BİRDİ BİR
Ərşdə xaliq, yerdə züllah, evdə ata birdi-bir,
Bəzək vuran, qurğu quran kainata birdi-bir.
Bu günahı keçməz xaliq, haqq səni bağışlamaz,
Ya öldürdün, ya öldürtdün - bu cür xəta birdi-bir.
Qüdrət qamət bəxş etmişdi, fələk vurdu belimdən,
Leyli-nahar car eylərəm nəsihətlər dilimdən.
Tənəli söz bəd yaranıb qərəzlidir ölümdən,
Həbib səni gözdən sala, ya da ata, birdi-bir.
Alı, səni duymaz nadan, sərraf salar yadına,
Zatı-pakdan halal olan tez yetər muradına.
Əzrail gürzün çalanda kimsə yetməz dadına,
Ya bəhri-bar badə verə, ya baxt yata, birdi-bir.
xxx
İKİDİR
Əbcəd ilə “a” oxudum, ol Allahı bir bildim,
Yaradandan qeyri nə var, bu həyatda ikidir,
İki “sə”ni bir oxudum, o billahi bir bildim,
O billahın hikmətində süd də, zat da ikidir.
Bədənində düzülübdür əzaların iki şər,
Ölüm-dirim ikilidir, ikiləşər xeyir-şər.
Səbir cütsə, səbir eylə, o cütlükdə yoxdu şər
Usta birdir, nə yaradıb, hesabatı ikidir.
Cüt ünsürlər iki yerdən, iki göydən birləşər,
Abı, atəş, xaki-baddan ruzi tapıb bu bəşər.
Dərin fəza boş deyildir, ordan yerə nur düşər,
Alı, cütlük o məqamda, hər bir qatda ikidir.
1- bismillahdan bəhs edilir
xxx
ÜÇӘDİR
Bәni insan xәlq olandan hesabatı üçәdir,
Kәlmeyi-şәhadәt dünyasının ilk beyəti üçәdir.
Dövran ki, açdı sirrini, külli-alәm yarandı
Zat, süd, övlad gәrdişinin davamәti üçәdir.
“Cim”, “bey”, “әlif” bazarında sövdәgardı kafi-cim,
“Kaf”i, “bey”i әl-ayağı, “vav”ı әlsiz әrrәccim.
“Kaf”i “cim”dә bir “əlif” var, nәqş olunub çox nәcim,
Üç sәtirә dayaq durub kәramәti üçәdir.
Nuh övladı xidmәtindә vurar başa-ayağa,
Gah dayağı olar başa, gah ayaqdır dayağa.
Bu bazarda xidmәtini bacarırsan say, ağa,
İki yolla dövran eylәr hәr sifәti üçәdir.
Yek yaradan, du yaranan gözәllikdә gözәldi,
Cәmi üçә dәlalәtdi, üçlә alәm düzәldi,
Aşıq Alı mürәxxәsdi, bu dünyadan üz әl di!
İki dayaq bәs eylәmәz tәlәbatı üçәdir.
xxx
DÖRDDÜR-DÖRD
Ay sәf çәkәr il içindә hәftә karı dörddür-dörd,
Bahar fәsli “yek” sel eylәr iftixarı dörddür-dörd.
Hәcdir, Kәbә, Nәcәf, Mәşhәd - sәcdәgahlar diyarı
Uçar qonar mürği-ruhum pir diyarı dörddür-dörd.
Çahargahnan qәrar tutdu, əşya yerdә dayandı,
Sәnәt sәrmayә hökmündә sayaları bәyandı.
Sәmәndәrin cismi-canı odda söndü, nə yandı,
İstәr uçan, istәr qaçan balü-pәri dörddür-dörd.
Şәmsi xilqәt şәrәflidir, ululardan uludu,
Kәrәm eylәr nanu-nәmәk bәhrәlidir doludu,
Gәrdişimә növraq verәn sәltәnәtin yoludu,
Bәyan edir cәhәtlәri, ünvanları dörddür-dörd.
Neçә çeşmә qәrar tutdu müdam nәhrin içindә,
Neçә nәhr ümman oldu saysız qәhrin içindә,
Neçә ümman dәrya oldu, min bir sehrin içindә,
Dәryaların pür dәryası, nәhәng varı dörddür-dörd.
Hey oxudum, hey aradım, axır qaldım bisavad,
Fәzli elә bir hәmdәmdi, kimsәnәyә deyil yad.
Aşıq Alı, zikr eylәyər, abı, atәş, xaki, bad,
Aşkar etdim dövranımın sәbәbkarı dörddür-dörd.
1-arabanın dörd təkəri, kətilin, mizin dörd ayağı və s.
xxx
BEŞDİ
Vücudi adәm üstündә, fәhm et, bu dağa beşdi,
Dörd balü-pәr kәnarında seyr et yarağa beşdi.
Duyan, görәn, bilәn әhli əsasıdır vücudun,
Üçü aşkar, iki pünhan bais marağa beşdi.
Şәrafәt nazil olanda haşimin övladına,
Yüz on dörd surә bәxş oldu ol Xudadan adına.
Sidqinәn iltimas eylә, yetәr mömin dadına,
Hökmü aşkar, özü baqi, əsl mәrd ağa beşdi.
Kәnar etmәz bәni-insan candan dәrdi, nә qәmi,
Mövt əyyamı tәqdir etdi, yox tәdbirin nә cәmi.
Bәtni ana, tifil növrәst, əri piran alәmi,
Cәm eylәsәn birәr-birәr, yazsan varağa beşdi.
Alı, çağır imdadına o şahların şahını,
Müqәddәs xak kәnar etmәz ərşi-әla ahını.
Bәşәr üçün kәlam yazdı hәqiqәtin gahını,
Sövt1 - Tövrat, Zәbur, İncil, Quran sorağa beşdi.
1- 1.səs, səda 2. səhifə, kitab – burda səma kitabları
xxx
ALTIDI
Çәrxi-pirә salam edәn sәyyarәlәr altıdı,
Adınaya cәhd edәn ruz şumarələr altıdı.
Әfsәl, Mürsәl gәldi getdi neçә rәsul dünyadan
Ünvanları bәrr-hәqq qalan sitarələr altıdı.
Altı dәsgah oxuyanlar az qaldılar lal ola,
Zәnbur bu san şan hörәndә bәhrә verir bal ola,
Sanki bu san dühasıyla uya dalbadal ola,
Bәtni zәmin hesabıyla ağ-qaralar altıdı.
Altı-altı mәskәn saldı qüdrәt alәm quranda,
Bu san ilә hesab aldı sәrdabәlәr duranda.
Cümlә-alәm abad olar haqqın gürzü vuranda
Dağ Yunisdәn kәnar qaçan biçaralar altıdı.
Saya-saya san itirdim, Alı, son qoy hesaba,
Hesabını çәkmәyәnә kimsә demәz “mәrhaba”.
Surәti yox mayelərin doldur cәm et bir qaba, -
Dördü xakda, cütü canda, kübarələr altıdı.
xxx
YEDDİDİ
Xaki-zәbun ünvanında cәm turabı yeddidi,
Sәri kuydә çeşmә birdi, xalis abı yeddidi.
On ikidi abdal sayı, əlli iki әzası,
Hәr әzanın qüdrәtindәn şabı-tabı yeddidi.
İxtisar eylәmә ayәt iki qismin kәc deyә,
Yetiş elin harayına yubanma ərac deyә,
Fәrbah deyә kaf eylәsәn, düşsәn haqqa sәcdәyә,
Әzalardan xaka dәyәn can hesabı yeddidi.2
Sәr hesaba, qәlb hökmüylә cismin alar bәhrәsin,
Әlvan eylәr vücudları açar rәmzin çöhrәsin.
Kimsә görmәz әzaların bir nöqtәsin, bir nәsin,
Xuni cövlan edәr canda, bil girdabı yeddidi.
Nәzәr eylә asimana bağlı qalıbdı hesab,
Aşıq Alı, çәkmә küdrәt, hәr әzaba eylә tab.
Seyrә çıxıb bir bağçanı, gördüm üç ayın sirab,
Sәmasında cövlan edәn gәrdiş qabı yeddidi.
1-ilin ayı və həftələri
2-namazda səcdə vaxtı iki ayaq, iki diz, iki əl və basın (cəmi yeddi) torpağa dəyməsi
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024