Türkün fəlakəti peyğəmbərsizlikdən ibarətdir.
Safruh bəy, əvvəlcədən müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirəm.
Əvvəlcədən qeyd edim ki, müsahibəni daha qiymətli edən sizin İnam Evinə gəlişinizdir. İnam Evi deyimini Asif Ata Ocağı yaradıb. Milyon evdən biri deyil bu Ev. Necə deyim, görülməmiş bir şeydi. Əvvəla görülməliydi. Türk millətinin ruhanilər ocağı var, o ocağın bir evi var. O dünyabaxışın evi var. Bu hələ Azərbaycan xalqı tərəfindən çox gec başa düşüləcək, ya da heç düşülməyəcək. Bunu başa salmaq daha çox qələm adamlarından asılıdır.
Niyə Asif Ata Mütləqə İnam Ocağına “Türkün (ilk) Rühaniyyət Ocağı” deyir? Yəni, bu qədər şərəf tarixi olan türk, rühaniyyat yaratmayıbmı?
Yaratmayıb! Ata öz Ocağına belə deməyib. Ata ruhaniyyət Ocağı deyirdi. Mütləqə İnam Ocağı, insanlaşma Ocağı. “Türkün (ilk) ruhaniyyat Ocağı” sözünü ilk dəfə mən demişəm. Və mən Azərbaycan ziyalılarıyla dalaşmaq məqsədiylə demişəm. Qoy onlar desinlər ki, bizim ruhaniyyat ocağımız çoxuydu. Kitab adı desin, müəllif adı desin. Mən də deyim hə. Əslində, ilk deyil. Amma mən deyirəm ilkdir. Mənim yazım var. Orada Ata deyir ki, türkün fəlakəti peyğəmbərsizlikdən ibarətdir. Peyğəmbərsizliyi türkün fəlakəti hesab edirdi.
Asif Ata Azərbaycanın yeddi kədər hadisəsi olduğunu deyir. Bunu hansı kriteriyalara əsaslanıb deyir?
Bir şeyin ki adı fəlakətdir, onun əsası içindədir. Birinci fəlakət Midiya dövlətinin süqutudur. Midiya öz zəmanəsinin ən qüdrətli dövlətiydi. Ata deyirdi ki, biz tərəflərdə, yəni Çaykənddə uca adamlara “ Midi” deyilir. Və midiylə Midiyanın bağlılığını izah edirdi. Sonra Midiya dövləti süquta uğradı. Astiyaqın kürəkəni farsıydı. O da hiyləlyə nəhəng dövləti yıxdı.
Midiya dövlətini Şumer yaradıb. İkiçayarasında yaranmış qədim sivilizasiya. Unutmayaq ki, birinci fəlakətimizdən əvvəl birinci fərəhimiz var. Fərəhimiz Zərdüştçülükdür. Zərdüştçülüyü dünyada yüksək qiymətləndirirlər. Fəlsəfənin də, dinlərin də başlanğıcı Zərdüştlükdən gəlir. Çünki Zərdüşt deyirdi ki, iki tanrı var. Hörmüz və Əhrimən. Biri şəri, biri xeyiri təmsil edirdi. Buna dualizm deyirər. Zərdüşt türkün keçmişidir. Dualizim aşağı səviyyəli görünə bilər. Əslində, zərdüştlüyün üstünlüyüdür. Asif Atanın məqsədi nədir? Hamı haqqında danışdığı həqiqəti özü bildiyi kimi üzə çıxarır. Asif Ata istəyir ki, öz yurdunun, yurddaşının mənəvi bel sütununu qursun. Bu sütunun başında Zərdüşt işıqçılığı gəlir. O işığı sən özün öz içinə salmalısan. Mənəm-mənəm deməyin, özünü tərifləməyin mənası yoxdur. Yoxsa şər törədə bilərsən. Özünə kənardan yad gözlərlə baxmağı öyrənməlisən.
İkinci fəlakətimiz Babəkin qətlidir. Babəkin ölümündə günahkar ərəb işğalçıları və İslam dinidir. Babək onlara qarşı azadlıq mübarizəsi aparıbdır. Ata dünya tarixində olan qəhrəmanlarla Babəki müqayisə edirdi və deyirdi ki, heç biri Babəkə bərabər deyil. Babəkin məqsədi ərəb işğalını, İslam işğalını yıxmaqıydı. O boyda qüvvəyə hər hansı üsyanla qarşı çıxa bilməzsən. Sənin gərək dünyabaxışın olsun. Ümumiyyətlə, dünyabaxışdan qorunmaq çox çətin işdir. Qorunmaq üçün gərək özünəməxsus dünyabaxışın olsun. Daha çox faciə yaşamış olsun. Alimlərin təxəyyülü çox güclüdür. Onlar dünyabaxışın çalarlarından danışırlar. Mən onları o qədər də başa düşmürəm. Amma Ata deyirdi ki, Babəkin dini vardı. Onun gərək mütləq kitabı da olmalıydı. Onun dini “Fərəh” diniydi. 40 il əsir yaşamaqdansa, bircə gün azad yaşamaq yaxşıdır. Azadlıq ən böyük fərəhdir Babəkçilkdə.
Sonrakı fəlakətimiz Çaldıran döyüşüdür.
“Türkün tarixində utancverici döyüş” deyərdim.
Bəli. Atanın bu barədə kifayət qədər yazıları var. Ata deyirdi ki, türk türklə döyüşəndə məğlub olur. Sonra deyib ki, türkün ən böyük ayıbı, çatışmazlığı bir-birini sevməməkdir. Niyə türk türklə döyüşür? Niyə onları bir-birinə qırdırmaq asandır? Çünki ortada bunları birləşdirən heç nə yoxdur. Mən Asif Ata Ocağının evladıyam. Az sayda evladı var. Onlar bir-biriylə bəlkə mənsiz dalaşarlar, amma mənim yanımda dalaşmazlar. Mənə olan sevgiləri, sayğıları onları bir yerdə saxlayır. Misal üçün deyirəm. Böyük türk millətini bir yerdə saxlayan, yumruq kimi birləşdirən ali ruhsal qüvvə yoxdur. Harda dinə oxşar bir şey varsa, ona tərəf qaçırlar. Buddaçı türklər də olub. Maniçi türklər olub. Mani fars olub. O özü din yaradıb. Yaratdığı dini öz yaratdığı əlifbasıyla yazıb. Adama elə gəlir ki, bu bir əfsanədir. Amma axtarıb tapırlar axı. Sonra möhtəşəm türklər Mani dilinə girirlər. Mani dininin kitabı Uyğurustanda tapılır. Üzünü köçürürlər. Buddaçı türklər olur. Sonra xristian dininə tapınırlar. Və s.
Bəs, türk, sən nə etmisən?! Sənin içində bir adam yoxdurmu ətəyində namaz qılasan? Özündən ağsaqqalın olsun ki, sənə yol göstərsin. İki qardaş döyüşür. Biri şiə olur, biri sünnü. Dəhşətdir! Adamın ayağının altından yer qaçır.
İndi dövlətin başında dayanmaq nə qədər məsuliyyətlidir! Gərək xalq diqqətli olsun. Türkiyə dövlətini götürək. İyirmi birinci yüzildə qüdrətli dövlət deyirik. Səksən milyonluq dövlət elə-belə dövlət deyil. Amma nə olsun? Ona kim rəhbərlik edir? Bilirlər ki, bu türk deyil, türkə münasibəti yaxşı deyil, amma dövlətin başındadır. Bu da dövləti aparıb çıxardır ərəbçiliyə. Televizorda deyirlər ki, uşaqları məktəbdən çıxarın, mədrəsəyə göndərin. Heç vaxt görülməyib ki, mədrəsə təhsili almış insanlar sivilizasiyaya uyğunlaşsınlar. Ona görə də xalq fəal olmalıdır.
Dördüncü fəlakətimiz Türkmənçay müqaviləsidir. Ata “Türkmənçay yırtıcılığı” deyirdi. Rusiyayla İran Azərbaycanı böldülər, amma bir ərazini böldülər. Xalqı bölə bilmədilər. Xalqı içində məhv eləməyə çalışdılar. Xaqlı bir yerə toplayan psixologiyasını, mənəviyyatını, özünə inamını qismən öldürdülər. Böyüksüzlük, özünə inamsızlıq səni gətirib çıxardı Çaldırana, oradan da Türkmənçay fəlakətinə. Xalqı o zaman çətin bölərsən ki, onun öz mədəniyyəti, fəlsəfəsi olsun. Səndə elə şey yoxdur. Ona görə də ərazi böldülər. Sonra bizimkilər qınayırlar ki, farslar düz eləmədi. Onlar Zərdüştlüyü özlərinin dini elan elədilər. E.ə.V əsrdə. Sən eləyəydin də! Fars eləyib, yaşadıb. Farslar onun ideyasını qəbul edib və yaxşı mənada ondan bəhrələniblər. Gərək camaat bilsin ki, hansı toxumun ətrafındadır, hansı kökün üstündə bitir. Bunlar onu bilmirlər.
Beşinci kədərimiz Rəsulzadə Cumhuriyyətinin işğalıdır.
Görürsən ki, bir ağacı kəsirlər, kökündən də çıxarırlar, yerinə başqa bir şeylər əkirlər. Lakin tam telləri çıxarılmayıb torpaqdan. Zaman keçir, o ağacın kökündən nəysə əmələ gəlir. ADXC-nin əmələ gəlməsini mən kökündən çıxarılmış ağacın yerində əmələ gəlmiş zoğlara bənzədirəm. O zoğlarda onlar bir dövlət əmələ gətirmişdilər. Çox fövqəladə gözəl insanlarıydı. Rəsulzadə, Topçubaşov, Xoyski, Yusifbəyli və bir çoxları. Həm xalqa bağlıydılar, həm mənəviyyatlıydılar, həm qoçaq, həm də istedadlıydılar. Üzeyir Hacıbəyov da o partiyanın üzvü olub. Bəzi cavanlar deyirlər ki, niyə Atatürk qüdrətli Türkiyə dövlətini qura bildi, Rəsulzadə burda bunu edə bilmədi? Orada qocaman türk ordusu vardı, tamam məhv olmamışdı. Rəsulzadənin nəyi vardı? Və bu ölkəni nəyin üzərində qururlar? Avropa inkişafı və islam dini. Avropa səni neynir?! Sən Yunanıstan olsaydın, bilərdi ki, sənin fəlsəfən var. İslam səni neynir bəs?!
Qərb mədəniyyəti nədir, soruşsan, sənə Qərb fəlsəfəsindən danışarlar. İslam ümməti sənə İslam fəlsəfəsindən danışar. Türklük nədir? Türkün dili var. Kimin dili yoxdur? Həşəratın da dili var. Dil xüsusi bir yaradıcılıq deyil. Mən burda Qərb və İslam fəlsəfəsini pisləmirəm. Mən Rəsulzadəni və onun tərəfdaşlarını qınayanlara demək istəyirəm ki, dövlət vara və zora əsaslanır. Sənin əsgərin yoxdur, əsgər tərbiyəsi verməmisən. Sənin dinin yoxdur, din tərbiyəsi verməmisən. Sənin fəlsəfən yoxdur. Sən dövləti nəylə quracaqsan?!
Sonrakı kədərlərimiz 20 Yanvar faciəsi, Xocalı soyqırımı oldu. Xocalıyla bağlı bir yazı oxumuşdum. Nəsiman Yaqublunun “Azərbaycan milli azadlıq hərəkatı ensiklopedyası”nda. Orada Xocalının və digər rayonların necə əldən getməsi sənədlərlə göstərilib. Adamın az qalır damarında qanı donsun. Xocalı faciəsində insanlara edilən zülüm insanlığa yaraşan hərəkət deyil.
Asif Atanın iki böyük İrsi var. Onun biri bayaq qeyd eləmişdim, Türkün (ilk) Ruhaniyat Ocağı, o biri Mütləqə İnam insanlaşma Ocağı. İnsanlaşmaq olmadan milli azadlıq olmayacaq. İnsanlaşmaq insanlara əfsanəvi söz kimi gəlir. Belə zamanda insanlar insanlıq üçün çox çalışmalıdır. Asif Ata öncə insançıdır, sonra millətçidir. İnsan kiməsə səcdə eləsin, əlini öpsün, bu Asif atanın baxışına ziddir. Sən elə eləməlisən ki, insan yaxşı mənada insanın əlini öpsün.
Asif Ata atalığı yaradıbsa, ona niyə peyğəmbər deyirsiniz?
Bayaq dedim, türk fəlakəti peyğəmbərsizlikdir. O fəlakətdən qurtulmaq üçün ona peyğəmbər gərəkdir. Ərəblərin, yəhudilərin peyğəmbəri var. Hamısı gözəl insanlar olubdur. Heç bir peyğəmbər başqa bir adamı peyğəmbər elan eləməyib. Hər biri özünü peyğəmbər elan edib və onların heç biri lovğa olmayıb. Onlar insanlıq üçün böyük işlər görüblər.
Onda niyə İslam dininə qarşısınız?
Asif Ata deyirdi ki, Məhəmməd ərəbləri bütpərəstlik axmaqlığından qurtardı. Mənim yaratdığım Mütləqə İnam isə türk İnamıdır. Mən türk peyğəmbəriyəm. Atanın əlini öpməyimizi kimsə bizə qürursuzluq saya bilər. Amma bizə elə deyənlərin hamısını qürursuz gördük. Biz nə vara, nə iqtidara, nə müxalifətə, nə də hansısa xarici gücə səcdəli deyilik. Harada insanlıq, mərdlik, təmiz niyyət varsa, hamısını sevirik.
Nəyə görə Ocaq üzvlərinə övlad yox, evlad deyirsiniz?
Bunu Asif Ata işlədirdi. Ata evlad dediyi üçün biz də evlad deyirik. Ataya sayğı olaraq biz onu o cür qəbul edirik. Azərbaycan ziyalıları gözləyirlər ki, Asif Atanın davamçıları ölsün, izləri itsin, hansısa avropalı, yəhudi gəlib onun evladlarını araşdırsın, böyüklüyünü ortalığa qoysun, sonra bunlar desin ki, həə, Mirzə Şəfi də varmış. Şəxsən mən Mirzə Şəfini Mirzə Səfeh hesab edirəm.
Səbəb?
İzah edim. Sən yaşayırsan Gəncədə, ya da Tiflisdə. Ətrafında azərbaycanlılar. Şeir yazırsan, verirsən almana. Niyə Mirzə Fətəli Axundzadəyə, yaxud başqa soydaşına vermirsən? Sonra Gəncədə onun muzeyini düzəldirlər. Nəyi var onun muzeylik?! Asif Atanın haraylarından biri də budur ki, xalq kiçik böyüklərin əsasında tərbiyə olunmasın.
Safruh bəy, Ocağın Orxon-Yenisey əlifbasından istifadə etməsi böyük hünərdir. Rəqəmləriniz də olacaqmı?
Rəqəmlər var. Təxminən on ildir mən o rəqəmlərdən istifadə edirəm. O rəqəmləri mən yaratmamışam. Fərhad Abdulla adlı bir Təbrizli yaradıb.
Mən bunları saytınızın xətrinə yox, sizin üçün deyirəm. Hələ cavansınız. Dünyanın xarabı çıxıbdı. Sənin bir hekayən var. Adını unutmuşam.
“Gecikmiş namus”?
Hə. İnsanın xarablığıyla bağlı bir çox bədii, elmi əsərlər, fəlsəfi fikirlər var. Freyd kimi əclaf filosoflar var. Sonra bunların insanlığı ləğv eləyən əməlləri var. Elə inkişaf eləmək mümkündürmü gələcəkdə bizim sevgimiz olsun? Oğlanın qıza, qızın oğlana sevgisi olsun? Sevgi əsasında yuva qurulsun?
Mumkündür?
Düşünürəm ki, mümkündür. Ancaq dünyada gərək hər şey dəyişsin.
Məsələn?
Safruh: – Məsələn, yaşam tərzi dəyişilsin. Sonra dini totallıq ləğv edilsin. Dini totallıq din miqyasında yalan, ikiüzlülük yaradıb. Yalan və ikiüzlülük mütləq şəkildə özüylə zorakılıq gətirir.
Sizin “Yeni Oğuz Sözü” kitabınız nə vaxtsa Nobel mükafatına təqdim olunması üçün göndərilib? Taleyi necə oldu?
Bəli, təqdim olunması üçün məndən alınmışdı, sonra taleyi necə oldu, bilmədim.
Asif Ata Ocağında niyə valideynlərimizin qoyduğu adlardan imtina edilir?
Bu, adlardan imtina mənasına gəlmir. Ocaqla təmas adamın taleyini dəyişir. Yeni tale yeni ad istəyir. Ayaz İmranoğlu hardasa işləyirsə, öz adıyla gedir. Ocağa gəlirsənsə, sənin mütləq adın olmalıdır. Sənə ad qoyulmalıdır. Ayazın adını Nurayaz İnamsoy qoyduq, şeirlər yazdı. Çox deyil, amma qızıla bərabər şeirlərdi.
Asif Ata Ocağına qədər gəlmişəm. Mənə nə ad qoyarsız?
Bu haqda düşünərəm. Mən adı qarşımdakının gülüşünə, simasına, baxışına baxıb qoyuram.
“Bir müddətdən sonra Safruh bəy mənə Ruhani ad verdi. Gülənöz Göyelli. Mənası – qalib gələn, mahiyyət – ötərilərə, keçərilərə yuxarıdan baxan”.
Son olaraq, Göyce.az saytına ürək sözləriniz nə olardı?
Deyir ki, vətənin adlar siyahısında birinci olmaq bir yana, onun torpaqlarında atılıb unudulmuş bir inci olmaq da xoşbəxtlikdir. Yəni saytınıza ciddi yanaşın. Ondan ömrünüzün abidələşməsi üçün yararlanın. Bugün bu cür yanaşan sabah peşman olmayacaq. O birilər isə... özü bilər.
Mütləq İnam bütöv yoldur. Onun İnam Evinə sevgiylə, sayğıyla gəldiyiniz üçün təşəkkür edirəm. Məndən ad istəməyiniz isə mənim üçün lap hədiyyə oldu.
Müsahibəni apardı:
Şəfaqət Cavanşirzadə
(Gülənöz GÖYELLİ)
Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024