Tarixin ilk qadın hökmdarı - Araşdırma

11:34 / 13.03.2019
Baxılıb: 3220

Tarixin ilk qadın hökmdarı - Tomris Xatun

Tomris Xatun tarixə bəlli olan ilk qadın hökmdardır. Miladdan öncə 6-cı yüzillikdə yaşamış bu qadın, adı bəlli türk Xaqanı Alp Ər Tunqanın nəvəsi idi. Ərəb və fars qaynaqlarında adı Əfrasiyab olaraq keçən Alp Ər Tunqanı bir çox əski türk boyları, eləcə də Göytürk, Uyğur, Qaraxanlı və Səlcuqlu dövlətlərinin başçıları özünün babası hesab edirdi.

Balasaqunlu Yusif özünün 11-ci yüzilliyin 70-ci illərində yazdığı “Qutadqu bilik” adlı əsərində qeyd edir: “...Qaşqar üçün “Ordu Kənd” deyirlər. Xanın oturduğu şəhər deməkdir. Çünki havası gözəl olduğu üçün Əfrasiyab burada otururdu”. Miladdan öncə 7-ci yüzillikdə Alp Ər Tunqa bir çox türk boylarını birləşdirib, güclü birlik (bəzi qaynaqlarda Sak-İskit dövləti) qurmuşdu. Bu birlik Qafqaz, Suriya, Anadolu da daxil olmaqla geniş əraziləri öz hakimiyyəti altına almışdı. Mərkəz Kaşğar şəhəri idi. “Qutadqu bilik”də Alp Ər Tunqa haqqında belə yazılır: “Dünya bəyləri arasında ən yaxşıları türk bəyləridir. Türk bəyləri arasında ən ünlüsü Alp Ər Tunqa idi. O, yüksək biliyə və ağıla malik idi. Seçkin və igid adam idi. Bu insan dünyaya hakim olur”. 

Tomris Xatun ağır bir dönəmdə, öncə peçeneklərə, sonralar həm də Sak-Massagetlərə başçılıq etdi. Tomris “dəmir” sözündəndir. Əski türklərdə dəmirlə bağlı adlar geniş yayılmışdı. Əmir Teymurun da adı dəmir sözündən götürülmüşdü. Miladdan öncə 5-ci yüzillikdə yaşamış tarixçi Heredot, Antik yunanlıların Demirus dediyi qəhrəman qadın Tomrisin adını sayğı ilə çəkir.

Miladdan öncə 550-ci ildə Əhəməni İmperiyası Kirin başçılığı ilə tarix səhnəsinə çıxdı. Bu İmperiya eramızın 330-cu ilinə qədər - 900 ilə yaxın mövcud olmuşdu. Kir hakimiyyətə gəldiyi ilk illərdə Turan torpaqlarının güney ərazilərini işğal etmişdi. Belə bir dönəmdə Tomrisin başçı seçilməsi onun kifayət qədər ağıllı, cəsur və təcrübəli döyüşçü olduğunu nişan verir. O, qonşu birliklərlə münasibətdə daha çox barışa üstünlük verirdi və barış şəraitində yaşamağa çalışırdı. Həmin dönəmin bir çox xalqlarında qadın əşya sayıldığı halda, türk soy birliklərində qadının hökmdar olması, eyni dönəmdə türk boylarında qadın və kişinin eyni hüquqlara sahib olmasını bəlli edir. Biz qadına verilən bu yüksək dəyəri əski yazılı abidələrimizdə də görməkdəyik. Orxon yazılarında Bilgə Xaqanın dilindən yazılır: 

“Yuxarıda Tanrı qutsal yeri, suyu düzənə salmışdır. Türk milləti yox olmasın deyə, millət olsun deyə babam İltəriş Xaqanı, anam İlbilgə Xatunu göyün təpəsindən yuxarı qaldırmışdır”. 

Bilgə Xaqana aid olan başqa bir yazıda belə deyilir:

“Türk millətinin adı, sanı yox olmasın deyə atam Xaqanı, anam Xatunu ucaltmış olan Tanrı...”.

Əhəməni imperatoru Kir Turan torpaqlarının güneyini işğal etdikdən sonra Tomrisin başçılıq etdiyi ellərdən birinə - peçeneqlərə hücum çəkmişdi. Kir hiylə işlətməklə Turan torpaqlarına sahib olmaq istəyirdi. O, Tomrisə evlilik təklif etmiş və rədd cavabı almışdı. Tomrisin Kirə rədd cavabı verməsinin 3 əsas səbəbi vardı:

1. Kir Tomrislə evlənməklə onun idarəçiliyində olan torpaqları ələ keçirmək istəyirdi. Bu isə, Tomris üçün, eləcə də, türk boyları üçün qəbuledilməz idi.

2. Tomrisin babası Alp Ər Tunqanı Əhəmənilərin babaları xaincəsinə zəhərləyib öldürmüşdülər. Bundan sonra iki toplum arasındakı düşmənçilik daha da dərinləşmişdi.
3. Tomris yurduna işğalçılıq niyyəti ilə daxil olan və millətinə düşmən gözü ilə baxan bir imperatorluğun başçısı ilə evlənməyi şərəfinə sığışdırmırdı.

Bundan sonra intiqam hissi ilə yaşayan Kir, daha tez-tez hücumlar etməyə başlamışdı. Kir öncə Tomrisin oğlunun əmrində olan ərazilərə saldırdı. Bu savaşda Tomrisin oğlu məğlub olmuşdu və bu məğlubiyyətlə barışmadığı üçün özünü öldürmüşdü. Bəzi qaynaqlarda Kirin hiylə işlətməklə Tomrisin oğlunu məğlub etdiyi yazılır. Belə ki, həmin zamanlarda Kirin məsləhətçisi olan keçmiş Lidiya hökmdarı Kiroşun tövsiyəsi ilə, Kirin oğlunun əmrində olan qoşuna qarşı hiylə işlədərək, onların hamısının içirdilməsi planı qurulur. İçəndən sonra dərin yuxuya gedən qoşun, Kirin adamları tərəfindən əsir alınır. Yalnız, ayılandan sonra nə baş verdiyini anlayan Tomrisin oğlu acıdan qurtulmaq üçün özünü öldürür. Oğlunun hiylə ilə öldürülməsi Tomrisə çox pis təsir edir və bu xəbəri eşidəndən sonra and içir:

“Ey qana susayan Kir! Sən oğlumu ərənliklə deyil, hiylə işlədərək öldürdün. Ancaq Günəşə and olsun, səni qanla doyuracam”.

Qoşununun xeyli hissəsi döyüşçü qadınlar olan Tomris Xatun, bir də Kirlə son qarşılaşmada ordunun ruhunu coşduran çıxış etmişdi və and içmişdi. Bu, miladdan öncə 528-ci ildə olmuşdu. Asiya bozqırlarında qarşılaşan iki qoşun arasında tarixin ən qanlı savaşlarından biri olmuşdu. Bu döyüşdə Tomrisin başçılıq etdiyi qoşunların sayı 15 mindən az olduğu halda, Kirin qoşunu bundan dəfələrlə çox idi. Eyni zamanda Əhəməni ordusunda xüsusi olaraq yetişdirilmiş xeyli sayda döyüş itləri vardı. Buna baxmayaraq, bu döyüşdə Tomris qələbə qazanmış, Kir məğlub olmuşdu. Bu döyüşdə Tomris Xatun “Turan taktikası” və ya “Qurd oyunu” deyilən savaş üsulundan istifadə etmişdi. Bu zəfərin qazanılmasında isə döyüşdən öncə Tomrisin etdiyi çıxışın böyük rolu olmuşdu. Döyüş öncəsi qoşunun qarşısında dayanan Tomris Xatun ordusuna bu sözlərlə səslənmişdi:

“Qarşımızdakılar dünyanın ən vəhşi, ən qəddar və sayca ən böyük olan ordusudur. Ancaq bilirəm, göylərin altındakı heç bir ordu bu bütövlənmiş ayın altında od saçan gözlərinizdən daha cəsur deyil. Yenə bilirəm, yer üzündə heç bir ordu, ulusu və yurdu üçün çarpan ürəklərinizdən böyük deyil.

Gündüzümüzü aydınladan Günəşə, gecəmizi aydınladan Aya və babalarımızın ruhuna and olsun, atlarımızın otladığı bu torpaq qanımla qızıla boyansa da, heç kimin, eləcə də, Əhəmənilərin əsarəti altına girməyəcəm...”

Bu çıxışdan sonra yüzlərlə qılınc “and olsun” hayqırtısı ilə qından sıyrılmışdı.

Miladdan öncə 528-ci ildə (bəzi qaynaqlarda miladdan öncə 530-cu, bəzilərində 529-cu il göstərilir) baş verən bu savaşın sonucunda Əhəməni qoşunları darmadağın olmuş, Kirin başı kəsilmişdi. Kirin başını kəsən Tomris Xatun, başı qanla doldurulan bir tuluğun içinə qoymuş və belə demişdi:

“Ömrün boyu qandan doymadın. İndi səni qanla doydururam. Bacardığın qədər iç”!

Tomris Xatun bunu, təkcə intiqam alsın deyə etmədi. O, bununla digər başçılara qana hərisliyin və zalımlığın acı sonucunu göstərirdi. 
Qəhrəman türk qadını əski dünyanın dövlət başçılarına yüz illər boyu ibrət olacaq bir dərs vermişdi.

Namiq Hacıheydərli

manera.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər