Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlını Türkiyədə yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, kitab haqda məlumat öyrəndik.
Ermənişunas alimlə kitab haqda söhbəti Moderator.az oxucuları üçün təqdim edirik.
- Qafar müəllim, Türkiyədə yeni bir kitabınız işıq üzü görüb. Təbrik edirik. Kitabın adı marağımıza səbəb oldu: “Anastas Mikoyan. Bolşevik bir Erməninin etirafları”. Əlbəttə, kitabı daha sonra oxuyacağıq, amma indi soruşmaq istəyirik: Siz nədən birdən- birə bu mövzuya müraciət etdiyinizi açıqlaya bilərsinizmi?
- Təbrikə görə çox sağ olun. Mən fürsətdən istifadə edib sosial şəbəkələr vasitəsilə ünvanıma təbriklər göndərən hər kəsə təşəkkür edirəm. İnşallah onlara kitab çatdırmaq fürsətim olacaq. Belə bir kitab yazmaq düşüncəsinin maraqlı bir tarixçəsi var. Təxminən bir il öncə Ankarada yerləşən Avrasiya İncələmələr Mərkəzi məni "Dağlıq Qarabağ məsələsi və Erməni-Türk- Azərbaycan münasibətləri" mövzusunda məruzə etməyə dəvət etmişdi. Bu qurum erməni araşdırmaları üzrə ixtisaslaşmış strateji mərkəzlərdən biridir. Məruzəmdə 1920-ci illərdən 70-ci illərə qədər SSRİ-nin ən yüksək və önəmli vəzifələrində işləmiş Anastas Mikoyanın fəaliyyəti ilə bağlı Erməni qaynaqlarından əldə etdiyim yeni bilgiləri çatdırdım, onun erməni düşüncə sistemində özünə yer alan xəyali “Böyük Ermənistan” məsələsinə münasibəti ilə, Qarabağ, Zəngəzur məsələsinə münasibəti ilə bağlı fikirlərinə yer ayırdım , Leninə, Orconikidzeyə yazdığı məktub və raportlarla bağlı bəzi faktları dedim. Ermənistanda repressiya illərində onun oynadığı roldan danışdım. Bu xüsusiyyətlər konfransda iştirak edən şəxslərin, keçmiş səfirlərin, tarixçilərin diqqətini cəlb etdi. Xüsusən, AVİM başkanı əməkli böyükelçi Alev Kılıç, Mikoyanın bəzi fikirlərinə bələd olan, erməni məsələsi üzrə Türkiyənin ən ünlü tarixçi- professoru Kemal Çiçəklə konfransdan sonra da fikir mübadiləsi apardıq və dostlarımın belə bir təklifi oldu ki, Mikoyan və onun bəzi obyektiv fikirlərinin yer aldığı bir çox gizli məqamlara işıq tutmaq lazımdır, onları gündəmə daşımaq lazımdır. bu bizim təbliğat işimizdə əlimizi möhkəmləndirər. Kitaba ön sözündə də hörmətli Kemal bəy yazır ki, Ermənistanın ilk baş bakanı Hovhannes Kaçaznuni bir –iki cümlə işlədib, işimizə yarayır, Mikoyan isə erməni kökənli siyasət adamlarının təməlini oluşduracaq fikirlərə sahibdir, amma bunlar o qədər də bilinmir ...
Bundan sonra mən Mikoyanın keçdiyi yol, açıq və gizli fəaliyyəti apardığı siyasətlə bağlı həm ermənicə, həm də rusca olan qaynaqları araşdırdım. Ortaya bu kitab çıxdı. Son illərə qədər Ermənistanda Mikoyanı erməni millətinin öndərlərindən sayırdılar, Sovet hökümətinin əsas simalarından olan bu şəxs şübhəsiz ki, öz milləti üçün müəyyən işlər görmüşdür. Onun vəzifədən çıxandan sonra rusca yazdığı və çap elətdirdiyi “Belə oldu “(“Tak bılo” ) kitabında bunlardan fəxrlə bəhs etməkdədir. Mikoyan "От Ильича до Ильича без инфаркта и паралича" (İliçdən İliçə infarktsız və insultsuz ), yəni Lenindən Brejnevə qədər vəzifədə olan, ömür sürən və həyatı boyu inanılmaz şanslı olan adam olmuşdur. Birinci Dünya savaşından sağ çıxan, güllələnən 26 Bakü Komisarlarından 27-cisi olan, Stalinin repressiyalarından xilas olan bu şəxsə Stalinin ölümü belə düşərli olmuşdu. Bəs necə oldu ki, Malenkov, Xruşşov ve Brejnev zamanında da “odda yanmaz, suda batmaz” olan Anastas Mikoyanın ölümündən 35-40 yıl geçməmiş adı “siyah siyahılarda“ yer aldı. Mikoyanın nəvəsi, yazıçı Stas Namin İrəvan merinə müraciət etmişdi ki, babasına heykəl qoysunlar. Ortaya Mikoyana ait yeni sənədlər çıktı. “Çox gizli” qrifi ilə saxlanılan bu sənədlər bomba efekti yaratdı və ona nəinki heykəl qoyulması, hətta erməni xalqının düşməni kimi mühakimə edilməsi təklifləri ortaya çıxdı. Bunlardan mən kitabda geniş şəkildə bəhs etmişəm. Mikoyanla bağlı Azərbaycan üçün önəmli olan sənədlərə də yer vermişəm. Ən önəmli fikir ondan ibarətdir ki, Mikoyan Dağlıq Qarabağ və Zəngəzurun Ermənistana verilməsi məsələsinə ən kəskin etiraz edənlərdən və bu fikri əsaslandıranlardan biri olmuşdur. Onun yalnız bir məktubundan bəhs etmək kifayətdir ki, məsələyə münasibətinin nə olduğunu anlayasan: 1920-də Qarabağ və Zəngəzur bolşeviklerin əlinə keçəndən sonra Mikoyan Rusiya XİN başçısı Çiçerinə bir mektub göndermişti: "Ermənilər Azərbaycanla gerçek savaş içindədirlər. Sovet Azərbaycanının tərkibinde bulunan, ama mübahisəli hala gətirilməsi istənən Zəngəzur ve Qarabağa gəlincə, qəti olarak bildirik ki, bu ərazilərin müddətli olaraq və bundan sonra da Azərbaycanın sərhədləri içində yer alması lazımdır” . Bunlardan biz nədən istifadə etməyək? Və yaxud Mikoyanın ermənilərin Türkiyəyə qarşı ərazi iddialarını lağa qoyması və onu “daşnak provakasiyası” adlandırması, dünyaya qondarma “erməni soyqırımı”ilə bağlı təbliğat aparanların qarşısına nə üçün Mikoyanın 300-500 min arası erməninin Daşmnakların günahı uçbatından ölməsini dediyini çıxarmayaq. Mənim Mikoyan mövzusuna müraciət etməyimin səbəblərindən biri budur.
İndi Ermənistanda Mikoyana münasibət birmənalı deyil, ən azından sevmirlər. Mikoyan küçəsi lövhəsinə “Ənvər”, deyirlər ki, ona heykəl qoyaq, amma bu şərtlə ki, altına ad-familiyası yerinə yazaq;”Merzavets”-alçaq! ”Merzavets”- sözü Mikoyanın özünə aiddir. “Belə oldu” kitabında belə bir cümlə də var: “Biz hamımız alçaqlar olmuşuq”. Kitabda bunlar yer almaqdadır. Kitab Cedit Nəşriyyatında çap edilmiş, birinci basqının tirajı 3 mindir. Kitabın ön sözünün yazarı və redaktoru professor Kemal Çiçekdir.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024