci ildə Kreml xəstəxanasının həkim-kardioloqu Lidiya Timaşuk Stalinə məktub yazaraq bildirdi ki, yəhudi həkimlər Sovet dövlət xadimlərini səhv müalicə edirlər və məqsədyönlü şəkildə onların ölümünə səbəb olurlar. Stalinin yaxın silahdaşı Andrey Jdanovun elektrokardioqramması infarkt miokard göstərdiyi halda, həkimlər onu skleroz və hipertoniyadan müalicə etmişdilər. Yanlış diaqnoza görə müalicə alan Jdanov 31 avqust 1948-ci ildə öldü. Jdanov hakimiyyətdəki köhnə yəhudi bolşevikləri və ölkədəki gizli sionist şəbəkəsinə qarşı Stalinin mübarizəsində ona dəstək verən əsas kadrlardan biri idi. Şikayət məktubundan sonra Kreml xəstəxanasının yəhudi həkimləri Timaşuku təqib etməyə başladılar, bir müddət sonra isə işdən qovdular. Lakin dövlət orqanlarının yoxlaması hakimiyyət nümayəndələrinin və yüksək eşelon mənsublarının müalicəsində bir sıra ciddi qüsurlar aşkarladı. Məktubda göstərilənlər öz təsdiqini tapdı. Ziyankar həkimlər qrupu həbs olundu. “Pravda” qəzeti 13 yanvar 1953-cü il tarixli nömrəsində yazırdı: “Dövlət təhlükəsizlik orqanları ziyanverici müalicə yolu ilə Sovet İttifaqının aktiv xadimlərinin ömrünü qısaltmağı qarşısına məqsəd qoymuş həkimlərin terrorçu qrupunu üzə çıxarıblar”. İstintaq göstərdi ki, yəhudi həkimlər xəstələrin obyektiv müayinəsini iqnor edərək qərəzli şəkildə səhv diaqnozlar qoymuş, müalicəni yanlış istiqamətdə aparmış, həqiqi xəstəliyə aid olmayan dərmanlardan istifadə etməklə xəstələri məhvə sürükləşmişlər. Terrorçu həkimlər qrupu bu yolla tanınmış ictimai-siyasi xadimlər Andrey Jdanov və Aleksandr Şerbakovu tələf etmişdilər. Onlar ilk növbədə ölkənin müdafiə qabiliyyətini zəiflətmək məqsədilə aparıcı hərbi kadrları hədəf götürmüş, marşal Aleksandr Vasilevskini, marşal Leonid Qovorovu, marşal İvan Konevi, general Serqey Ştemenkonu, admiral Qordey Levçenkonu və digərlərini sıradan çıxarmağı planlaşdırmışdılar. Həbs olunan yəhudi həkimlər qrupunun xarici kəşfiyyat orqanları ilə əlaqələri müəyyənləşdi, bir çoxları amerikan sionistlərinin “Coynt” beynəlxalq təşkilatı ilə sıx bağlı idilər. Cinayət iş ilə əlaqədar M.Vovsi, V.Vinoqradov, M.Koqan, B.Koqan, O.Yeqorov, A.Feldman, Y.Etinqer, A.Qrinşteyn, Q.Mayorov kimi Moskvanın tanınmış yəhudi həkimləri həbs olundular. Onlar SSRİ səhiyyəsində böyük cinayətkar şəbəkə qurmuşdular. Bir neçə ay ərzində ölkə ərazisində çoxlu sayda yəhudi həkim cinayət məsuliyyətinə cəlb edildi. Şayiələr sayı iki milyondan artıq olan Sovet yəhudiləri üçün böyük təhlükənin yarandığından xəbər verirdi. Ölkədə yəhudilərə həkimliklə məşğul olmağın qadağan ediləcəyi barədə söz-söhbətlər gəzirdi. Maraqlıdır ki, həmin hadisənin ictimailəşməsindən sonra sıravi yəhudilər Stalinə məktub ünvanladılar və “Sovet xalqının ədalətli qəzəbindən xilas olmaq üçün yəhudiləri Moskva və digər şəhərlərdən Birobicana deportasiya etmək” barədə xahiş etdilər. Beləliklə, yəhudilərin sürgün edilməsi məsələsi yenidən gündəmə gəldi. Amma Stalinin 5 mart 1953-cü ildı müəmmalı şəkildə ölməsi prosesi başa çatdırmağa imkan vermədi... Həmin vaxt Moskvada olmuş fransız kommunistləri iddia edirdilər ki, Stalin yəhudiləri Birobicana sürgün edəcəyini qəzəb içərisində bəyan edərkən qəfildən halı pisləşmiş, huşunu itirirək yerə yıxılmış, ətrafındakı yəhudilər onu yatağa uzatmış və üzünə yastıq basaraq boğub öldürmüşlər.

Beləliklə, 5 mart 1953-cü ildə Stalin öldü və bəzi tarixçilərin fikrincə, bu hadisə ikinci xolokostu yarımçıq qoydu...

1946-cı ildə Stalinin Yazıçılar Birliyinin katibliyinə təyin etdiyi dramaturq Leonid Leonov Stalinə məktubunda yazırdı ki, o təmizqanlı rusdur, amma Yazıçılar Birliyindəki yazıçıların əksəriyyəti yəhudilərdir. Yəhudi yazıçılar tənqid adı altında maskalanaraq slavyan mədəniyyətini məsxərəyə götürüb gözdən salmağa çalışırdılar. Qərbin SSRİ-yə qarşı “soyuq müharibəsi” dövründə və İsrail dövləti yarandığı ərəfədə bu cür yanaşma daha da gücləndi. Özünü kosmopolit adlandıran yəhudi yazıçıların bir çoxu gizli sionist şəbəkəsi vasitəsilə bir-birinə bağlanmışdılar. Onlar Qərb dəyərlərini tərənnüm edir, İsrailin ərəb xalqının genosidinə yönəlmiş fəaliyyətini alqışlayır, eyni zamanda rus mədəniyyətini aşağılayırdılar. Öz siyasi demoqogiyaları ilə onlar hər cür ciddi-cəhdlə rus patriotizmini ləkələməyə çalışırdılar. Onlar Dostoyevski kimi vətənpərvər yazıçıları antiyəhudi fikirlərinə görə qaralayırdılar. Ostrovski kimi milli rus dramaturqlarının əsərlərini teatrlardan yığışdırıb xarici pyeslərin tərcümələrini səhnələşdirirdilər. Onlar özlərinin ziyankar fəaliyyətlərini Sovet internasional incəsənəti uğrunda mübarizə, proletariatın hegemoniyası və sosializm realizmi kimi gəlişigözəl cəfəngiyyatlarla bəzəyir, dövlət siyasəti donu geyindirirdilər. Stalinin 1946-cı ildə Yazıçılar Birliyinə sədr təyin etdiyi rus yazıçısı Aleksandr Fadeyev məhz belə ünsürlərlə mübarizəyə başladı.

Araşdırmalar göstərdi ki, Sovet respublikalarının bir çoxunda yəhudi rejissorları amerikan həyat tərzini tərənnüm edən əsərlər səhnələşdirirdilər. Onlar belə bir kontekst yürüdürdülər ki, yəhudi teatrı adi mədəni müəssisə yox, “xüsusi yəhudi işinin” mərkəzi olmalıdır. Onlar səhnələşdirdikləri əsərlərin mətnlərində dəyişiklik edərək yəhudi tamaşaçılar arasında sionist əhval-ruhiyyəsinin qaldırılmasına çalışırdılar. Yəhudi incəsənət xadimlərinin bir çoxu qatı millətçi təbliğat aparmaqla məşğul idilər.

Rus jurnalisti A.Beqiçeva 8 dekabr 1948-ci ildə Stalinə yazdığı məktubda bildirirdi: “İncəsənətdə düşmənlər fəaliyyət göstərir”. O göstərirdi ki, ölkənin əsas aparıcı tənqidçiləri Yuzoski, Matskin, Qurviç, Altman, Boyadjiev, Varşavski, Borşaqovski, Qozenpud, Malyuqin kosmopolit yəhudilərdir. Beqiçeva bildirirdi ki, kosmopolit yəhudilər incəsənətin bütün sahələrinə soxulublar, teatrların ədəbi hissələrini, Ümumrusiya Teatr Cəmiyyətini, Yazıçılar Birliyini ələ keçiriblər və ali məktəblərdə dərs deyirlər. Ölkənin “Pravda”, “İzvestiya”, “Sovet incəsənəti”, “Mədəniyyət və həyat” kimi vacib qəzetlərinə ton verənlər onlar idi. Jurnalistin sözlərinə görə, ədəbiyyata, mədəniyyətə və incəsənətə ağalıq edən “bu həssas qiymətləndiricilər dəhşətli dərəcədə ziyan vururlar və inkişafı tormozlandırırlar”. Sadalanan yəhudi tənqidçiləri aparıcı qəzetlərin ştatlarında oturaraq bir neçə psevdonimlə də dərc olunur və gənc müəlliflərin dərc olunmasına imkan vermirdilər. Qərbin təsir agentləri rolunda çıxış edən bu təndidçilər oxucularda və tamaşaçılarda skeptisizm, inamsızlıq yaradır, Sovet quruluşunun yeni nailiyyətlərindən iyrəndirirdilər. Onlar gənclərdə Qərbə heyranlıq və Sovet quruluşuna nifrət formalaşdırırdılar. Onların əsas məqsədi Sovet mədəniyyətini gözdən salıb Avropa-Amerika baxışlarını cəmiyyətə yeritmək idi. Bu tənqidçilər yəhudi yazıçılarını mədh edərək göylərə qaldırır və cəmiyyətə tanıdır, həqiqi rus sənətkarları barəsində isə susur və əsərləri barədə resenziya yazmırdılar. Beqiçeva göstərirdi ki, onlar millətçi olmaqla yanaşı həm də karyeristdirlər və öz maddi maraqlarını güdürlər.

Məsələnin qəliz tərəfi bu idi ki, yəhudi kosmopoiltlər gizli təşkilat halında bir birinə bağlanmışdılar, onlara qarşı çıxan rus sənətkarlarına mütəşəkkil formada təzyiq göstərirdilər. Onlara qarşı mübarizə olduqca çətin idi. Onlar cəmiyyətin hörmətli şəxslərinə çevrilmişdilər və məsul vəzifələrdə oturmuşdular. Onlara qarşı çıxan rus ziyalılarını yerlərdəki adamları vasitəsilə hədəfə alır, ardıcılları və əlaltılarının əli ilə vururdular. Yəhudi kosmopolit qrupu ilə üz üzə gələn rus sənətkarları dövlətə qarşı çıxmış kimi qələmə verilir və belələrinin ətrafında dözülməz nifrət atmosferi yaradılırdı. Bu yolla bir çox rus yazıçısını məhv edib sıradan çıxarmış, meydanı özününkülər üçün boşaltmışdılar.

1949-cu ildə Stalinin tapşırığı ilə Sovet hökuməti kosmopolitlərlə əsl müharibəyə başladı. Mərkəzi Komitənin məruzəsində qeyd olunurdu ki, “ədəbi tənqid, xüsusən teatr tənqidi sahəsində bərbad vəziyyət yaranmışdır”. Göstərilirdi ki, “Yuzoski, Qurviç, Malyuqin, Altman, Borşaqovski, Boyadjiev və b. ibarət antipatriotik qrup monopoliya vəziyyəti yaradaraq çap orqanlarına, Ümumrusiya Teatr Cəmiyyətinə, Sovet Yazıçıları Birliyi dramaturgiya komissiyasına ton verirlər. Onlar Sovet dramaturgiyasının ən yaxşı əsərlərini, müasirliyin vacib mövzularına həsr olunmuş teatr tamaşalarını diskreditasiya etməklə məşğuldurlar”. Təbliğat və Aqitasiya İdarəsinin Mərkəzi Komitəyə hazırladığı məruzəsində bildirilirdi: “Ümumrusiya Teatr Cəmiyyətində anticəmiyyət əhval-ruhiyyəsinin yaranmasına səbəb olan pozuq, üfunətli və ətalətli vəziyyət formalaşmışdır”. Stalinin əmri ilə Ümumrusiya Teatr Cəmiyyətinin rəhbərliyi yəhudi kosmopolitlərdən təmizəndi və bura rus yazıçıları gətirildi.

23 dekabr 1948-ci ildə “Pravda” qəzetində dərc olunmuş məqaləsində rus yazıçısı Anatoli Sofronov göstərirdi ki, teatr kritikaslnda “formalistlər və soysuz kosmopolitlər” at oynadır. Vətənpərvər rus ziyalıları o dövrdə qeyd edirdilər ki, kosmopolitizmin köklərini ilk növbədə yəhudi millətçliyində axtarmaq lazımdır. Həmin dövrdə Sovet ziyalılarının patriotik hərəkatı əsasən yəhudi zorakılığına və sionist şəbəkəsinə qarşı yönəlmişdi. 1949-1952-ci ildə Stalinin dəstəyi ilə yəhudi kosmopolitlərini mədəniyyət sahəsindən- redaksiyalardan, teatrlardan və yaradıcı təşkilatlardan sıxışdırıb çıxardılar. Oleq Platonovun “20-ci əsrdə rus xalqının tarixi” əsərində göstərdiyi kimi, bundan sonra yəhudi kosmopolitləri üzlərinə rus patriotu maskası taxdılar və konyukturanı dəyişdilər.

İbrahim SEL


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər