SSRİ-nin süqutundan illər keçsə də, bu böyük imperiyanın dağılma səbəbləri hələ də müzakirə olunur.
SSRİ-nin dağılmasında pay sahibi olanlardan biri kimi Yevgeni Primakovun da adı hallanır. Azərbaycan oxucusuna da yaxşı tanış olan bu adam SSRİ-ni dağıdanlardan biridirmi?
Nəzərə alsaq ki, Mixail Qorbaçovun Mərkəzi Komitənin baş katibi olmasında Primakovun da rolunun olduğu vurğulanır, bu, inandırıcı görünür.
SSRİ XİN-də yüksək vəzifə tutmuş Vyaçeslav Matuzovun söylədiklərinə diqqət edək. Rusiya mətbuatına müsahibəsində Matuzov bir çox qaranlıq məqamlara aydınlq gətirib:
-Primakovun yaxın dostu olan Aleksandr Dzasoxova diqqət yetirək. O, məsul katib olmasına rəğmən, Dəməşqə səfir getdi. Daha sonra Şimali Osetiya əyalət qirumunda katib olan bu adam SSRİ-nin dağılması ərəfəsində Siyasi Büronun üzvü oldu. Qorbaçovun həyata keçirdiyi rəhbər dəyişikliyi zamanı Siyasi Büro üzvlüyünə partiya işindən uzaq şəxslər gətirilirdi.
Nəticədə Primakov və Dzasoxov partiya işi ilə əlaqədar olmasalar da, kadr dəyişikliyindən nəsiblərini aldılar. Mən Primakovu 1970 -ci ildən tanıyırdım. O zaman mən Livana getmişdim, o isə orada " Pravda" qəzetinin müxbiri idi. Sonradan məlum oldu ki, mənim rəhbərim, tanınmış ərəbşünas Vadim Rumyantsev Primakovla bir yerdə oxuyub. Beləliklə məni də bu kampaniyaya daxil etdilər. Biz axşamlar oturub çay içirdik. Mənim 33 yaşım vardı. Bir-birimizi yaxşı tanıyırdıq. Mənə elə gəlir ki, yenidənqurma dövründən yeni situasiyaya keçməyin qurucusu Primakov idi. Qorbaçov və Yeltsin ikinci planda qalırdılar. Bu, görünən tərəf idi. Vəziyyətə nəzarət edən real mexanizmə görə, yenidənqurmaya qədər olan dövr, yenidənqurma dövrü və daha sonra proseslər Primakov və Andropov planındakı digər varislərlə bağlı idi. Təbii ki, Avstriya institutları...
- Siz Avstriya institutları deyəndə Çubays və gənc islahatçılar komandasının təhsil üçün getdikləri qurumları nəzərdə tutursunuz?
- Bəli. Axı bu qüvvələr Leninqrad mərkəzi yaratmış və general-leytenant Oleq Kaluqini ora göndərmişdilər. O, ABŞ və Kanada bölməsinə rəhbərlik edirdi. Həmçinin əks-kəşfiyyat rəisi idi. Primakovdan daha çox Andropovla bağlı idi. Mən 1966-cı ildə aparata gələndə Andropov Mərkəzi Komitədə sosialist ölkələri ilə əlaqələr şöbəsinə rəhbərlik edirdi. 1967-ci ildə “KQB”-nin sədri oldu. Baxmayaraq ki, Andrey Qramıko kimi o da Mərkəzi Komitə və Siyasi Büronun üzvü deyildi. Bizim rəis Ponomaryov statusca daha yüksək idi. Siyasi Büro üzvlüyünə namizəd və Mərkəzi Komitədə katib idi. Bütün beynəlxalq əlaqələrə rəhbərlik edirdi. Siyasi Büro üzvü və üzvlüyə mamizəd fərqlidir - dinləmək hüququ var, səsvermə hüququ yox. Andropovun təyinatı ilə “KQB” rəhbərinin statusu da dəyişdi. Post- Xruşşov dövründə Brejnev daha dəqiq idi, xüsusi xidmətin partiya işinə müdaxiləsinə imkan vermirdi. İndi isə Siyasi Büro üzvü “KQB” rəhbəri olmuşdu. Qramıkonun da statusu yüksəlmişdi. Beynəlxalq şöbə isə zəifləmişdi. SSRİ -nin sonuna qədər də şöbə rəhbərliyə daha yaxın olduğunu XİN-ə sübut etməyə çalışdı.
- Rəqabət güclü idi?
- Çox güclü. Ponomaryov və Qramıko arasında münasibət çox gərgin idi. Görək kim birinci informasiya alıb Siyasi Büroda yazır. Qramıko büro üzvü kimi informasiyanı çox mənbədən alırdı- “KQB”, “QRU”, Baş Qərargah. Siyasi Büro üzvünün masasına məxfi şriftli informasiyalar gəlirdi. Amma heç də bütün büro üzvləni üçün bu, əlçatan deyildi. Bu informasiyalar 2-3 nəfər üçün nəzərdə tutulurdu. Hərdən isə sadəcə bir nəfər.
- Siz Brejnevin, Andropovun, Çernenko və Qorbaçovun zamanında işləmisiniz. Вəs başqa rəhbərlərin partiyanın roluna münasibəti necə idi?
-Dinamika hiss edilmədən gedirdi. İndi internet və televiziyadan məlumatı alaraq ümumi mənzərə yaratmaq olur. Məsələn, Aleksandr Çipkonu o vaxt heç kəs ciddi işçi kimi qəbul etmirdi, amma indi deyir ki, Andropovun himayəsində olub, ona gizli sənədlər hazırlayıb. Guya bu sənədləri Andropov “KQB” arxivində saxlamayıb. “KQB” sistem idi, orda ana xətdən ayrılmaq olmazdı. Bu sistemi yaradan Andropov bilirdi ki, ona gələn informasiya siyasi rəhbərliyin hansısa qərarı ilə razılaşmayan başqaları üçün də əlçatandır. Buna görə də gələcək yenidənqurma “KQB” bazasında yox, “KQB”-nin köməyi ilə aparılırdı. Amma “KQB”-dən kənarda. Bəs Primakov haradan peyda oldu? Bu, “KQB” sustemi deyil. Оnu gələcəkdə “KQB” sədri olacaq Andropov yaratmışdı.ABŞ və Kanada İnstitutunun direktoru Georgi Arbatov, Nikolay İnozemsev, Şərqşünaslıq İnstitutunun direktoru Babacan Qafurov və başqaları. Bunlar paralel strukturlar idi, “KQB”-nin dublikatı kimi. Üzdə partiya aparatı ilə işləyirdilər. Əslində isə Andropovun himayəsi altında o qədər güclü görünürdülər ki, hətta Mərkəzi Komitənin şöbə rəhbərlərinin onlara təsifi sıfra bərabər idi. 1977 -ci ildə Primakov Şərqsünaslıq İnstitutunun rəhbəri olan kimi Mərkəzi Komitənin üzvü oldu və toxunulmazlıq statusu aldi. İnozemsev istedadlı idi. Biz onunla Kamal Cumblatanın öldürülməsi ilə bağlı ikilikdə Beyruta uçmuşduq. 7 gün Beyrutda qalmışıq. Yaxşı təəssürat yaratdı.
- İntellektualdır?
-Çox güclü. Böyük həyat təcrübəsi vardı, Böyük Vətən Müharibəsi iştirakçısı idi, 4 orden almışdı. Elə adam idi ki, artıq bir söz söyləməz, hətta qaşlarını belə hərəkət etdirməzdi. Çipko Andropovu xatırlayanda doğru söyləyir, o, məktubları “KQB” arxivinə göndərməyə imkan vermirdi. Mən sonuncu dəfə Çipkonu 1990-cı ildə konsulluqda müşavir işləyəndə Vaşinqtonda görmüşəm. O zaman Mərkəzi Komitə artıq dağılmışıd, orada heç kəs yox idi. Mərkəzi Komitəyə şifrəli yazıları göndərilməsini hələ 1988-ci ilin sonunda qadağan etmişdilər.
-Belə çıxır ki, Qorbaçov sadəcə sistemi məhv edib?
-Qorbaçov əski parçası idi, “peşka”ydı, ümumiyyətlə, heç nə idi. SSRİ-nin dağılmasının ardında Andropvun varisləri dayanırdı. Ümumiyyətlə, bizim yaşdığımız sistemdən başqa sistemə, qərb nümunəsinə keçid nəzərdə tutulurdu.
-Ölkəni məhv etmək onların nəyinə lazım idi?
-Buna cavab üçün sizə öz həyatımdan bir hekayə danışacağam. 1974-cü ilin oktyabrında mən Livanda olanda səfirlikdə birinci katib işləyirdim. Anam ölmüşdü. Novosibirskə dəfnə gəldim. Geri qayıdanda Vadim Rumyantsevə zəng etdim. Bu zaman o, Mərkəzi Komitədə müavin idi. Məni yanına çağırdı. Primakov öz arvadıyla onlarda qonaq idi. O zaman Primakov “Pravda” qəzetinin redaksiya üzvü idi. Bu qəzet nə demək idi? Əgər orda hansısa məmurdan mənfi yazılan kiçik bir qeyd peyda olardısa, həmin şəxs dərhal vəzifədən götürülürdü.
Birdən Primakov dedi: “Sosialst sistemi özünü yandırıb. Ondan uzaqlamaq və Qərbdəki kimi yaşamaq lazımdır”. Onda mən Yegveni Makedonoviçlə mübahisəyə başladım. O zaman onun ata adı belə gedirdi. 1975-ci ildə Primakovun yanına gələndə o, mənə dedi: “Slava, indi məni Yevgeni Maksimoviç çağır”.
-Atasının adını dəyişdi?
-Bəli. Bu, onun avtobioqrafiyasında möhtəşəm məqamdır. Primakovun şəxsiyyəti bu günə qədər də sirdir. Hesab eşidərəm ki, o, Andropovun SSRİ-ni dağıtmaq planında əsas fiqur idi. Sadə dillə desək, Primakov vəziyyətə nəzarət edən şəxs idi. Qayıdaq Primakovla olan mübahisəmizə. Ona SSRİ tarixindən misallar gətirdim. Vətəndaş müharibəsi 1922-ci ildə bitdi, ölkə dağıldı. 7 il sonra sənayeləşmə başladı, 1939-cu ildə artıq müharibənin astanasındayıq. SSRİ bu müharibəni sənaye, kənd təsərrüfatı, siyasi iradəsi olan ölkə kimi qarşıladı. Ən əsası isə əhali vardı. Ana nənəm müharibəyə qədər necə yaşadıqlarını xatırlayırdı. Piştaxtalar məhsulla dolu idi, ərzaq ucuzdu, sosial təminat vardı, bunlar gözəl xatirələr idi. Amma bu barədə indi heç kəs danışmır. Bunu gözüylə görən insanlar isə artıq həyatı tərk edir. 1941-1945-ci illərdə ölkənin yarısı Sibirə göndərildi. Mən bunu xatırlayıram, özüm o zaman Sibirdə yaşamışam. 1945-1955-ci illərdə raket sənayesinin inkişafı başladı. Amma o zaman mənimlə mübahisə edən Yevgeni Makedonoviç mənə vəhşi kimi baxırdı. Vadim Rumyantsev hərdən masanın altından ayağıma vururdu: “Slava, gedək siqaret çəkək”. Mən onunla çıxdım. “Bəsdir, dayan. Bilirsən ki, kiminlə kəllə-kəlləyə gəlirsən? Tez ol, sus”,- dedi. Artıq 1974-cü ildə Mərkəzi Komitənin beynəlxaq münasibətlər şöbəsinin müdir müavini “Pravda”nın müxbirinin qarşısında susurdu. Primakovun qarşısında. Daha yuxarıdakılar barədə nə deyəsən? Sonra aydın oldu ki, bizim müdirimiz olan Ponamaryov və Andropov bir komandada olub. “Yenidənqurma” mexanizmi Primakovun “KQB”də olmayan tərəfdarları tərəfindən reallaşdırılıb. Primakovun şəxsən yaratdığı sistemdən kadrları cəlb etməklə. Axı Andropov özü də “KQB” və Mərkəzi Komitəyə boş yerdən gəlməmişdi. Burada Andropovun öz köklərinə də baxmaq lazımdır.
- Köklər barədə danışaq.Andropovun vəzifədəki yüksəlişinə səbəb olan faktorlar nə idi?
- Andropov Karelo-Finski SSR-də komsomolun birinci katibi idi. Onun arxasında Otto Kuusinen dayanırdı. Kuusinen kiminlə bağlı idi? Dövlət Təhlükəsizlik Xidmətinin general-leytenantı Yevgeni Pitovranovla. O, bütün andropovçuların, primakovların, “yenidənqurma” fəallarının “atası” idi.
-Pitovranovun rolu nədən ibarət idi?
-İzlər Kommunist İnternosionalı və Lev Trotskiyə qədər uzanır. İosif Stalin trotiskiçilərlə mübarizə aparırdı. Mənim fikrimcə, bütün bunlar xüsusi xidmət orqanlarının bazasında yaradılmışdı.
-Demək istəyirsiniz ki, 1991-ci ildə trotiskizm stalinizm üzərində revans götürmüşdü?
-Tamamilə.
cebhe.info
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024