İşğalçı Rusların dərsini verən Səfəvi hökmdarı - II Şah Abbas

16:44 / 31.03.2019
Baxılıb: 2894

Azərbaycanın orta əsrlər tarixinin ən parlaq dövrlərindən biri də Səfəvi İmperiyasının 7-ci hökmdarı II Şah Abbasla bağlıdır. Çoxəsrlik Azərbaycan dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri və mübahisəsiz, birincisi Səfəvi İmperiyası hesab olunur. 1501-ci ildə Azərbaycanın böyük dövlət xadimi, sərkərdəsi, şairi I Şah İsmayılın qurduğu və dövrünün ən qüdrətli dövlətlərindən birinə çevirdiyi Səfəvi İmperiyası müasir dövlətçiliyimizin ən güclü istinadı kimi qəbul olunmaqdadır.

Məhz Azərbaycan türk tayfa birliklərinin birbaşa iştirakı ilə yaradılan və olduqca mürəkkəb tarixi şəraitdə 236 il ərzində mövcudluğunu saxlamış Səfəvi İmperiyası bu coğrafiyada növbəti dönəmlərdə qurulmuş dövlətlər üçün əvəzsiz baza kimi öz aktuallığını heç vaxt itirməyib. Təsadüfi deyil ki, Səfəvi İmperiyasından sonra yaradılmış Azərbaycan Əfşar İmperiyası (1736-1796) və Azərbaycan Qacariyyə Dövləti (1796-1925) ilk növbədə Şah İsmayılın qurduğu səltənətin hüdudlarını bərpa etmək, o cümlədən, genişləndirmək üzərində düşünüblər.

Səfəvi İmperiyasının ilk hökmdarı I Şah İsmayıldan (1501-24) başlayaraq, xələfləri - Təhmasib Şah (1524-76), II Şah İsmayıl (1576-78), Şah Məhəmməd Xudabəndə (1578-87) və I Şah Abbas (1587-1629) dönəmlərinin tarixi saray salnaməçiləri tərəfindən yetərincə qələmə alınaraq gələcək nəsillərə ötürülüb.

Lakin I Şah Səfinin (1629-42) hakimiyyəti illərində dövlət idarəçiliyində dərinləşən böhran o illərdə sarayda və ölkədə cərəyan etmiş proseslərin tarixə köçürülməsi işini də arxa plana keçirib. O səbəbdən, XVII əsrin 30-cu illərindən sonra Səfəvi İmperiyasının tarixi və onun hökmdarlarının fəaliyyətinə dair məlumatlar sələfləri ilə müqayisədə xeyli azdır. Bununla belə, bəzi tarixçilərin və əcnəbi səyyahların qeydləri Səfəvi tarixinin qeyd olunan dönəminə aid, az da olsa, təsəvvür yaranmasına imkan verir. Lakin bütün hallarda vurğulanmalıdır ki, o dövrə dair əldə olan məlumatlar ayrı-ayrı epizodları əks etdirir və sistemli şəkildə ümumiləşdirilməyib.

I Şah Abbasdan sonra taxta keçən nəvəsi I Şah Səfi (1629-42) dönəmində Səfəvi İmperiyasında növbəti böhran yarandı və sürətlə dərinləşdi. Bunun əsas səbəbi I Şah Səfinin mənfi şəxsi keyfiyyətləri və dövlət işlərini başlı-başına buraxması idi. Nəticədə I Şah Abbasın vaxtında qazanılmış hərbi-siyasi-iqtisadi uğurlar ard-arda itirildi. Səfəvi İmperiyasının qərbindəki ərazilər yenidən Osmanlı dövlətinin işğalına məruz qaldı və hətta Bağdad da təkrar osmanlıların nəzarətinə keçdi. Eyni zamanda, əvvəl imperiyanın ucqarlarında qalxan üsyanlar tədricən dövlətin mərkəzi ərazilərinə də yayılmağa başladı və ölkədə xaotik vəziyyət yarandı. İqtisadiyyatın dağılması üzündən xəzinənin boşalması, korrupsiyanın güclənməsi və dövlət məmurlarının yararsızlığı baş qaldıran problemlərin həllinə imkan vermirdi. Böhranın son həddə çatdığı bir vaxtda I Şah Səfi keçirdiyi qeyri-sağlam həyat tərzinin nəticəsi olaraq, 1642-də ildə dünyasını dəyişdi və onu Səfəvi taxtında oğlu II Şah Abbas əvəzlədi.

II Şah Abbas 1632-ci ilin dekabrında İsfahanda doğulub. Qaydalara uyğun olaraq, digər şahzadələr kimi sarayın hərəmxanasında saxlanıb və orada ilk təlim-tərbiyəni alıb. 1642-ci ildə atası I Şah Səfinin qəfil ölümü həm dövlətin, həm də Abbasın taleyində yeni səhifə açır. I Şah Səfinin Səfəvi nəslinin kişi cinsindən olan bütün mümkün varisləri amansızlıqla qətlə yetirməsi 10 yaşlı Abbasın taxta çıxmasını labüdləşdirir.

Təbii, 10 yaşlı şahın atasından ağır vəziyyətdə qəbul etdiyi ölkəni nəinki tezliklə dirçəltmək, heç normal idarə etmək imkanı da yox idi. Ona görə də II Şah Abbasın hakimiyyətdə olduğu ilk illərdə dövlət işləri ilə saray əyanları məşğul olurdular. Tədricən hakimiyyət iplərini öz əlinə keçirən gənc şah Səfəvi İmperiyasının yenidən ayağa qalxması istiqamətində qəti hərəkətlərə keçir. 1647-ci ildə imperiyanın şərq hüdudlarına müntəzəm basqınlar edən moğollara qarşı hərbi hazırlıqlara başlayan II Şah Abbas bu işləri uğurla tamamlayır və növbəti il işğal altında olan Qəndəharı azad etməyi bacarır.

Bu uğurdan sonra II Şah Abbas regiondakı prosesləri düzgün dəyərləndirərək, güclənməkdə olan Rusiya dövlətinin cənuba doğru genişlənmək planlarının gerçəkləşməsinə imkan verməmək üçün qəti addımlar atır. Rus kazaklarının Səfəvi tacirlərinə həm Şimali Qafqazda, həm də Xəzər dənizində müntəzəm basqınları, eyni zamanda Rusiyanın o bölgədə yeni qalalar inşa etmək təşəbbüsləri II Şah Abbası tələsməyin vacibliyinə inandırdı. Rusların Terek çayının sahilində - Səfəvi hüdudlarına çox yaxın ərazidə Sunca qalasını bərpa etmələri və möhkəmləndirmələri iki dövlət arasında müharibəni qaçılmaz zərurətə çevirdi.

Sözsüz ki, Səfəvi İmperiyasının nüfuz zonasına müdaxilə edən Rusiya bu hərəkətinin qarşı tərəfdən cavabsız qalmayacağını bilirdi. Bu səbəbdən müharibə hazırlıqlarına başlayan rus dövləti Şimali Qafqazda və ona bitişik ərazilərdəki kazak qüvvələrini səfərbər etməyə çalışırdı. Bundan başqa, ruslar digər ərazilərdən də potensial müharibə zonasına əlavə hərbi birliklər cəlb edirdilər.

Bu fonda Səfəvi dövləti də savaş hazırlıqları içərisində idi. 1651-ci ildə II Şah Abbasın əmri ilə ruslara qarşı hərbi kampaniyanın təşkili və ümumi rəhbərlik Şirvan hakimi Xosrov xana həvalə edildi. Onun topladığı qoşun Tərki yurdunun şamxalı Surxay xanın qüvvələrindən, Endirey məliki Qazan Alp, Qaytaq usmisi Əmirxan Sultanın dəstələrindən, o cümlədən bir neçə dağlı camaatının hərbi birliklərindən formalaşdırılmışdı.

Bundan başqa, Xosrov xan Şamaxıda və Dərbənddə toplanmış ümumilkdə 800 əsgəri və Səfəvi ordusundan 800 sərbazı iki topla birlikdə şamxal Surxayın ixtiyarına verir.

Xosrov xanın topladığı qoşundakı əsgərlərin sayı Noqay və Kumık uluslarından qoşulmuş dəstələrlə birlikdə 12 min nəfər civarında idi. Hərəkətə keçən qoşun 1651-ci il oktyabrın 12-də Sunca çayına yetişir. Eyniadlı qalada müdafiə mövqeyi tutan ruslar öz sıralarına Qafqaz kazakları, kabardinlər və başqa uluslardan dəstələr cəlb etməklə əhəmiyyətli dərəcədə güclənmişdilər. Bu səbəbdən şamxal Surxayın həmin il noyabrın ilk günlərində Sunca qalasına etdiyi həmlələr nəticəsiz qaldı. Qoşunu yenidən toparlamağa ehtiyac olduğunu görən şamxal Surxay noyabrın 7-də Sunca qalasının həndəvərindən geri çəkilməyi qərara aldı.

Ancaq ilk hücumun uğursuzluğundan sonra II Şah Abbas soyuqqanlılığını itirməyərək, növbəti həmləyə daha ciddi hazırlaşmağa başladı. Şimali Qafqazda formalaşdırılmış ordudakı əsgərlərin sayını dağlı uluslarının hesabına artıraraq, 20 min nəfərə çatdıran şah silah təchizatını da əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail oldu. Hazırlıqlar yekunlaşdıqdan sonra Səfəvi ordusu yenə də şamxal Surxayın rəhbərliyi altında 1653-cü il martın 7-də Sunca qalasını mühasirəyə aldı. Rusların qalada bir neçə min nəfərlik hərbi kontingent yerləşdirmələrinə baxmayaraq, onlar bu dəfə Səfəvi qoşunlarına müqavimət göstərə bilmədilər. Vəziyyətin ümidsizləşdiyini görən rus hərbi komandanlığının ətraf bölgələrdən Sunca qalasının müdafiəçilərinə kömək üçün əlavə qüvvələr göndərmək cəhdləri səfəvilərin manevrləri sayəsində boşa çıxdı. Aramsız həmlələr qarşısında böyük itki verən rusların son bölüyü, nəhayət, 1653-cü il martın 25-də Sunca qalasını tərk etdi.

Dövlətin hüdudlarını şimala doğru genişləndirməyi düşünən II Şah Abbas o ərəfədə Səfəvi İmperiyasının paytaxtı İsfahanda böyük ordu toplayaraq Həştərxanın fəthinə hazırlaşırdı. Lakin moğolların yenidən Səfəvilərin şərq sərhədlərinə hücumu və Qəndaharı təkrar mühasirəyə alması şahı hərbi qüvvələri bu istiqamətə göndərməyə vadar etdi.

II Şah Abbasın hökmdar kimi qeyd olunası ən müsbət işlərindən biri kimi dövlətin zəifləməsindən sui-istifadə edərək mərkəzi hakimiyyətə itaətsizlik göstərən və müsəlman əhaliyə qanlı divan tutan gürcü knyazlarını sərt şəkildə cəzalandırmasını göstərmək olar. Səfəvi İmperiyasının nüfuz və hakimiyyətini Gürcüstanda yenidən bərpa etməyi qarşıya məqsəd qoyan II Şah Abbas buna nail olur. 1662-ci ildə separatçı knyazları bir-bir sıradan çıxaran hökmdar müsəlman əhalinin müdafiəsinin də qayğısına qalır. Onun göstərişi ilə Gürcüstanda dövlətin daimi hərbi qarnizonunun yerləşdirilməsi üçün yeni qalalar tikilir.

Əlbəttə, II Şah Abbasın hakimiyyət dövrünü nəzərdən keçirərkən Səfəvi-Osmanlı münasibətlərinə toxunmamaq mümkün deyil. Amma çox əlamətdar haldır ki, Səfəvilərin 7-ci hökmdranın dövründə iki türk imperiyası arasında münasibətlər ən yüksək səviyyəyə çatıb.

O dövrün Səfəvi-Osmanlı münasibətlərinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Tofiq Nəcəfli özünün "Qəsri-Şirin sülhündən sonra Səfəvi-Osmanlı münasibətləri müasir Türkiyə tarixşünaslığında" geniş tədqiqat əsərində maraqlı məlumatlar verib. Həmin əsərdə II Şah Abbasın Osmanlı İmperiyası ilə münasibətlərə ciddi önəm verdiyi və qarşılıqlı etimada zərbə vuracaq addımlar atmadığı diqqətə çatdırılıb: "1648-ci ildə II Şah Abbas Qəndəhar yürüşü zamanı Bəstamda olan zaman Osmanlı sultanı İbrahimin elçisini qəbul etmişdi. Osmanlı sultanı Səfəvi şahının Qəndəhar hərbi yürüşündən ehtiyat edərək gələcəkdə onun Bağdadı da geri almaq fikrinə düşəcəyindən şübhələnirdi. O, II Şah Abbasa yazdığı məktubda tərəflər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin vacib olduğunu israrla təkid edirdi və ona bir fil də göndərilməsini xahiş edirdi.

II Şah Abbas cavab olaraq Osmanlı elçisi ilə Sultanın sarayına Qasım bəyin oğlu Məhəmmədqulu bəyi yola salıb, ona buyurdu ki, Qəzvindəki fili Osmanlı sultanına aparsın. II Şah Abbas Sultan İbrahimə ünvanladığı məktubda iki dövlət arasındakı dostluq əlaqələrindən bəhs etmiş və bu məsələdə sözünün üstündə möhkəm dayandığını ifadə etməklə, onun rahatsızlığını aradan qaldırmağa cəhd göstərmişdir".

Müəllif o dövrün türk mənbələrəinə əsaslanaraq, iki imperiya arasında münasibətlərin yaxşı olduğnu təsdiqləyən faktları da oxuculara təqdim edib: "İ.H.Uzunçarşılının fikrincə, 1649-cu ildə IV Mehmedin taxta çıxmasını təbrik etmək üçün II Şah Abbasın Mahmud xan adlı elçisi İstanbula gəldi və 2 fil hədiyyə gətirdi. Bu faktlar bir daha təsdiq edir ki, XVII yüzilliyin 40-cı illərində Səfəvi və Osmanlı dövlətləri arasında qarşılıqlı siyasi əlaqələr davam etdirilmiş, tərəflər bir-birini ən mühüm siyasi hadisələrlə bağlı məlumatlandırmış və lazımi hədiyyələr göndərərək normal münasibətlər saxlamışlar".

Təəssüf ki, II Şah Abbasın 34 yaşında dünyasını dəyişməsi onun Səfəvi İmperiyasının qüdrətlənməsinə və gerçək bir cahan dövlətinə çevrilməsinə yönəlik planlarının həyata keçməsinə imkan vermədi. Ondan sonra taxta çıxan növbəti şahlar isə bu vətənpərvər hökmdarın başladığı işləri davam etdirmək iqtidarında olmadılar...

Araz ZEYNALI

fedai.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər