Mirzə Cəlil və general Tağıyev

21:50 / 10.01.2019
Baxılıb: 3274

1915-1916-cı illər Birinci Dünya Müharibəsinin qızğın vaxtları idi. 

Tiflisdə Mirzə Cəlilin mühərriri olduğu “Molla Nəsrəddin” jurnalı nəşrini dayandırır. 


1916-cı ilin yanvar ayının 11-də Mircə Cəlil Bakıya, Məmmədəli Sidqiyə məktub yazır. 


Ədib tüğyan edən müharibənin qiymətlərə təsirindən gileylənir. Tiflisdə jurnal nəşr etmək üçün kağız tapa bilmədiyini söyləyir. 


1916-cı ildə Çar Rusiyasında kağız və şəkər istehsal edən fabriklərin əksəriyyəti indiki Polşa ərazisində idi. Almanların həmin əraziləri ələ keçirməsi isə adı çəkilən məhsulların qıtlığını yaratmışdır. 


Mirzə redaksiya üçün kirayə götürdüyü evin qiymətindən və litoqrafiya xərclərinin birə üç bahalaşmasından da bəhs edir. 


Maddi kömək olmadığından jurnalın yenə də müvəqqəti çap olunacağından qorxur. Mirzə Cəlil dostu Əliqulunun müharibə səbəbindən Culfada mülk işləri pozulduğunu və buna görə ondan dəstək gözləməyə ümidi olmadığını bildirir.


Məktubdan aydın olur ki, Mirzə Bakıya gedib orada Əliqulu Nəcəfovla birlikdə “Ölülər” pyesini səhnəyə qoymağı planlaşdırırmış. Tamaşadan yığılan pula isə jurnalın çapı üçün ilkin mənfəət əldə etməyi düşünürmüş. 


1916-cı ilin əvvəllərində cəbhədə məğlubiyyət, daxildə narazılıq və genişlənməkdə olan inqilab dalğaları qarşısında Çar höküməti və saray güruhunun qorxuya düşməsi nəticəsində irtica güclənir.


“Molla Nəsrəddin” jurnalının redaksiyasına jandarmalar gəlir. Kağızları, məktubları, materialları, jurnalın nüsxələrini götürüb aparırlar. Əliqulu Nəcəfovla birlikdə karikaturaçılar Oskar Şmerlinq və Yosif Rotteri Metex qalasına həbsə atılır. 


Beləliklə, Mirzənin Bakıya gəlişi yubanır.


1916-cı ilin aprel ayının 9-da Mirzə Cəlil və Əliqulu Nəcəfov (o, artıq jurnalın pay sahibi idi) Bakıya gəlirlər. Onlar Bakıda kağız almağı və jurnalın nəşrini davam etdirməyi planlaşdırırlar. Mirzə Cəlil və Qəmküsar “İslamiyyə” mehmanxanasının yeddinci otağında yerləşirlər. Bakı qəzetlərinə elan göndərib, jurnalın çap olunması üçün ianə topladıqlarını bildirirlər. 


Lakin Bakının neft milyonçuları jurnal üçün qara qəpik belə qıymırlar. Hansı ki, neftxudalar Bakı qubernatorunun hər həftə keçirdiyi kübar gecələrdə rus canişinləri və onların arvadları üçün həmin dövr üçün inanılmaz məbləğlər xərcləyir, bahalı hədiyyələr alırdılar. 


1916-cı il aprelin 29-da “Nicat” maarif cəmiyyətinin artistləri tərəfindən “Ölülər” pyesinin səhnələşdirildiyi barədə elan çap olunur. Mirzə Cəlil tamaşanı Tağıyev teatrında nümayiş etdirmək istəyir. Tamaşanın məsul müdiri Üzeyir Hacıbəyov olduğu üçün, Mirzə istəyini ona bildirir. Mirzənin özü teatr üçün Tağıyevin yanına gedə bilməzdi. 


Ancaq... Mirzə ilə general arasında on ildən artıq idi ki, ədavət və inciklik vardı!..
Mirzə Cəlil və general Tağıyev arasında soyuqluq “Molla Nəsrəddin” jurnalının 24 mart 1907-ci il tarixli 12-ci sayında çap olunan karikatura səbəbilə yaranmışdı.
Həmin il  çar imperiyasına baş nazir seçilən Stolıpin hökumətdə bir sıra ciddi dəyişikliklər etmişdi. Bu dəyişikliklər sonradan tarixə “Stolıpin islahatları” kimi düşəcəkdi. 

Stolıpin Dumada çıxış edərkən “Rusiyada ağalıq edən din gərək xaçpərəst dini ola” söyləmişdi. Bununla o, Çar imperiyasında onsuz da istibdad acısı çəkən müsəlmanların hüquqlarının tapdalanmasına yeni zəmin yaratmışdı. 


Elə həmin vaxt "İrşad” qəzetinin 5-ci nömrəsində Zəngəzur müsəlmanlarının şikayəti çap olunur. Şikayətçilər mahala camaatı tənbeh etmək üçün gələn yüzə yaxın rus əsgərinin əlindən zara gəldiklərini yazırlar. Onlar kənd camaatından ordu üçün iki at istəyirlər. Lakin adamlar atın birini verib, digəri üçün bir az vaxt tələb edirlər. Rus əsgərlərinin gözləməyə hövsələsi çatmadığı üçün yeddi nəfər müsəlmanı yerindəcə güllələyib öldürür, kəndi isə qarət edərək gedirlər. Bu o vaxt idi ki, “İrşad” qəzetinin baş mühərriri Əhməd bəy Ağaoğluydu. Qəzetin ən məhsuldar yazarı isə Üzeyir Hacıbəyli idi. Əhməd bəyin general Tağıyevlə yaxşı əlaqəsi vardı. Elə Üzeyir bəy Hacıbəyovun da generalla münasibəti pis deyildi. Odur ki, Tağıyev qəzetə himəyadarlıq edir, maddi yardım göstərirdi. 


Baş verən bütün bu olayların fonunda Mirzə Cəlil jurnalının 12-ci nömrəsində general Tağıyeva karikatura həsr edir. Şəkildə Tağıyev həmişəki qiyafəsində, çiyinlərində qızılı general epoletləri, sinəsində və boynunda isə İmperator çar ikinci Nikolayn profili olan medallar və bir neçə səkkiz güşəli nişan təsvir olunmuşdu. Nikolayın profilləri olan medalları Çar imperiyası iki cür buraxmışdı. Boyundan asılan medalların ölçüsü iri olurdu. Onlar xalis qızıldan düzəldilirdi. Ölçüsü kiçik medallar isə gümüşdən hazırlanır və yalnız sinəyə sancılırdı. Onlar adətən tacirlərə, aktyorlara və saray əhlinə təqdim edilirdi. Ümumiyyətlə isə medallar İmperator sarayının qulluğunda canı-dildən dayananlara verilirdi. 


Səkkiz və altı güşəli nişanları isə Tağıyevə Buxara əmiri bağışlamışdı. O, bu nişanları Çar həzrətlərinə sadiq əyanlara və İmperiyanın yüksəlişi naminə çalışanlara hədiyyə edirdi. 


Qayıdaq “Molla Nəsrəddin”dəki məlum karikaturaya.

Burada Tağıyev medallarla bəzədilmiş qiyafəsində teleqraf qarşısında əyləşib. General teleqrafla Vorontsov-Daşkova – o vaxtki Qafqaz canişininə məlumat göndərir. Bu həmin  Vorontsov-Daşkov idi ki, onun erməni əsilli arvadı Liza Kinikor (Yelizaveta Qriqoryevna) Qafqazda müsəlmanlara gün verib, işıq vermirdi.

Məlumatda deyilirdi: “Mən cəmi müsəlmanlar tərəfindən canişin həzrətlərinə ərz edirəm ki, biz müsəlmanlar canımızı və malımızı hökümət yolunda fəda etməyə hazırıq. General Tağıyev”. Karikaturanı Şmerlinq çəkmişdi.  


Bu karikatura Tağıyevi və onu sevənləri möhkəm hiddətləndirir. Həmin vaxt Tağıyev təkcə varlı, imkanlı neftxuda deyildi. O, həm də yerli Bakı burjuaziyası arasında böyük nüfuza və çəkilyə malik insan idi. Mesenat, əliaçıq adam olmaqdan savayı, həm də çox höcət, sözlərində kobud və kinli birisi kimi tanınırdı. Tağıyevin sərt xasiyyəti və kobud davranışı onun Nərimanovla, Ərəblinski ilə, Lütfəli bəy Behbudovla arasında olan söhbətlərdə də sezilir.

Mirzəyə qulaqburması vermək üçün o, Tiflisə iki nəfər silahlı adam göndərir. Xoşbəxtlikdən Mirzənin dostları erkən duyuq düşürlər və mühərriri bu məsələdən agah edirlər. Mirzə məcbur qalıb Tiflisdəki müsəlman məhəlləsindən köçür erməni məhəlləsinə və burada iki aya qədər gizlənir. Generalın Bakıdan göndərdiyi silahlı qoçuları isə rus jandarmeriyası tutub basır zindana. 
Lakin ölüm xofu Mirzədən bərk yapışır. Ona görə də özünə brauninq markalı tapança alır və bir müddət həmin silahı yanında gəzdirir. 


Qayıdaq tamaşaya... 


Məlum hadisənin üstündən on il vaxt keçməsinə baxmayaraq Mirzə ilə general arasında olan ədavət buzu əriməmişdi. Odur ki, Tağıyevin yanına tamaşanın məsul müdiri Üzeyir bəy yollanır. Tağıyev çox çək-çevir edir, heç çür razılaşmaq istəmir. 
Lakin Üzeyir bəy sonda generalı bu fikrə razı sala bilir.

Ancaq bir şərtlə: Mirzə başqalarından fərqli olaraq, teatra iki qat icarə pulu ödəməli olacaqdı... Üzeyir bəy Tağıyevin istəyini Mirzəyə çatdırır. Mirzənin başqa çarəsi omadığından generalın şərti ilə razılaşmalı olur. 


Nəhayət, 1916-cı il aprelin 29-da “Ölülər” pyesi Tağıyevin teatrında səhnəyə qoyulur. Tamaşaya həmin dövr üçün rekord sayda – 2500 insan gəlir. Zalda zəmanəsinin tanınmış insanları, ədibləri və intelligentləri tamaşaçı qismində iştirak edir. Onların arasında Hüseyn Cavid, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev var idi. 


Di gəl, tamaşanı sonacan oynamaq mümkün olmur. Hər pərdədən sonra coşub səngiməyən alqışlar və izləyicilərin israrla yazıçını səhnəyə dəvət etmələri tamaşanı tar-mar edir. Mirzə Cəlil əsəbləşir və tamaşanı yarımçıq qoyub gedir. Beləliklə, tamaşada sonuncu pərdə oynanılmır. Sonradan Mirzə Cəlil həyat yoldaşı Həmidə xanım  Cavanşirə bu barbar hərəkəti heç bəyənmədiyindən bəhs edəcəkdi...


Tamaşaçıların xahişi ilə “Ölülər” pyesi ikinci dəfə həmin il mayın 10-da oynanılır. Pyesə biletlər Sabunçu vağzalının yanındakı mağazada və Ramana kəndxudasının mağazasında satılır. Baş rolu (Şeyx Nəsrullah) Əliqulu Nəcəfov oynayır. Ondan başqa, tamaşada zəmanəsinin istedadlı, tanınmış aktyorları iştirak edirlər. Bunlardan Sidqi Ruhullanı, Mirzağa Əliyevi, Mirzə Muxtarı qeyd etmək olar. 


Bu dəfə də tamaşaçılar eyni halı təkrarlamaq istəyirlər.Ancaq bu dəfə quruluşçu rejissor Üzeyir Hacıbəyov birinci alqış dalğasından sonra səhnəyə çıxıb yalandan Mirzə Cəlilin xəstə olduğunu, odur ki, gələ bilmədiyini deyir və tamaşaya mane olmamağı xahiş edir. Beləliklə, tamaşa tam pərdəli oynanılır. Əslində isə bu zaman  Mirzə Cəlil Həmidə xanımla birlikdə parterdə oturmuşdu.  Tamaşanın sonunda Mirzə Üzeyir bəyə dərin təşşəkkürünü bildirir və səhnəyə çıxmaqla arası olmadığını söyləyir. Tamaşa şəhərdə geniş rezonansa səbəb olur. Ən əsası isə həmin dövr üçün böyük məbləğdə pul yığılır. Mirzə xeyli razı qalır. 


Pyesdən sonra müsəlman qadınları ədibə qadın azadlığı uğrunda apardığı mübarizəyə görə üstündə “Sübhanə rəbbiyəl əla” yazılmış cənamaz hədiyyə edirlər. Bu cənamaz indi də Nizami adına ədəbiyyat muzeyində saxlanılır. 
General Tağıyev isə Üzeyir bəyin israrlı xahişlərinə baxmayaraq, şəxsi teatrında iki dəfə qoyulan tamaşaya gəlməkdən imtina edir. 
 
Qeyd: 


Yazı hazırlanarkən “Açıq söz”, “Kaspi”, “Yeni iqbal”, “Bəsirət”, “Turmuş”, ”Baku”, “Söz” qəzetlərinin 1915-16-cı illərdəki saylarından istifadə edilmişdir.


Bilal Həsən


Kultura.az


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər