Şair ürəyi
Şairin ünvanı nəyə gərəkdi,
Nə fərqi aranda, ya dağda yaşar...
Şairin ürəyi sevən ürəkdi,
Hər sözü, kəlməsi dodaqda yaşar.
Bölər sevincini milyon ürəyə,
Amma ki, qəmini bölməyə qoymaz.
Dünyanın özü də yaşasın deyə,
Dünya şairləri ölməyə qoymaz.
Hər dərdə, əzaba sinə gərməsi,
Şair dözümüdü, şair tabıdı.
Nəsimin babamın “ənəlhəqq” səsi,
Şair ürəyinin inqilabıdı.
2007-ci il
***
Abbası quyudan Gülgəzə yetir
Biz ki sevişəndə dəli kimiydik,
Kimdən öyrənibsən, ağılı belə?
Sən dəcəl qızıydın - başı havalı,
İndi dolanırsan nə mağıl belə?
Yaz gəlib, dağlarda gül təzə yetir,
Dər, yara bir dəstə gül, təzə yetir,
Abbası quyudan Gülgəzə yetir,
Yarımçıq saxlama nağılı belə.
Qəm yemə, qəmindən şan-şan olarsan,
Özün taleyinlə düşmən olarsan,
İtirmə! İtirsən, peşman olarsan,
Tapmazsan Əlitək oğulu belə.
***
Təcnis
Kim deyir, olubdu bab Alı mənə?
Babam yox, güc gəlir babalı mənə.
Sənin bostanının “babalı” mənə,
Ək-becər bir az da, tərəvəz indi.
Bu dövran başqadı, əzələ baxma,
Qırılsın, çatlasın əz, ələ baxma,
Qoy belə bərkisin əzələ, baxma,
Əriyib, qarışsın tərə vəz indi.
Düşür saçlarıma belə gəlir dən,
Saralır sünbülüm, belə gəlir dən,
Axı kim qaçar ki, belə gəlirdən,
Qazancı - Qasımın, tər - Əvəzindi.
Təbiət "of" deməz, budadar məni,
Ay Əli, kəs, doğra, buda, dər məni.
Toxumu, gübrəsi buda dərmanı,
Özünə nə qalsa, tər əvəzindi.
2018-ci il
***
Bir deyil, otuz iki diş cücərdirik
Tanrı, şər danışdıq, yum ağzımızı,
Kələfi dolaşıb yumağımızın...
Qoyub papirosu damağımıza,
Fikirlər əlində baş cücərdirik.
“Bu sərvət bizimdi” deməkdən ötrü,
Dünyanı tamahla yeməkdən ötrü,
Bir az da iştahla yeməkdən ötrü,
Bir deyil, otuz iki diş cücərdirik.
Qalır vicdanımız günahın altda,
Sıxıldıq, boğulduq Allahın altda,
Səpib insanları torpağın altda,
Torpağın üstündə daş cücərdirik.
***
Ürəyim qaranquş yuvası deyil
Gəldin, gəlişinlə dərd verdin mənə,
Gedirsən, dərdimin biridə artır.
Bircə ürəyim var, vermişdim sənə
Axı nə verəydim ürəkdən artıq?
Acılı, şirinli bir xatirəni,
Qara gözlərinə yığıb gedirsən.
Əllərim göylərdən düşürdü səni,
Yenəmi göylərə çıxıb gedirsən?
Gedirsən, geriyə qayıtma bir də,
Getdiyin o yollar töyşüdər səni.
Gedirsən, getdiyin o qərib yerdə,
Xatirəm buz olar, üşüdər səni.
Könlüm bu sevdaya uyası deyil,
Səndən nə qaldı ki, nə var gələsən?
Ürəyim qaranquş yuvası deyil,
Payızda köç edib, bahar gələsən.
2006-ci il
***
Sən elə həmişə gözüm üstəsən
Sən məni unutma, yad elə hərdən,
Onsuzda yad edir, yad elə hərdən,
Məni qurbanlıqtək ad elə hərdən,
Dolandır başında, kəs ayağında.
Hər gün xəyalımdan elə keçərsən,
Dolanıb belədən, belə keçərsən,
Gizli gəl, qorxuram ələ keçərsən,
Heç kəs eşitməsin səs ayağında.
Ömrümü verərdim, əgər istəsən,
Can-deyib gələrdim, məni səsdəsən.
Sən elə həmişə gözüm üstəsən,
Mən niyə qalmışam bəs ayağında?!
***
Alı yerində
təcnis
Şeirdən bir çələng bağla, çin olsun,
Sarısı, yaşılı, alı yerində.
Söz-söznən uyuşa, fikir-fikirnən,
Doğrusu, məcazı, alı yerində
İtirdim, tapmadım nə fayda, bir yol,
Ziyanım günbəgün, nəf - ayda bir yol...
Söz əkdim, söz biçdim nə fayda, bir yol –
Görmədim “payından” alı yerində.
Gün vurar, allanar budağın başı...
Göyərər sinəmdə bu dağın başı,
Ələsgər bir dağdı, bu dağın başı:
Alıdı – dayanıb Alı yerində.
31 yanvar 2019-cu il
Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025