Həm ötən əsrlərdə, həm də XXI əsrdə dünya xəritəsi müharibələr nəticəsində müxtəlif geo-siyasi dəyişikliyə məruz qalmışdır və bu hal davam etməkdədir. Lakin yaşadığımız əsrin bir özəlliyi də informasiya müharibələrinin tüğyan etməsidir. Hazırda bütün sahələrdə informasiya müharibəsi gedir. Onlardan biri də tarixi-coğrafi yer və ölkə adları ilə bağlıdır. Azərbaycan da bu hücumlardan kənarda qalmır.
Etiraf etməliyik ki, qonşuluğumuzdakı dövlətlər bu mübarizədə bizdən öndədirlər. Təbii ki, onların mübarizəsi saxtakarlıq üzərində qurulub, lakin hərdən ciddi elmi konfranslarda, “elmi dissertasiya” – larında, müxtəlif xarici mətbuat orqanlarında belə Azərbaycanın 100 illik tarixə malikliyini əsaslandırmağa, öz saxta xəritələrində ölkəmizin zamanında “böyük ermənistan”-a aid olduğunu sübut etməyə çalışırlar. Son zamanlar isə daha irəli gedərək Xəzərətrafının və Kür – Araz ovalığının toponomikasını “incələmiş”, buradan qədim erməni izlərinə də rast gəldiklərini yeni tarixşünaslıqlarına əlavə ediblər.
Bəs biz onların qarşısına tutarlı fakt qoya bilirikmi?
Təəssüflə qeyd edim ki, hələ də ölkəmizin adının mənşəyi ilə bağlı elmi ortamda mübahisə getməkdədir. Sovet dövründə bilərəkdən ölkəmizin adının Atropotena dövlətinə, yunan əsilli Atropata bağlayaraq əsil kökdən uzalaşdırmışdılar. Məndə olan məlumata görə Azərbaycan adının tarixi coğrafiyası ilə bağlı edilən elmi araşdırmalara SSRİ EA – da çalışan erməni şərqşünaslar xüsusi canfəşanlıqla köməklik göstərirdilər. Onlar Strabonun “Coğrafiya”əsərində , Plininin qeydlərindəki Atropotena ərazisinin də məhz Azərbaycan adına uyğunluğunu izah edir, araşdırmaçıları digər mənbələrdən çəkindirməyə çalışırdılar. Atropatenanın ərazisi isə indiki Arazdan cənubdakı torpaqlardır.
Bəs Albaniya Azərbaycan deyildimi?
Arbella adlı erməni əsilli tarixçi Albaniyanın ərazisini daha da şərqə çəkərək Bakını da ora əlavə etmiş, indiki şimali Azərbaycanın qərb torpaqlarını isə qondarma adlarla erməni vilayətləri kimi göstərmişdir. Halbuki Bakı o zaman Albaniya yox, Şirvan ərazisi idi. Bu əraizinin adı qədim farsdilli kitabələrdə də vardır. Şirvan adı “Şiirvin” (yanıb kül olmuş odlar diyarı), digər mənbələrdə isə - “Şirlərin diyarı” olaraq keçməkdədir.
Bundan əlavə sovet dövründə bizi “azəri” adlandırmaqla türk kökənimizdən ayırıb, İranda farsdilli Azərilərdən dönmə bir xalq olaraq özümüzə aşılamışlar. Beləliklə milli köklərimizə də zərbə vurmuşlar. Azərilər haqqında sovet tarixşünaslığına ilk dəfə Yan Polski məlumat vermişdir. Onun əsəri “Adərilər” adlanırdı.
Bəs Azərbaycan adının kökəni haradan gəlir?
Hazırkı dövrdə ərəb mənbələrinə əsaslanaraq “Azər” – od,”Baycan”- odu qoruyan kimi qəbul olunur. Alimlərin çoxu isə bununla razılaşmır və digər qədim mənbələrə əsaslanırlar. Dərbənd qalasında təxmini 10 (on) santimetr dərinliyində yazılar var. Bunlar qədim Pəhləvi dilindədir və orada Adurbadaqan ölkəsindən alınan vergilərin illik qədəri yazılıb. Adurbadaqanın məhz Azərbaycanın qədim adı olduğunu əsəs gətirən şərqşünaslar “Adur”- u qədim Pəhləvi dilində “od” olaraq qeyd edirlər. Ümumən Adurbadaqan isə “odlu yer, məkan” mənasını verir.
Həmdullah Qəzvini yazır ki, Azərbaz (Azərbab) adı peyğəmbərlik iddiasında olan Nuhun oğlunun od məbədi tikdirməsi ilə ortaya çıxıb. Azərbaycan ərazisində Yanardağın, Atəşgah- ın, vulkanların olması da bu adlarla uyğunlaşmağa gətirib çıxarır. Bəzi alimlər Fəzlullah Rəşidəddinin “Oğuznamə”-sində bu adın keçdiyini, hətta “Azər” yüksək yer, “Bayqan” isə böyük vurğulamaqdadırlar. Son dövrlərdə isə Firudin Ağasıoğlu yeni bir araşdırma ortaya qoyaraq Azərbaycan adının qəhrəman “As” türk tayfalarının adından gəldiyini, “Ər” sözü ilə birləşməsindən yaranan Asər – Azər olduğunu qeyd edir. As türklərinin adı ilə Azov dənizi, Naxçıvanda Aza kəndi, Qarabağda Azıx (bəzi mənbələrdə Azox) , Astara, Özbəkistanda Azlar təpə və s. yerlər bağlıdır.
Müxtəlif zamanlarda Azər adı Xəzər adından gəldiyini də söyləyənlər var. Məsələn “Koroğlu dastanı”nın türkmən variantında “Mənim əslim Xəzirbeycanlı” – deyilərkən buradakı oxşarlıq görünür.
Azərbaycan ərəb işğalları zamanı Ərəb Xilafətinin tərkibinə Aran və ya Azərbaycan vilayəti olaraq qatılmışdı. Hətta Xəlifənin Əl- Cührumidən Azərbaycan haqqında məlumat istəməsi yazılı qaynaqlarda var ki, xəlifə burada məhz Azərbaycan adı işlədir. Təbəri isə Azərbaycan haqqında məlumat verərkən yazır: “Azərbaycan böyük ölkə olub, şimalında Dərbənd, cənubunda is Həmədan yerləşir”.
Əbubəkr Cəlaləddin Əs – Süyti “Tarix-ül Xülafə “ əsərində Xürrəmilər haqqında yazarkən Babəki Azərbaycan hakimi olaraq xatırlayır. Sovet dövründə isə bu əsərin tədqiqi qadağan edildi, Babək bizə sadəcə Xürrəmilər hərəkatıının başçısı olaraq tanıdıldı və öz ateizim siyasətlərinə uyğun olaraq onu gecələri içki məclislərində keçirən, İslama qarşı savaşan bir qəhrəman olaraq aşıladılar.
Orta əsr qaynaqlarında da Azərbaycan adı hallanmaqdadır. Səyahətçi Övliya Çələbi Uzun Həsəni “Azərbaycan sultanı” adlandırır, Həsən Rumlu Qara Yusifi “Azərbaycan taxtına əyləşən sultan” - olaraq yazmışdır. Eləcə Səfəvilər dövründən bəhs edərkən Əli Əbdi Bəy Şirazi Səfəvi İsmayılın Bakı qalasına hücum etməzdən əvvəl Gülüstanda üləmaları yığıb “Sizə Gülüstan qalasımı lazımdır? Yoxsa Azərbaycan taxt – tacı?”- sualı verməsi, onların isə bir ağızdan “Azərbaycan taxt – tacı” - demələri, eyni zamanda Osmanlı Sultanı Süleymanın Fransa kralına məktubunda özünün mədhi zamanı digər ərazilərlə birlikdə Azərbaycanın da sultanı olaraq təqdim etməsi də orta əsrlərdə Azərbaycan adının coğrafi, siyasi məkan olaraq varlığını sübut edir. Eləcə son orta əsrlər dövründə Nadir Şahın Azərbaycan inzibati əyaləti yaratması da tarixə düşmüş önəmli hadisədir. Sonradan istər cənubda, istərsə də şimalda başqa adlarla xanlıqlar yaransa da, onlar Azərbaycan ərazisində siyasi hökm sürürdülər. Coğrafi ərazi Azərbaycan adlanırdı.
Bəs niyə biz, bütün bu mənbələri bir kənara qoyaraq Azərbaycanı 100 illik dövlət kimi tanıdırıq və düşmənlərimiz də bundan öz istəklərinə uyğun istifadə edirlər?
Bizə görə Azərbaycan coğrafi addan siyasi meydana rəsmən 1918 – ci ildə gətirilmişdir. Lakin düşmənlərimiz bu rəsmiyyəti pafos edərək yenə də öz xislətləri ilə hərəkət edirlər.
1918 – ci ildə yeni yaranan dövlətimizə Azərbaycan adı verilərkən Arazdan cənubda hakimiyyətdə olan Qacar dövləti bunun qəti əlehinə çıxmış və Məhəmməd Əmin Rəsulzadəyə etirazlarını da bildirmişlər.
Rəsulzadə isə belə izzah edirdi: “Biz bu adı qoymaqla güneydə yaşayan soydaşlarımızın da dövlət qurmaq haqlarını dünyaya çatdırmış olduq. Bu mənada Azərbaycan adı uğurlu seçim oldu”.
Bu gün biz məhz 1918 – ci ildə yaradılmış cümhuriyyətimizin siyasi varisiyik və müstəqil dövlət kimi dünya xəritəsində yer almışıq. Lakin, keçmişimizi unutmamalı, adımızın, soyumuzun haradan gəldiyini mükəmməl bilməliyik ki, düşmənlərimiz bizə “100 illik bir dövlətsiniz” - dediklərində tutarlı faktlarla cavab verə bilək.
İstifadə olunmuş Ədəbiyyat:
1. Z. Bünyadov “Azərbaycan VII – IX əsrlərdə”. Şərq – Qərb 2007
2. S. Əliyarlı “Azərbaycan tarixi üzrə qaynaqlar”. Çıraq 2007
3. Yeddi Cildlik Azərbaycan tarixi I və II cildlər.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024