İntihar nədir, insanlar niyə intihar edir?

13:18 / 15.03.2019
Baxılıb: 4120

Firavanlıq və xoşbəxtlik içində olan insanın müdrikləşdiyini heç eşitmisinizmi? Əksinə, insanın müdrikləşməsi üçün itkilər, qurbanlar və sonsuz ağrılar yaşaması lazım gəlir. İnsan həyatın dibinə endikcə həyatda öz yerini dərk edir. Bunu dərk etməyən insanlar arasında isə tez-tez intihar halları baş verir. Doğrudanmı intihar hər zaman yalnız zəiflik əlmətidir? Elə isə yapon xarakirisini necə izah edək? Və ya insan niyə intihar edir?

Vəkil Rövşən Qasımov deyir ki, xarakiri (başqa sözlə suppuku) 19-cu əsrə qədər Yaponiyada geniş yayılmış özünəqəsd ritualı olub. Tanınmışlar və məmurlar, xüsusilə ordu zabitləri arasında yayğın olub. İnsanlar ya hansısa günahları qarşılığında özlərini cəzalandırmaq, ya hansısa itkini ifadə etmık, ya da öz şərəf və ləyaqətlərini qorumaq üçün bu addımı atırdılar. Ritualın yerinə yetirilməsinin xüsusi şərtləri var idi. Bunlardan ən əsası bir dostunun bu səhnəyə şahid olmasıydı. Ekstern hallarda- məsələn, döyüş meydanında bunlarsız keçinmək olardı. 1868-ci ildən rəsmən xarakiri Yaponiyada ləğv olunsa da, praktiki olaraq hələ də Yaponiyada tez-tez rast gəlinən bir faktdır. Xüsusən də 20-ci əsrdə bir çox tanınmış yapon yazıçısı və sənət adamının xarakiri etməsi, ona daha da əsrarəngiz və fəlsəfi don geyindirib. Beləliklə, xarakiri nümunəsində gördük ki, intihar heç də həmişə zəiflik əlaməti deyil, həm də fəlsəfi aktdır. Yoxsa Heminqueyin, Mayakovskinin və onlarla başqa tanıdığımız, bu gün də sevə-sevə oxuduğumuz yazıçı və filosofların nədən intihar etdiyinə izah tapa bilmərik. Hərçənd onlar xarakiri etməyib, birisi dərman içib, digəri köhnə ov tüfəngiylə gicgahına atəş açıb və s.

Sosiologiyanın əsasını qoyan alimlərdən biri olan fransız fikir adamı Emil Dürkheymə görə, intiharın əsas səbəblərindən biri fərdlə ictimai dəyərlər, normalar arasında yaranan vakuumdur. Bunu ANOMİYA adlandıran E.Dükheym deyir ki, bu kimi vakuumlar keçid dövrlərində daha çox rastlanır. Bu, elə bir dövrdür ki, əvvəlki normalar fərd üçün öz qüvvəsini itirib, yeniləri isə hələ formalaşmayıb. Vladimir İliç Leninə görə isə bu situasiya inqilabi situasiyadır. Deməli, intihar həm də fərdi inqilabdır. Bu qəbil intiharlar tibdə PARASUİSİD adlanır. Bu zaman intihar edən şəxs bir növ ətrafdakıların diqqətini ya özünün, ya da toplumun hansısa probleminə cəlb etməyə cəhd edir. Bunun əksi isə şüurlu və doğruçu intihardır. Bu zaman insan öncədən hazırlaşır, onun məqsədi kimsənin- doğmaların, dostların nə hiss edəcəyini göz önünə almadan, nəyin bahasına olursa-olsun intihar etməkdir. O, ağrımır, tərəddüd etmir, həyatdakı missiyasınının başa çatdığını sakitcə dərk edir və qərar verir. Bu, həmin haldır ki, onu müdriklik adlandırmaq olar. Onun sözlərinə görə, ümumilikdə elm intiharı izah etməkdə və təyin etməkdə çətinlik çəkir.

1936-cı ildə Nyu Yorkda İntiharın öyrənilməsi üzrə Komitənin iclasında tanınmış psixoanalitik Qreqori Zilburq bəyan edir: "Təssüf ki, elmi baxımdan intihar problemi izaholunmaz olaraq qalır. Nə tibet müdrikliyi, nə də kliniki psixopatalogiya bu problemin nə səbəblərini, nə də empirik həllini tapa bilmir".

1973- cü ildə "Britaniya ensiklopediyası" Amerika Suisidoloqlar Assosiasiyasının sədri Edvin Şneydmana intihar haqqında məqalə sifariş edir. Baxaq görək tanınmış mütəxəssisisn problem haqqında son qənaəti nədir: "Əslində insanların nədən həyatlarına intiharla son verdiyini heç kim bilmir!".

1988-ci ildə digər bir psixoloq Antoon Leenaars da öz araşdırmasına bu cümlə ilə başlayır. "Heç kim intiharı bilmir, hətta intihar edənin özü də". İntiharın bunca sirli və fəlsəfi şəkil almasında tarixi paradiqmalar da az rol oynamayıb. Bizi onun ikinci tərəfi maraqlandırır daha çox. Məncə, intiharın fəlsəfi akta çevrilməsi Sokratdan başlayır. Afina höküməti Sokrata özünü zəhərlə öldürmək hökmü çıxarır. Sokrat isə bunu etməmişdən öncə bir neçə gün insanlar qarşısında intiharın fəlsəfi əsaslandırılması istiqamətində nitqlər edir. O deyirdi ki, intihar onun qəlbini azad edəcək və ölümsüzlüyə qovuşduracaq. İntihar və ölümsüzlük anlayışları Sokratın fəlsəfi intihar ritualı ilə eyniləşir.

İslamda isə intihar günahdır, Allah tərəfindın bağışlanmaz aktdır, intihar edən sorğusuz-filansız cəhənnəmə vasil olur. Bəlkə də buna görə, İslam Şərqində intihar ayrıca bir mədəniyyət kimi formalaşmadı. Baxmayaraq ki, burada da intihar halları tez-tez baş verir. Çünki həyatda real olaraq özünü cəhənnəmdə hiss edən insanın qarşısını bəzən xəyali cəhhənnəm qorxusu ala bilmir. Cəhənnəm isə hər addımda, hər qarışda var. Bu dünyanin cəhənnəmidən qurtulub əbədi cəhənnəmə getmək qorxusu intiharın qarşısını ala bilmir.

Psixoloq Elnur Rüstəmov hesab edir ki, adətən bütün intihar edənlər "peşman olub geri qayıtmaq istəyir". "Hər bir insanın həyatı boyunca intihar fikri ağlından keçir, amma bunun həyata keçirilməsi ani bir qərardır. Özlərini asanların boyun nahiyəsinə baxanda, çırmaq izləri görunür, bu, o deməkdir ki, peşman olur, amma özünü qurtara bilmir". Onun sözlərinə görə, insanlar daha çox diqqət cəlb etmək üçün "göstərişli intiharlara" əl atır. Ən çox da, ailədaxili konfliktlər üzündən. Digər səbəblər isə, sosial qayğılar və psixoloji xəstəliklərdir: "Ailə daxilində həll edilməmiş konfliktlər sonradan intiharla sonuclanır, ən çox da çıxış yolu tapa bilməməyə görə". Psixoloq müşahidələrinə əsasən deyir ki, bu səbəblə intihar edənlərin əksəriyyəti yeniyetmələrdir: "Onlar çox vaxt şikayətlənir ki, ailəmdə məni başa düşmürlər, anlamırlar. Təəssüf ki, valideynlər uşaq tərbiyəsini aldıqlarını telefon və bilgisayarla məhdudlaşdırır".

Yeniyetmə intiharını yeniyetməlik dövrünü psixologiyası ilə əlaqələndirən mütəxəssis deyir ki, ailə övladını əsasən bir istiqamətə yönləndirir, bu isə, gəncin kənar insanlara qulaq asmasına səbəb olur. "Dərs oxu, kənara getmə, mən sənə güvənirəm", deyilir. Eyni zamanda, məktəbə getdiyi 10 dəqiqə ərzində on dəfə zəng vurur valideyn. Sual yaranır, güvənirsənsə, zənglər nəyə lazımdır? Bu, o deməkdir ki, güvənmirsən". Bu tip məsələlər isə şüuraltı iz qoyur. Onun fikrincə, hər bir insanın həyatı boyunca intihar fikri ağlından keçir, amma bunun həyata keçirilməsi ani bir qərardır. Bu isə, gəncin ətrafdan təcrid olunması, özgüvəninin istəməsi və özünə qapılmasına səbəb olur. "Sevgi məsələləri"nə görə intihar edənlər barədə psixoloq deyir ki, milli ədəbiyyatda sevgi dastanlarının əksəri "əzablar üzərində qurulub". "Sevirsənsə, əzab çəkməlisən. Heç bir çıxış yolu göstərilmir. İstər "Leyli və Məcnun", istərsə də, "Xosrov və Şirin"də sevgi ülvi göstərilir, amma sevgi uğrunda mozaxist bir düşüncə qoyulur", Rüstəmovun sözlərinə görə, bunlar insanlara şüutaltı təsir göstərir.

Alim
Olaylar.Az 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər