Makedoniyalı İskəndərin ölümünün sirri 

17:19 / 13.03.2019
Baxılıb: 2966

Müasir insan üçün eramızdan əvvəl IV əsr həm maraqlı, həm də sirlidir. Bu dövrün ən maraqlı tarixi şəxsiyyətlərindən biri də Makedoniyalı İskəndər sayılır.
 
İskəndərin parlaq hərbi karyerası eramızdan əvvəl 338-ci ildə başlayıb. Bu zaman onun cəmi 18 yaşı var idi. Xeron döyüşündə İskəndər Afina və Beotiya müttəfiq ordularının darmadağın edilməsində müstəsna rol oynayaraq şöhrət əldə etdi. Bu hadisədən sonra, 15 il ərzində dövrünün mahir sərkərdələri arasında onun tayı-bərabəri olmadı. Amma e.ə. 323-cü ildə 33 yaşlı İskəndər müəmmalı surətdə dünyasını dəyişdi.
 
Gənc yaşdan böyük uğurlar əldə etmiş bir şəxsiyyətin qəfil ölümü həm qədim dövrdə, həm də sonralar bir çox iddiaların və hipotezlərin irəli sürülməsinə səbəb oldu.
 
Rəsmi versiyaya görə, məşhur sərkərdə malyariya xəstəliyindən dünyasını dəyişib. Amma bu ölümlə bağlı çoxsaylı versiyalar da səslənib. Müxtəlif dövrlərdə İskəndərin ölümü ilə bağlı zəhər, zəhərlənmə, gizli düşmənlər tərəfindən məhv edilmə, paxıllığını çəkənlər tərəfindən qətlə yetirilmə versiyaları səslənib.
 
Beləcə, artıq 25 əsrdir ki, Makedoniyalı İskəndərin ölümü ətrafında sirli bir tapmaca yaranıb. Cavab tapmaq mümkündürmü? Fikrimcə, suala cavab tapmaq üçün əvvəlcə, sərkərdənin şəxsiyyəti, onun ətrafı, dövləti və hakimiyyəti möhkəmlətmək üçün yürütdüyü siyasəti dərindən öyrənmək lazımdır.
 
İskəndərin həyatına və səfərlərinə qısa bir nəzər salaq.
 
İskəndər e.ə. 356-cı ildə Makedoniyanın paytaxtı Pella şəhərində anadan olub. O, çar ailəsində dünyaya gəlib. Bu isə, istedadı üzə çıxarmaq üçün əlavə imkanlar demək idi.
 
E.ə. 343-cü ildən məhşur filosof Aristotel (Aristotel Platonun tələbəsi idi. Platon isə Atlantida mədəniyyəti haqqında fikir söyləyən ilk insandır) onun tərbiyəsi və təlimi ilə məşğul olub. İskəndər əla təhsil almaq imkanına sahib idi. Nəticədə o, dövrünün ən ziyalı monarxına çevrildi.
 
Gəncin hərbi təlimi ilə atası Makedoniya çarı II Filipp məşgul olub. Filipp amiranə, qətiyyətli bir şəxs idi və bütün üsullardan istifadə edərək dövlətini möhkəmləndirmək, sərhədlərini genişləndirmək istəyirdi. Məhz onun dövründə güclü quru ordu, qüdrətli donanma yaradıldı. Eyni zamanda Makedoniya falanqası (qədim yunanlarda bir neçə sıradan ibarət piyada düzümü) əhəmiyyətli dərəcədə mükəmməl səviyyəyə çatdırıldı.
 
II Filipp dağıdılmış şəhərləri hakimiyyəti altında birləşdirərək vahid dövlət yaratdı. Bununla da o, oğlu üçün etibarlı əməliyyat meydanı hazırladı. İskəndər isə, öz növbəsində, atasının nəaliyyətlərindən istifadə edərək, ona miras qalmış hərbi gücdən ağılla istifadə etdi. O, çoxsaylı dövlətlərin ərazisini işğal edərək, böyük bir imperiyanın təməlini qoydu.
 
E.ə. 336-cı ildə II Filipp dünyasını dəyişdi (cangüdəni tərəfindən qətlə yetirildi). İskəndər Makedoniyanın çarı oldu. Taxta keçdikdən bir neçə ay sonra o, şimali-qərbi Balkan yarımadasına yürüşə çıxdı. Bu ərazilərdə çoxsaylı get və triball tayfaları yaşayırdı. Qısa müddətə bu tayfaların müqavimətini sındıran çar onların ərazisini öz dövlətinə qatdı. Beləliklə, İskəndər saray əyanlarına atasından heç də geri qalmadığını sübut etdi.
 
Gənc sərkərdə qısamüddətli və uğurlu hərbi əməliyyatdan sonra istirahət edə bilmədi. Çünki çaparların gətirdiyi xəbərə görə, Makedoniyaya son beş il ərzində birləşdirilmiş Orta Yunanıstan şəhərlərində üsyan başlamışdı. Görünür, Filippin ölümü bu şəhər sakinlərini ruhlandırıb və onlar müstəqillik barədə düşünməyə başlayıblar. Amma onlar İskəndərin atasının yerini qısa müddətə tuta biləcəyini düşünməmişdilər.
 
İskəndər isə kiçik bir ordu ilə üsyan qaldırmış şəhərlərə hücum etdi. Üsyançılara qarşı amansız olan sərkərdə, tezliklə hər kəsə Makedoniyada hakimiyyətin zəifləmədiyini, əksinə, daha da güclü, qəddar və sərt olduğunu sübut etdi.
 
Qısa müddət ərzində çarlığın ərazisində sakitlik və qayda-qanun hökm sürməyə başladı. Gənc monarxın “dəmir pəncəsi”ni qısa müddətə dostları da, düşmənləri də hiss etdi. Bəlkə də, İskəndərin yerinə başqa adam olsaydı, sakitləşib taxtında oturub, həyatını yaşayardı. Amma o, fərqli davrandı.
 
Artıq e.ə.334-cü ildə atasının dostu Antipartı Pelladaya canişin təyin edən İskəndər güclü qoşun ilə Dardanel boğazını keçərək İran dövlətinin ərazisinə daxil oldu. Əhəmənilər dövləti ona qarşı böyük ordu göndərsə də, Qranik çayı ətrafında baş verən savaşda fars ordusu darmadağın edildi.
 
Bu müharibə Kiçik Asiya uğrunda gedən mübarizədə həlledici oldu. Fars əsarətində inləyən sahilyanı yunan şəhərləri xilaskarı, yəni İskəndəri sevinclə qarşıladılar. Onlar III Daryanın satraplarını qovaraq, şəhər qapılarını Makedoniya orduları üçün açdılar. Demək olar ki, bir neçə ay ərzində Lidiya torpaqları farslardan təmizləndi. Bu ərazilərdə Makedoniyalı İskəndərin hakimiyyəti qəbul edildi.
 
Güclü düşməni üzərində ciddi qələbə qazanan gənc və şöhrətpərəst monarx ordusu ilə birlikdə İran ərazisinin dərinliklərinə doğru hərəkət etdi. Çar III Daranın rəhbərliyi altında güclü fars ordusu onun qarşısına çıxdı.
 
E.ə. 333-cü ilin payızında İsse şəhəri ətrafında həlledici döyüş oldu. Bu savaşda Əhəmənilər ordusu Makedoniya ordusuna nisbətdə 3 dəfə güclü olsa da, İskəndərin sərkərdəlik qalibiyyəti qələbə qazanmasıma vəsilə oldu. Farslar ağır məğlubiyyətə uğradı. III Dara rüsvayçı formada qaçaraq xilas oldu.
 
Bu qələbədən sonra Aralıq dənizi sahilləri yunan-makedoniya ordusunun nəzarəti altına keçdi. İskəndər nəinki parlaq sərkərdə, eyni zamanda müdrik və uzaqgörən siyasətçi idi. O, ordusunu Əhəmənilər sülaləsinin hakimiyyəti altında olan Misirə tərəf yönəltdi. Xilaskar kimi qədim piramidalar ölkəsinə qədəm basan İskəndər kahinlərin dəstəyini əvvəlcədən təmin etmişdi. Kahinlər onu Amon Allahının oğlu və Misirin fironu elan edirlər.
 
Bu yolla sərkərdə sadə insandan Tanrıya çevrildi, bu isə onun rəqibləri arasında çaşqınlıq və ixtilafa səbəb oldu. Çünki Tanrıya qarşı savaşmaq özü də böyük cəsarət tələb edirdi.
 
Məhz bu dövrdən sonra Makedoniyalı İskəndər yaxın ətrafındakı insanlardan uzaqlaşmağa başlayır. Ona sadiq olan Antipatr, Ptolemey Laq, Perdikka, Filota, Parmenion, Qara Klit, Hefestion kimi qoşun başçıları İskəndərin zalım münasibətini hiss etməyə başladılar.
 
Narazılıq tezliklə özünü biruzə verdi. Filota tərəfindən təşkil edilən sui-qəsd planı hazırlandı. Filota çarın qeydsiz-şərtsiz etibar etdiyi qoşun sərkərdəsi Parmenionun oğlu idi. Amma sui-qəsd təxirə salındı və qoşun yenidən İran dövlətinə geri qayıtdı. Çünki III Dara yeni qoşun toplamışdı.
 
Həlledici döyüş  e.ə. 331-ci ilin oktyabrında Qavqamel yaxınlığında baş tutdu. Bu dəfə də farslar ağır məğlubiyyətlə üzləşdi. Məğlubedilməz Kir və Artakserksin sələfi rüsvay olaraq döyüş meydanından qaçdı. Amma Dara tezliklə Bess adlı satrap tərəfindən qətlə yetirildi. Bess özünü İran çarı elan etdi. Amma bir ildən sonra makedoniyalılar tərəfindən əsir edilən Bess işgəncəli ölümə məhkum edildi.
 
III Daranın ölümündən sonra İskəndər İran imperiyasının paytaxtı Babilə daxil oldu və özünü Əhəmənilər sülaləsinin varisi elan etdi. Şəhərdə möhtəşəm bir saray tikdirən imperator yunan və makedoniyalılardan başqa, fars əyanlarını da ətrafına topladı.
 
Gənc çar getdikcə əsl dostlarından və pərəstişkarlarından uzaqlaşırdı. Hakimiyyət artıq onun gözlərini qamaşdırmışdı. İskəndər qəddar diktatora çevrildi. Azad və demokratik Yunanıstanda tərbiyə almış elladalılar üçün bu, qəbuledilməz idi. Bu səbəbdən təxirə salınmış sui-qəsd planı yenidən işə düşdü. Filota getterləri, yəni məhşur ailələrdən olan gəncləri ətrafına topladı. Amma sui-qəsdçilər arasında satqın vardı. Orta Asiyaya səfər zamanı İskəndər bu plandan xəbər tutdu. Onun əmri ilə Filota və atası qətlə yetirildi. Amma bu qətllər vəziyyəti düzəltmədi. Makedoniya və Yunanıstandan olan ali zümrənin narazılığı dərin kök atmışdı. Bəlkə, İskəndərin ölümünə də məhz bu prizmadan baxmaq lazımdır?
 
Tezliklə, İskəndərə qarşı yeni sui-qəsd təşkil edildi. Bu dəfə təşkilatçılar tanınmış saray əyanlarının övladları idi. Onlar çarın şəxsi mühafizə dəstəsində qulluq edirdilər. Sui-qəsdçilərin başçısı Hermolay idi. Onu edam etdilər və bir müddət sakitlik yarandı.
 
E.ə. 328-ci ildə yaxın silahdaşı Qara Klit imperatoru doğma atasının ruhuna dönük çıxaraq özünü Tanrı Amonun oğlu elan etməkdə suçladı. Əsəbiləşən İskəndər Kliti masa arxasındaca qətlə yetirdi.
 
Amma bu daxili çəkişmələr onun sərkərdəlik qabiliyyətinə qətiyyən təsir etmirdi. Şərqə doğru hücumlar davam edirdi. Hindistanın işğalı da İskəndərin planına daxil idi. Amma bu səfər o qədər də uğurlu alınmadı. Əgər İranda Makedoniya ordusuna xilaskar kimi baxırdılarsa, Hindistanda vəziyyət fərqli idi. Çoxsaylı tayfalar və kiçik dövlətlər uzaqdan gəlmiş işğalçının təbəəliyini qəbul etmək niyyətində deyildi. Makedoniya ordusu güclü müqavimətlə qarşılaşdı.
 
E.ə. 326-cı ildə Gidaspe çayı ətrafında baş verən müharibə Makedoniyalı İskəndərin həyatının sonuncu böyük savaşı idi. Bu savaşda onun rəqibi çar Por idi. Porun ordusunda fillər və cəng arabaları çox olsa da, o, məğlib oldu və əsir düşdü. İskəndər bu savaşdan sonra yarımadanın içərilərinə doğru irəliləyə bilmədi. Çünki aramsız müharibələrdən yorulan əsgərlər açıq-aşkar narazılıqlarını bildirdilər. Sərkərdə geriyə dönmək barədə qərar qəbul etdi. O, ordunu üç hissəyə böldü. Birinə özü, digərinə Krater rəhbərlik edirdi. Üçüncü qoşun isə Nearxın rəhbərliyi altında dəniz yolu ilə vətənə qayıtdı.
 
Bununla da İskəndərin Şərqə doğru yürüşü başa çatdı. Səfər ümumilikdə 10 ilə yaxın davam etdi. Çar Babilə qayıtdı və dövlət işləri ilə məşğul olmağa başladı. III Daranın böyük qızı Statirlə ailə quran İskəndər makedoniyalıları da fars qızları ilə evlənməyə məcbur etdi. Onun qəddarlığı və sərtliyi yeni narazılıqlara səbəb oldu. Makedoniyalı əsgərlər üsyana qalxdılar. Çünki uzun illər doğma vətəni, ailələrini görməyən əsgərin səbri tükənmişdi. Çar isə onları Babildən buraxmırdı. İskəndər üsyanın başçılarını edam etdirsə də, vəziyyətə tam nəzarət etmək üçün döyüşçüləri vətənə yola saldı. Çar Babildə qərar tutdu. Burada o, yeni səfər üçün planlar cızırdı. Onun məqsədi Ərəb yarımadasını və Karfageni işğal etmək idi. Bu dövrlərdə Karfagen qərbi Aralıq dənizi sahillərinin ən qüdrətli dövləti idi. E.ə. 323-cü ildə səfər hazırlığı ərəfəsində ölkənin müxtəlif bölgələrindən ordu dəstələri Babilə gəlir, donanma gücləndirilir, yüksək komandanlıqda dəyişikliklər edilirdi.
 
Səfərə bir həftə qalmış böyük qonaqlıq təşkil edildi. Növbəti səhər İskəndərin vəziyyəti pisləşdi. Onun hərarəti yüksəldi, qızdırma başladı. Gün keçdikcə diktatorun vəziyyəti pisləşirdi. O, yaddaşını itirir, yaxın dost və qohumlarını tanımırdı. Müəmmalı xəstəlik iki həftə davam etdi və İskəndərin ölümü ilə başa çatdı.
 
Makedoniyalı İskəndər e.ə. 323-cü ildə, 32 yaşında vəfat etdi. Onun ölümündən sonra imperiyası Suriya,  Misir, Vifinya, Perqam, Makedoniya kimi dövlətlərə parçalandı. Hər bir dövlətin başında diadoxlar, yəni Makedoniya ordusunun qoşun başçıları dayanırdı.
 
Ptolemey Laq Misirə yerləşdi və böyük sərkərdənin mumiyalanmış cəsədini özü ilə apardı (bununla da Böyük İskəndərin varisi olduğunu nümayiş etdirdi). Nilin deltasında böyük sərkərdə üçün sərdabə inşa edildi və sarkofaq sərdabəyə yerləşdirildi.
 
Sərdabə haqqında sonuncu dəfə məlumat Roma imperatoru Karakall tərəfindən verilib. O, 215-ci ildə İskəndəriyyədə (e.ə. 332-ci ildə İskəndər tərəfindən salınmış şəhər) olub və məqbərəni ziyarət edib. Bu tarixdən etibarən məqbərə haqqında heç bir məlumat olmayıb. Bu günə qədər də heç kəs İskəndərin sərdabəsinin taleyini bilmir.
 
Böyük İskəndərin ölümünün sirri barədə tarixçilərin fikirləri haçalanır. Məsələn, bir qrup tarixçinin fikrinə görə, makedoniyalı çarın ölümündə birbaşa günahkar Makedoniya canişini Antipatr olub. Bir versiyaya görə, Qərbə hazırlanan yürüşdən əvvəl İskəndər Antipatrdan vəzifəsini alaraq, onun yerinə başqa adam təyin etmək istəyib.
 
Antiaptr ona sadiq əyanların köməyi ilə imperatoru zəhərləyib. Amma bu versiya bir az inandırıcı səslənmir. Çünki e.ə. 323-cü ildə Antiaptrın 73 yaşı var idi. Yaşlı və müdrik qocanın bu dərəcədə hakimiyyət hərisi olması inandırıcı deyil. E.ə. 319-cu ildə Antipatr da dünyasını dəyişib.
 
Başqa bir versiyaya görə, İskəndərin ölümündə günahkar onun müəllimi Aristoteldir. 61 yaşlı filosof  niyə tələbəsinə qıyaraq, onun çaxır qədəhinə zəhər atmalıdır ki? Eyni zamanda unutmaq lazım deyil ki, İskəndər dünyanı işğal etdiyi müddətdə Aristotel Afinada sakit həyat sürürdü. E.ə. 335-ci ildən Afinada məskunlaşan filosof məktəb açaraq elmlə məşğul olub. Sərkərdənin ölümündə Aristoteli günahkar bilən tarixçilər, onun pula qarşı həris olduğunu, Karfogen tərəfindən pulla tutulduğunu iddia edirlər. Karfagen idarəçiləri İskəndərin planlarından xəbərdar idilər. Onlar təhlükəsizliklərini təmin etmək üçün filosofu ələ aldılar və gənc sərkərdəni məhv etdilər. Aristotel güclü əlaqələrə malik idi. Onun pərəstişkarları arasında cəmiyyətin istənilən təbəqəsindən adamlar var idi. Yaxşı pul mükafatı qarşılığında İskəndəri aradan götürə biləcək adam tapmaq Aristotel üçün asan idi.
 
Həmin vaxtlar filosofun sağlamlıq durumu heç də yaxşı deyildi. İskəndərin ölümü isə onun əcəlini yaxınlaşdırdı. Çünki qəmli xəbəri alan Afina əhalisi üsyana qalxdı və Aristoteli şəhərdən qovdular. O, həyatının son aylarını Egey dənizində yerləşən Evbey adasında keçirdi.
 
Başqa bir versiyaya görə, qətldə günahkar İskəndərin yunan-makedon əyanlarıdır. İskəndərin qoşun başçıları onun fars əyanları ilə yaxınlığından narahat idilər. Bu səbəbdən onlar ittifaq quraraq Böyük İskəndəri zəhərlədilər. Onun ölümündən sonra başçılar sərt rəhbərdən qurtuldular və böyük torpaq sahələrinə sahib oldular. Amma bu versiya da həqiqətə uyğun deyil. Çünki hadisə qərbə yürüşdən öncə baş vermişdi. Səfər isə çox böyük var-dövlət, qənimət vəd edirdi. Ona görə də qoşun başçıları İskəndərə qıya bilməzdilər. Çünki sərkərdə yaşadıqca onun ətrafındakı insanlar varlanırdılar.
 
Bəlkə, İskəndər, doğrudan da, hansısa xəstəlikdən vəfat edib? Rəsmi versiyaya görə, o, malyariyadan dünyasını dəyişib. Ola bilər ki, İskəndəri ağcaqanad sancıb və nəticədə, o, malyariyaya tutulub. Mümkündür. Amma başqa bir sual ortaya çıxır: onun ətrafında, yaxınlığında olan heç kəs bu xəstəliyə yoluxmadı. Deməli, ağcaqanad yalnız İskəndəri sancıb?
 
Bütün bu suallar günümüzdə hələ də cavabsız qalıb. Dünyanın ən böyük fatehlərindən sayılan Böyük İskəndərin vaxtsız və qəfil ölümü uzun müddət tarixçilərin baş sındırdığı mövzulardan biri olacaq.
 
Hikmət Həsənov


Publika.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər