Xarici Ədəbiyyat - Aqata Kristi

19:00 / 02.03.2019
Baxılıb: 2586

Mavi kavanozun sirri

Cek Hartinqton çox məyyusluqla topu axtaranda, onun sifətində təpədən-dırnağa nifrət, ikrah və hörmətsizlik  hissi vardı. Sonra  dayanıb arxaya, T şəklli yola baxdı və ordan gəlib kotecin həyətində olan dəmir kürənin üstünə iki işarə çəkdi. İki kəskin işarə. Və onu yellədi.Ciddi şəkildə dayanaraq bir cəngə otu və zəncirotunu kürənin içindən götürüb, kürəyə baxdı:

- Sənin üçün bunu 24 yaşda etmək çətindir və sənin həyatda bir əngəlin var. Problemin qolfu azaltmaq, vaxtını, diqqətini həyatına yönəltməkdir... o deyindi.

Yeddi nəfərdən beşi Cekin şəhərdə - Mahaqoni türməsində həbsdə olduğunu bilirdi...

Şənbə və bazar günləri dini cəhətdən real həyat işlərinə həsr olunmuşdur. Həsrət bitsin deyə, onlar kiçik Storton Hit otelinin yaxınlığında  otaq götürmüşdülər. Saat 6-da gün çıxırdı.Sanırdı ki, səhər-səhər bir saatlıq qolf oynamaq yaxşıdı. Elə bilirdi ki, konstitusiyanın qanunlarına əsasən səhər saatlarında (yəni  6-dan sonra) bundan başqa heç nə edə bilməzdi. Ancaq konstitusiyada belə bir qadağa da yox idi...

 Sadəcə onun maşını  yol boyu şütüyürdü.Elə bil kölgələr sürücüyə tərəf sürüklənirdi. İstənilən yerdə, yaşıllıqlarda qoyunlar görünürdü.

Cek dərindən ah çəkib, sanki  kiminləsə danışırmış kimi,- sağ əlin etdiyini sol əl bilməməlidir, heç kimə altdan yuxarı baxmayın,- deyərək fikirləşirdi...

 O geri dönüb dayandı, yay səhərinin sakitliyində ağlamaq səsi eşidib dəhşətə gəldi.

- Qatil, qatil, kömək edin!

Bu qadın səsi idi, həyəcanlı səslə qışqırırdı. Cek qolf dəyənəyini  götürüb aşağı düşdü və səs gələn istiqamətə tərəf qaçdı. Ona elə gəldi ki, bu səs hardasa burnunun ucundadır. Bu yad, kiçik mənzərəli yerdə - kottecdə bir balaca ev vardı. Cek bu köhnə dünyanın "xöşbəxtlik" havasını tez hiss etdi. O, bu yamacda yerləşən kottecə qaçdı və bir qədər hərləndi, gəlib bir açıq qapıda dayandı.

Bağda bir qız vardı. Dərhal belə nəticəyə gəldi ki, bu həmin ağlayıb kömək istəyən qızdır. Tez də fikrini dəyişdi. Onun əlində yarıya qədər alaq otu ilə dolu səbət vardı. O, həm də kəpənəkgülündən özünə yeləng düzəldirdi. Cekə elə gəldi ki, onun məxməri, tünd mavidən çox bənövşəyi gözləri də kəpənəkgülünə bənzəyir. Bənövşəyi kətan paltarında sanki o tamamilə kəpənəkgülüdür.

Qız əsəbi halda, təəccüblə, narahatıqla Cekə baxdı.

- Məni bağışlayın, indicə ağlayan siz  idiniz?- deyə, Cek soruşdu.

- Mən? Doğrudanmı?!

Qızın səsi elə səmimi idi ki, Cek pərt oldu. Onun səsində çox yumşaqlıq, xəfiflik hiss etdi.

- Siz səsi eşitdiniz? – Cek davam etdi,- Səs, hardasa, buralardan gəlirdi.

Qız diqqətlə ona baxdı və heç bir səs eşitmədiyini dedi.

Cek də təəccüblə ona baxdı. Bu tamamilə ağlagəlməz idi, qız kömək üçün heç bir səs eşitməyib. Və onun toxtaqlığından bəlli olurdu ki, qız onu aldada bilməz. O kiminləsə, hardasa əlbir ola bilməz. – Öz-özünə israr etdi.

Ancaq qız indi ona şübhəli görünürdü.

- O nə dedi? – qız soruşdu.

- Qatil, kömək edin! Qatil!

- Qatil, kömək edin! Qatil! – qız təkrar etdi. - Kimsə sizinlə zarafat edir, ser,- qız dedi.- Burda kim qatil ola bilər?

Cek bağ yolunda cəsəd aşkar edirmiş kimi dolaşıq fikirlərlə ona baxdı. O hələ də əmindir ki, bu qışqırıq həqiqətdir, onun təsəvvürünün məhsulu deyil.

Cek kottecin pəncərələrinə tərəf baxdı. Hər şey tamamilə gözəl və sakit görsənirdi.

- Siz bizim evi axtarmaq istəyirsiniz?- qız soruşdu.

Cekin çaşbaş qalmağı, bu qədər dərinliyə getməyi qızı açıq-aşkar şübhələndirirdi.

Cek geri döndü:

- Məni bağışlayın,- dedi.- Yəqin bu səs meşənin yuxarı tərəfindən gəlir.

O, papağını qaldırdı, sagollaşıb  geri döndü. Çiyni üzərindən oğrun-oğrun geri baxanda gördü ki, qız öz işinə davam edir.

Bir müddət meşə boyu gəzdi, ancaq baş verən bu qeyri-adi işdən -         səsdən bir işarə belə tapa bilmədi. O, həmişə olduğu kimi, pozitiv idi və o, həqiqətən, qışqırıq səsi eşitmişdi. Bir az axtarışdan sonra evə tələsdi, bu dar haşiyədə, həmişəki kimi, 8:46-ya kimi səhər yeməyinə çatsın.

Cekin vicdanı, insafı onu bir az bizlədi və qaçıb qatara oturdu. O gərək eşitdiyi səs barədə dərhal polisə hesabat verməyidimi? Kəpənəkgülünə bənzəyən qızın inamsızlığına inanmağa borcludurmu? Qız onun bu romantizmindən şübhələnmişdi, bəlkə də, polis də eyni şeydən şübhələnər. O səs eşitdiyinə tamamilə əmindirmi?

Bu, çox da müsbət fikir deyil,- deyə, fikirləşdi. Ən yaxşısı itmiş hay-küyün nəticəsini bilməyə çalışmaqdır. Bu məsafədə quşların qışqırığının qadın səsilə bir oxşarlığı, bənzərliyi varmı? Yox, o bu fikri rədd etdi. O qadın səsi idi. O, bu səsi eşitdi. Səs gəlməmişdən əvvəl o saatına baxmağı xatırladı. Təxminən səkkizə iyirmi dəqiqə işləmiş  o qışqırığı eşitdi. Əgər hər şey məlum olsa, bu polisə demək üçün faydalı fakt olar.

Həmin axşam evə gələndə axşam qəzetlərinə narahatlıqla baxdı ki, görsün orda törədilmiş cinayətdən bir şey yazılıbmı? Ancaq orda heç nə yox idi, bu da onu məyus etdi.

Ertəsi gün səhər-səhər hava yağmurlu idi. Hətta ən şövqlü qolfçular belə  bu havada Cekin ruh yüksəkliyini soyutmazdı. O, yerindən qalxdı, acgözlüklə səhər yeməyini yeyib qatara qaçdı, yenidən həvəslə qəzetləri ələk-vələk etməyə başladı. Hələ də törədilmiş dəhşətli cinayətin adı çəkilmirdi. Axşam qəzetləri də eyni hadisələri yazırdı.

Bilmək istəyirəm, istəyirəm... Cek öz-özünə dedi, güman edirdi  ki, balaca oğlanlar hələ də meşədə oynayırlar. O, səhər tezdən boş olacaqdı. Kotteci xəyalən gəzdi, qızın həmin bağda yenidən dayandığını gözünün önünə gətirdi. Onun məşğuliyyəti aydındır. Xüsusilə bu yanaşmadı, qızın bunu müşahidə etməsinə ümidvar idi. Qolf ağacına söykənib saata baxdı. Səkkizə  iyirmi dəqiqə işləyib,- deyə,  o mızıldandı,- mən təəccüblənirəm. Bu sözlər onun dodaqlarında donub qaldı. Onun ətrafından eyni qışqırıq səsi gəldi, əvvəlki kimi onu həyəcanlandırdı, dəhşətli qorxu, narahatlıq...

- Qatil, kömək edin! Qatil!

Cek geri qaçdı. Kəpənəkgülü qız darvazanın yanında dayanmışdı. Qız həyəcanlı, qorxmuş halda baxdı. Cek qalib gəlmiş kimi ona tərəf qaçdı.

- Siz bu səsi eşitdinizmi? Səs hardan gəldi?

Qızın gözləri təlaşdan genişləndi. Cek fəhmlə dərinliyi dərk edə bilmədi. Qız sarsıldı. Cek yaxınlaşdıqca qız təlaşla geri çəkildi. Cek hətta evə baxırdı, baxmayaraq ki, qızın fikri qaçıb orda daldalanmaq idi.

Qız Cekə baxaraq başını tutdu.

- Mən heç nə eşitməmişəm.- qız təəccüblə dilləndi.

Baxmayaraq ki, qız əsirdi, ancaq səmimiyyəti açıq görünürdü və Cek ona inanmaya bilməzdi, o bunu heç cür təsəvvür edə bilmirdi. Birdən o qızın zərif səsini eşitdi.

- Sizin kontuziyanız var, eləmi?

Bu arada Cek onun təlaşla geriyə - evə baxmağını hiss etdi.

O fikirləşdi ki, qız bu aldanmadan əzab çəkə bilər. Sonra odun üstünə soyuq su tökər, dəhşətli fikirdir, elə deyilmi? O aldanmaqdan əzab çəkərmi? Layiq olmadığı sözdən və bu dəhşətli fikirlər başında ilişib qaldığından büdrəyə-büdrəyə çıxıb getdi. Qız onun getməyinə baxdı, ah çəkdi, başını tutub aşağı əyildi.

Cek bu işin səbəbini özü tapmağa ciddi cəhd göstərirdi. Əgər mən bu lənətlənmiş səsi yenidən səkkizə iyirmi dəqiqə işləmiş eşitməsəydim, - o öz-özünə deyindi.- Hər şey aydındı, məni qarabasma tutub. Mən heç nə eşitməmişəm ki, eşitməmişəm...

Cek bütün günü əsəbi idi, erkən yatmağa getdi, ancaq vəziyyətə görə səhər nə edəcəyini müəyyənləşdirmək fikri ilə gecə yarıya qədər oyaq qaldı. Nəhayət yatdı.

Yeddiyə iyirmi dəqiqə işləmişdi. O oyandı. Bu vaxt hotel açıq olur və hotelə tərəf qaçmaq, əlaqə yaratmaq lazımdır. Əgər bu səs qarabasma olmasaydı, o, indi bu ölümcül nöqtənin səkkizə iyirmi  dəqiqə işləmiş olduğunu başa düşməzdi. Qaçdı, gözünü qolundakı saata zilləyərək qaçdı. İyirmi dəqiqə işləmiş o qızın səsinin əks-səda verdiyi yerə qaçdı. Onun səsi seçilirdi. Ancaq əvvəl də eyni səs eşitdiyinə inanırdı. Səs eyni nöqtədən gəlirdi. Hardasa kottecin qonşuluğundan gəlirdi.

Çox qəribədir, bu fakt onu arxayınlaşdırırdı. Əvvəl-axır bu mistikləşdirmə ola bilərdi. Görünür qız onunla zarafat edirmiş. O, cəsarətlə çiyinlərini çəkdi və qolf çantasından dəyənəyi çıxartdı ki, kottecdəki meydançada oynasın.

Qız həmişəki kimi bağda idi. O, başını yuxarı qaldırıb baxdı. Cek papağını yuxarı qaldırıb bir az utana-utana,- sabahınız xeyir,- dedi və qıza həmişəkindən daha çox sevgiylə baxdı.

- Gözəl gündür, elə deyilmi?- Bu, qaçılmaz, bayağı müşahidədən küfr etmək kimi səsləndi.- Bəli, həqiqətən gözəldir, bağ çox yaxşıdır. Mən də belə gözləyirdim.

Qız biraz məftunedici batıq sifəti ilə gülümsəyərək açıqlama verdi:

- Əfsus ki, yoxdur, mənim güllərimə yağış lazımdır. Baxın, onlar quruyublar.

Cek sanki bu dəvəti gözləyirdi, bağın aşağı tərəfindəki çəpərə tərəf gəldi, bağı nəzərdən keçirdi. Hər şey yaxşı görünürdü, o səhvən atmaca atdı və qızın yüngülcə təəssüf hissi keçirdiyini, nəzərlərini ondan qaçırdığını gördü.

- Günəş də yaxşıdır, elə deyilmi?- qız dedi,- Gülləri sulamaq lazımdır, ancaq güclü günəş olanda onları korlayır. Mən görürəm Müsyo bu gün daha yaxşıdır.

Onun həvəsləndirici səsi son dərəcə gərgin idi.

- Lənət olsun hamısına!- Cek öz-özünə dedi. Düşündü  ki, qız onu  evə dəvət etsə yaxşı olar. Sakitcə qıza tərəf, - Mən çox yaxşıyam.- ancaq əsəbi dedi.

Qızın ona inanmadığına görə Cek əsəbi olurdu, qıcıqlanırdı...

O, geri qayıtdı, bir neçə qolf oynayıb nahara tələsdi. Naharı edə-edə fikirləşirdi və eyni zamanda yanındakı masada oturan kişini də nəzərdən keçirirdi. O orta yaşlı güclü, inandırıcı sifətli bir kişi idi. Onun kiçik qara saqqalı, iti, boz gözləri, davranış qaydası onu yüksək adamlar içərisində yüksək peşə sahibi olduğunu göstərirdi.

Cek bilirdi ki, onun adı Lavinqtondur. Onun tanınmış tibb mütəxəssisi kimi haqqında dedi-qodu, şaiyələr eşitmişdi. Ancaq Cek kimi o, Harli Stritdə tez-tez olmurdu. Ancaq bu səhər o sakit müşahidədən xeyli şübhələndi, bu şübhə bir az da onu qorxutdu. Onun sifətində bütün gizlinlər planlı şəkildə yazılmışdımı? Bu mütəxəssis dediyimiz nə səbəbə bunu etdi? Bu işin içində gizlənmiş xətalı nəsə varmı? Cek fikirdən əsirdi. Bu doğrudurmu? O həqiqətən dəlidir? Bütün bunlar qarabasmadır, yoxsa böyük qarışıqlıqdır, xaosdur? Birdən çox sadə yoxlamanın həlli onun ağlına gəldi. O indiyə qədər öz çevrəsində tək idi. Güman ki, kimsə onunladı.Bu ikisindən biri o ola bilər? Səsi çox sakit gəlirdi. Onların hər ikisi onu eşidə bilər.

Axşam o öz  planını həyata keçirməyi davam etdi. Lavinqton onun istədiyi adam idi. O, kifayət qədər asanlıqla bu söhbətə düşmüşdü. Yaşlı adam belə bir açılış gözləyirdi. Bir səbəbdən məsələ aydın idi, yoxsa başqa cür Cek onu necə maraqlandıra bilərdı? Sonrakı vəziyyət çox asan, sakit ola bilərdi. Təbii ki, nahardan əvvəl bir az qolf oynasaydılar. Əgər bu tənzimləmə ertəsi gün baş versəydi...

Onlar saat səkkizdən əvvəl qolf oynamağa başladılar, gözəl gün idi, hava sakit, buludsuz, elə də isti deyildi. Həkim çox yaxşı oynayırdı. Cek isə fikirli görsənirdi. Onun bütün fikri gələcək böhranın intiqamı idi. O tez-tez saatına baxırdı. Sonra kottecə tərəf getməyə başladı. Onlar ora çatanda səkkizə  iyirmi dəqiqə işləyirdi.

Qız həmişəki kimi bağda idi. Çəmənlikdə iki top var idi. Cek onların yanından keçdi. Doktor biraz aralıda idi.

- Mən bunu oynamışam, getməliyəm.- Lavinqton dedi.

O, topa baxaraq aşağı düşdü.Cek tək qaldı, onun gözləri elə saatda idi. Dəqiq saat səkkizə iyirmi  dəqiqə işləmişdi. Top yumşaq otların üstü ilə yomalanıb oyuğun qırağında dayandı. O, tərəddüd edərək topu oyuğa itələdi.

- Yaxşı oldu!- Cek dedi.

Onun səsi fərqli dərəcədə boğuq səsləndi. O qolunu silkələyərək yenə də saata baxdı. Elə bil kömək istəyirdi. Elə bil tilsim qırılmışdı, heç nə baş vermədi.

Onlar səkkizinci yarışa qədər oynadılar. Əlləri əsməyinə rəğmən Cek öz əli ilə qəlyanını doldurdu. Bu fikri başından atmaq ona çətin gəlirdi.

- Lord, necə də gözəl gündür!- o yuxarı baxaraq, böyük məmnuniyyətlə qeyd etdi.- Sürüşdürün! Lavinqton, sizin növbənizdir.

Onlar yaxınlaşdılar. Doktor çox ani, tələsik vururdu. Birdən çox hündürdən və iztirabla: Qatil! Kömək edin! Qatil!- deyən qadın səsi eşidildi.

Qəlyan Cekin əsən əllərindən düşdü, o fırlanıb səs gələn istiqamətə döndü və yoldaşına nəfəs dərmədən baxdı. Nəsə xatırladı.Lavinqton gözlərini aşağı dikdi. Bu bir balaca aydın oldu. O, fikirləşirdi ki,guya heç nə eşitmədi. Görünür, dünya Cekin başına fırlanır. O, darda qalan adam kimi bir-iki addım atdı,- Aman Allah, bu işi asanlaşdır, asanlaşdır! Mən nə etməliyəm?-  Özünə gəlib çəmənliyə uzandı və bükülü qaldı. O, susalmışdı, hissini itirmişdi.

- Aman Allah!- o, zarıldadı.- Bu nə çətinlikdir düşmüşəm? Problem nədir?- Onun ağlına nəsə belə şeylər gəlirdi.- Bir dəqiqə, sizə bir şey söyləyəcəm. Ancaq istərdim ki, birinci nəsə xahiş edim.

Həkim qəlyanını yandırdı və kənarda oturdu,- İstədiyini soruş,- o rahatlıqla cavab verdi.

- Siz keçən gün də, sırağa gün də məni müşahidə edirdiniz. Nə üçün?

Lavinqtonun gözləri ışıldadı:

- Bu bir az yöndəmsiz, yersiz sualdı. Bilirsən, biri o birisinə baxa bilər.

- Məni sualdan kənarlaşdırmayın, mən ciddiyəm. Mənim sualımın ciddi səbəbi var.

Lavinqtonun sifəti ciddiləşdi:

- Mən tamamilə vicdanla cavab verəcəm. Mən sizin bütün işlərinizdən və iti baxışlarınızdan zəhmətkeş bir adam olduğunuzu sanıram. Ancaq bu intriqalı baxışlar nə ola bilər?

- Mən sizə asanlıqla deyəcəm. Mən dəli olmuşam...

Onun duruşu çox dramatik idi. Onun vəziyyəti maraqoyadıcı görünməsə də, gözlənildiyi kimi bədbəxt də deyildi.

- Mən sizə deyirəm ki, mən dəli olmuşam. Çox ciddi, həqiqətən ciddi -  o mızılıdandı. Cek özünü çox qəzəbli hiss etdi.- Mən güman edirəm ki, hər şey sizə məlumdu. Həkimlər belə rəhmsiz qarğıyıblar, qarğımışlardır.

- Yaxın gəl, gəl mənim gənc dostum, sən təsadüfi hadisədən danışırsan. Baxmayaraq ki, mən həddimi gözləyirəm. Mən tibbdə təcrübə  etmirəm. Dəqiq desəm, mən həkim deyiləm, mən terapevt deyiləm.

Cek qətiyyətlə ona baxdı.

- Bəs ağıl?

- Bəli, birmənalı desək, düzü, mən özümü ruh həkimi adlandırıram.

- Aha!

- Mən səsinin tonundan bu alçalmanı hiss edirəm. Biz hələ bu işarənin fəal prinsiplərinə bəzi sözlər deməliyik, hansı ki, bu mövcud olan müstəqil təkbaşına evi ayırd etməliyik.Siz buna şərtlə, ürəklə girişmisiz. Bilirsən, cavan oğlan, bu dini ifadəni ruhanilər uydurmayıblar. Biz ağılla etməliyik, ya da şüuraltı, yoxsa heç bir müddət və möhlət sənə əl verməz. Sən mənimlə belə danışmaqla qanunu pozursan, ancaq mən əminəm ki, sən məni qəribəliklərinlə heyrətləndirəcəksən. Bu, cavan adam üçün çox mükəmməl ölçülü bir işdir. Bu sənin ağlından çıxmasa, çox zərər çəkə bilərsən.

- Düzdür, mən başımdan çıxara bilmirəm. Bu tamamilə hüzurvericidir.Belə danışdığım üçün məni bağışlayın. Mən buna inana bilmirəm. Mən bu aldanmadan üzüləcəm. Mən bu vəsvəsədən çox acı çəkirəm.

- Bu nahardan sonramı baş verir?

- Yox, səhər-səhər.

- Ola bilməz.

- Mən eşitdiyim şeyləri sizə söyləyirəm, onu heç kim eşitməyib. Mindən bir adam Yupiterdə ayı görə bilər. Çünki o biri doqquz min doxsan doqquzu Yupiter ayının mövcudluğunu görə bilmir. Əlbəttə, minlərlə adamı lunatik adlandırmağa səbəb yoxdur.

Yupiter ayı elə fakt kimi təsdiq olunub. Bu gün belə aldanmalar da sabah elmi fakt kimi təsdiq olunur. Buna rəğmən, sözün düzü, Lavinqtonun davranışı Cekə üstün gəlirdi. O, üzücü bir şəkildə sakitləşirdi və təəccüblənirdi.

Doktor bir neçə dəqiqə diqqətlə ona baxdı və başını əydi:

- Bu lap yaxşıdı,- dedi.- Dostum, sən nəsə bu iztirabdan özün əzab çəkirsən.Sənin fəlsəfən bu mövcudluqdan kənardadı. Sən  zəlzələ baş verəndə saatı qur, sonra mühakimə yürüt. Biz də gəlib bunun səbəbinə inanaq. Bilək ki, dəli olmursan və məsələni bağlayaq.

Baxmayaraq ki, Cek baş verənləri inandırıcı nağıl etmişdir.

- Ancaq başa düşə bilmirəm, nə üçün bu səhər o səkkizin yarısı baş verdi. Beş dəqiqə gec...

Lavinqton bir-iki dəqiqə fikirləşdi. Sonra:

- Saatına bax, neçədir?- deyə, soruşdu.

-Səkkizə 15 dəqiqə qalıb,

Cek məsləhət verirmiş kimi cavab verdi.

- Kifayət qədər sadə, mənim fikrimcə, səkkizə  iyirmi dəqiqə işləmiş. Sənin saatın beş dəqiqə irəlidir. Bu çox maraqlıdır və əhəmiyyətlidir, məni nəyəsə tuşlayır.Həm də çox dəyərlidir.

- Hansı yolla? Bu nədir?- Cek maraqlanmağa başladı.

- Açıq-aydın izahı birinci dəfə səhər-səhər eşitdik, bu zarafat idi, yoxsa yox? Ertəsi gün səhər dəqiq eyni vaxtda özün bunu təlqin edib eşitdin. Mən buna həm əminəm, həm də yox. Əlbəttə, şüurlu şəkildə yox, şüuraltı. Bizimlə yaxşı məzəli zarafat edir. Ancaq hər halda bu açıqlama əksini tapacaq. Əgər bu kriminal təklif olsa, onda səkkizə iyirmi beş dəqiqə işləmiş bu səsi eşidə bilərsən. Sən  fikirləşdiyin vaxtda eşidə bilmərsən.

- Yaxşı, sonra?

- Hər şey aydındırmı? Kömək üçün qışqırmaq müəyyən  vaxtda, məkanda  baş verir. Bu yer kottecin ətrafıdır və vaxt səkkizə  iyirmi beş dəqiqə işləmiş...

- Bəli, nə üçün bunu ancaq mən eşidirəm?

- Mən ruhlara inanmıram. Bütün bu kabus şeylərlə əhvala yüklənmək olmaz. Hər şey geridə qaldı.

- Nə üçün mən lənətlənmiş, qadağan olunmuş səslər eşidirəm?

- Aha! Biz hazırda bunu söyləyə bilmərik. Bu, qəribədir, ən yaxşı mühitdə təsdiqlənmiş hadisəni spektiklər ayırd edəcəklər. Onlar bu gizli hadisələrin təzahüründə maraqlı adamlar deyillər. Bəziləri görürlər, bəziləri eşidirlər, biz bilmirik nə üçün? Ancaq onundan doqquzu nə görmək istəyir, nə də eşitmək. Ancaq bu qarabasmanı inandırırlar, elə sənin kimi. Bu, elektrikə bənzəyir. Bəzi materiyalar yaxşı dirijordur və uzun müddət biz bilmirik nə üçün bu bizim gözlədiyimiz faktın məzmunu ola bilər. Hazırda biz bilmirik niyəsini. Şübhəsiz, bəzi günlər sənin səs eşitdiyini biləcəyik. Qızla mən yox. Hər şey səninlə qanunauyğun idarə olunur. Burda, həqiqətən, fövqəltəbii, müəmmalı bir şey yoxdur. Qanun belə psixi gizli hadisələri aşkar edəcək. Ancaq çətin işlərə az kömək edirlər.

- Mən nə etməliyəm?- Cek soruşdu.

Lavinqton çaşmışdı:

- Elə bilirəm təcrübə lazımdır,  mənim dostum! Get yaxşı nahar et, daha sonra narahat olmadan şəhərə get. Başını belə şeylərlə qatma. Başa düşdünmü? Mən isə topu götürüm, sonra görüm bu kottecdə nəyi aşkar edirəm. Bura sirli yerdir, mən cəsarətlə deyərdim.

Cek ayağını qaldırdı:

- Haqlısınız, ser. Mən bu sirli məsələni həll etməyə hazıram.- Cek səhv edirmiş kimi diksindi.- Mən qızın haqlı oduğuna əminəm,- deyə, mızıldandı.

Lavinqton  bundan xoşhal oldu.

- Sən mənə demədin ki, o gözəl qızdır?

- Mən fikirləşirəm ki, hadisə qızdan əvvəl başlayıb.

Cek həmin axşam çox inamsız halda evə gəldi. O, indi kor-koranə imanla, etiqadla Lavinqtona bağlanmışdı. Doktor təbii şəkildə bu işi gözləyirdi, sözün düzü, onun da sarsılmazlığı Cekə təsir etmişdi.

O, aşağı zala yeməyə enəndə, yeni dostu onu gözləyirdi. Doktor isə eyni masada nahar etməyi təklif etmişdi.

- Nə xəbər var?- Cek narahatlıqla soruşdu.

- Mən Hiter kottecin tarixini toplamışam. Ən birinci bu ev bir bağbanla  arvadına kirayəyə verilib. Sonra qoca bağban ölüb, arvadı isə qızının yanına gedib. Sonra bir bənna oranı götürüb, böyük məharətlə oranı müasirləşdirib və bir şəhərli centlemenə satıb. O da ancaq həftəsonunda oranı istifadə edərmiş. Bir ilə yaxın olar ki, o oranı Miss və Mister Ternerə satıb. Görünür onlar çox qəribə adamlar olublar. Ayırd etmək çətindir. O, ingilis idi, arvadı isə qismən rus olduğu zənn edilirdi. O, yaraşıqlı, ekzotik-görünüşlü qadın idi. Onlar rahat yaşayırdılar, heç kimi görmürdülər, hərdənbir kottecin bağına çıxardılar. Yerli adamların şaiyələrinə görə onlar nədənsə qorxurdular, ancaq mən fikirləşirəm ki, biz gərək bu işimizi etibarlı tutaq. Bir gün səhərə aydın oldu ki, onlar köçüblər, heç vaxt da  geri qayıtmayıblar. Buradakı agentlər Mrs. Tenerdən məktub alıblar. Məktub Londondan yazılmışdı. Təlimatda deyilirdi ki, yer mümkün qədər tez satılsın. Mebellər ayrı satılır, ev isə Mr. Moleverə satılır. O isə orda həqiqətən iki həftə yaşayır, sonra oranın mebelli olduğunu və satıldıgını elan edir. Adamların dediyinə görə, indi orda  vərəmli bir professor qızı ilə birlikə yaşayır. Onlar on gündür ki, orada yaşayırlar.

Cek sakitlikdə bunu həzm etdi və dedi:

- Mən burda bizi irəli aparan heç nə görmürəm. Bəs siz?

- Daha doğrusu, mən Ternerlər haqqında bilmək istəyirəm. Sən xatırlayırsan, onlar səhər erkən çıxıb gediblər. Mənim ayırd etdiyim qədər, həqiqətən onlar gedəndə heç kim görməyib. Bir adam tapmıram ki, Ternerlərin getdiyini görsün.

Cekin rəngi qaçdı:

- Bu ola bilməz, siz demək istəmirsiniz!..

- Cavan oğlan, belə həyəcanlanma. Hər bir kəsin ölüm nöqtəsi var, xüsusilə onların üzərində hiddətli, zorakı ölüm çox güclüdür. Ətraf mühit bu ağlagələn təsiri necə uda bilər? Həm də öz alıcısına uyğun. Sən özün bu vəziyyətdə olardın?

- Nə üçün mən?- Cek üsyankarcasına dilləndi.- Nə üçün bir başqası yaxşı işlər edə bilməz?

- Sən bu ağıllı, məqsədli qüvvələrlə əlaqədarsan. Mexaniki surətdə və qeyri-adi gözbağlayıcı. Mən yerlə bağlı ruhlara inanıram, xüsusi məqsədlə ləkələmək üçün gözümçıxdıya salmaq və s. Bəlkə də bu müəyyən məqsədə yönəldilmişdir. Ancaq mən yenə də başqa şey görürəm. Mən bunun tam təsadüf olduğuna inanıram. Bu kor qüvvələr yeraltı hərəkət edir. Hadisələr sona doğru işləyir.- O fikirli, dalğın halda başını aşağı saldı. Birdən gülümsəyərək Cekə tərəf döndü.- Gəl bu fikri başımızdan ataq... elə bu gecə... bütün fikirləri,- deyə, təklif etdi.

Cek kifayət qədər asanlıqla cavab verdi. Ancaq öz ağlına görə bu fikri başından atmaq asan deyildi. Həftəsonu ərəfəsində o özü güclü araşdırmalar etdi, ancaq bəzi nail olduqları vardı ki, onda da doktor getmişdi.

O, nahardan qabaq qolf oynamağı da atmışdı. Sonrakı bağlantı gözlədiyinin dörddə-biri idi. Bir gün geri qayıdanda Cekə xəbər gəldi ki, onu görmək üçün gözləyən var. Onun gərgin həyəcanla ilk ağlına gələn həmişə bağda “Pansy qız” adlandırdığı qız oldu.  O, qızı belə adlandırırdı.

Qız əsəbi və şaşqın idi.

- Məni bağışlayın, senyor, sizi belə axtardığım üçün. Bəzi şeyləri sizə söyləməliyəm.- Qız qətiyyətsiz halda ətrafına baxdı.

- Bura gəlin!- Cek dərhal dilləndi və qadına yolu göstərərək irəlilədi. Otelin qırmızı, təmtəraqlı oyuncaqlarla dolu qonaq otağına getdilər.Otaq dəhşətli,bogucu,cansıxıcı idi.

- Oturun,  miss.

- Marçaud, -  müsyo, -- Felisa Marçaud.

- Oturun madmazel Marçaud, mənə bu haqda danışın.

Felisa  fağır-fağır, acizanə oturdu. O, bu gün tünd göy paltar geyinmişdi, gözəllik və cazibədarlıq balaca sifətində, həmişəki kimi, fəxrlə aşkar görünürdü. Cek onun yanında oturduğundan ürəyi tez-tez döyünürdü.

- Biz orada qısa müddət olmuşuq, başlanğıcdan biz bu evin təqib olundugunu eşitmişik. Orada heç bir xidmətçi yoxdur. Başqa mənə aid heç bir məsələ də yoxdur. Mən asanlıqla ev işləri ilə məşğul olurdum, aşbazlıq edirdim.

Mələkdi,- Cek vurğunluqla fikirləşdi,- O gözəldir.- Cek öz-özlüyündə qızın xarici görünüşünü təsdiq etdi.

- Bu ruhların söhbətidi, mən bunu ağılsızlıq hesab edirəm. Halbuki bu dörd gün əvvəl baş vermişdi,- deyə, Felis sözünü davam etdi,- Müsyö, dörd gün keçib, mən yenə də xəyal edirəm.( Qadın sakit dayanmışdı, o gözəldir, çox gözəldir. O çox qanı qaradı, çox çətinlik içindədi.)Bu mənim yuxumdu,-- o davam etdi.Yuxuda elə bil  mənə nəsə yalvarırdı. Ancaq əfsus! O danışa bilmirdi və mən bilmədim ki, o nə soruşmaq istəyir. Bu iki gecənin yuxusu idi. Qız mavi kavanozla uzaqlaşdı. Birdən mən onun qışqırığını eşitdim. Mən bildim ki, bu onun səsidir. Anladınızmı, onun səsi! Müsyö, onun dediyi sözləri bu gün səhər mənə dediniz: Qatil, qatil, kömək edin!- Mən dəhşətdən ayıldım və sonra öz-özümə dedim: Bu kabusdur, bu eşitdiyim sözlər hadisədir. Keçən gecə də bu yuxunu yenidən gördüm. Müsyö, bu nə ola bilər? Sizin eşitdiyinizi mən də eşitdim. Biz nə edəcəyik?

Felisanın sifəti qorxunc hala düşdü. O, kiçik əllərini qoynuna qoydu, cazibədar şəkildə Ceki süzdü. Sonrakı səhlənkarlığın təsirini hiss etmədi.

- Haqlısız, madmazel Marçaud, siz narahat olmayın. Mən sizə nə edəcəyinizi söyləyəcəm. Hekayəni bütün dostlarınıza danışın, burda olan dostlarınıza, doktor Lavinqtona da.

Felisa bunu qəbul etmək arzusunu ifadə etdi. Sonra Cek Lavinqtonun axtarışına getdi. Və bir neçə dəqiqədən sonra onunla qayıtdı.

Lavinqton etiraf etdiyi sərt araşdırmanı və Cekin tələsik təqdimatını qıza verdi. Əminliklə, çox asanlıqla qıza tərəf döndü və onun hekayəsinə qulaq asdı.

- Çox maraqlıdır!- qız hekayəni qurtaranda o dedi,- Sən bunu atana deməlisən.

Felisa başını tutdu:

- Mən onu narahat etmək istəmirəm. O, hələ də xəstədir.- Qızın gözləri yaşla doldu.- Mən hər şeyi ondan gizlədirəm, bu onu həyəcanlandırır, təşvişə salır.

- Mən başa düşdüm.- Lavinqton mehribanlıqla dedi.- Mən sizin bura gəlməyinizə şad oldum, madmazel Marçaud. Bilirsiniz ki, Hartinqton burdadır, onun da dedikləri sizinkinə oxşardır. Mən fikirləşirəm ki, biz indi eyni izləmədə olduğumuzu deyə bilərəm. Sizin fikirləşdiyiniz kimi, burda heç nə yoxdur.

Felisa cəld qalxdı.

- Əlbəttə, mən necə də səfehəm. Bu, bütün hekayənin bir ucudur. Baxın, müsyö, mən şkafın arxasına sürüşüb düşmüş bir kağız tapmışam.

O, çirkli rəsm kağızlarını onlara uzatdı. Orada sulu boya ilə qadın eskizi çəkilmişdi. O yalnız cızmaqara lövhə idi, kifayət qədər bənzərlik vardı. Orada gözəl, hündür, sifəti ingilisə oxşamayan incə bir qadın təqdim olunmuşdu. O, masanın yanında olan mavi çin kavanozunun yanında dayanmışdı.

- Mən onu bu səhər tapmışam,- Felisa izah etdi.- Müsyö doktor, bu qadının sifətini mən yuxumda görmüşəm və bu isə eyni mavi kavanozdur.

- Qeyri-adidir.- Lavinqton fikir söylədi.- Bu sirrin açarı görünür ki, mavi kavanozdur. Bu, qədim çin kavanozuna oxşayır. Orda çox maraqlı model qurulub.

- O, çinlidir,- Cek dedi,- Mən əmimim  kolleksiyasında buna oxşar nəsə görmüşəm. Bilirsiniz ki, o çin qablarının böyük kolleksiyaçısıdır. Ancaq mən qısa müddətdir ki, onu gördüyümü xatırlayıram.

- Çin kavanozu.- Lavinqton dərin fikrə getdi. O, bir neçə dəqiqə fikirləşərək qaldı, birdən başını qaldırdı. Onun gözlərində işıq parlayırdı:

- Hartinqton, neçə müddətdir ki, sən bu kavanozu əmində görmüsən?

- Nə vaxt? Düzü, bilmirəm.

- Fikirləş. O, bunu son zamanlar alıb?

- Mən bilmirəm. Mən onun etdiyinə inanmıram. Fikrim budur. Mən çini qablarla maraqlanmıram. Ancaq son komplektləşdirməni mənə göstərdiyini xatırlayıram. Bu onlardan biridi.

- İki ay əvvəl? Turnerlər Hiter kotteci tərk ediblər. İki ay əvvəl.

- Bəli, mən bunu bilirəm.

- Sənin əmin bəzən satışlar üçün ölkədən gedir. O, həmişə bu vasitələrlə kənara satışa gedir. Bizim fərziyyəmizdə özünəməxsus imkansızlıq yoxdur.

O, Turnerin əşyalarının içərisindən bir neçə parça porselen qablar gətirdi. Bəlkə də bunu maraqlı, təsadüfu kor ədalət adlandırardım.

- Hartinqton, sən dərhal əmini axtarıb tapmalısan, görək bu kavanozu o hardan gətirib.

Cekin sifəti dəyişildi:

- Mən qorxuram, bu mümkün deyil. Əmim Corc kənarda yaşayır. Hətta bilmirəm ki, onu harada tapım.

- Nə qədər müddətdir ki, o gedib?

- Ən azı üç həftədir.

Sakitlik çökdü. Felisa narahat halda bir-bir onlara baxdı.

- Biz nəsə edə bilərik?- o dedi.

- Bəli, ancaq bir şey var.- Lavinqton həyəcanla, boğuq səslə dedi.- Bəlkə də bu müstəsna haldır, ancaq inanıram ki, müvəffəqiyyət qazanacağıq.

- Hartinqton, sən kavanozu gətir, madmazel icazə versə, bura gətir. Biz mavi kavanozu özümüzlə götürüb gecəni Hiter kottecdə keçirəcəyik.

Cek narahatlıqdan dərisinin səpdiyini hiss etdi.

- Siz nə baş verdiyini fikirləşirsiz?- Cek soruşdu.- Mənim heç bir fikrim yoxdur, ancaq şərəflə inanıram ki, sirrlər həll olacaq, ruhlar qəbrə gedəcək. 

- Ola bilər bu yalanlar kavanozun dibindədir və nəsə onun içində gizlədilib. Əgər fenomen baş vermirsə, biz öz fərasətimizi  işlədərik.

Felisa əllərini birləşdirdi.

- Bu gözəl fikirdir.- o dedi.

Onun gözləri ruh yüksəkliyindən parladı. Cek bu sevinci hiss etmədi. Ancaq heç nə Felisadan əvvəl onu etiraf etməyə vadar edə bilməzdi. Sanki doktor Cekin təklifinə əməl edirmiş.

- Siz kavanozu nə vaxt ala bilərsiniz?- Felisa Cekə tərəf dönərək soruşdu.

- Sabah,- o, yavaşca, könülsüz dedi.- Baxmayaraq ki, o indi getməlidi, ancaq öz içində kömək üçün qəzəblənib qışqırdı. Hər səhər onu təqib etmək, amansızca zərbə vurmaq, fikirləşdiyindən də çox kömək oluna bilər.

Ertəsi gün axşam əmisinin evinə gəldi, kavanoz haqqında suallar verdi. O, yenidən kavanoza baxanda heç inanmadı. Yenidən baxdı, bu sulu boya ilə çəkilmiş cızmaqara şəkillə eyni deyildi. Diqqətlə baxdı, heç bir əlamət yox idi, içərisi gizli yuva...

Cek və Lavinqton Hiter kottecə gələndə saat on bir idi. Felisa onları gözləyirdi. Qapını döyməmişdən əvvəl o qapını açdı.

- İçəri keçin,- o pıçıldadı.- Atam yuxarıda yatıb, biz onu oyatmayaq. İndi burda mən sizə kofe hazırlayaram.

O, balaca, rahat qonaq otağından çıxdı. Ruh lampası arxaya əyilərək buxarının üstündə dayanmışdı. Felisa kofe dəmləyib gətirdi. Sonra Cek çox bükülmüş çin kavanozunu açdı. Felisa gözləri sataşan kimi qəzəbləndi.

-Bəli, bəli!- o həyəcanla qışqırdı. Odur, mən bilirəm.

Bu arada Lavinqton öz hazırlığını etdi. O, kiçik masadan bütün ornamentləri götürdü, otağın ortasında durdu. Ətrafına üç stul qoydu. Sonra mavi kavanozu Cekdən alıb, stulun ortasında yerləşdirdi.

- İndi biz hazırıq,- o dedi.- İşıqları söndürün, gəlin qaranlıqda stulun ətrafında oturaq.

Digərləri də ona itaət etdi, tabe oldu. Qaranlıqda Lavinqtonun səsi yenidən gəldi.

- Nəsə fikirləşin, hər bir şey haqda fikirləşin. Heç kimi məcbur etməyin. Bizlərdən birimiz orta gücə malikik. Əgər belədirsə, həmin adam hipnoz halına gəlir. Yadda saxlayın, qorxmalı bir şey yoxdur. Qorxunu ürəyinizdən qovun və düşünün, düşünün!

Onun səsi yavaş-yavaş batdı, sükutlik çökdü. Dəqiqə-dəqiqə sükut pozuldu, bir anlam yarandı. Bütün bunlar Lavinqton dediyi kimidir. “Qorxunu uzaqlaşdırın.” Bu Cekin hiss etdiyi qorxu deyil, bu vahimədir. Demək olar ki, o əmin idi, Felisa da bunu eyni şəkildə hiss etdi. Birdən o Felisanın asta və dəhşətli səsini eşitdi.

Nəsə dəhşətli bir şey baş verirdi.

- Qorxunu uzaqlaşdırın,- Lavinqton dedi.

Qaranlıq getdikcə qatılaşırdı və sükut kəskinləşirdi. Təhlükə yaxınlaşırdı. Cek özündə pis boğulma hiss etdi. Pis şeylər yaxınlaşmaqda idi. Sonra münaqişə anı keçdi. O, üzü aşağı üzürdü, qapaqlar bağlanır, sakitlik...qaranlıq...və s. O hər şeyi qarışdırdı. Onun başı ağırlaşdı, lap qurğuşun kimi.

O indi hardadır?

Gün işığında quşlar. O, uzanıb səmaya baxırdı. Hər şey ona qayıdırdı. Oturdu. Balaca otaq. Felisa və doktor. Nə baş verirdi, İlahi!!! Cek nə vaxt özünə gəldiyini bilmədi.

O, ayıldı, oturdu, başında xoşagəlməz ağrılar baş verdi, ətrafına baxdı, kottecin yaxınlığında bir ağac parçasının üstündə nə vaxt uzanmışdı,bilmirdi. Onun yanında heç kim yox idi. O saatına baxdı, on ikinin yarısı idi. Cek ayaqları ilə çarpışırdı. Bacardıqca kottecə tərəf sürətlə qaçmağa başladı. O, bu uğursuzluqdan vahiməyə düşmüşdü və sanki bunları açıq havada həyata keçirmişdilər.

Kottecə çatanda o bərkdən qapını döydü. Cavab gəlmədi, heç bir həyat əlaməti yox idi. Onlar çıxıb getmişdilər. Cek bu tətbiq edilən qorxudan, havadan asılı qalmışdı. Keçən gecə nə baş verib?

O, bacardıqca cəld geri, hotelə döndü. Həm də ofisdə bir neçə sorğu-sual etmək istəyirdi. Bu, möhtəşəm, böyük zərbəyə yönəldilmişdi, hansı ki, zərbə onun ayağına döyürdü. Ağsaçlı qoca centlmenin bunu şadyanalıqla həzm etməsi ona qəzəbləndirdi.

- Məni gözləmə, mənim oğlum, Heyy, gözləmə, - dedi.

- Nə üçün, ankl Corc. Mən necə də sizin neçə mil uzaqda, hardasa İtaliyada olduğunuzu düşünürdüm.

- Aha, mən deyiləm. Keçən gecə  mən Doverdə düşdüm. Fikirləş! Mən maşınla şəhərə getdim, onu görmək üçün yolda dayandım. Mən nə tapdım? Bütün gecəni, elə deyilmi? Çox gözəl davam edir...

- Ankl Corc!- Cek qəti şəkildə dedi.- Mən sizə qeyri-adi bir hekayə danışmaq istəyirəm. Cəsarətlə deyə bilərəm ki, siz mənə inanmayacaqsınız.

O, bütün hekayəni danışdı.

Allah bilir onlara nə oldu? Onun əmisi bu boşluqda iflic kimi görünürdü.

- Kavanoz!

- Mavi kavanoz! Bu nə ola bilər?

Cek ona anlaşıqlı baxa bilmədi. Bu sel axınında batıb qalmış sözləri başa düşməyə başlamışdı. Mənim kolleksiyamın unikal qiymətli daşı on min paunda dəyər. Hoqenhaymerə təklif etmişik - Amerkan milyonerinə. Ancaq dünyada bu, nadir növlərdən biridir.

- Ser, mənim mavi kavanozuma nə etmisiniz?

Cek ofisə qaçdı. O, Lavinqtonu tapmalıydı. Ofisdəki gənc qadın onu soyuq qarşıladı.

- Doktor Lavinqton keçən gecə maşınla çıxıb gedib. O, sənə bir məktub qoyub.

Cek cəld məktubu parçalayıb açdı. O nöqtəyə qədər qısa yazılmışdı. “Mənim əziz gənc dostum! Gün müəmmalı başa çatdımı? Tam olaraq deyil, xüsusilə elmi dildə səni aldatdılar. Dərin hörmətlə Felisa, şikəst ata və mən.

Bizə çox vaxt gərəkdir ki, 12 saata bunu edək. Heç vaxt yaddan çıxmayan Ambrouz Lavinqton - RUH DOKTORU.”                                                                 

Tərcümə - Vəfa Behbudova

                                                           


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər