Ağa Məhəmməd Şah Qacardan tarixi məlumatlar çoxdur. Şişirtməsi də var, səhvi də var, qərəzlisi də var və nəhayət doğrusu da var. O, şahlıq taxtına əyləşər-əyləşməz, onun haqqında yazılanlar başlamışdır. Şah Qacar hakimiyyətə asanlıqla nail olmamışdır. O, elə ilk gənclik çağından mübariz bir insan olmuşdur.
Onun hakimiyyətə gəlmə dövrü Azərbaycan dövləti və Azərbaycan xalqı üçün çox ağır bir dövr olmuşdur. Səfəvilər dövləti çökdü, hakimiyyətdə olan Nadir Şah öldürüldü, böyük və bütöv Azərbaycan xanlıqlara bölündü. Bütün bu müsibətlərə dözməyən Ağa Məhəmməd Şah Qacar mübarizəyə girişdi və qələbə çaldı, Azərbaycan torpaqlarının bir qisminin rəhbəri oldu. Lakin bununla kifayətlənməyən Ağa Məhəmməd Şah Qacar Azərbaycan torpaqlarını bir bayraq altında birləşdirməyə qərar verdi.
Bütöv bir Azərbaycan dövləti yaratmaq ideyasına qarşı bir inamsızlıq, şəxsi iddalar və s. Qacarın yolunu kəsməyə çalışdı. 1797-ci ildə Qarabağ xanlığının paytaxtı olan Şuşa şəhərində Ağa Məhəmməd Şah Qacara bir işğalçı damğası vuruldu və o, qətlə yetirildi. Azərbaycanı bütöv görmək istəyən insanlara, ən əsası isə Azərbaycana bu ölümlə çox ağır bir zərbə vuruldu.
Həmin dövrdən günümüzə kimi milli ziyalılar bu faciəni unutmur, hər kəs bu məsələni özü bildiyi tərzdə işıqlandırır. Digər tərəfdən də Ağa Məhəmməd Şah Qacar kimi böyük bir rəhbərin işğalçı və düşmən kimi qələmə verilməsi bəzi “ziyalılarımızın” bağışlanılmaz bir qəbahətidir.
Ağa Məhəmməd Şah Qarabağı, onun Qacarlar tayfasını təmsil edir və Məhəmməd Həsən xan Qacarın oğul övladıdır. Azərbaycan tarixi ilə məşğul olmuş İsgəndər bəy Türkman Münşi, özünün “Tarixi alam aray-i Abbas” əsərində yazır: -“Qarabağın qədim sakinləri Qacarları və onlara doğma digər ellər-oymaqlar burada gözəl bağlar-bağçalar salmışdılar”.
Tarixdən məlum olduğu kimi, ilk olaraq Səfəvilər dövləti inzibati-ərazi bölgüsünə görə üç bəylərbəyliyi özündə birləşdirirdi. Deyilənlərdən biri də mərkəzi-paytaxtı Gəncə şəhəri olmaqla Qarabağ idi.
Qarabağ bəylərbəyliyində əsas hökumət vəzifələri Qacar nəslindən olan əmrlər idi. XVI əsrin əvvəllərindən XVIII əsrin əvvəllərinə kimi-yəni 200 il müddətində Qarabağda irsi hakimlik Qacarlar tayfasının əlində olub. Bununla da demək olar ki, Ağa Məhəmməd Şah Qacar Qarabağa işğalçı kimi deyil, buranın sahibi, irsi hakim kimi gəlmişdi. Elə ona görə də o, Şuşanı darma-dağın etmədi. Xaliq Məhəmmədoğlunun dili ilə desək- “əsası Pənah Əli xan tərəfindən qoyulsa da, nə onun, nə də İbrahim Xəlil xanın Qarabağda hakimlik etmələrinə heç bir hüquqi əsas yox idi”. Həm də Ağa Məhəmməd Şah Qacarın Qarabağda hakim olmaq iddası yox idi. O, sadəcə bütöv Azərbaycanı bərpa etmək istəyirdi.
Məlum olduğu kimi 1751-ci ildə Məhəmməd Həsən xanın qoşunları Qarabağa yürüş etmişdir. Elə bir hərbi gücü olmayan Pənah Əli xan ona qarşı çıxır. Nadir şahın faciəli ölümündən sonra yaradılan Qarabağ xanlığı dörd ildən də az bir müddətdə onun gücünü tələb olunan səviyyəyə qaldırması mümkün deyildi.
Digər tərəfdən Məhəmməd Həsən xan bir aydan artıq Qarabağda olmasına baxmayaraq Qarabağ xanlığını özünə tabe eyləyə bilməyib. Təbii ki, Məhəmməd Həsən xan da, öz doğmalarını məhv etmək, buraları xarabazara çevirmək istəməyib. Ağa Məhəmməd Şah Qacar da heç şübhəsiz bu yolu tutub.
Bununla əlaqədar Ağa Məhəmməd Şah Qacar 1794-cü ildə Qarabağ xanı İbrahim Xəlil xandan oğlunu girov verməsini istəyib. Lakin İbrahim Xəlil xan bu tələbi yerinə yetirməyib. Növbəti təşəbbüsdə isə Qarabağa səkkiz minlik qoşun göndərilir. Ancaq gürcülərlə ittifaq bağlayan İbrahim Xəlil xan bu qoşunları Əsgəran qalası yaxınlığında məğlubiyyətə düçar edib.
Üçüncü yürüşdə Ağa Məhəmməd Şah Qacar 85 minlik qoşunla Qarabağa yürüşdə şəxsən iştirak etsə də, nəticə əldə edə bilməyib. Bu məqamda da gürcü çarı II İrakli, İrəvan xanı Məhəmməd xan və İbrahim Xəlil xan birləşərək şaha qarşı birgə mübarizə aparırlar.
Bütün bunlar azmış kimi M.P. Vaqif yardım üçün Rusiyadan xahiş edir. Birbaşa döyüşə atılmaq istəməyən Şah Qacar Şuşa şəhərini bütövlükdə 33 gün mühasirədə saxlayır. Burada uzun müddət qalmaq istəməyən Ağa Məhəmməd Şah Qacar Gürcüstana doğru hərəkətə keçir. Mühasirədən sağ-salamat qurtulan Qarabağ xanı gürcülərə köməyə başlayır. Bütün deyilənlərə baxmayaraq, 1795-ci ilin sentyabrında Ağa Məhəmməd Şah Qacarın qoşunları Tiflisə daxil olur, İbrahim Xəlil xanın müttəfiqindən intiqamını çıxır. Burada da II İraklinin təşəbbüsü ilə Qarabağlı döyüşçülər şaha təslim olmaqan imtina etdikləri üçün, Ağa Məhəmməd Şah Qacar kimliyinə əhəmiyyət vermədən 20 min döyüşçünü məhv edir.
Araşdırıcılara görə Ağa Məhəmməd Şah Qacar müharibə qanunlarını çox gözəl bilən bir sərkərdə olub. Elə bu da onun karına gəldiyindən 1781-ci ildə Cənubi Azərbaycanın bütün xanlıqlarını birləşdirə bilmişdir. Artıq 1783-cü ildə Astarabad, Mazandaran və Gilan, 1785-ci ildə Tehran, Qum, Kaşan və İsfahan, 1794-cü ildə isə İranın bütün bölgələri (əyalətləri) Ağa Məhəmməd Şah Qacarın hakimiyyəti altında idi.
Ağa Məhəmməd Şah Qacarın üstün cəhətlərindən biri də beynəlxalq vəziyyəti doğru-düzgün dərk etməsi idi. Bəlkə də, elə buna görə çar Rusiyasının Zaqafqaziyanı işğal etmə siyasəti onun diqqətindən yayınmamışdır.
1783-cü ildə Rusiyanın Krımı tutması, Gürcüstanın Rusiya tərkibinə keçirilməsi barədə Georgevskidə bağlanmış müqavilə, 1783-cü ilin noyabr ayında rus qoşunlarının Tiflisi tutması, 1795-ci ildə general Zubovun rəhbərliyi ilə rus qoşunlarının Dərbəndi, Bakını, Şirvanı ələ keçirməsi və s. hadisələr Ağa Məhəmməd Şah Qacarı Qarabağa və digər Azərbaycan ərazilərinə yürüş etməyə sövq etmişdi.
Bütün söylənilənlər Qarabağ xanlığında özünə sığınacaq tapmış ermənilərin də Qarabağı erməni xanlığı kimi Rusiyaya birləşdirmək şəraiti yaratmışdı. Lakin çox təəsüflər olsun ki, biz bu yanaşmaya da ciddi əhəmiyyət vermədik, ermənilərə qol-qanad açmaqda müqavimət göstərmədik.
Bunun özü də Ağa Məhəmməd Şah Qacarı çox qıcıqlandırırdı. Ona kömək etmək əvəzinə qoşunla qarşısına çıxırdıq.
Bütün bunları yaxşı dərk edən Ağa Məhəmməd Şah Qacar 1797-ci ildən 100 minlik ordu ilə növbəti dəfə Qarabağa yürüş etdi.
Artıq Qarabağ xanı da təklənmişdi, ona köməyə gələn yox idi. Odur ki, İbrahim Xəlil xan öz ailəsini götürərək Çar-Balakənə qaçmalı olur, Qarabağ xanlığının taleyini Tanrının ümidinə buraxır, mübarizədən əl çəkir. Bu isə onun kimliyini bir daha ortaya qoyması idi. Bu həm də İbrahim Xəlil xanın, İrəvan xanının və digərlərinin Ağa Məhəmməd Şah Qacara qarşı deyil, bütöv Azərbaycanın yenidən formalaşmasına qarşı olan bir mübarizə idi.
Başqa bir məqam isə bizcə öz qohumları tərəfindən öldürülən Nadir şah, sui-qəsd nəticəsində öldürülən Ağa Məhəmməd Şah Qacar kimi tarixi şəxsiyyətlərimizin aradan götürülməsi Azərbaycan torpaqlarının rus və fars cəlladlarının əlinə keçməsinə şərait yaratdı ki, onun altını bizlər indi də çəkməkdəyik.
Deyilən və deyilməyən tarixi dəlillər göstərir ki, Ağa Məhəmməd Şah Qacar öz torpaqları uğrunda çox düzgün yol seçmiş bir sərkərdə olmuşdur. Təəssüf hissi ilə qeyd edirik ki, bir çox zamanlarda olduğu bəzi nanəcib insanlarımızın məxsusi xisləti ucbatından vətən bütövlüyü dəfələrlə pozulmuş, onun çox cüzi bir parçası əlimizdə qalmışdır.
Ümid edək ki, Ağa Məhəmməd Şah Qacar kimi vətənpərvər bir sərkərdə, xalqı öz ətrafında cəm edəcək və tarixdə şərəfli xalqımıza gətirilmiş ləkələri yer üzündən silməklə, Səfəvilər səltənəti sərhədlərini yenidən bərpa edəcək, Azərbaycan türkünün şərəf və şöhrətini yenidən özünə qaytaracaqdır. Amin!...
Ziyadxan Nəbibəyli,
Yazıçı-publisist
azim.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024