Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur.
Heydər ƏLİYEV,
Ümummilli lider
Göyçə mahalına, o cümlədən Zod kəndinə tarix boyu çoxlu qəsbkarlar hücum edib. Xalq müharibələr zamanı qaçıb, başqa ölkələrə köçüb, sonra yenidən öz ata-baba yurdlarına qayıdıb. İnşallah, yenə öz vətənlərinə qayıdacaqlar.
1828-ci, 1905-ci və 1948-ci illərdə ermənilər tərəfindən Göyçə mahalında, eləcə də Zod kəndində dəhşətli qırğınlar, talanlar, yanğınlar törədilib. 1918-ci ilin aprelində Kəvərdən gələn erməni hərbi dəstəsi Qaranlıq (Martuni) rayonunun Çamurlu kəndini mühasirəyə alır. Kəndin igid oğlu Mustafa Hacı Nağdalı oğlu ermənilərlə təkbaşına atışaraq kənd camaatının, qadın və uşaqların kənddən çıxarılmasına şərait yaradır. Vuruşma uzun müddət davam edir. O, üç ədəd tüfənglə atəş açdığına görə ermənilər elə bilirlər ki, atışmada bir neçə nəfər iştirak edir. Patron qurtarır, Mustafa Hacı Nağdalı oğlu son güllə ilə özünü vurur.
1920-ci ilin aprel ayının 13-20-də Basarkeçər rayonunun əksər kəndlərinin 15 mindən artıq evi, malı-mülkü qarət edilir, Bəyazid qəzasında 84 müsəlman kəndi dağıdılır. Sisyan rayonunun 15 kəndində 625 nəfər öldürülür.
Ermənilərin himayədarı Sovet hökumətinin başçısı Stalin yazırdı: "Qoy kimə aiddirsə bilsin ki, köhnə imperialist diplomatiyaların əbəs yerə başlarını sındırıb həll etmək istədikləri erməni məsələsi deyilən məsələ ancaq Sovet hökuməti tərəfindən həll edilə bildi". 1948-50-ci illərdə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı ilə Qərbi Azərbaycandan 8 mindən çox ailə Azərbaycanın aran rayonlarına köçürüldü.
Bu qədim türk diyarından yerli əhalinin ən böyük köçü isə SSRİ-nin son prezidenti bədnam Mixail Qorbaçovun xeyir-duası ilə baş tutdu. 1988-ci ilin dekabrından başlayaraq 300 mindən artıq azərbaycanlı Ermənistandan deportasiya edildi.
Tarixi mənbələrdən məlumdur ki, 21 mart 1828-ci ildə Rusiya çarının qərarı ilə Ermənistan vilayəti yaradılıb. Elə o vaxtdan da başlayaraq Ermənistan vilayətindən müxtəlif yollarla azərbaycanlılar köçürülüb. Onların yerinə Türkiyədən, İrandan, Suriyadan və digər ölkələrdən ermənilər gətirilib.
1918-ci ildə daşnak hökumətinin yaratdığı 25 min nəfərlik qoşunun bir divizyası general Andranikin komandanlığı ilə Naxçıvana, Sisyana və Qarabağın dağlıq hissəsinə, ikinci diviziyası general Arınyan və Dro Qanyanın komandanlığı ilə İrəvana, Zəngəzura, Vedibasara və Qəmərliyə, üçüncü diviziyası isə polkovnik S.Silikyanın başçılığı ilə Göyçə əhalisini məhv etməyə göndərildi.
1917-ci ildə çar II Nikolayın yıxılmasından istifadə edən ermənilər 36 müsəlman kəndini zəbt edərək sakinləri dağlara qovurlar. Osmanlı qoşunu Bakıya girəndə ermənilər qorxub geri çəkilirlər. Bununla yerli əhali öz ev-eşiklərinə qayıdır.
Türk qoşununun qabağından qaçan və Qubadan gələn rotmister Silikov, Korneta, Xaçaturov və onun adyudantı 57 əsgərlə 28 fevral 1919-cu ildə yerli əhalinin gözünü qorxutmaq məqsədi ilə əvvəlcə Zod kəndinə gəlirlər. Kəndin koxası Yunis bəy Silikovu və onun dəstəsini Qərbi Azərbaycanda, Naxçıvanda, Gəncədə adı hörmətlə çəkilən mesenat Səməd ağanın evinə aparır. Onlar yeyib -içəndən sonra Silikov Yunis bəyə deyir ki, kəndin ağsaqqallarını yığ, sözüm var. Koxa ağsaqqalları çağırır. Silikovlar iki qardaş idi, böyüyü qısaboy, yoğun, digəri ucaboy idi. Böyük qardaş camaata deyir ki, 40 xalvar taxıl, 12 araba ot verməlisiniz. Camaat susur, çünki Basarkeçərli Avanes ağanın qızı məlumat vermişdi ki, onlar türkləri qırmağa gəliblər. Ona görə ağsaqqallardan Seyid Həsən, Seyid Sayad, Vəlioğlu Cavay, Məşədi Məcoy və başqaları cavab verirlər ki, o qədər imkanımız yoxdur. O isə razılaşmır, çünki ermənilər ona məlumat vermişdilər ki, Məşədi Ağakişi oğlu Ellərin döyülməmiş 2 arpa tayası, eləcə də kəndin digər sakinlərinin kifayət qədər taxıl və ot ehtiyatları var. Vəziyyətin qəlizliyini qabaqcadan hiss edən Səməd ağa ətraf kəndlərə çapar göndərir. Özü isə vaxtı uzatmağa çalışır.
Zoddan Molla Həşim, onun oğlu Baba, Bayram, Kərbəlayı Süleyman oğlu, Kazım Məşədi Əkbər oğlu, Məşədi Molla Əli, Məcoy, Əlvənd Nağı oğlu, Bəşir Hasanoğlu, İsmayıl Rəhim oğlu, Hüseyn Rüstəm oğlu, Molla Müseyib, kor Hümbət, Qaraimandan Məşədi İsa, Daşkənddən Hacı Rəhim, Məşədi Qasım, Qayabaşından Zəvvar Kərbəlayı Əfsər, Qaraqoyunludan Haxoy, Kərbəlayı Cəfər, Ağkilsədən Aşıq Ələsgər, onun oğlu Bəşir, Nərimanlıdan koxa Vəli və digərləri Səməd ağanın evinin yaxınlığında məsləhətləşdikdən sonra belə qərara gəlirlər ki, Silikovun fikri yerli əhalini qırmaqdır. Ona görə də onlar Silikovu və dəstəsini məhv etmək qərarına gəlirlər.
Səməd ağanın evini yandırmamaq üçün Məşədi İsa içəri girib camaatın onun təklifi ilə razılaşdığını Silikova çatdırır və yemək-içmək adı ilə Məşədi İmişin evinə aparır. Onlar təqribən 500 metr gedəndən sonra Məşədi İsa cəld hasardan tullanır, Silikovun qardaşı naqanla ona atəş açır, güllə papağına dəyir. Camaat Silikovun dəstəsini atəşə tutur. Silikovu zodlu Gülənbəroğlu vurur, qardaşını isə Kor Hümbət xəncərlə öldürür. Silikov yaralanır və qaçıb Əlif kişinin evinə girir. O, Mecini vurur, işi belə görən Kor Hümbət evin üstünü söküb, ona iki güllə atır, yenə də ölmür. Daşkəndli Hacı Rəhim onu xəncərlə öldürür. Atışmada koxa Yunis bəy yaralanır, Qaraqoyunludan bir nəfər ölür.
Aprelin 8-də ermənilər məktubla Zod camaatına məlumat verirlər ki, kəndinizə bir ingilis və bir erməni gələcək, onları qəbul edin. Həmin iki nəfəri kəndin ağsaqqalları qəbul edir. İngilis ağsaqqallara deyir ki, ölənlərin meyitini, silahları, atları və onları öldürənləri təhvil verin. Əks təqdirdə ingilis hökuməti daşnak hökumətinə qüvvə verəcək, onlar aprelin 14-də hücum edəcəklər. Tərcüməçi erməni olur.
General Tomson İrəvanda olarkən 1919-cu il martın 18-də qeyri-qanuni erməni hökuməti ona müraciət edir ki, Zod kəndində silahlı banda var. Xahiş edirlər ki, həmin bandanın üzvlərini məsuliyyətə cəlb etmək üçün onları müsəlmanlardan tələb etsin. Zod əhalisi ermənilərin tezliklə kəndə hücum edəcəklərini başa düşdüklərinə görə Kəlbəcərə çəkilməyi qərara alır. Onların gözlədiyi kimi də olur. Ermənilər böyük qüvvə ilə hücuma keçirlər. Camaat kənddən tam çıxmadığına görə Kor Hümbət və Əkbər Molla Əli oğlu kəndin kənarında Qaratəpədə, Uçuq kilsə deyilən yerdə ermənilərlə atışırlar, onları kəndə yaxın qoymurlar. Camaat çıxandan sonra dərə ilə çapıb aradan çıxırlar. Zod camaatı Zod aşırımından Söyüdlüyə, Dəmirçidamına, İstibulağa qaça bilirlər.
Ermənilər türk kəndlərində ciddi müqavimətlə rastlaşırlar. Onlar 1919-cu il martın 14-də Basarkeçərə gələrək, oradan kəndləri top atəşinə tuturlar. Beləliklə, 32 kənd Göyçədən çıxarılır. Həmin qaçhaqaç vaxtı dağlarda qara-borana düşən yüzlərlə adam ölür, minlərlə mal-heyvan qırılır. Kəlbəcərlə Zod arasında Dardərə deyilən yerdə mal-qoyun, adamlar çovğuna düşür. Ona görə həmin dərənin adı Sümüklü adlanır. Bu vəhşiliyin törədilməsində Antanta dövlətləri ermənilərin fəal yardımçısı olur. Bu barədə "Sovet Ermənistanının 40 illiyi" kitabında belə yazılıb:
" ... Antanta dövlətləri daşnaklara böyük hərbi yardım ediblər. İngiltərə 40 min nəfərlik ordunu silahla təmin etməyi, Fransa 10 min tüfəng, 10 milyon patron verməyi vəd edib" və s.
Daşnak hökuməti zodluları cəzalandırmaq üçün istintaq qrupu yaradır. Ancaq onlar buna nail ola bilmirlər. Zod camaatı xeyli müddət İstibulaqda çadırda yaşayırlar. Bir hissəsi də Alxaslı dərəsində qalır.
Səməd ağanın 40 dəyirmanı, böyük əkin yeri, mal-dövləti Göyçədə qalmışdı. Basarkeçərdən zərgər Avanes ağa və başqa ermənilər Səməd ağaya sifariş göndərirlər ki, biz sizi müdafiə edəcəyik, qayıdın. Göyçə ağsaqqalları qərara gəlirlər ki, bu növbəti hiylədir. Səməd ağa, Şişqayalı Kor Tanrıverdi, daşkəndli Aşıq Nəcəf barışıq tərəfdarı idilər. Onların hər üçü və Məzrəli İsmayıl Basarkeçərə barışığa gedirlər. Səməd ağa bir neçə erkək götürüb, Məsim və Rza ilə gedirlər Avanes ağanın evinə, onların "qızıl yumurta" bayramını təbrik etməyə. Səməd ağanın Basarkeçərə gəlməsi daşnak qoşun başçısı Alobyana çatır. O gəlib Səmədağaya deyir: "Nə üçün Zod əhlini geri qaytarmadın?" Səməd ağa deyir: "Gələnlər gəlib, qalanı da gələcək".
Alobyan Məsimi, Rzanı və Babanı "Tülkü təpə" deyilən yerdə güllələyir. Kor Tanrıverdini, Aşıq Nəcəfi, Məzrəli İsmayılı Basarkeçərə gətirib işgəncə ilə öldürür. Aşıq Nəcəfin kürəyinə qaynar samovar bağlayır. Alobyan Şişqayanı mühasirəyə alır, camaatı dama doldurub yandırır.
1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra Göyçənin sağ qalmış adamları öz yurdlarına qayıtdılar. Ancaq onlara qarşı soyqırımı yenə də davam edirdi. 1928-ci ildə Zod kəndində kollektivləşməni Türkiyə ermənisi Arşaquniya aparırdı. O, guya kəndin varlı adamlarının müqavimət göstərməsi adı ilə onları həbs edir, sürgünə göndərir və öldürürdü. 1930-cu ildə Zod kəndində 18 ailənin əmlakı müsadirə edilməklə qolçomaq kimi sürgün edirlər. Bunların arasında Məşədi Məcoy, Bəhlul, Molla Baba, Kərbəlayı Camal, İbrahimxəlil, Əli Haxoy oğlu və başqaları var idi. Sürgün edilənlərin bəziləri qayıtdıqdan sonra 1937-ci ildə yenidən həbs olundular.
Həbs olunanlardan Molla Həşim 5 il İranda, sonra isə 8 il Qahirədə oxumuşdu. Şair Əbülfəti isə "Daş qonaq" kitabına görə tutmuşdular. Ermənilərin daha çox varlı olmasına baxmayaraq rayondan cəmi 6 erməni "kulak", "qolçomaq" çıxdı. Sonra onların hamısı dolayı yolla azadlığa buraxıldı.
Ümumiyyətlə, Göyçədə ermənilər müxtəlif bəhanələrlə dəfələrlə repressiya və deportasiya törətmişlər. Onların törətdikləri soyqırımları xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Ədalət ƏLİYEV,
Azərbaycan Dövlət Neft
Akademiyasının müəllimi
Xalq qəzeti
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024