1-ci mif. Çaldıran döyüşü son dərəcə əhəmiyyətli döyüş olub.
Çaldıran döyüşünün tarixi əhəmiyyətinin şişirdilməsinin müxtəlif səbəbləri var. Orta əsrlərə dair mənbələrdə isə bunun tamamilə əksini görürük. O mənbələrdə Çaldıran döyüşünə dair məlumatlarda bu döyüşün elə bil əhəmiyyəti olduğu nəzərə çarpmır. Məsələn, İsgəndər bəy Münşi ət Türkmaninin «Tarixe-aləmarayi Abbasi» əsərində bu döyüş barədə cəmi bir epizod keçir. Orada qeyd olunur ki, Çaldıran döyüşündə qızılbaşlar müvəqqəti məğlubiyyətə uğrayaraq geriyə çəkildilər.
Təhmasib Şah isə öz “Təzkirə”sində yazır ki, “Sultan Süleyman məni döyüşə təhrik edərkən mən həmişə o vaxt atamın yanında olan Durmuş xana lənət oxuyurdum. Çünki Durmuş xan atamı azsaylı ordu ilə döyüşə girməyə təhrik etmişdi”.
Hətta Şah İsmayıl özünün də Sultan Səlimə məktubunda deyir ki, “qoşunum az olduğundan mən müvəqqəti geri çəkildim”. Heç məğlub oldum da demir, deyir ki, geri çəkildim. Çaldıran döyüşünün bu qədər şişirdilməsinə, tarixşünaslıqda bu döyüşə əhəmiyyət verilməsinə daha çox ötən sərin 20-30-cu illərdən başlanılıb. O vaxt artıq Azərbaycan tarixşünaslığında Sovet-Rusiya metodologiyası oturmağa başlamışdı. Sual olunur: “Döyüşün nə vaxt əhəmiyyəti olur?” Döyüşün o vaxt əhəmiyyəti olur ki, həmin döyüşdən sonra ya həmin dövlət süqut edir, ya ərazi baxımından böyük bir ərazi itirir, və yaxud sülalə dəyişir. Biz Çaldıran döyüşündə bunun heç birini görmürük. Döyüşdən sonra Səfəvi hökmdarı yenə Şah İsmayıl idi, Azərbaycan torpaqlarının bütövlüyü qorunub saxlanmışdı. Osmanlı 1555-ci ilə kimi Səfəvilərdən ərazi ala bilməyib. Çaldıran döyüşü ilə Osmanlının Misir Məmlük sultanlığının apardığı döyüşləri müqayisə də etmək olmaz. Mifləri dağıdacaq başqa bir fakt. Çaldıran döyüşündən sonra Səfəvi ordusu bir neçə dəfə Osmanlı üzərində qələbə qazanıb.
Digər tərəfdən Çaldıran döyüşündə üst-üstə 150 min nəfərlik qoşun hissələrinin iştirak etdiyi iddia olunur. Elə orduların sayı baxımından belə hər iki tərəfdən ordusunun sayı 1 milyona çatan Ankara döyüşü ilə müqayisə etsək, Çaldıran döyüşü onun yanında heç nədir. Bu döyüşün bu qədər şişirdilməsində İran tarixşünaslığının da “xidmətləri” böyükdür. Məsələn, qəribə bir məqam var — İran tarixşünaslığı qeyd edir ki, Çaldıran döyüşü İran dövlətçiliyinin bünövrəsinin qoyulduğu gündür.
Bu döyüşün İrana nə dəxli var? Bu, iki türk sülaləsi arasında gedən sıradan bir savaş idi. Malatya döyüşü, Otluqbeli döyüşü kimi sıradan döyüşlərdən biri idi. Çaldıran döyüşü Səfəvilərin məğlubiyyəti deyil, bu döyüşdən sonra qızılbaşlar müvəqqəti olaraq geri çəkiliblər. Məğlubiyyət olsaydı, Səfəvilər dövləti süqut edərdi. Ən azından hakimiyyət dəyişikliyi baş verərdi. Bu müvəqqəti məğlubiyyət olmasaydı, Sultan Səlim elə Təbrizdə qalardı, möhkəmlənərdi. Sultan Səlim Təbrizdə neçə gün qala bilib?
2-ci mif. Çaldıran döyüşündə məğlubiyyətdən sonra Şah İsmayıl Səfəvi doğrudan əlinə qılınc almayıb, at minməyib.
Tarix romantikanı sevir. Niyə? Çünki tarix özü bir romantikadır. Ancaq romantika tarixi üstələyəndə o artıq özünün faktoloji materialını itirməyə başlayır. Bəli, iddialar var ki, Çaldıran məğlubiyyətindən sonra Şah İsmayıl bir daha əlinə qılınc almayıb. Kökündən yanlış iddiadır. Şah İsmayıl necə bir daha əlinə qılınc almadı ki, 1514-cü il Çaldıran döyüşündən sonra 1518-20-ci illərdə indiki Gürcüstanın şərq hissəsinə yürüş edib? Əlinə qılınc almamışdısa, Gürcüstanın şərqini necə ələ keçirmişdi? Çaldıran döyüşünə başqa bir yanlışlıq Səfəvilərin odlu silahının olmaması iddiasıdır. Səfəvilərin odlu silahları olub. Hətta muşketyor birləşmələri olub. Sadəcə Şah İsmayıl bu döyüşə hazırlıqsız getmişdi. Özü məktubunda etiraf edir ki, “ordumun əsas hissəsi Sultaniyyədə ola-ola, mən bura kiçik bir dəstə ilə gəlmişdim”. Şah İsmayıl bunu özü etiraf edir və sanki özü müvəqqəti məğlubiyyətini əsaslandırır. Niyə? Çünki qızılbaş ordusunun əksəriyyəti o zaman Sultaniyyədə idi. Topxana da orada idi, qəcərçilər də orada idi. O zaman ordunun ön hissəsində gedən kəşfiyyat qruplarına, yəni avanqard birləşmələrə qəcərçilər deyirdilər. Şah İsmayıl Çaldıran döyüşündən əvvəl qəcərçi belə göndərməmişdi. Hətta döyüşdən əvvəl ona təklif olunanda ki, Osmanlı ordusu hücum edəcəyi nöqtəyə dar bir cığırla gələcək, hücum edib, qoşunu pərən-pərən salmaq olar, demişdi ki, “mən karvanbasan, quldur deyiləm ki, şəbxun eliyəm”. Şəbxun o zaman gecə hücumuna deyirdilər. Yəni, İsmayıl özü bu döyüşə ciddi hazırlaşmamışdı. Həm də döyüşdə məğlub olmaq, müharibədə məğlub olmaq deyil ki! Onda belə çıxır ki, Moskva döyüşünə qədər SSRİ-nin Avropa hissəsi demək olar ki, işğal olunmuşdu, onda biz deyə bilərik ki, SSRİ məğlub oldu?
3-cü mif. Çaldıran döyüşü Türkiyə-Azərbaycan savaşı idi.
İstər müasir dövr Türkiyə tarixçisi olsun, istər o dövrün Osmanlı tarixçisi olsun, onlar Çaldıran döyüşünə bu qədər əhəmiyyət vermirlər. Bu, məhz sovet hakimiyyəti illərində rus-sovet tarixşünaslığında formalaşdırılan bir fikir idi. Məqsəd də aydın idi — Türkiyə ilə Azərbaycan arasında nifaq toxumu səpmək. Hətta günümüzdə elə insanlar var ki, bunu az qala Azərbaycan-Türkiyə savaşı kimi təqdim etməyə çalışırlar. Həqiqətən, gülüncdür. Niyə? Çünki bu gün faktiki olaraq, Türkiyədə yaşayan qızılbaşların sayı heç də Azərbaycanda yaşayan qızılbaşların sayından az deyil. Belə çıxır ki, bədən öz sağ əli ilə müharibə aparırdı? Əvvəllər yazırdılar ki, hətta Çaldıran döyüşü Səfəvilər dövlətinin süqutunu sürətləndirdi. Gülünc iddiadır. 1501-ci ildə yaranmış dövlət 13 il sonra bir döyüşdə uduzur. Səfəvilərin süqutu sürətlənmişdisə, onda niyə 1736-cı ilə qədər mövcud oldu? Digər tərəfdən Osmanlı ilə Səfəvilər arasında Çaldıran döyüşü haqqında danışılırsa, onda Niyazabad döyüşü haqqında, Molla Həsənli döyüşü haqqında da daha geniş danışmaq lazımdır. Səfəvilər üçün Çaldıran döyüşündən qat-qat uğurlu sayılan Əhlat döyüşü haqqında niyə yazılmır? Çaldıranda hər iki tərəfdən 150 minlik ordu üz-üzə idisə, Əhlat döyüşündə 320 minlik ordu döyüşürdü. Niyə oradakı qələbəmizdən yox, Çaldırandakı müvəqqəti məğlubiyyətimizdən danışırıq?
4-cü mif. Şah İsmayıl Xətainin xanımı Taclıbəyim əsir götürülüb.
Birincisi, Taclı Bəyimin əsir düşmə məsələsi tarixdə hələ öz təsdiqini tapmayıb. Bu ancaq Osmanlı tarixçilərinin iddialarıdır. Bizim tarixşünaslığımızda o fakt yoxdur. Dövrün mən inandığım tarixçiləri, o dövrlə bağlı yazan İsgəndər bəy Münşi, ispan dilində yazmış Oruc bəy Bayatdır, onların kitablarıdır. O kitablarda Taclı Bəyimin əsir düşmə məsələsi yoxdur. Bu, sonradan uydurulmuş bir şeydir.
5-ci mif. Şah İsmayıl Çaldıran döyüşündə bütün tanınmış sərkərdələrini itirib.
Ordunun öz sərkərdəsini itirməsi böyük bir şey deyil. Komandan döyüşdə öldürülə bilər. Fransız imperatoru 1870-ci ildə əsir düşüb, amma bu fakt Fransa tarixinə ləkə gətirməyib, Çaldıran döyüşündə iki qızılbaş sərkərdəsinin öldürülməsi çoxmu böyük qəbahətdir? Roma imperatoru Valerian Sasani şahı Şapura əsir düşmüşdü. Niyə Avropa bunu danışmır da, cəmi 150 minlik ordunun üz-üzə gəldiyi döyüşü bu qədər şişirdib bizi düşmən edir? Malazgirt döyüşündə Bizans imperatoru Roman IV Diogen Alparslana əsir düşdü. Avropa tarixşünaslığı bu faktın üstündən sükutla keçir. Amma biz Çaldıran döyüşünü az qala böyük bir faciə, qardaş qırğını kimi qələmə veririk. Dövlətlər arasında müharibə ola bilər. Hətta bəzən bir sülalədə hökmranlıq uğrunda mübarizə aparan iki qardaş arasında da toqquşma olur. Osmanlıda baş verən Cem üsyanında yeniçərilər bir-birini qırdı. Bunu bu qədər şişirtməyə, faciəyə çevirməyə ehtiyac varmı?
6-cı mif. Sultan Səlim Anadoluda qızılbaşları, Şah İsmayıl isə Azərbaycan ərazisində sünniləri kütləvi şəkildə qırıb.
Bəzən tarixşünaslıqda belə bir fikrə rast gəlirik ki, guya Sultan Səlim Anadoluda qızılbaşların kütləvi qırğınını təşkil edib. Bəli, belə bir hadisə həqiqətən olub. Yəni, qızılbaşların böyük bir qismi həqiqətən də Osmanlı tərəfindən qətlə yetirilib. Ancaq sayı bu qədər şişirtmək lazım deyil. Hətta bəzən yazırlar ki, Sultan Səlim bütün Şərqi Anadolunu qızılbaşlardan təmizlədi. Əgər bütün Şərqi Anadolunu qızılbaşlardan təmizləmişdilərsə, bu gün Anadolunun şərqində yaşayan qızılbaşlar kimlərdir? Ələvilər dediyimiz o insanlar haradan peyda oldular? Tarixi bu qədər saxtalaşdırmaq olmaz. Və yaxud Şah İsmayılın sünni əhalisinə qarşı hansısa kütləvi qırğın təşkil etməsi haqqında faktlar yoxdur. Əksinə, İsmayıl Anadolundan gələn bəzi radikal qızılbaş cərəyanının nümayəndələrini allahsızlıqda ittiham edərək edam etdirdi. Adətən Çaldıran savaşına sünni-şiə savaşı donu geyindirməyə çalışırlar. Kökündən yalandır.
Tutaq ki, Şah İsmayıl şiə olduğuna görə Sultan Səlim onun üstünə hücum etmişdi. Bəs Misir Məmlük sultanlığının məzhəbi nə idi? Adamlar sünni idilər, Xilafətin müqəddəs əmanətləri Qahirədə, Misir Məmlük sultanlığında saxlanılırdı. Üstəlik, Misir Məmlük sultanlığının çox orijinal bir adı var – Dövlət ət Türkiyə, yəni, Türkiyə dövləti. Osmanlı tarixdə ilk dəfə Türkiyə adlanan bu dövlətlə müharibə etmişdi. İndi Türkiyə kimin varisidir — Misir Məmlük sultanlığının, yoxsa Osmanlının? Osmanlı Türkiyə adı daşıyan bu dövləti, əhalisi, məzhəbi sünni olan bu dövləti darmadağın etmişdi. Yəni, sünni dövlət sünni dövləti məhv etmişdi. Buna görə də Osmanlı Səfəvi müharibələrini məzhəb müharibəsi kimi qələmə vermək yanlışdır.
7-ci mif. Çaldıran döyüşündə hər iki tərəfdən ümumilikdə 150 min nəfərlik qoşun iştirak edib.
Bəzən Çaldıran döyüşündə iştirak edən qoşunların sayı şişirdilir. İndiyə qədər mənim oxuduğum mənbələrlə həmin döyüşlərin getdiyi mənzərələri tutuşdurmuşam. Çaldıran obasını gözümlə görmüşəm. Ora 150 minlik qoşunun yerləşməsi mümkün deyil. Üstəlik bu döyüşdə toplardan istifadə olunub. Elə odlu silah faktoru qoşunların sayının şişirdildiyini göstərir. 150 minlik qoşunun orada meydan savaşı aparması mümkün deyil. Üstəlik, bura topları da əlavə eləsək ki, rəqəm heç ağlabatan deyil. Orada maksimum, maksimum hər iki tərəfdən üst-üstə 60-70 min nəfərlik qoşun iştirak edə bilər.
8-ci mif. Mif: Çaldıran döyüşündə Səfəvilər odlu silahları olmadıqlarına görə məğlub olublar.
Türk ömrü boyu qalxan gəzdirməyib. Çünki qalxan müdafiə xarakteri daşıyan bir silahdır. Türk ancaq hücum edib. Ona görə də türk üçün həqiqətən də uzaq məsafədən, güc sərf etmədən düşməni öldürmək kişilik əlaməti sayılmırdı. Amma demək ki, Səfəvilərin topxanası, silahı yox idi, bu, kökündən yanlışdır. Çünki Azərbaycan ordusunun ilk dəfə kütləvi şəkildə toplarla təchizinə Həsən padşah Bayandurun dövründə cəhd edilib. Sultan Yaqub dövründə Azərbaycan ordusunda, yəni o zaman Ağqoyunlu ordusunda top da, topxana da vardı. Hətta özləri top düzəldirdilər. Səfəvilərin də topları vardı, hətta Səfəvi toplarının özünəməxsus adları da olub “balyeməz” və “zəmburək”. Zəmburək kiçik çaplı top idi, balyeməzlər isə haubitsa, yəni uzaqvuran mühasirə topları idi.
9-cu mif. Şah İsmayılı Osmanlı ilə müharibəyə Avropa dövlətləri təhrik ediblər.
Deyirlər ki, Şah İsmayıl Bizans imperatorları ilə yazışırdı. Və onlar İsmayılı təhrik elədilər ki, Osmanlı ilə müharibə eləsin. Axı, 1453-cü ildən sonra Bizans imperatorluğu yox idi. Bizans olmadığı bir halda, Şah İsmayıl o məktubu görəsən kimə yazırmış? Əksinə, Sultan Səlim bütün Avropa dövlətləri ilə müharibəni tələm-tələsik dayandırıb, Venesiya ilə, Genuya ilə, Avstriya ilə apardığı müharibələri dayandırır, güzəştli şərtlərlə sülh müqaviləsi imzalayır və bütün gücünü Şərqə yönəldir. Sultan Səlimin Şərqə yürüşü deyəndə, söhbət təkcə, Səfəvilər dövlətindən getmirdi. Təəssüf ki, bunu da biz yanlış izah edirik. Səlimin məqsədi əslində Şərqi tutmaq idi. Adam Şərqə doğru hücum siyasət yeridirdi. Səlimin vaxtında Avropa ölkələri ilə Osmanlı müharibə aparmayıb. Əksinə, Səlimin apardığı siyasət islam dünyasını parçalayırdı. Tutaq ki, İsmayıl onların təbirincə desək, şiə idi. Bəs Misir Məmlük sultanlığının günahı nə idi? Onlar ki sünni idilər. Niyə demirik ki, əksinə Avropa dövlətləri Sultan Səlimi qızışdırıb islam dünyasının üstünə saldılar? Deyirik ki, Şah İsmayıl Xətai Avropaya aldandı, onunla müharibə apardı.
Niyə biz tərsini demirik? Niyə biz Sultan Səlimi ittiham etmirik ki, Avropa dövlətləri ilə sülh bağladı, öz dindaşları ilə döyüşdü, öz soydaşları ilə döyüşdü? Tutaq ki, səfəvi ilə dindaş deyildi, amma ən azından axı soydaş idilər. Osmanlı ordusunun Çaldıran döyüşündən sonra Təbrizdə qala bilməməsinin sirri indi açılır. Osmanlılar Təbrizdə cəmi bir həftə qala bildi. Bunun iki səbəbi vardı, birincisi Təbriz əhalisi müqavimət göstərirdi, ikincisi Sultan Səlim Osmanlı ordusunda bəktaşilərin qiyamından qorxmuşdu. Ona görə tələm-tələsik Təbrizdən qaçdı. Nədənsə həm bizim tarixçilərimiz, həm türk həmkarlarımız bu barədə susurlar.
Bəktaşilər inanc baxımından kim idilər? Qızılbaş. “Möhtəşəm yüzyıl” filmində gələcək sultan olacaq Mustafa and içir, anda diqqətlə qulaq assanız görəcəksiniz ki, təmiz qızılbaş andıdır. “Allah, Allah. Həzrəti Əli adına, Zülfüqar adına...”. Filmin özü bilmədən qızılbaş andını orada səsləndirir. Osmanlı ordusunun nüvəsini təmiz türklər — Bəktaşi ocaqları təşkil edirdi, bir də yeniçərilər vardı. Faktiki olaraq türkün qanını tökən bu yeniçərilər idi. Nə yaxşı ki, o filmi çəkiblər. Orada yeniçəridən törəmə obrazlar çox gözəl görünür — xorvat Rüstəm paşa, yunan İbrahim paşa. Səfəvilərin üstünə necə böyük həvəslə yürüşə gedirdilər?
“Fateh” filmində necə böyük həvəslə Qaramanlını yandırıb, kül edirlər?! Halbuki, Qaramanlı daha təmiz türk idi. Və həmin filmin ortasında Qələndərlər üsyanı var idi, hansı ki, qələndərlər təmiz sufi dərvişlər, sufi türklərdir, onların qırğını ilə məşğul idilər. Bununla onlar türkün qisasını alırdılar. İslam onlar üçün sadəcə pərdə idi.
10-cu mif. Çaldıran döyüşündən sonra Şah İsmayıl heç bir zəfər qazanmayıb.
Çaldıran döyüşündən sonra Şah İsmayıl Sultaniyyə istiqamətinə çəkilir. Sultaniyyədə İsmayılın ehtiyat ordusu vardı. Sultan Səlimin Təbrizi tələm-tələsik tərk etməsinin bir səbəbi də bu idi, İsmayıl İsmayılın daha böyük qüvvə ilə gəlib onu mühasirəyə sala bilərdi. Ona görə Sultan Səlim geri çəkildi. Geri çəkiləndə Qarahisar istiqamətində də, Qoçhisar istiqamətində də qızılbaşlarla döyüş olur. Ondan sonra Sultan Səlim çəkildi, Misir istiqamətində yürüşə başladı. Və İsmayıl Təbrizə qayıtdı, Təbrizdə yenə eyni təntənə ilə qarşılandı. Bundan sonra Şah İsmayıl ona xəyanət etmiş keçmiş müttəfiqlərini cəzalandırır. Şirvan, Şəki hakimliyi və Kaxetiya, Kartli hakimliyi üzərinə yeriyir. Və onları özünə tabe etdirir. Şah İsmayılın bu yürüşləri 1518-24-cü illəri əhatə edir. Gürcü xronikasında qeyd olunur ki, İsmayıl Tiflisə daxil olandan sonra insanların kilsələrdə ikonalara dua etdiyini gördü. Şah İsmayıl da əhli-kitab adamı idi, şəklə sitayişi bütpərəstlik hesab edirdi. Ona görə də oradakı ikonaların çoxunu Kür çayına tullamışdı ki, siz bütpərəstliklə məşğul olursunuz. Siz kitab əhlisiniz, tək Allaha inanmalısınız, ikonalara yox.
11-ci mif. Şah İsmayıl eyş-işrətə qurşanıb, sarayda vəfat edib.
Şah İsmayılın ölümünə gəlincə, bəzi mənbələr deyir ki, Şəkidə ov zamanı tərləmişdi, sətəlcəm olmuşdu. Gürcü mənbələrində isə qeyd olunur ki, Yağlıca düzündə ov etdikdən sonra geri çəkilir və vəfat edyir. Yəni, İsmayıl eyş-işrət zamanı, yeyib-içmək zamanı deyil, at belində ölmüşdü. At belində hökmranlıq edən adam elə at belində də öldü. Onu hansısa fəaliyyətsizlikdə suçlamaq düzgün deyil. Sonluq Çaldıran döyüşünün mahiyyətinin şişirdilməsi — Azərbaycanla Türkiyə arasında məqsədyönlü şəkildə soyuqluq yaratmağa xidmət edir və ideoloji rupordur. Bu ruporu susdurmaq lazımdır. Qardaşlar arasında inciklik də olur, savaş da olur. Sonunda qardaş qardaşdır. Və sonda tamaşaçılara nənələrin, babaların yaddaşından əsrlər boyu süzülüb gəlmiş bir ifadəni demək istəyirəm:
Can versən, qardaşa ver,
Min il keçsə, yad olmaz.
Kayzen.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024