Tonqal iniltisi
(hekayə)
O hadisələrdən iyirmi il sonra günlərin birində lənətə gəlmiş o cəlladın yazdığı kitab əlimə düşdü. Hər şeyi qürurla, bütün xırdalığınadək yazan bu qanmaz, tüklü heyvərə anlamır ki, yazıçı insaniyyətlikdən, sevgidən yazar, vəhşilikdən yox! “Ay eşşək, bu kitab türkün əlinə keçsə, Xocalının soyqırımı olduğunu gözünə soxmazmı! Belə vəhşiliyi fəxrlə dünyaya yayan hansı gicbəsər Böyük Ermənistan qura bilər!? Dünya kordurmu!? Səni ayaqlarından asıb dərini soymaq üçün bu yazdıqlarından tutarlı dəlil ola bilərmi, a murdar erməni?!”...
Onsuz da narahat idim, bilirdim ki, tanrı bizdən nə vaxtsa qisas alacaq. "Ruhumuzun dirçəlişi"ni oxuduqdan sonra isə hər şey mənə haqq-hasab gününün, dözülməz əzabların yaxınlaşdığını dayanmadan pıçıldayır. Salba dəymiş toyuq kimi küçələrdə səksəkəli gəzirəm, yuxularım ərşə çəkilib, iş-gücə əlim yatmır, məni dindirənləri it kimi dalayıram. Həmin tonqalın alovları üzümü qarsır, o səs beynimi iynə kimi deşir, dəli edir məni. Bilirəm, bu səs vicdanımın səsidir. Hə, özümü dərk edən gündən itirdiyim, sonralar isə yaxınıma buraxmadığım, hər gələndə qapımdan qara pişik kimi təpikləyib qovduğum vicdanımın səsidir bu... Dünyanın digər ucuna sığınmışdım, tənhalığa sarılmışdım ki, məni itirib-axtaran olmasın, xatirələrim silinsin, bundan sonrakı həyatımı dinc yaşayım, amma o səs məni gör harda tapdı. İndi mən o səsin hökmünə anbaan tabe olur, qandalına əllərimi uzadırdım. Vicdanı ləkəli olanları tənhalıq da qorxudurmuş. “Demək əzab çəkmək bu yaşdan sonraya nəsib imiş. Bütün həssasiyyətimi itirməyim bu günədək o səsə sahib çıxmamağımdan olub” – mən bu yoxluq üzərində qurmuşdum həyatımı və bu yoxluğun sayəsində qazanmışdım hər şeyimi. Səni lənətə gələsən, Balayan! İnsan bu qədər kütbeyin olmaz axı. Yoxsa elə bilirsən ki, hər şey sona çatıb, daha Böyük Ermənistanı qurmusan?! Heç vaxt türklərin qətliamında iştirak etdiyim üçün peşiman olmamışam – onlar bundan artığına da layiqdirlər. Ancaq bir ermənin bu hadisələri kitaba yazıb dünyaya car çəkməyi gicbəsərlikdir! Səni lənətə gələsən, Balayan! Bununla sən özünün də, “Qaflan”ın keçmiş döyüşçülərinin də qəbrini qazmısan, it oğlu!..
* * *
... Xocalını alandan sonra o qədər içmişdik ki, taborumuzun ayaq üstə durmağa halı yox idi. Çəkməyənlər də öskürə-öskürə anaşadan ən azı 5-6 qullab sümürürdü. Kefimizin yaxşı vaxtı bir qadın öz əcəliylə gəlib çıxmışdı yanımıza. Onu iki həftə öncədən tanıyırdıq. Ərini onun və 18 yaşlı oğlunun gözləri qarşısında Daşaltıda güllələmişdik. Oğlu qandan yaman qorxurdu. Bir toyuq tutub verdik ki, başını kəssin, dedi, – “Kəsə bilmərəm, yazığım gəlir”. Anası kəsdi toyuğu, həm də “bismillah” deyərək. Xoren də lağ edə-edə “bismillah” deyib anasının gözü qabağında balasının başını kəsdi. Qadın onda bayılıb yerə sərilmişdi. Xoren qadını öldürmək istəyəndə qoymadıq, – “Qoy ayılıb öz dərdiylə ölsün, əzabla ölsün” – amma o hardansa ov tüfəngi tapıb bizdən qisas almağa gəlmişdi. Qadını tikə-tikə şaqqalayıb itə yedirirdik, xəbər gəldi ki, bu gün-sabah çox hörmətli qonaqlar gəlir. Hətta, məşhur erməni ideoloqu və yazıçısı Zori Balayanın özü təşrif buyuracaqdır! Cəsur “Qaflan” taborunun sevinci meşələri, dağ-dərəni bürümüşdü. Bilirdik ki, növbəti mükafatımızı Zori Balayanın əlindən alacağıqsa, deməli, qazancımız yenə ikiqat hesablanıb. Qaradağlını alanda da Vazgen pul mükafatımızı artıqlamasıyla şəxsən təqdim etmişdi.
Sabah ertədən ətraf rayonlarda nə qədər türk meyiti, əsiri götürülübsə maşın-maşın gətirib hamısını bizə təhvil verdilər. Tapşırdılar ki, meyitlər fermaya gələn yolun ortasına baş-ayaq düzülsün. Meyitləri əsirlərə daşıtdırıb təpənin başından düz tövlənin ağzınadək düzdürdük torpaq yolun ortasına. Özümüz də bilmirdik ki, bu nə hoqqadır, nə ssenaridir qurublar. Üst-üstə tığlanmış meyitlərə yaxın durmaq mümkün deyildi. Ağzımızı tənzif sarğı, respiratorla bağlamışdıq. Əsirləri doldurduq tövləyə. Cıqqırını çıxaranın başına it oyunu açırdıq, sonra da boş şampan şüşəsi kimi hədəfə alır, dəlmə-deşik edir, sevincək əl-qap edib atırdıq yoldakı meyitlərin üstünə. Bundan sonra qorxudan cıqqırını da çıxarmırdılar, sakitcə qançırlarını sığallayırdılar.
Radio ilə dedilər ki, yaraşıqlı, cavan qadınlara, qız uşaqlarına toxunmayaq – onların aqibətinə gələn qonaqlar qərar verəcək. Amma gec idi, qızların toxunulası bir şeyləri qalmamışdı. Amma içlərində 17 yaşlı mələk kimi bir qız vardı – Gülsüm. Yaman gözüm düşmüşdü ona, heç kimlə də bölüşmək istəmirdim onu. Fağırı o qədər zorlamışdıq ki, mal kimi dilsiz-ağızsız olmuşdu. Amma mən onu öpməkdən özümü saxlaya bilmirdim. Deyəsən bir türk qızına vurulmağın töhmətini götürmək üzrəydim. Hələ Gülgəzi götürüb dava-şava olmayan yerə qaçırmağı da düşünmüşdüm. Bax onda içimdə vicdanın qığılcım kimi yanıb-söndüyünü duymuşdum. Amma qığılcımı qəzəbimlə söndürdüm, qıza təkbaşına sahib ola bilmədiyim üçün onu dostlarıma qısqandım və boğub öldürdüm. Vicdanın nəfsimə hakim olmasına imkan vermədim. Bizə belə öyrətmişdilər – Nəfsinizə yol açdıqca vicdan və qorxu sizə hakim ola bilməz!..
Yenə gözümüzün nəşədən çönən vaxtı idi. Ekskavator və yükləyici maşınla təpənin başında döyüş maşınları üçün istehkam qazırdıq. Birdən təpənin başından bir kişi göründü. Qucağında qızını gətirirdi. Onu Tiqran avtomatın qabağına qatıb itələyirdi. Tiqran bizi görən kimi aralıdan qışqırdı ki, – “Bax, qızın siftəsi mənimdir ha, kimsə özünü qabağa soxmasın!” – bilirdi ki, türk qızının üstündə basabas düşəcək. Qız atasının boynuna bərk-bərk sarılıb key kimi üzümüzə baxırdı. Ceyran balası kimi hürkmüşdü. Qorxudan büzüşmüş türk görəndə qanımız coşurdu. Bizə çatanda Tiqran qızı güc-bəla atasının qucağından qopardı. Qızı qucağına alıb atasını təpiyi ilə bizə sarı itələdi, – “Bu da sizin olsun!” – qızı tələsik tövlənin böyründəki ot damına apardı. Əsgərlərin bir neçəsi dərhal qıza növbəyə durdular. Biz isə kişiylə məzələnirdik. Meşədə bir kahada gizlənibmiş, özününkülər tərəfə qaçmağa macal tapmayıb. Çox incitmədik, elə yarım saatın içindəcə qol-budaq edib şaqqaladıq, itlərə yedirdik. Dərədən tankın nəriltisini eşidən kimi özümüzü yığışdırdıq, əlimizdəki tikələri də yoldakı cəsədlərin üstünə tullayıb sıraya düzüldük. Tankın arxasınca bir cip, altı da pikap düzülmüşdü. Tank meyitlərə çatanda karvan dayandı, gələn qonaqlar yerə tökülüşdü. Nə danışdılar, nə razılaşdılarsa tank nəriltiylə yolboyu düzülmüş meyitlərin üstünə şığıdı. Tırtıllar meyitlərin başını, ayaqlarını xıncımlayırdı. Şaqqıltıyla ciliklənən kəllə sümüklərindən beyin lopaları pırtlayıb ətrafa səpələnirdi. Qonaqlar əl çalıb elə sevinirdilər ki, yanımdakı Aşot mənə pıçıldadı, – “Bunlar bizdən beş-betər dəliymişlər ki!”. Tank yanımızdan ötüb köhnə səngərin yanında saxladı. Qonaqlar indi tankın tırtıllarının açdığı rədboyu addımlayırdılar. Qarşıda gələn saqqallını dərhal tanıdıq – Zori Balayan idi. Hərbi formadaydı, fərəhindən qırışları açılmış, qanad açıb uçurdu. Qalanlarının çoxunu televizordan görmüşdük, hamısı tanış üzlər, böyük adamlar idi. Zori bizə çatıb bir-bir bizi bağrına basdı. Məni qucaqlayanda bildim ki, o da möhkəm vurub. Çəkməsi iplərinədək beyin, qan içindəydi.
– Əhsən sizə! Erməni xalqı sizin fədakarlığınız qarşısında baş əyir! Böyük Ermənistanın ümidi olan “Qaflan” dəstəsinin igid döyüşçülərinə dünyada yaşayan bütün ermənilərin qucaqdolusu salamları var! – sıranın qabağına keçib xeyli çərənlədi. Pikaplardan yeşik-yeşik konyak, viski, araq boşaldırdılar. – Kefdəyik! – yeşiklərin bolluğundan Aşotun çiçəyi çırtladı.
Türk qızcığazının qəfil çığırtısına ortalığa ani sükut çökdü. Balayan devikib susdu. Biz pıqqıldayıb güldük. – Bu nə səsdir? – Balayan tabor komandiri Qrimikdən soruşdu.
– Əsir türk qızıdır, əsgərimiz şərəfləndirir – Qrimik qımışdı. Balayan tövlənin ağzını açmağı əmr elədi. Qapılar taybatay aralananda bir-birinə sığınmış əsirlərin üzündən imdad yağırdı, elə bilirdilər ki, onları xilas etməyə gəliblər. Balayan gördüyü mənzərədən qısır canavara döndü, – Bunlar niyə sağdır!? – Qrimikə bağırdı.
– Dedilər ki, siz qərar verəcəksiniz – elə bil ağır günah işlətmişdi komandirimiz.
Bu vaxtı Tiqran toqqasını bərkidə-bərkidə lüm-lüt şikarının biləyindən yapışıb tövlənin tinindən çıxdı, – Növbəti! – kontuziya almışdı, qulağı ağır eşidirdi deyə gələn qonaqlardan xəbərsiz idi. Qızın budu-baldırı qan içindəydi. Axsayırdı, ayaqlarını güclə dartırdı. Pırtlaşıq saçları sinəsinə tökülmüşdü. Zori Balayan hirslə tövlənin taxta qapısını örtüb qızı göstərdi, – Əllərindən mıxlayın bura bu türk qancığını!
Xaçatur ən qansız dostumuz idi, əvvəllər də bir-iki türkü çarmıxa çəkmişdi. İri mıxlar və çəkiclə bir dəqiqədə qabağa çıxdı və qızın biləyindən tutub tövlənin qapısına sürüdü. David ona kömək edirdi. Əvvəlcə qızın ayaqlarını aralayıb qapının alt çərçivəsinə bağladılar. Sonra isə ovcunun içindən növbə ilə qapıya çivlədilər. Hərdən Balayandan imdad istəyirdi, – Əmi, qurban olum, ağrıdır. Quran haqqı ağrıdır. Mənə yazığınız gəlsin... Balayan isə qızın çənəsini ovuclayıb, – Qancıq balası! – deyib sillələyir, ağzını açmağa imkan vermirdi.
– Əmilər, qoymayın! Axı məni öldürmək istəyir! Niyə bir şey eləmirsiniz?! – qız çaqqal qısnayan qaz kimi çivdə inildəyib çapalayır, zarıyır, qıraqdan tamaşa edənlərə yalvarırdı. İçimdə bir həyəcan yanıb-söndü. İnsanlar öz içlərindəki işığı söndürdükcə əzazil olur. Əslində qıza rəhmim gəlmirdi, sadəcə, bu, əsgər işidir və bir yazıçının bu qədər zalım ola biləcəyini ağlıma sığışdıra bilmirdim.
Əsir qadınlardan biri Balayanın üstünə hücum çəkəndə qorxudan rəngi avazıdı, özünü əsgərlərin arasına dürtdü. Xaçatur qadını ayağının altına alıb xəncəri kürəyinə sapladı. Yazıçı yerdə çabalayan qadının üstünə yeriyib bir döşünü kəsdi, çarmıxda zarıyan qızın ağzına dürtdü ki, onun da səs-küyü kəsilsin. Sonra şalvarının yan cibindən ülgücü çıxarıb qızın başından, sinəsindən və qarnından dərisini soydu. Deyəsən nəsə eksperiment aparırdı, çünki tez-tez saatına baxırdı. Qız al qanın içindəydi və getdiksə səsi öləziyir, bədəni zəifləyir, boynu sinəsinə əyilirdi – Atama deyəcəyəm... Siz insafsızsınız. Siz Allahdan qorxmursunuz. Atam sizdən bunun əvəzini çıxacaq. Siz pis adamlarsınız... – atasının öldüyündən xəbərsiz idi. Artıq bu səhnədən iyrənirdim və qızın elə indicə canını tapşırmasını istəyirdim. Amma türk qızı canını yeddi dəqiqədən sonra tapşırdı. Bunu, Zori Balayan heyrətlə, – Düz yeddi dəqiqə! – deyəndə bildik. Balayan nəsə yeni tibbi kəşf etmişdi deyəsən, qürurla ülgücünü şalvarına silib qatladı, – Mən də bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirəm ki, hər bir erməni bu hərəkətimizlə fəxr edəcək, ən azı bir türkü öldürməyənlər gələcəkdə çox heyfsilənəcək! – ülgücü cibinə qoydu.
Sanki orqazmdan sonrakı rahatlığa qovuşmuşdu Balayan. Eyni eksperimenti axşamadək daha üç türk uşağının üstündə sınaqdan keçirdi. Axşama “Qaflan” taborunun şərəfinə ziyafət verildi. Hava soyuq idi, amma hamının kefi göylə gedirdi. Ayaqyolundan qayıdan Balayan dedi ki, çox üşüyür və tövləyə od vurub qızınaq. Balayanla gələn yazıçı-jurnalist David Xerdiyan və polkovnik-leytenant Ohanyan tövlənin damındakı küləşə, yandakı ot tayasına od vurdu...
* * *
...Biz nələrisə kimlərdənsə gizlədə bilərik, lakin özümüzdən gizlətməyimiz mümkünsüzdür. Bu qədər adamın bir bədən kimi eyni əhvala köklənməsi çox təəccüblü iş idi. Rəhmli üz görmək mümkün deyildi. Vicdanımızı üzümüzə vuracaq, etdiyimiz bu yanlışa görə bizə irad tutacaq göz görə bilmədim aramızda. Heç birimizin ağlından keçmirdi ki, bir gün bu hərəkətlərimiz bizə peşmanlıq gətirə bilər. Sanki hamımız əlimizə silah alıb Böyük Ermənistan uğrunda and içən gündən vicdanımızı salıb itirmişdik. Biz nə biləydik ki, vicdandan məhrum olmaq, kompası olmadan səhranın ortasında yolunu azmaqdır...
Alovun istisindən çox qışqırıb hay-haray salan türklərin səsinə qızınırdıq biz. Belə bir zövqü indiyədək heç vaxt duymamışdıq. Tövlənin qapısını nişangaha almışdıq, çıxmağa cəhd edən əsiri gülləylə yerə sərirdik. Meyitlər tığlanıb qapı boşluğunu bağlamışdı. Yanmış ət qoxusunu sinədolusu ciyərlərimizə çəkirdik. “Qaflan”ın hər bir döyüşçüsünün üzündə sonsuz fərəh vardı. Biz ulu babalarımızın qisasını layiqincə aldığımıza görə çox məmnun idik.
Səhər açılanda tövlənin yerində adda-budda tüstü burumlanırdı. Balayanın göstərişiylə tank və ekskovator cəsədləri tırtıllar altında xıncımlayıb yox etməyə başladı – izi itirmək lazım idi. Qulaqlarım səksəkədə idi, hələ də elə bilirdim ki, tırtılların altından inilti səsləri gəlir. Yükləyici sür-sümüyü koğuşuna alıb çalaya dolduranda bir körpə uşağın hələ də yavaş-yavaş nəfəs aldığını gördüm. O bir küncdə – tövlənin uçmuş divarının altında sağ qalmışdı. Soyuq, aclıq və alovdan yaxa qurtaran uşaq hələ də sağ idi, ölmək istəmirdi. Nəfəsi xırıldayan, ölümlə amansız mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacağam. Bıçağı çıxarıb onun boğazını kəsdim. Ohanyan çalaya doldurulmuş sür-sümüyün üstünə mazut töküb od vurdu. Köhnə rezin təkərlərilə tonqalı gurlaşdırır, üstünə isə yenidən yolda xıncımlanmış meyitləri kürüyüb tökürdük. Qara tüstüsü göyə millənən müdhiş tonqaldan gözlərimi çəkmirdim. Qulağıma hələ də ağı, qarğış və imdad səsləri gəlirdi. Ətrafımdakı dostlarımın bircəciyinin üzündə vicdan, insaf, rəhm deyilən şeyin nişanəsini də görmədim, – “Əgər biz vəhşilərlə eyni dünyada yaşayırıqsa, nəyə görə özümüzü dünyanın ağıllı insanı kimi aparmalıyıq? İnsanı pis əməllərdən uzaq tutan və doğru olanı bildirən vicdandır, o isə heç birimizdə yoxdur. Hamımızın sonu onsuz da bəllidir”... – bunu indi də Tümendə mənimlə qonşu olan dostum Vartan deyirdi.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024