Qara xəbər yüyrək olur, deyirlər. Dünən axşamdan bütün Azərbaycanı qara xəbər bürüdü. 19 yaşlı Əlləz şəhid olub. Allah, Allah, bayram sevinci bitməmiş, dərd-kədər bürüdü Azərbaycanı. Arzular, muradlar, niyyətlər, daha nələr-nələr düşmən gülləsinə tuş gəlib al-qana qərq oldu dünən.
Heç bilmirəm Əlləzgil ailədə neçə uşaqdılar. Heç bilmirəm Əlləz evin neçənci övladıdır. Heç bilmirəm Əlləzin qardaşı var, yoxsa yox. Bircə onu bilirəm ki, bu dünyada hər kəsin öz yeri var. Kimsə kiminsə yerini dolduracaq qüdrətində deyil. Çünki Ulu Tanrı hər kəsi bir mən olaraq yaratdı. Bəlkə Əlləzin qardaşı da ola bilər, Əlləzə də oxşaya bilər, ancaq Əlləz ola bilməz. 19 yaşlı Əlləz elə özüdür. Onun igidliyi, qəhərmanlığı, Vətən uğrunda verdiyi can da elə özü kimi saf, müqəddəs, arzularla dolu, duyğulu, həyat eşqli idi. Fəqət, dünən bu arzular, bu duyğular güllə səslərinə qarışdı, mərmilərə tuş gəldi. Əlləz düşmənlə döyüş zamanı arzularına vida deməyə məcbur qaldı. Çünki o arzulardan yüksəkdə bir sevgi dayanırdı – Vətən sevgisi. Əlləz vətən sevgisinə görə bütün sevgilərdən keçdi. Bax elə buna görə də Əlləz bənzərsizdir, əvəzolunmazdır. Göz yaşlarım sifətimi döyəcləyir, ürəyim qəfəsə salımış bülbül kimi çırpınır. Dərd-dərd üstündən, ağrı-ağrı üstündən. Bir neçə gün öncə Qazax rayonunun Yuxarı Salahlı kəndi bir şəhid verdi bu vətən uğrunda. Döyüş tapşırığını yerinə yetirərkən qar uçqununa düşərək şəhid olmuş Hafiz Abdullayevin nəşi tapılmamış, torpağa tapşırılmamış bu ağır el Əlləzin şəhidliyinə şahidlik etdi, Əlləzi üçrəngli Azərbaycan bayrağına büküb ölümsüzlüyə doğru getdiyi yola uğurladılar. Salahlı eli hər zaman öz igid, cəsur, qorxmaz, Azərbaycan uğrunda özünü od içinə atan igid oğulları ilə fərqlənib. Elə son ongünlüklərdə vətən uğrunda qəhrəmanlıqla həlak olan Hafiz və Əlləz bu tarixə əyani sübutdur. Biz nə Əlləzi, nə Hafizi unudan deyilik, nə də Azərbaycan uğrunda canını fəda etmiş qəhrəmanları unudan deyilik!
Qazax mahalı yasdan çıxmamışdı hələ. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov: “Hafizin nəşi Qazağa gətirilməyincə biz yüksək əhval-ruhiyyədə bayram qeyd edə bilmərik”, – dedi. Və mən Rəcəb Babaşovun bu vətənpərvər addımı üçün ürəyimdə ona sağ ol, söylədim.
Danışmağa sözüm, yeriməyə taqətim də qalmayıb. Bu yerdə beynimi MİLLİ QƏHRƏMAN Alı Mustafayevin yazdığı misralar döyəcləyir:
Baxıram dünyanın bu gərdişinə,
Dəli bir ağlamaq keçir könlümdən!
Əlləzin dəfnində çəkilən şəkillərlə baxırdım. Anası tabuta sarılıb ürəyini tabutla birgə göndərirdi qəbir evinə. Atası isə bütün varlığı ilə yas içindəydi. İlahi, kim bilir bəlkə də onlar bir gecənin içində bir əsr qocalmışdılar, belləri bükülüb, gözləri zəifləmişdi. Axı kim bilir?! Heç kim! Bu ağrını-acını onu çəkənlərdən başqası bilməz! Bəlkə də Əlləz tabuta sarılmış anası ilə, oğul itkisindən sonra bir gecədə bir əsr qocalan atası ilə söhbət edirdi və deyirdi: “Məndən nigaran qalmayın. Mən ayağa qalxacam, yarama torpaq tökün”! Bəlkə elə ata-anası da Əlləzin bu son sözlərini (arzusunu) eşidib Yuxarı Salahlı kəndində, baharın sevgililəri qoynuna alıb, sevgilərə sığal çəkdiyi bir vaxtda qədim qəbiristanlıqda bir qəbir qazdırıb, Əlləzin qanlı yarasını sarımaq üçün onu torpağa tapşırdılar. Nə bilim, bəlkə! Bəlkə də! Bəlkə elə bu gündən sonra Əlləzlə birgə arzuları torpağa gömülən valideynlər yalnız o məzarın yolçusu olacaqlar. Bəlkə də o valideynlərin ən böyük rahatıq tapdıqları ünvan da, məkan da Əlləzin Kürün laylası, İncə dərəsindən əsən mehin sərinliyi ilə uyuyan məzarı olacaq. Şəhid üçün fəryad edən ürəyinizə, qan-yaş tökən gözlərinizə qurban, Şəhid valideynləri! Bəlkə nə vaxtsa dünya etdiyi ədalətsizliyə görə Şəhid qanından utanacaq. Bəlkə, bəlkə, bəlkə də!!!
Qeyd: Martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Dünən axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləz Ələddin oğlu Əlləzov şəhid olub. Bu gün şəhid olan hərbçimiz doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilib. Allah rəhmət etsin!
Gərək bu gün poladdan qolum-qanadım olsun,
Vətənin dar günləri məhşər saatım olsun.
Vətənin qarşısında bu əsgər andım olsun,
Mən ayağa qalxacam, yarama torpaq tökün!
Barat Vüsal
Allah rəhmət etsin!
Ölməz şəhidlərə böyük hörmətlə: Səbinə Yusif
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024