“Qaçqın” sözü çəkic oldu, mən dəmir,
Cismimi, ruhumu əzdi, gördünmü.
Necə qocaldım
Bir gün ayıldım ki, yaşım yarıdı,
Özüm də bilmədim necə qocaldım.
Gündüz dolanışıq qatdı başımı,
Fikirlər cəm oldu gecə, qocaldım.
Mən necə qocaldım, necə qocaldım...
Yaşadığım ömrə qəlbim yatmadı,
Qanmaz qanmazlığın daşın atmadı.
Qatığın ağlığı ona çatmadı,
Sözüm kar etmədi gicə, qacaldım.
Mən necə qocaldım, necə qocaldım...
Qoluzorlu nahaq haqqı devirdi,
İnsafı dünyadan sildi, sivirdi.
Fürsət düşdü, hara gəldi çevirdi,
Sükanı verdilər gicə, qocaldım.
Mən necə qocaldım, necə qocaldım...
Xəstə həddən aşdı, həkim çoxaldı,
Dərdim qat-qat, büküm-büküm çoxaldı,
Kosmik sürət ilə yüküm çoxaldı,
Beynimi çox saldım gücə, qocaldım.
Mən necə qocaldım, necə qocaldım...
Nə biləydim mən bu qədər acıyam,
Sanırdım ki, şirinliyin tacıyam.
Mən özümdə, özlüyümdə hacıyam,
Qoymadılar gedəm Haca, qocaldım.
Mən necə qocaldım, necə qocaldım...
Dünyanın dərdini yığdım başıma,
Demədilər, dərdi belə daşıma.
Ağ saçlarım düz gəlmədi yaşıma,
Otuzda adlandım qoca, qocaldım.
Mən necə qocaldım, necə qocaldım...
Parlamaq istəsən təcəlla kimi,
Qarşında şeytan var, bir bəla kimi,
Qoymadılar qalam Eynulla kimi,
Nadanlar almadı vecə, qocaldım.
Mən necə qocaldım, necə qocaldım...
Gedir
Təbiət insanı elə dəyişib,
İsti ürəklərdə buzlaşma gedir.
Dünyanın satılmaz nəyi qaldı ki...
Vurhay alver gedir, bazlaşma gedir.
Kim unudar Xocalını, Xatını?!
Bəşər minməkdədir əcəl atını.
Silahlar deşibdir ozon qatını,
Yerdə şüalanma, qazlaşma gedir.
Yurduma tay olmaz gəzsən haranı,
Qürbət gözlərimə çəkib toranı.
Canına hopubdur aran şoranı,
Yazıq Eynullada duzlaşma gedir.
Yazığı gəlmir
Bu necə dövrandır, necə zamandır,
Heç kimin heç kimə yazığı gəlmir.
Dindirərsən, min dərd sayar üzünə,
Xəstənin həkimə yazığı gəlmir.
Kərəməm, halıma yanmadı Lələm,
Fağır durdum, görən dedi - əfələm.
Belimdə gəzməkdən bezibdir şələm,
Fələyin yükümə yazığı gəlmir.
Kəsər gözləmirəm kor silahımdan.
Umacaq tükənib bir Allahımdan.
Od püskürən, alov saçan ahımdan
Alışan kürkümə yazığı gəlmir.
Yavaş-yavaş
Mən bir ağac, dərd cəhənnəm,
Quruyuram yavaş-yavaş.
Ölmək üçün rahat mənzil
Arıyıram yavaş-yavaş.
Qəmə dönüb əkilirəm,
Dəyməmişdən tökülürəm,
Qocaldıqca bükülürəm,
Əriyirəm yavaş-yavaş.
Unutdum toy-düyünləri,
Çal-çağırlı deyimləri.
Ömrümə yaman günləri
Sırıyıram yavaş-yavaş.
Gördünmü
Deyirdik vətənsiz yaşamaq olmaz,
Heç kim də ölmədi, dözdü, gördünmü?!
Bu dünyada insan zülmə tabedi,
Atalar dediyi düzdü, gördünmü?!
Mən bir insan ömrü eyləməmiş qət,
Gəldi didərginlik, başlandı həsrət.
İslam Konfransı, BMT, ATƏT...
Hamısı nağıldı, sözdü, gördünmü?!
Yapışam ahımdan, dırmaşam göyə,
Dərdimi üzbəüz deyəm fələyə.
Səhralarda ömrü verdim küləyə,
Canım əzablardan bezdi, gördünmü?!
Eynullanın dili yalan ha demir,
Doğru sözdən zülm çəkir, dərd əmir.
“Qaçqın” sözü çəkic oldu, mən dəmir,
Cismimi, ruhumu əzdi, gördünmü.
Mənə
Doğma vətənimdən xəcalətliyəm,
Öləndə bir qarış yer verməz mənə.
Qoynunda yaşadım çox illər boyu,
Övladı olmadım, gor verməz mənə.
Hansı üznən deyim, məni yad elə,
Dərdimə şərik ol, qəlbim şad elə...
Zamanın hökmüylə düşdü yad ələ,
Sirdaşı olmadım, sirr verməz mənə.
Eynulla, ürəkdə nifrət ölürəm,
Qaçqınam, başımda töhmət ölürəm,
Vətənə, torpağa həsrət ölürəm,
Dağlar zirvəsindən qar verməz mənə.
İstəyir
Mənim həsrət könlüm vətənsiz ölür,
Onu xilas edən oğul istəyir.
Koroğlu qılıncı, Əli qeyrəti,
İbrahim şah kimi ağıl istəyir.
Ağbaba, Ağdərə, Atlar bulağı,
Ağyoxuş, Ardışlı, Ayı qalağı.
Ağqaya, Ağgədik, Alı yaylağı...
Nağıl imiş, könlüm nağıl istəyir.
Dövran mən yazığı almır nəzərə,
Dərd hardadı, yönüm salır düz ora.
Bahalıqdır, girmək olmur bazara,
Balaca Pərviz də noğul istəyir.
Fələk Eynullanın sarayın sökür,
Viranə yurdunda fəlakət əkir.
Dağlıya aranda palçıq ev tikir,
Utanmır tərəzi-şaqul istəyir.
Didərgin
Yol aldı bazara evin əşyası,
Əlini dünyadan üz, ay didərgin.
Çox da müsəlmandır şəkər satanlar,
Çəkmə tərəzidən göz, ay didərgin.
Qorxuram bahalıq aclıq gətirə,
Qaçqın loxma üçün hər yük götürə,
Kişi papağını salıb itirə,
Yeyə hər alçaqdan söz, ay didərgin.
Qorxuram nadandan çörək diləyək,
Sayil sifətinə girək, diləyək.
Bəlkə yaradandan kömək diləyək,
Allah oyanınca döz, ay didərgin.
Arsızdır deyərlər, gülmək istəsən,
Əzrayıl öldürmür, ölmək istəsən.
Əgər qiymətini bilmək istəsən:
Sən bir çürük qozsan, qoz, ay didərgin.
Vətən
Olan-qalan nə xoş günüm varıydı,
Hamısı da qaldı ax, səndə, vətən.
Cığırlarım sağalıbmı döşündən;
İzlərim dururmu sinəndə, vətən?
A dağlar, a mənim dini-imanım,
Qoynunda uyuyur təbi rəvanım.
Yorğunam, qalmayıb tabi-təvanım,
Belin bükülübmü sənin də, vətən?
Eynullayam, altı ildir ölüyəm,
Mənfur yolçuluğun sonsuz çölüyəm,
Sönmüş bir ocağın qalan külüyəm,
Ocaqdan nə fayda sönəndə, vətən?!
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024