Elmi baxışlar, əsassız yozumlar
Doğma Azərbaycanımızda ağlı kəsən hər kəs Novruz çərşənbələri haqqında az-çox məlumata malikdir. Lakin küçədə insanlara yaxınlaşıb “Nəyə görə məhz çərşənbə axşamı, niyə cümə və ya şənbə yox?” soruşsaq, böyük əksəriyyət bu barədə sükut edəcək. Ona görə də ilk öncə bu suala cavab tapmağa çalışaq.
Avesta mətnlərində göstərilir ki, şər mücəssəməsi olan Əhrimən Ahura Məzdanın yaratdığı dünyaya hücum etdi, səmanı yardı, suyu bulandırdı, yerin hamar səthini kələ-kötür hala saldı, bitkini, buğanı və insanı susuz qoyub məhv etdi, odu tüstüyə yoluxdurdu və nəticədə işıqlı və isti dünyanı qaranlığa və soyuğa qərq edərək, öz xoşladığı vəziyyətə saldı. Əhrimən yeddi şər ruhu (yalan, düşgünlük, təkəbbür, ölüm, qərəz, qorxaqlıq və cadugərlik) dünyaya saldı. Bunu görən Ahura Məzda dünyanın müdafiəsi üçün yeddi ölməz müqəddəsi (Ameşa Sipənd) yaratdı: səmanın qoruyucu ruhu Şəhrivər (həqiqət), suyun qoruyucusu Hordad (bitginlik, kamillik), yerin müdafiəçisi Sipənd Armaiti (mərhəmət, şəfqət), bitkinin qoruyucusu Əmordad (əbədilik), mal-qaranın qoruyucusu Bəhmən (xoş niyyət), odun (atəşin) qoruyucusu Ordibehişt (güc, qüdrət) və insanın himayəçisi (Sipənd Manyu).
Bu yeddi müqəddəs Yerə məhz çərşənbə günü göndərildi. Bununla da gecə ilə gündüz bərabərləşdi, qışın soyuğundan, zülmətin bolluğundan yararlanıb kainata zərər vuran Əhrimənin dəstəsi tədricən geri çəkilməyə başladı. Bu səbəbdən də zərdüştilikdə çərşənbə gününü “müqəddəs ruhlarla görüş günü” kimi qəbul edirlər. Bir gün əvvəl, şər qarışan vaxt təmtəraqla şadyanalıq edib onların gəlişinə hazırlaşırlar. Hər çərşənbədə onlardan birinə dualar oxuyub Əhrimənin zülmündən qurtulmaq üçün köməyə çağırırlar. Axırıncı çərşənbədə isə 7-ci müqəddəs – Sipənd Manyu Yerə təşrif buyurur və Novruz başlayır.
(Novruz süfrəsinə 7 növ yeyəcək qoyulması da məhz bununla bağlıdır.)
Yeddi Ameşa Sipənd narazı qalmasın deyə, ev-eşik səliqəyə salınır, küsülülər barışır, evdə yalnız xoş sözlər danışılır, aclar doyuzdurulur, mənəvi problemi olanlara təsəlli verilir, yaşlı və xəstə qohumlar yad edilir. Sonralar farslar axır çərşənbəyə “ölülər bayramı” kimi bayağı bir ad da qoydular ki, bu yanaşma kökündən yanlışdır. Çünki ölməz ruhlar deyəndə yalnız məlum 7 ali varlıq nəzərdə tutulur, dünyasını dəyişən insanlar yox.
Oxucularımız üçün bir yeniliyi də diqqətə çatdırmaq istəyirəm. Xristian dininin yaradıcısı olan İsa Məsihin edamı da çərşənbə axşamı elan olundu və ertəsi gün (çərşənbə) üçün bu edamın icrası planlaşdırıldı. Lakin “Səma elçiləri” artıq Yerə enmişdilər və peyğəmbəri xilas edib səmalara qaldırdılar. İsa Məsih onların hər biri ilə yarım gün söhbət etdi və yarımçıq qalan missiyasını insanlara tövsiyə formasında çatdırmaq üçün qısa müddətə Yerə qayıtmaq izni aldı. Bir bazar günü, sübh çağı müqəddəs çayın qırağında zühur edib insanların gözünə göründü, yaxınlarına və həvarilərinə son nəsihətini, dirilişin mütləq olduğunu anlatdı. O vaxtdan da xristianlar həftənin 7-ci gününə bizim kimi bazar deyil, “Diriliş günü” (voskreseniya) deyirlər. Yeri gəlmişkən, Avestada Zərdüşt peyğəmbər deyir ki, məndən sonrakı xilaskar bakirə bir qızdan doğulacaq.
Zərdüştilikdə bu yeddiliyə “qəhəmbər” də deyilir və onların hər birinin şərəfinə bayram və ya orucluq mərasimləri var. Əslində çərşənbələrin sayı da onların adına uyğun olaraq ilkin çağlarda 7 olub, onlardan ilk üçü yalançı (əslində müjdəçi), 4-ü isə əsasdır. Hazırda İranda və Hindistanda yaşayan zərdüştilərdən çox az qismi bütün çərşənbələri qeyd edir. Bizdə isə müjdəçi çərşənbələrdən yalnız biri saxlanılıb. Folklorşünas-alimlərimiz Şakir Albalıyev, Atəş Əhmədli və Məhəmmədhüseyn Təhmasib də çərşənbə saylarının 7 olduğu barədə yazıblar, hətta ötən əsrin 70-ci illərinə qədər Bakının bəzi kəndlərində və bir çox bölgələrimizdə bu say davam edib.
İkinci problem çərşənbələrin ardıcıllığı ilə bağlıdır. Bu mövzu uzun illər, hətta əsrlərdir ki, mübahisəyə səbəb olub. Əslində mübahisənin mənbəyi bilgisizlikdən doğur. Bəziləri 4 məlum ünsürün təbiətdə su, od, torpaq və hava kimi ardıcıllıqla gəlmədiyini deyirlər, xüsusən də suyu önə çıxarmağın əleyhinə olublar. Amma mübahisələr daha çox 2-ci və 3-cü çərşənbələrlə bağlı ortaya çıxır: torpaq öncə gəlir, yoxsa su? Klassikaya söykənən alimlərdən bir qismi şah Xətainin yazdıqlarını əsas tutur:
Bizim üçün xəlq eylədin abü-atəş, xakü bad,
Cismimizə can da verdin, bizə Adəm qoydun ad. (ab-su, atəş-od, xak-torpaq, bad-külək.)
Aşıq Ələsgərin yaradıcılığında da bu versiya üzərində dayanılır. Aşıqlar da "Ab, atəş, xak, badan yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan. Lakin Xətainin müasiri olan Füzulidə ardıcıllıq fərqlidir:
Məcnun oda yandı, şöleyi-ah ilə pak,
Vamiq suya batdı, eşqdən oldu həlak,
Fərhad həvəs ilə yelə verdi ömrün,
Xak oldular onlar, mənəm imdi ol xak. (Məcnunda od, Vamiqdə su, Fərhadda hava və yekunda torpaq göstərilir.)
Amma bütün bunların çərşənbələrlə nə kimi əlaqəsi olduğunu əsaslandırmaq mümkün deyil. Şairlər öz misralarına ağac və ya dəmir də əlavə edə bilərdilər. Düşünürəm ki, bu deyilənlər sadəcə elmə əsaslanmayan yozumlardır. Bir çox alimlər isə düşünür ki, Od Çərşənbəsi yayı, Su Çərşənbəsi qışı, Torpaq Çərşənbəsi payızı, Yel Çərşənbəsi isə yazı özündə ehtiva edir. Bu səbəbdən düşünürlər ki, yaydan sonra qış yox, payız fəsli gəlir. Ona görə də, çərşənbələr od, torpaq, su və yel çərşənbəsi kimi sıralanmalıdır.
Məsələn, folklorşünas-alim, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Şakir Albalıyev məhz bu versiyanın üzərində dayanır və bunu yeganə elmi qənaət kimi dəyərləndirir. Lakin bu yanaşma da doğru deyil, çünki heç bir mənbədə odun yayı, suyun qışı rəmzləşdirdiyi qeyd olunmayıb. Təbiətin yaranışında iştirak edən bu 4 ünsürün mahiyyəti alimin söylədiyi formada izah edilmir. Yeri gəlmişkən, 1928-ci ildə çap olunmuş bir mənbədə Əhməd bəy Paşabəyli göstərirdi ki, Şirvan qəzasında və ona yaxın olan ərazilərdə birinci Yel, ikinci Su, üçüncü Od, sonuncu isə Ağac çərşənbəsi keçirilirmiş. Bu da öz-özlüyündə doğru deyil. Orta əsrlərin hind yazılı mənbələrində tamam fərqli bir çərşənbə mərasiminə də rast gəlirik. Dörd sayda qruplaşdırılan mərasimlər aşağıdakı kimi təsvir olunur:
1. Toz çərşənbəsi - həmin gün evin bütün tozu süpürgə vasitəsilə təmizlənir.
2. Gül çərşənbəsi - evin bütün pəncərə və çıxıntılarında gül dibçəkləri qoyulur.
3. Ev çərşənbəsi - evi təmizləməklə yanaşı, həm də köhnə qab-qacağı sındırıb çölə tullayırlar ki, evdən bəlanı qovsunlar.
4. Od çərşənbəsi - ailəyə göz dəyməsin deyə, həyətdə yalnız qurumuş ağac budaqlarından tonqal yandırır, odun üstünə üzərlik və köhnə süpürgə atıb Avestadan dualar oxuyurlar.
Qədim türklər isə ilin Novruzdan əvvəlki son dörd çərşənbəsini aşağıdakı kimi adlandırırdılar:
1. Yel çərşənbəsi (payızın simvolu olaraq)
2. Yağış çərşənbəsi (qış fəslinin nişanəsi olaraq)
3. Od çərşənbəsi (yay mövsümünün simvolu kimi)
4. Ot çərşənbəsi (yaz mövsümünün nişanəsi kimi).
Bəs doğru olan hansıdır? Bunun üçün müqəddəs Avestaya nəzər salmalıyıq. Kitabda deyilir ki, dünya əvvəlcə başdan-başa su idi, sonra günün hərarəti artdı və su çəkilməyə başlayanda torpaq göründü, nəhayət, yel əsdi, bununla da həyat cana gəldi. Göründüyü kimi Avestada da hazırkı ardıcıllıq pozulmur: su, od, torpaq, hava... Çağdaş astrologiya da bunu təsdiq edir. Belə ki, çərşənbələr dövrünü əhatə edən ərəfə su ünsürünə (Balıqlar bürcü) düşür. Onun ardınca od (Qoç), daha sonra torpaq (Buğa) və sonda hava (Əkizlər) gəlir. Bu səbəbdən də ümumi qəbul olunmuş qaydalara görə, ilk çərşənbə Su Çərşənbəsi adlandırılır. Yəni, Bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. İkincisi Od Çərşənbəsi adlanır. Çünki Bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu əkin üçün hazırlayır. Üçüncüsü Torpaq Çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günlə isitdi, onu əkinə hazırladı. Ona görə də ilk yaz əkininə xışla-kotanla məhz Torpaq Çərşənbəsi günündə başlayardılar. Dördüncüsü Yel Çərşənbəsidir. Yəni, yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Zərdüştilikdə bu ilkin ibtidai izah bir az da inkişaf etdirilərək aşağıdakı kimi təqdim olunur: Ahura Məzda ilk olaraq, qarmaqarışıq xaosdan suyu ayırır. Başlanğıcda kürreyi-aləm ancaq sudan ibarət olur. Sonra odun köməyi ilə suyun xassələrini dəyişdirir və Günəşin şüaları ilə suyun müəyyən hissəsini qurudub torpağı üzə çıxarır. Torpaq meydana gəlməklə dünyanın bir çox elementlərinin doğuşuna şərait yaranır. Nəhayət, Yaradan Yel vasitəsilə ilkin yaranışları bir məkandan başqa məkana aparır (göydən yerə endirməklə) və hava, nəfəs verməklə (yenə də yel vasitəsi ilə) ruhu meydana gətirir.
Səbuhi Rəhimli
TOXLUCA
01.06.2023Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.
28.05.2023GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ
25.05.2023Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu
24.05.2023Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
22.05.2023QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)
15.05.2023Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.
15.05.2023SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)
KƏSƏMƏN
(Solaq)
Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında
Naxçıvandan qurtuluşa gedən yol
06.05.2023Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
28.04.2023GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)
24.04.2023Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar
11.04.202331 Mart - unutmayacağımız tarix
31.03.2023Basarkeçər rayonu Dərə kəndi.
30.03.2023Göyçə Mahalı Daşkənd kəndi
13.03.2023Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib
12.03.2023İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR
10.03.2023GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM
05.03.2023Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"
04.03.2023Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm
Aşıq Ələsgər yaradıcılığında irfan məqamları
02.03.2023Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.
01.03.2023Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
20.02.2023Göyçə mahalı, Qaraiman kəndi
19.02.2023Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi
19.02.2023Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.
Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR
06.02.2023Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında
04.02.2023İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
19.01.2023Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik
24.12.2022Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik
24.12.2022Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır
24.12.2022Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı
16.11.2022Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu
11.10.2022Kəsəmən məktəbinin məzunlarının 50 illiyi
30.06.2022Ələddin Allahverdiyev – 75
28.05.2022Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
04.03.2022BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...
19.02.2022Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
29.01.2022Müəllimlərim haqda xatirələrim - Musa Kərimov
17.01.2022Səksəninci döngə
27.12.2021İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
24.12.2021Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
05.12.2021İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
24.11.2021