“Heyvagülü” sifariş olunur...
Onun haqqında düşünəndə nədənsə gözlərimin önünə əvvəlcə “Qanun naminə” filmində yaratdığı Kamilov obrazı gəlir. Əynində mundir, başında papaq əllərini qaldırıb köhnə kişilərə xas “Çal, mənim havamı çal, "Heyvagülü"" deyir və ağır-ağır oynamağa başlayır. Bir də həmin filmdəki sonuncu kəlməsini xatırlayıram “Kaş, Tanrı mənə bir az da ömür verəydi, onda mən bilərdim necə yaşayardım”.
Bəlkə bu Kamilov obrazının daxili dünyası ilə Adil İsgəndərovun iç dünyası arasında nə isə bir bağlılıq var... Kamilova möhlət verilsəydi, əvvəlki həyatından fərqli olaraq yalnız xeyirxah əməllərlə məşğul olardı. Çünki onun daxili dünyası safdır, sadəcə şeytan əməlinə qalib gələ bilməyib. Bəs, Adil İsgəndərovun özünə bu möhlət verilsəydi, nə edərdi? Görəsən, ömür boyu getdiyi düz yoldan, şəxsiyyətini, mənliyini, sənətini hər şeydən üstün tutduğu üçün çəkdiyi başağrılarından qurtulmaq üçün əks istiqamətə yollanardımı? Yəqin ki, yox, çünki...
Tanrının bizə bəxş etdiyi kiçik zaman kəsiyini hərəmiz bir cür başa vururuq. Kimisi sadəcə gəlir bu özülü ədalətsiz qoyulmuş dünyaya, ona verilən vaxtın keçəcəyini gözləyə-gözləyə yaşayır, kimisi çarpışır-vuruşur var-dövlət toplamaqla məşğul olur. Eləsi də var ki, ona verilən həmin qısacıq vaxtda özündən sonrakı ömrünü qazanır. Adil İsgəndərov kimi...
Adının qarşısından bilərəkdən dürlü-dürlü titullar yazmıram. Əslində həm rəsmi şəkildə, həm də qeyri-rəsmi xalq artisti idi.
Həqiqətən xalqın olan sənətkarı xalq unutmur, şəxsiyyəti və sənəti bütöv olanlar bu gün də xalqın yaddaşındadır, onu rəsmən yada salmasalar da nəsillər dəyişir, amma o ad əbədi qalır. Tofiq Kazımov, Mehdi Məmmədov, Həsənağa Turabov... siyahı o qədər də uzun deyil. Sayı o qədər də çox sənətkarlar arasında Adil İsgəndərovun da imzası var.
Onun quruluşunda “Vaqif” tamaşası 1064 dəfə oynanılıb
Bakı Teatr Texnikumunda aldığı təhsillə qane olmayan məzun A.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunda oxuyub. Moskva Bədaye və Vaxtanqov teatrlarında təcrübə keçib. Tam hazır vəziyyətdə Akademik Milli Teatra gələn Adil İsgəndərovu bir il sonra baş rejissor təyin edirlər. İlk rejissorluq işinə “Polad qartal” tamaşasından başlayan İsgəndərov milli teatrın səhnəsində “Həyat”, “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “Şərqin səhəri”, “Otello”, “Cavanşir” kimi tamaşalara həyat verir.
Onun quruluşunda “Vaqif” tamaşası milli teatrın səhnəsində düz 1064 dəfə oynanılıb. “Otello” tamaşasından Ələsgər Ələkbərovun şəkli Şekspir muzeyində indi də saxlanılır. Moskva dekadasında həmin tamaşanı seyr edən və heyran qalan ingilislər tamaşanı lentə alıb aparıblar. Tamaşa vaxtı Moskva teatrının pərdəsi alqışların səngiməməsinə görə düz 17 dəfə bağlanıb və yenidən açılıb. Azərbaycan teatrına onlarla rejissor və aktyor nəsli bəxş edən sənətkar milli teatrın yeni binaya köçürülməsinə razı olmur, yeni bina akustikasız olduğundan böyük teatr üçün yaramır deyir. Eşitmirlər onu. Sənətkar həqiqəti izhar etdiyi üçün incidilir və nəticədə sözünü geri götürmədən teatrı tərk etməli olur.
Kinostudiyada
1966-cı ildən başlayaraq “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etməyə başlayır. Yalnız “Əhməd haradadır?” filminin quruluşçu rejissoru olmağa vaxtı çatan Adil İsgəndərov filmlərdə müxtəlif səpgili obrazlar yaradıb. Həmin illərdə ondan soruşurlar ki, bu illər ərzində teatrsız necə qala bilirsiniz? Cavabında “Dişimi dişimə sıxıb dözürəm” deyir. Kərbəlayi İsmayıl kimi ötkəm, Kamilov kimi kövrək və sadəlövh, gülsatan qıza valeh olan şişman alman məmuru kimi obrazların yaradıcısı həm də, 1937-ci ildən ömrünün sonuna qədər İncəsənət İnstitutunda dərs deyib.
Kərbəlayiyə verilən mükafat Qəmloya çatıb
Adil İsgəndərov tez-tez əyalət teatrlarına gedərmiş. Aktyor Məlik Dadaşov onun belə səyahətlərindən birinin tapıntısı idi. Söhbət Məlik Dadaşovdan düşmüşkən, “Axırıncı aşırım” filminin Tbilisidə nümayişdən sonra baş rolun – Kərbəlayi İsmayıl obrazının ifaçısı mükafata layiq görülür. Adil İsgəndərov mükafatdan imtina edir, böyük ürəklə həmin mükafatı Qəmloya - Məlik Dadaşova verməyi məsləhət görür.
Onunla işləyən aktyorların ailə vəziyyəti, sosial həyatı ilə həmişə maraqlanarmış. O dövrdə çətin vəziyyətdə yaşayan evsiz-eşiksiz xeyli aktyor Adil İsgəndərovun köməkliyi ilə ev alıb. Mərhum sənətkar Şahmar Ələkbərov sağlığında həmişə Adil İsgəndərovun onu ev-eşik sahibi etməyindən danışardı.
Onun üçün sənət şəxsi münasibətlərin fövqündə olub.
Hanı indi elə sənətkar ki, sənəti ambisiyalarından üstün tutsun...
Bu qayğıkeş insan şəxsi münasibətlərlə sənət müəyyən etməzmiş. Bir dəfə xalq artisti Rza Əfqanlı ilə pərtləşirlər. Bir neçə gün sonra Hüseyn Cavidin “Şeyx Sənan” əsərini tamaşaya qoymaq üçün rol bölgüsünə başlayan Adil İsgəndərov baş rolu Rza Əfqanlıya həvalə edir. Öz dostları rejissoru qınayır, etiraz edirlər ki, sənin üzünə ağ olan adama niyə baş rol verirsən? Cavab verir ki, qada, mən o obrazda yalnız onu görürəm. Milli Dram Teatrının o vaxtlarını görən qocaman sənətkarlardan eşitmişik ki, teatrda hələ “Şeyx Sənan” tamaşasının baxışı kimi baxış olmayıb. Bütün zal dolu olub, tamaşa 10 gün anşlaqla keçib. Kollektiv təkcə o tamaşa ilə Tiflisdə 40 gün qastrolda olub.
“Otello” tamaşasında da baş rolu Ələsgər Ələkbərova verəndə onunla qanlı bıçaq imiş. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Adil İsgəndərov haqqında “On sozdal menya” – deyirmiş.
Hələ sovet vaxtı ermənini kinostudiyadan qovub
Tələbəsi Əbdül Mahmudbəyovu dinləyək: “Moskvada mənimlə birgə bir erməni təhsil alırdı. Azərbaycan dilini də gözəl bilirdi və təhsilimizin sonunda bu erməninin ssenarisi ilə bir film çəkmək qərarına gəldim. O vaxtlar “Azərbaycanfilm”ə Adil müəllim rəhbərlik edirdi. Gəldim yanına, çox sevindi, çünki onun yetirməsi idim. Görüşdük, söhbət etdik, vaxt yetişdi, Adil müəllim ssenarini açdı ki, baxsın. Bir də gördüm kişinin rəngi ağardı, oxuyub ki, rejissor Əbdül, ssenari Akopyan. Akopyan da yanımızdadır, qayıtdı ki, qada, bu ermənidir? Dedim, bəli, amma Bakıda doğulub. Qada, cəhənnəmə doğulub, bəs sən bu gədəni bura gətirəndə görmədin ki, girişdə “Azərbaycanfilm” yazılıb? Üzünü tutub Akopyana, qayıtdı ki, dur tərpən Sabunçu vağzalına, min qatara birbaşa “Ermənifilmə” get. Sonra da mənə xəbərdarlıq etdi ki, bir daha belə qələt etməyim.”
İkinci Fəxri Xiyabanın ilk fəxri sakini
Kamal Xudaverdiyevin xatirələrindən: “Adil müəllim kurs rəhbərim olub. Biz sənətin əlifbasını Adil İsgəndərovdan öyrəndik. Mənim ilk filmə çəkilməyimin də səbəbkarı o oldu. “İstintaq” filmində kənardan aktyor dəvət olunmuş bir obraza məni məsləhət görmüşdü. Bunu yalnız mənim üçün etməmişdi, Rasim, Şahmar, ümumiyyətlə o dövrdə üzə çıxan bütün aktyorlar onun tapıntısı idi. Filmlərə kənardan aktyor dəvət olunmasının qarşısını alıb, öz aktyorlarımızı tanıtdı. Sübut etdi ki, bizdə də bacarıqlı gənclər var. Bir rejissor onu eşitmək istəmirdi, Adil müəllim ondan soruşdu ki, niyə özümüzünkülərlə işləmirsən? Cavab verdi ki, mən özümüzünkülərlə işləyə bilmirəm. Dedi, qada, onda mən kənardan rejissor çağıraram bizim aktyorlarla işləyər. 15 aktyor dəvət etməkdənsə, bir rejissor dəvət etmək daha sərfəlidir. Adil müəllimdən sonra elə kişi görməmişik. O, tamam başqa kişi idi. İnandırıram sizi onu laqeyidlik məhv etdi.
Teatrın 100 illiyində məndən qabaqda oturmuşdu, onun hansı hisləri keçirdiyi mənim içimə süzüldü. Teatrda can qoymuş, özül qoymuş bu adamı bir kimsə yada salmadı. Kişi içində qovruldu. Demədilər ki, 100 illiyə teatrı bu kişi gətirib.
“Belə laqeydliklər insan ömrünü qısaldan başlıca amillərdəndir. Əgər o, insan sənətkardırsa, deməli ömrü çox, lap çox qısa olacaq... 1978-ci ilin sentyabrında Tanrının Adil İsgəndərova verdiyi o qısacıq vaxt sona çatdı. Həmin gün “dahi Sovet rəhbəri” L.İ.Brejnev Bakıya növbəti rəsmi səfərə gəlibmiş. Sənətkarı rəhbərin gəlişindən yaranan bayram əhval-ruhiyyəsi pozulmasın deyə, gizlin-gizlin axşamın qaranlığında divar dibi ilə aparıb indiki İkinci Fəxri Xiyabanda səssiz-səmirsiz torpağa tapşırıblar. Adil İsgəndərov Zaqafqaziyanın ilk SSRİ xalq artistidir.
Ramilə Qurbnlı
“33 pərdəli dram”
http://modern.az
ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024