Bir gün azad yaşamağı 40 il qul kimi yaşamaqdan üstün tutan Babək Xürrəminin anım günüdür.
Bəşər övladının ilk məskəni sayılan Azərbaycan dövləti minilliklərin yaddaşında böyük şəxsiyyətlər, qəhrəman sərkərdələr bəxş edən bir diyar kimi tanınır. Zamanın ədalətsiz hökmünə baş əyməyən, yadelli işğallara və amansız müharibələr meydanına çevrilən vətənimizin azadlığı uğrunda onlar daimi çarpışıblar.
Dünya tarixində böyük sərkərdə və qüdrətli hökmdar kimi tanınan Babək Xürrəmi də 20 ildən çox ərəb zülmünə, xilafət qoşunlarına qarşı döyüşüb. Sasani imperiyasının əsarətindən qurtulan bu qədim diyar VII əsrin 1-ci yarısında Ərəb İslam dövlətinin yürüşlərinə məruz qaldı. Tədqiqatçı-tarixçi Vaqif Rüstəmov bildirir ki, İslam dininin fövqəltəbii varlığı insanları vahid ideya bayrağı altında birləşməsinə zəmin yaratdı. Onun sözlərinə görə, hamının dərin sevgisini və məhəbbətini qazanan bu dini ideya Məhəmməd peyğəmbərdən sonra gələn 4 xəlifənin zamanında da əmin-amanlığın, sabitliyin hökm sürməsinə nail oldu: "Ancaq xəlifə Həzrəti Əlidən sonra xilafətdə hökmranlıq edən Əməvilər və Abbasilər sülaləsinin islam aləmində özbaşınalığa, qəddarlığa, zülmün və haqsızlığın yaranmasına gətirib çıxardı. Yerlərdə təriqətindən və dini etiqadından asılı olmayaraq, vergi və xərracların qat-qat artırılması insanlar üzərində talanların, soyğunçuluğun və haqsız işgəncələrin geniş miqyas alması istər-istəməz xalqın narazılığına səbəb oldu".
Müsahibimiz bu zülmə qarşı Azərbaycanın Ərdəbil, Beyləqan, Bərdə, İrəvan, Dərbənd və başqa yerlərdə xalqın etirazlarının alovlandığını da xatırladır. Tarixçi deyir ki, xüsusən 748-ci ildə Beyləqanda, Bərdədə xilafətin zülmünə qarşı mübarizə başladı. Nizami orduya və güclü silaha malik xilafər qoşunları amansızlıqla yatırıldı: "Lakin xilafətin zülmü ilə barışmayan və onlardan qorxmayan xalq yeni-yeni hərəkatda birləşirdilər. Bu hərəkatın əsas qığılcımı Ərdəbil yaxınlığında xürrəm yaşayış sahəsində böyük vüsət aldı. Xilafət ordusunun xürrəmi sakinlərinə qarşı törətdiyi qətllərin sədası bütün Azərbaycana yayıldı. Bu dövrdə Abbasilər xilafətinə qarşı üsyankar xürrəmilər daha coşqun çıxış etdilər".
Müsahibimiz xürrəmilərin banisi kimi tanınan Cavidan və Əbu İmran kimi cəsur igidlər 778-ci ildə xilafət qoşununa qarşı hücuma keçdiklərini söyləyir.
Vaqif Rüstəmovun sözlərinə görə, nizami orduya malik ərəblər öz çirkin əməllərini və zülmünü gizlətmək üçün xürrəmilərə kafirlik damğasını vuraraq, bu üsyanı amansızlıqla yatırdılar. Bəzz qalasına çəkilən Cavidan qüvvələri yenidən səfərbər etdi: "Tarixi mənbələr göstərir ki, Cavidanla Əbu İmran arasındakı müttəfiqlik hərəkata başçılıq etmək istəyi ilə münaqişəyə və ziddiyyətlərə səbəb oldu. Bu ziddiyyətlərlə yaşayan hər iki qəhrəman 807-ci ildə ərəblərlə döyüşdə yenə də məğlub oldular. Artıq iki qəhrəman arasındakı ziddiyyətlər xürrəmilərin mübarizəsinə zərbə vurdu".
Tədqiqatçı onu da deyir ki, tarixşünaslıqda göstərildiyi kimi, böyük sərkərdə kimi tanınan Babəkin Bəzz qalasına gəlişi təsadüfi deyil: "Onun Ərdəbildə dəfələrlə Cavidanla görüşü və ideya birliyi yaxınlaşdırmışdır. Öz zamanının cəsur, igid cəngavəri kimi Cavidanın təklifi ilə Babək Bəzz qalasına gəlir. Və Cavidanın yaxın köməkçisi kimi fəaliyyət göstərir. Ancaq ara verməyən Cavidan və Əbu İmran münaqişələrin sonu hər iki qəhrəmanın əlbəyaxa təkbətək döyüşü zamanı ölmünə səbəb olur. Cavidanın vəsiyyəti ilə Babək xürrəmi hərəkatına başçılıq edir və Bəzz qalasının sahibi olur. "Xürrəm" sözü haqqında tarixşünaslıqda müxtəlif fikirlər irəli sürülür. Ərəb və fars tarixşünaslığında xürrəmi ardıcıllarına "müxəmmirə" - "qırmızı geyinmişlər" və ya "surxəl" - "qırmızı bayraqlılar" deyirdilər. Bu bir həqiqətdir ki, tarixdə işğalçılara qarşı qırmızı geyimdə və qırmızı bayraq altında çıxış edən xürrəmilər olmuşlar".
Tarixçi bildirir ki, xürrəmilərin dini etiqadı qədim köklərə, işıq və qaranlığın, xeyir və şərin simvolu olan iki mənəvi qüvvəyə, inama əsaslanmışdır. Onun sözlərinə görə, bu ideyanın və amalın vurğunu olan Babək ilk gündən hərəkatda güclü nizam-intizam yaratdı. Bir tarixi həqiqət də məlumdur ki, Babəkin fəaliyyətinin ilk günlərində Bəzzdə o qədər də qüvvə qalmamışdı: "Ancaq Babəkin cəsurluğu və ona olan inam yerlərdə ərəb zülmündən əziyyət çəkən insanların pənahına səbəb oldu. Beyləqandan, Bərdədən, İrəvandan və Naxçıvandan gələn mübarizlərin sayı-hesabı hər gün artırdı. Bu qədər böyük bir qüvvəni Bəzzdə yerləşdirmək mümkün deyildi. Babək bu üsyankar qüvvələri əldə etdiyi silahlarla silahlandırıb öz yerlərinə göndərirdi və lazım olan vaxt Babəkin işarəsi ilə səfərbər olmaqlarına göstəriş vermişdir.
O dövrdə döyüş anlarını yüksəkliklərdə yandırılan tonqalar vasitəsilə xəbər çatdırırdılar".
Xürrəmilərin ilk məğlubiyyəti
Mənbələrdə deyilir ki, xürrəmilər hər dəfə xilafət ordusu üzərində qələbə çalırdılar. Bu mübarizədə Babəkin tərəfdarlarının sayı 300 mindən çox idi. O da məlumdur ki, Babək bu mübarizədə xilafətin 6 ordusunu və onlarla sərkərdəsini məhv edib. Çıxılmaz vəziyyətdə qalan xəlifə 2 cəbhədə Bizansla və xürrəmilərlə döyüşmək gücündə deyildi. Ona görə istər-istəməz Bizansla müharibəni dayandıraraq bütün qüvvəni xürrəmilərin üzərinə yeritdi. Möhtəsimin xəlifə kürsüsünə, taxtına çıxması ilə bütün gücünü 833-cü ildə Həmədan yaxınlığındakı döyüşə sərf etdi. Bu qanlı döyüşdə ilk olaraq xürrəmilər məğlub oldu. Bu qələbədən ruhlanan Möhtəsim yeni-yeni nizami orduların səfərbər edilməsinə əmr verdi. Bizansla müharibədə döyüş təcrübəsi əldə edən Avşini bu orduya baş komandan təyin etdi və bildirdi ki, xürrəmiləri məğlub etmək üçün bu yolda xilafət heç nəyi əsirgəmiyəcək. Avşin 835-ci ildə Azərbaycanın içərilərinə doğru yürüş edərək Bəzz yaxınlığında hərbi düşərgəsini yaratdı. Dəfələrlə Möhtəsimin tələblərinə baxmayaraq, Avşin müharibəni başlamadı. Çünki o xürrəmilərin gücünü, əlavə qüvvələrini dəqiq öyrənmək üçün öz cəsuslarının məlumatlarını toplayırdı.
Vaqif Rüstəmov deyir ki, bu müddət ərzində Babək xürrəmilərdən çox güclü olan ərəb ordularına qarşı mübarizəni gücləndirmək üçün Bizansla yeni ittifaqa ümid bəsləyən Babək əlavə köməyə ehtiyac olduğunu məktub vasitəsilə bildirdi. 837-ci ilin mayında Avşin Bəzz üzərinə hücuma keçdi və qalanı ala bildi. Onun sözlərinə görə, mühasirə zamanı Avşinlə danışıqlara məhəl qoymayan Babək təslim olmaq istəmirdi: "O az bir qüvvə ilə qaladan çıxa bildi. Məqsədi Bizansdan və Arranan yeni qüvvələr toplamaqla xilafətlə mübarizəni davam etdirmək istəyirdi. Ancaq Arranda Səhl İbl Sumbatın qəsrində qonaq olan Babək xəyanət nəticəsində Avşinə təslim edilir".
Qəzəblənmiş xəlifənin edam hökmü
Tarixi araşdırma göstərir ki, Səhl İbn Sumbat bir müttəfiq kimi xürrəmilər tərəfindən ərəblərlə vuruşmuşdur. O 822-ci ildə Bərdədə və 837-ci ildə Arranda on minlərlə ərəb cəza dəstələrini məhv edib. Avşinin əsirinə çevrilən Babək öz arzusu ilə sonuncu dəfə Bəzz qalası ilə vidalaşaraq Avşin tərəfindən xəlifənin hüzuruna Samirə şəhərinə gətirilir. Bir çox ərəb tarixçiləri göstərirlər ki, xəlifə Mötəsim Babəki öz ailəsi ilə birlikdə hörmətlə qarşılayır. Onun sərbəst yaşaması üçün ayrıca bir saray ayırır. Ancaq bu nəvazişə və qayğılara təslim olmayan Babək inadından dönmür. Qəzəblənmiş xəlifə 838-ci il martın 14-də Babəkin edam olunmasına hökm verir. Edamın dəhşətləri Babəki sarsıtmır. O, bu işgəncələrə dözərək öz qanı ilə solmuş çöhrəsini al rəngə boyayır. Bunun bu qəhrəmanlığı nəinki tamaşaçıları, eyni zamanda, xəlifənin qonağı olan əcnəbi elçiləri və səyyahları da heyrətləndirir. Çünki Babək mübarizəni ölmü ilə də sübut edərək güclü əxlaqa, dinə, imana vətən sevgisinə bağlı olduğunu göstərdi.
Müdriklər deyir ki, qədim tarixi köklərə malik olan xalqın qəhrəmanı yenilməz olur və əbədiyyətə qovuşur. Bu əbədiyyət məşəli heç vaxt sönmür. Tarixin bəxş etdiyi nemətlərin insanlar arasında ədalətlə bölünməsini və insanların sosial bərabərliyi uğrunda yenilməz bu qəhrəmanın ideyası bu gün də yaşayır. Zaman-zaman xalqın qəlbində heykəlini yaşadan Babəkin qoyulacaq heykəli də bizim azadlıq ideyamızın simvolik rəmzinə çevriləcək.
Qələndər Xaçınçaylı
karabakhmedia.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024