Deyirlər hər uğurlu kişinin arxasında bir qadın var. Amma yalnız uğur deyil, bir sıra hallarda kişilərin uğursuzluqlarının səbəbkarları da qadınlar olur. Daha doğrusu qadınlara olan heyvani ehtirasları.
Bu bütün dövrlərdə belə olub. Hətta insanların özlərini yalnız sosializm quruculuğuna həsr etdikləri iddia olunan Sovet dövründə də. 100 ilə yaxın bir müddətdə Sovet imperiyasına rəhbərlik etmiş şəxslərin də həyatlarının öz gizlinləri var. Bu həyatda baş vermiş intriqalar hətta ona aidiyyatı olmayan yüz minlərlə insanın da ölümünə yol açıb.
Sovet illərində hər parlaq inqilabçının arxasında öz qoruyucu mələyi vardı. Leninin Krupskayası, Molotovun Jemçujinası, Voroşilovun Yekaterina Davıdovnası, Yejovun Jeniçkası. onlar ərləri ilə manipulyasiya edərək tez – tez dövlətin siyasətinə də təsir edə bilirdilər. Yalnız Stalin istisna idi. O üzərində qadının hökmralığını qəbul edə bilmirdi…
Moskvanın mərkəzi küçələri ilə məhbusların daşınması üçün nəzərdə tutulan “Qara Voronok” şütüyürdü. Onun içərisində əlləri qandallı bir kişi vardı: bir vaxtlar hər kəsin çəkindiyi qüdrətli general Nikolay Vlasik. General – leytenant Nikolay Vlasik – Dövlət Təhlükəsizliyi Nazirliyinin Mühafizə Baş İdarəsinin rəisi idi. O, 20 il Stalinin şəxsi mühafizəçisi olmuş, rəhbərin oğlu Vasilini tərbiyə etmişdi. Vlasikin başçılıq etdiyi idarə ölkə rəhbərliyini mühafizəçilərlə təmin edirdi. Stalinin etibarlı adamlarından olan Vlasik inanılmaz səlahiyyətlərə malik idi. Bəli, bu qüdrətli generalı həbs etmişdilər. Vlasikin mənzilində axtarış zamanı maraqlı heç nə tapılmır. Şəxsi əşyalar, sənədlər. Ancaq ən qiymətli tapıntı generalın qeydiyyat kitabçası idi. 40 səhifəlik kitabçada 100 –dən çox qadın adı vardı: ünvanları, telefon nömrələri, onların çalışdıqları yerlər haqında kiçik qeydlər.
Stalinin mühafizəçisi sevgi macəraları ilə çoxdan məşhur idi. Amma bu dəfə o çox böyük səhvə yol vermişdi. Birbaşa rəhbərin əhatə dairəsinə girmişdi.
Vlasik utanmadan xidməti vəzifəsindən sui – istifadə edirdi. Deyilənlərə görə onun hətta sevgi məsələləri üzrə xüsusi köməkçisi də vardı. Köməkçi şefin sevgililəri üçün hədiyyələr seçir və digər özəl məsələləri həll edirdi. General uzunmüddətli münasibətləri sevmirdi. Onun cibində həmişə futbol maçları üçün bilet olardı. Müharibədən sonra futbol SSRİ-də ən məşhur idman idi. Azərkeşlər arasında gənc qızlar da çoxluq təşkil edirdi. Matçdan sonra Vlasik növbəti məşuqəsi ilə bağ evinə gedirdi. Burada isə artıq masa hazır olardı. Zərif təamlar generalın göstərişi ilə mağazadan və ya hər hansı restorandan yox, birbaşa yoldaş Stalinin mətbəxindən gətirilirdi. Axı Vlasik Stalinin yalnız mühafizə xidmətinin rəisi deyildi. O həm də rəhbərin təsərrüfat işlərini idarə edirdi. Bir gün Kunsevodakı bağ evinin xərclərinə dair smeta Stalinin əlinə keçir. Məlum olur ki, bir il ərzində yalnız siyənək balığının alınması üçün 10 min manat vəsait xərclənib. Sənədlərdə bu balıqların rəhbər üçün alındığı qeyd olunmuşdu. Məlumatlardan xeyli hiddətlənən Stalin bu qədər balıq yemədiyini, onun hamısının Vlasikin işləri olduğunu bildirir. Düşünmək olardı ki, bununla da rəhbərin şəxsi mühafizəçisinin karyerasının üstündən bir qara xətt çəkiləcəkdi. Amma Vlasik cəzadan yaxa qurtara bilir. Rəhbərin qəzəbini bağ evinin komendantı Fedoseyevə yönəldirlər. O həbs olunur, sonra isə güllələnir. Fedoseyev məhkəmədə bildirir ki, Vlasik Stalini zəhərləməyə hazırlaşırdı. Ancaq rəhbər buna inanmır. Bir neçə il sonra isə Vlasikin rütbəsi aşağı salınır və həbs olunur. Elə rəhbərin xeyir – duası ilə.
Amma nəyə görə?
Əsas versiyalardan bir kimi Stalinin ömrünün son illəri hər kəsdən şübhələnməsi göstərilir. O, artıq ən sadiq silahdaşlarına belə inanmırdı. Burada bir qədər həqiqət olsa da büsbütün reallığı əks etdirmir. General Vlasik özü rəhbərin qəzəbinə tuş gəlməsinin əsas səbəbini yaxşı bilirdi. Səbəb qadın idi…
Stalin onu Valyuşa deyə çağırırdı. Vlentina İstomina uzun illər yalnız Kunsevodakı bağ evinin təsərrüfat müdiri olmamışdı, həm də rəhbərin ən yaxın adamı idi. Kremlin tarixçilərinin məlumatına görə qüdrətli Vlasikin rəhbərin gözündən düşməsinin əsas səbəbkarı da məhz bu qadın idi. 1952 – ci ilin yazında Kunsevodakı baş evində ağlasığmaz cinayət hadisə baş verir. Qurban isə Valyuşa İstomina idi. Vlasik qadını zor gücünə yatağına salmışdı. Bəs Valentina İstomina kim idi, bura haradan gəlib düşmüşdü?
1935 – ci il, Moskva
Həmin vaxt Vlasik Tibb Məktəbinin 17 yaşlı məzunu Valentina İstominanı dövlətə məxsus bağ evlərində çalışmaq üçün işə götürür. Mavi gözlü, sarışın sibirli qız ilk baxışdan Vlasikin xoşuna gəlmişdi. 1935 – ci ilin noyabrında bu vaxt hələ ofisant – yeməkpaylayan işləyən İstominanı məxfi obyektə, Stalinin Kunsevodakı bağ evinə köçürürlər. Həmin günlərdə İosif Vissarionoviç özündə deyil. Bərk soyuqlayan rəhbər həkimlərin verdiyi həbləri içmədən tullayır, zəhərlənməkdən qorxurdu. Günün birində Valentinə özündə cəsarət taparaq şalını rəhbərə təklif edir. Gecə şalıyla Stalinin üstünü bərk–bərk örtür. Səhər isə möcüzə baş verir. Xəstəlik yoxa çıxmışdı.
Tezliklə Stalinin mühafizə xidmətinin rəisi əməkdaşları vasitəsilə məlumat əldə edir ki, İstomina gecənin müxtəlif saatlarında, hətta səhərə yaxın Stalinin otağından çıxıb. Vlasik sahibini çoxdan belə gümrah, xoşbəxt görməmişdi. Stalin axşamlar yalnız Valyuşaya onun otağına çay gətirməyə icazə verirdi. Onun yatağını da yalnız Valyuşa aça bilərdi. Yeri gəlmişkən, yaxınlarının dediyinə görə rəhbər nadir hallarda vanna qəbul edərdi. Amma hər axşam mütləq təzə yataq ağında yatardı. Stalin yeni xidmətçisini nəvazişlə Valyuşa, Valeçka deyə çağırırdı. Məhz bu qızın təsiri altında Stalin uzun illər davam edən vərdişlərini tərgidir. Əvvəllər İosif Vissarionoviçin yeni paltarı görməyə gözü olmazdı. Köhnə paltarı cırılana qədər geyinərdi. Rəhbər ona qədər sadə əsgər alt paltarı geyinərdi. İndi isə bahalı, ipək alt paltarı geyinməyə başlamışdı. Ailənin dostu, kommunist bolşeviklər partiyası mərkəzi komitəsinin üzvü Avel Yanukidze tez – tez Stalinin bağ evində qonaq olurdu. Onun dəbdəbə və qadınlara olan yüksək marağı partiyadakıları qıcıqlandırırdı. Stalinin birinci arvadının qohumu Mariya Svanidze Avel Yanukidze haqqında nifrət dolu ifadələr işlətmişdi. Onun iyrənc biri olduğunu, bir yubkanı gözündən kənara buraxmadığını, ildən ildən məşuqələrinin sırasını daha gənc qadınlarla zənginləşdirdiyini, hətta sonda 9–11 yaşlılara gəlib çıxdığını söyləmişdi.
Valya Istomina da Yanukidzenin diqqətindən yayınmır. Buna reaksiya isə özünü çox gözlətmir. 1935 – ci ildə Yanukidze pozuntulara görə partiyadan uzaqlaşdırılır və Xarkova avtomobil trestinə direktor göndərilir.
1937 –ci ildə isə keçmiş inqilabçı artıq məhkəmə qarşısında dayanır və güllələnir.
Bəlkə də Yanukidzenin gözdən düşməsinin səbəbi onun həyat tərzi ilə bağlı deyildi. Bu şəxsin Stalinin ən böyük sirrlərindən biri arvadı Nadejda Alliluyevanın ölümünün səbəbini bilməsinin qurbanı olduğu da istisna edilmir.
Faciə 1932 –ci il noyabrın 8-dən 9–a keçən gecə baş vermişdi. Bundan bir neçə saat əvvəl Böyük Oktyabr Sosialist İnqilabının 15 illiyi münasibətilə banket baş tutmuşdu. Stalinin əhvalı pis idi. Arvadı onunla danışmırdı. Bu vaxt qonaqlar Stalinin bütün düşmənlərinin ölümü şərəfinə içməyi təklif edirlər. Nadejda isə içməkdən imtina edir. Rəhbər onun üstünə qışqıraraq: “ey, sən də iç!” deyir. Alliluyeva isə sərt şəkildə, “mən ey deyiləm” deyərək banket otağını tərk edir. Bir neçə saat sonra isə o artıq həyatda olmayacaqdı.
…Stalinlə həyat yoldaşı arasında münasibətlər hələ 30–cu ildə korlanmışdı. Səbəb isə səs–küylü prompartiya məhkəmə prosesi idi. Nadejda həyat yoldaşını onun acığına repressiyalar həyata keçirməkdə ittiham edirdi. Sənaye Akademiyasının yataqxanasında hər axşam çay süfrəsinin arxasına toplaşan tələbələr ölkə vətəndaşlarının ağır vəziyyətindən danışırdılar. Onların içərisində Nadejda Alliluyeva da vardı. Heç kəs onun Stalinin həyat yoldaşı olduğunu bilmirdi. O, insanların ağır durumu haqqında eşitdiklərini Stalinə də danışırdı. 1930– cu ilin sentyabrından isə artıq bütün ölkədə guya ziyanvericilik və sabotajla məşğul olan antisovet təşkilatların üzvlərinin kütləvi həbsinə başlanır. Stalin repressiyaları məhz bu vaxtdan etibarən başlayır. Nadejda Alliluyeva eşidir ki, həbs olunanlar arasında onun Sənaye Akademiyasındakı dostları da var. Onlar haqqında Stalinə sadəlövh Alliluyeva özü danışmışdı. Sonra onları həbs edərək güllələyirlər. Bunu öyrənən Alliluyeva həyatını kimnlə birləşdirdiyini dərk edir və depressiyaya düşür. 1932–ci ilin 8 noyabrında isə o açıq şəkildə ərinin üzünə qayıdır və onun iradəsinə qarşı gedir. Səhəri gün artıq Alliluyevə otağında ölü tapılır.
Otaqda “Volter” tipli Almaniya istehsalı olan tapança və üzərində “İosif Stalinə” sözləri yazılmış zərf aşkarlanır.
Görünür orada Alliluyevanın ölümündən əvvəl həyat yoldaşına yazdığı qeydlər vardı. Kremldəki mənzilin xidmətçisi arvadının ölümü ilə bağlı Stalinə xəbər verməyə qorxur. Hadisə yerinə əvvəlcə qadının əri yox, ailənin dostu Avel Yanukidze gəlir. Ehtimal olunur ki, o Alliluyevanın vida məktubunu oxuyub. Bunun əvəzində isə Avel Yanukidze Mərkəzi Komitədən xaric edilir, sonra isə antisovet fəaliyyət ittihamı ilə həbs edilərək güllələnir. Silahdaşlarının xatirələrinə görə arvadının dəfni zamani Stalin kinoxronikanın kameralarının çəkilişlər aparmasına baxmayaraq ağlayıb. Dəfn mərasimindən sonra rəhbərin ağlama görüntüləri götürülüb və məhv edilib. Onları lentə alan operatorlar isə güllələnib.
Stalinin mühfizə xidmətinin rəisi Nikolay Vlasik və rəhbərin yaxınları tezliklə onun xarakterində dəyişikliklər müşahidə edirlər. O çox qəddar olmuşdu.
…Tanınmış siyasi xadim Sergey Mironoviç Kirov Stalinin varisi olmağa ən real namizədlərdən biri hesab olunurdu. O, 1934 – cü ildə Smolnıda qətlə yetirlir. Sergey Mironoviç sevgi münasibətlərinə meylliliyi ilə tanırdı. Elə ölümünə də eşqbazlığı səbəb olmuşdu. Katibəsi ilə işdə məhəbbət macərası ona həyatı bahasına başa gəlir. Kirovun qatilinin katibənin Nikolayev soyadlı əri olduğu deyilir. Ancaq əslində onun da Stalinin qəzəbinə tuş gəldiyi ehtimal olunur. Stalinin Kirovun qətlində əlinin olması ilə bağlı versiyanın özünün tarixi var. Hələ 1931 – ci ilin yayında Nadejda Alliluyeva gözlənilmədən ərini ataraq uşaqları ilə birlikdə Leninqrada köçür. Tezliklə rəhbərin qulağına Alliluyevanın Kirovla romanının olması ilə bağlı çirkin məlumatlar çatır. Stalinin əsas rəqiblərindən biri saydığı Kirovun zərərsizləşdirilməsinin siyasi səbəblərinin olduğu da istisna olunmur. Amma bu rəqabət yalnız siyasi deyildi, ortada həm də rəhbərin heç kimlə paylaşmağı düşünmədiyi qadın da vardı. Başqa görkəmli inqilabçı Nikolay Buxarinin güllələnməsinin də Nadejda Alliluyeva ilə bağlı olduğu deyilir. O, Stalini yaxşı tanıyırdı və buna görə də Nadejdaya ərindən ayrılmağı və mümkün qədər ondan uzaq durmağ tövsiyə edir. Bu tövsiyələri isə Stalin eşidir.
Arvadının ölümündən sonra Stalin Kremli tərk edərək birdəfəlik Kunsevodakı bağ evinə köçür. Xalqların rəhbərinə burada dövlət təhlükəsizliyi Komitəsinin serjantı Valentina İstomina qulluq edirdi. O, Valyuşaya o qədər inanırdı ki, sui–qəsd ehtimallarını da qulaqardına vuraraq bir neçə dəfə mühafizəçilərsiz, yalnız Valyayla Moskva küçələrinə gəzintiyə çıxmışdı.
Sevimli qadın bütün dövrlərdə güclü kişinin ən zəif yeri olub. Ona yanız o təsir edə bilib. Ancaq Valentina İstomina Stalinin yanında çalışdığı illər ərzində bir dəfə də olsun onun xarakterində nəyi isə dəyişməyə cəhd etməmişdi. Valyuşa özünü sadiq, sözəbaxan xidmətçi kimi aparırdı. Ancaq digər partiya rəsmilərinin həyat yoldaşları haqqında bunları söyləmək mümkün deyildi.
Arxada onları “Siyasi Büronun xanımları” adlandırırdılar. Bəzi dedi–qoduçular hətta zarafatla, “əsl Siyasi Büro elə onlardır”, deyirdilər. Birinci xanımlar diqqət və komfortla əhatə olunmuşdular. Onlar üçün xüsusi mağazalar, xüsusi bərbərxanalar, xüsusi atelyelər fəaliyyət göstərirdi. Molotovun həyat yoldaşı Polina Sergeyevna Jemçujina Siyasi Büro üzvlərinin xanımları içərisində ən fəalı idi. Hətta Stalin özü onunla hesablaşırdı. Sovet qadınlarına ətir və kosmetikanın vacib olduğuna rəhbəri məhz o inandırmışdı. Stalin onu parfümeriya–kosmetika sənayesinə rəhbər və xalq komissarının müavini təyin edir. İlk sovet ətiri “Krasnaya Moskva” məhz Polina Sergeyevnanın rəhbərliyi altında satışa çıxarılır.
1937 – ci ildə əkinçilik üzrə keçmiş xalq komissarı Nikolay Yejov daxili işlər üzrə xalq komissarı təyin edilir. Onun arvadı Yevgeniya Solomonovna Xayutina Moskva elitası arasında şən xarakteri, ünsiyyətcilliyi və eşqbazlığı ilə tanınırdı. Hamı onu sadəcə Jeniçka deyə çağırırdı. Daxili işlər üzrə xalq komissarının müavini Beriyanın göstərişi ilə aparılan araşdırmalar nəticəsində məlum olur ki, Jeniçkanın yazıçılar Şoloxov, Koltsov, Babel və təyyarəçi Çkalovla sevgi münasibətləri var. Həmçinin müəyyən olunur ki, Yejovun xanımı məşhur, xüsusilə də boy–buxunlu kişilərin pərəstişkarı imiş. Stalin onun zövqünə uyğun deyildi. Gəzən şaiyələrə görə Jeniçka xalqaların rəhbərinin onunla sevgili olmaq təklifini rədd etmişdi. 1938 – ci ildə Yejovun həyat yoldaşı müəmmalı şəraitdə dünyasını dəyişir. Onun meyiti Kremlin sanatoriyasının lüks palatasında aşkarlanır. Tezliklə Yejov özü də vətənə xəyanət və cəsusluq ittihamı ilə həbs olunur. 1940 – cı ildə isə güllələnir.
Stalin Kremldəki bütün qadınların ərlərinə xəyanət etdiklərini düşünürdü. Xalqların rəhbəri heç kəs, hətta qohumlarına belə rəhm etmirdi. Qadınlara qarşı repressiyaları Stalin sadəcə olaraq belə izah edirdi: “Həddən artıq dedi–qodu edirlər!”.
Qızıl Ordunun ilk marşalı Klim Voroşilov arvadını həbs etməyə gələnləri Vətəndaş Müharibəsindən qalma qılıncla qarşılamışdı. Odlu silahla silahlanmış çekistlər geri qaçmışdılar. Bunu eşidən Stalin gülmüş, Voroşilovlara bir daha toxunmamalarını tapşırmışdı.
Stalin xüsusi xidmət orqanları vasitəsilə Sovet dövlətinin bəzi rəhbərlərinin əxlaqsız hərəkətləri haqda məlumatlar əldə edirdi. Rəhbərə bildirirlər ki, keçmiş daxili işlər komissarı Yaqodanın evindən pornoqrafik məzmunlu 4 minə yaxın şəkil və 11 kinofilm aşkarlanıb. Yalnız bu fakt keçmiş komissarın casus elan olunmasına kifayət edir. O, əfv olunmasına dair yalvarışlarına baxmayaraq 1938–ci ildə güllələnib.
Partiya rəsmilərinin əksəriyyəti həyat yoldaşına xəyanət edirdi. Hətta bəzilərinin bir neçə hərəmi vardı. Stalinə çatdırılan məlumatlarda Abakumov, Vlasik və Beriyanın adları çəkilirdi. Müharibə ərəfəsində Stalinin ən yaxın adamı və şəxsi katibi Poskryobışevin arvadı həbs olunur. Həmin vaxt general rütbəsini daşıyan Poskryobışev dəfələrlə Stalinin kabinetinə sadiq it kimi dizləri üstündə iməkləyə – iməkləyə girmiş və arvadının azad olunması üçün yalvarmışdı. Amma xalqların rəhbəri əyilməz idi: “Onu yoldaş Stalin həbs etməyib, o da azad edə bilməz”. 3 il sonra Bronislava Poskryobışevanın güllələnmə hökmünü məhz yoldaş Stalin imzalayır. Bu kağızı isə ona şəxsi katibi Poskryobışev gətirir..
Poskryobışevaya qarşı irəli sürülən casusluq ittihamı Beriya tərəfindən uydurulmuşdu. Trotskinin uzaq qohumu olan bu qadın qohumlarını repressiyadan qorumağa çalışırdı. O, kömək üçün Beriyaya müraciət edir və bu vaxt özünə böyük problem yaradır. Beriya qadına onunla sevgili olmağı təklif edir və rədd cavabı alır. Bu Poskryobışevaya azadlığı və həyatı bahasına başa gəlir. Maraqlıdır ki, sevimli arvadının ölümündən sonra da Poskryobışev uzun illər rəhbərinə vicdanla xidmət edib..
Müharibə zamanı Stalin vaxtının çoxunu Kunsevodakı bağ evində keçirirdi. Evin təsərrüfat müdiri Valentina İstomina hər zaman onun yanında idi. Xalqların rəhbəri qıza bağlanmışdı. Valyuşa Stalinə onun Nadejda Alliluyeva ilə evli olarkən məhrum olduqlarını yaşada bilirdi: ailə ocağının rahatlığı, qayğı və sorğu–sualsız dəstək. Müharibə zamanı istedadlı generallar bütünlüklə pul və qızıl içərisində üzürdülər. Amma kənarda hər hansı intriqa ən dahi sərkərdənin belə həyatı bahasına başa gəlirdi. Stalin yalnız ən yaxın adamlarına ailə xəyanətini bağışlaya bilərdi.
1943 – cü ildə general Rokassovski hesabat vermək üçün Stalinin qəbulunda idi. Bu vaxt rəhbər gözlənilmədən soruşur: – Bilmirsiniz, məşhur aktrisa Serova kimin həyat yoldaşıdır? Generalın bu sualdan rəngi qaçır. Aktrisa Valentina Serova həmin illərdə yalnız Sovet kinosunun ulduzu deyildi, həm də rəhbərin sevimli şairi Konstantin Simonovun həyat yoldaşı idi. Rokassovski və Serovanın sevgi macərasından az qala hər kəsin xəbəri vardı. Stalin bu münasibətə nöqtə qoymağa qərar verir. Rokassovski Stalinin eyhamını başa düşür. Səhəri gün istedadlı general sevgi cəbhəsində atəşkəs elan edir.
1952 – ci il
Stalin ağır xəstədir. Rəhbər partiyanın qurultayında onu təqaüdə buraxmalarını xahiş edir. Ancaq qurultay nümayəndələri bu istəyin əleyhinə gedirlər. Bu vaxt ona xəbər verilir ki, onun sadiq mühafizəçisi Vlasik Valyaya əl uzadıb, rəhbərin ən yaxın adamı Valyuşasına.. Stalin baş verənlərə inamaq istəmir. O, Valyuşanın özündən soruşur. O isə susur və yalnız ağlayır. Böyük xəyal qırıqlığı yaşayan rəhbər uzun illər onun mühafizəsində durmuş Vlasiki işdən azad etməyi və gözündən uzaqlaşdırmalarını, sonra isə bir qədər də irəli gedərək həbs etmələrini əmr edir.
Genaralı uzaq Uralda, Asbest həbs düşərgəsinə rəis müavini təyin olunur. Sonra isə Moskvaya qaytarır, mühakimə edərək 10 il azadlıqdan məhrum edirlər. O, beş il sonra elan olunmuş amnistiya ilə azad edilsə də bir daha hüquq–mühafizə orqanlarına qayıda bilmir. Vlasikin həbsindən beş gün sonra Stalinin Kunsevodakı bağ evində çekistlər peyda olur. Onlar Valyaya hazırlaşmağı əmr edirlər və çantasını yığışdırmaq üçün ona beş dəqiqə vaxt verirlər. Sonra qadını qara “Voronok”da Lubyankadakı daxili həbsxanaya gətirirlər. Təkadamlıq kamerada Valya az qalır ağlını itirsin. Bir neçə həftə ərzində onu bir dəfə də olsun dindirməyə çağırmırlar. Sonra isə bir zamanlar Stalinin ən çox sevdiyi qadını istintaqsız, məhkəməsiz QULAQ–ın ən dəhşətli düşərgəsi Kolımaya sürgünə göndərilir. Valyuşanın həbsindən az sonra Stalin infarkt keçirir. Ona çoxlu dərmanlar verilir, amma rəhbər bütün dərmanları atır. Yanında Valyuşası yox idi, O yalnız Valyuşanın verdiyi dərmanları qəbul edə bilərdi. Heç kəsə etibar etməyən rəhbər bəzən otağına qapanaraq yeməyini də özü bişirirdi. Bir neçə həftə sonra Stalin başa düşür ki, sədaqətli təsərrüf müdiri olmadan yaşaya bilmir. Valentina İstomina yenicə Kolımaya çatmışdı ki, onun azad olunması ilə bağlı əmr gəlir. Qadını hərbi təyyarə ilə Moskvaya, Stalinin bağ evinə gətirirlər. Onların görüşü çox həyəcanlı olur. Görüşərkən hər ikisi ağlayır.
1953 – cü ilin 1 Martında Stalin otağında döşəmənin üstündə ölü tapılır.
Onun ölümündən sonra Valentina İstomina başqa obyektə köçürülür. O həyatının yeganə kişisinə sadiq qalaraq ömrünün sonuna qədər ərə getmir. İstomina 1995 – ci ildə vəfat edir. İyirminci əsrin ən qəddar hökmdarlarından birinin həyatına dair saysız–hesabsız sirrləri də özü ilə məzara aparır.
modern.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024