İmamverdi İsmayılovun "Sonuncu fəsil" ibrətnaməsi

19:00 / 06.03.2019
Baxılıb: 3522

Yazıçı İmamverdi İsmayılovun “Sonuncu fəsil” kitabı çapdan çıxıb. Kitab albom formatında, xüsusi nəfis tərtibatla hazırlanıb. 
304 səhifəlik kitab xüsusi peyzaj və rəsm əsərləri ilə daha da zənginləşdirilib və rəngarənglik yaradıb.

Kitab Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun redaktorluğu ilə çap olunub. “Müdrikliyin özü və sözü” sərlövhəli ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəylidir. Yeddi fəsildən ibarət olan kitab ibrətamiz ifadələrdən, müdrik kəlamlardan, tövsiyyə və nəsihətlərdən ibarətdir. “Qabusnamə”, “Əxlaqi-nasir” tipli kitablar seriyasındandır. 

Azərbaycan ədəbiyyatında çoxdandır belə və buna bənzər kitab yazılmırdı, belə bir kitabın yazılması, özü də İmamverdi İsmayılov kimi bir SÖZ SƏRRAFI tərəfindən yazılması təqdirəlayiq bir haldır və yazıçının 60 yaşına – gəncliyin zirvəsinə və müdrikliyin başlanğıcına həm bir hesabatı, həm də proqramı hesab oluna bilər. Düzdür, ilk anda bəzi kəlamlar o qədər xoş təsir bağışlayar ki, sanki bunu nə vaxtsa, kimdənsə eşitmisən, yaxud oxumusan. Amma diqqətlə fərqinə varanda görürsən ki, İmamverdi İsmayılov bütün bunları saf, ülvi kənd həyatı ağsaqqallarından; babalardan, dədələrdən, atalardan eşidib, şüuraltı yaddaşında yaşadıb, bu gün- ömrünün kamil və müdrik çağında doğmalarına – millətin oxucu təbəqəsinə bir töhfə hazırlayıb. Oxuyanlar, ibrət götürənlər və bəhrələnənlər üçün əvəzsiz xəzinədir. 
Akademik baxışına qısa nəzər salaq.
“Təsadüfi deyil ki, oxuculara təqdim olunan müdrik düşüncələrin bir çoxu həyatda yaşamış real insanların – atası, anası, babası, əmisi, dayısı kimi yaxın adamlarının adından “onlar deyərdi ki” təhkiyəsi əsasında formalaşdırılaraq yaşanmış həyati proseslərin ümumiləşdirilmiş ifadəsinə çevrilir.
Məsələn: “Anam deyərdi ki, kəsiyin çörəyini kəsməzlər...”
“...Dədəm qonşusuyla deyib-gülərdi:
-Sən elə tərsməssəb adamsan ki, hər şeyin tərsinədir. Pul verəndə canın çıxır, danışanda da pulun...”
“Əmimin sözləridir: həpənd köpəkoğlu, dalıma minməyin cəhənnəm, ta ürəyimdən niyə sallanmısan?”
“Nənəm ölə bilməyən, ağır can verən insanı görəndə deyərdi ki, zalımın balasının dalında çox qarğış var deyən belə zillət çəkir...”
“...Əmim deyərdi ki, sən elə bir nəsildənsən – yaxşısından yaxşısı, pisindən də pisi yoxdur...”
Bəli, əminliklə deyə bilərəm ki, İmamverdi İsmayılovun “Sonuncu FƏSİL” kitabı MÜDRİKLİYİN ÖZÜ və yaddaqalan təsirli SÖZÜdür...
Nə yaxşı ki, ömrünün bu ucalıq çağında millət vəkili, yazıçı-publisist İmamverdi İsmayılov müdriklik və müasirlik ruhu ilə yaşayıb yaratmaq yolunu ürəklə davam etdirir”.
Bu sözlər akademik İsa Həbibbəylinin kitaba yazdığı ön sözdəndir. Məncə, şərhə ehtiyac yoxdur.
Yazıçı İmamverdi İsmayılovu ədəbi mühitə tanıtmağa ehtiyac duyulmasa belə, ədəbiyyat tarixi naminə, onun haqqında məlumatı, qısa da olsa, yazının gözünə vurmağa ehtiyac yaranıb.
İmanverdi İbiş oğlu İsmayılov 10 iyun 1958-ci il¬də Zəngilan rayonunun Vənətli kəndində anadan olub. Hələ ye¬ni¬yetmə çağlarında “Kənd həyatı” rayon qəzetində onun kiçik məqalələri dərc olunub.
Orta məktəbi bitirdikdən sonra arzuları onu S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jur¬nalistika fakultəsinə gətirib. Ali təhsilini uğurla ba¬şa vurduqdan sonra o, Azərbaycan Dövlət Te-le¬vi¬zi¬ya və Radio verilişləri şirkətində müxbir, kiçik re¬dak¬tor, redaktor, şöbə müdiri vəzifələrində işləyib. 
Bakıda oxuduğu və işlədiyi dövrlərdə də İman¬ver¬di İsmayılov doğma rayon qəzeti ilə əlaqələri kəs¬məyib, ara-sıra məqalələrlə çıxış edib. 
Daha yüksək nailiyyətlər əldə etmək, həyat pil¬lə¬lə¬rin¬də yeni uğurlar qazanmaq üçün daima öz üzə-rin¬də çalışan İmanverdi İsmayılov bir ali təhsil ocağı ilə qənaətlənmir və Bakı Sosial İdarəetmə və Po¬li¬to¬lo¬giya İnstitutunu da bitirir. 
Çalışdığı teleşirkətdə də onu irəli çəkirlər. İs¬te¬dad¬lı və bacarıqlı bir kadr kimi rəhbərlik çox keçmir ki, onu rəngarəng proqramları ilə diqqət çəkən “Gənc¬¬lik” baş redaksiyasına baş redaktor təyin edir.
Gər¬gin iş rejiminə baxmayaraq İmanverdi İs¬ma¬yı¬lov yaradıcılığını da davam etdirir. “Göyərçin köçü”, “Ocaq daşı” kimi maraqlı kitabları ilə oxucuların gö¬rü¬şünə gəlir. Bir müddət Respublika Mətbuat Fonduna rəh¬bərlik edir. “Qızıl qələm” Media mükafatı laure¬atı¬dır. 
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. O, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 15 iyul 2015-ci il tarixli sərəncamına əsasən “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
İmamverdi İsmayılov siyasi arenada da bir sıra uğur¬lara imza atmışdır. Azərbaycanın müstəqillik ta¬ri¬xində ilk dəfə olaraq 1995-ci ildə Milli Məclisə ke¬çi¬rilən seçkilərdə Zəngilan – Laçın – Qubadlı ra¬yon¬la¬rını əhatə edən dairədən deputat seçilmişdir. Bu uğu¬runu davam etdirərək o, rəqiblərinə qalib gəlmiş və 125 saylı Zəngilan – Qubadlı seçki dairəsindən dal¬badal dörd dəfə; 2000, 2005, 2010 və 2015-ci illərdə Mil¬li Məclisə deputat seçilmişdir.
Ailəlidir, üç övlad atasıdır.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 8 iyun 2018-ci il tarixli sərəncamına əsasən 60 illik yubileyi münasibətilə ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub.
“Sonuncu fəsil” kitabının sonunda yazıçının balaca nəvəsi ilə şəkili, bir də “BİR DEYƏCƏYİM QALDI” başlığı altında cəmi bir səhifəlik deyəcəkləri yerləşdirilib. 
“Bu da ikimiz...
İkimizin də adı bir, soyadı bir: İmamverdi İsmayılov...
Birimiz böyük, birimiz kiçik...
Və ikimizin bir yerdə 68 yaşı var; 60 mənim, 8 onun...
Birimiz ömrün payız vədəsində, birimiz yaz çağında...
Elə bu kitabı da ömrümün və nəslimin 8 yaşlı davamçısına – nəvəm İmamverdi İsmayılovun adına bağışlamaq istədim...
Bir ömür qocalıb gedirəm...
Bir ömür cavanlığa gəlirəm...
Təskinlik tapıram ki, adımı, soyumu yaşadan var...
Sözümü, söhbətimi yaşadan isə, yəqin, elə kitablarım olacaq...
Bəlkə də elə bu son kitabım...
Bir ömür boyu içimdə qaynayıb ürəyimin yükünə çevrilən, nəhayət, bu kitaba sığışan düşüncələrimə, duyğularıma şərik olduğunuza görə, əziz oxucularım, sizə minnətdarlığım sonsuzdur...
Özünüzü də qoruyun, sözünüzü də!..”
Kitab İmamverdi İsmayılovun cəmiyyətə, ədəbiyyata, millətə möhtəşəm yazıçı töhfəsidir – “Sonuncu fəsil” ibrətnaməsidir.
İmamverdi İsmayılov həyatda həm də babadır, ömrün müdrik çağındadır. Özü məsləhətlər, tövsiyyələr, nəsihətlər verir. Deməli, kitaba daxil etdiyi ibrətamiz kəlamların hər birini öz adından deyə, “özəlləşdirə” bilər. Buna görə ona irad tutmağa heç kimin haqqı çatmaz. Lakin o, bunu etməyib. Babasından, nənəsindən, əmisindən; kimdən necə eşidibsə, eləcə də kitabına daxil edib, ədəbiyyatın qızıl fonduna bağışlayıb.
Bax, budur onun ucalığı, qələminin saflığı, təbiətə, doğma yurda, soy-kökə bağlılığı...

ƏLİ BƏY AZƏRİ,
Azərbaycan Yazıçılar Birliyinin üzvü 

Manevr.az


Etiket:
Xəbərlər

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024
Bütün xəbərlər