Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramla çəkilmişdir. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq bu gün də hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır.
Azərbaycan məktəblərində peşəsinə ürəkdən bağlı olan, zəngin biliyi, dünyagörüşü, əsl müəllimə xas olan yüksək insani keyfiyyətləri ilə seçilən, öz mənəvi vəzifələrini layiqincə yerinəyetirən müəllimlər çoxdur. Belə müəllimlərdən biri də Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına 2 saylı orta məktəbin müəlliməsi Dursun Quliyevadır. Məktəbdəki fəaliyyəti ilə tanışlıqdan sonra əmin olursan ki, bu insan məhz peşəsinin vurğunudur. Bir müəllimə kimi həyat idealı cəmiyyətin onun qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirməkdir. Dursun müəllimənin təbirincə, yaxşı müəllim cəmiyyət üçün, millət üçün hava, su və çörək qədər vacibdir. Yaxşı müəllimi olmayan dövlət, xalq inkişaf edə bilməz. O dövlətin ki, yaxşı müəllimi yoxdur, demək onun gələcəyi də dumanlıdır.
Dursun müəllimə 1977-ci ildə Gəncədə Pedaqoji İnstitutun ibtidai təhsil, pedaqogika və metodika fakültəsini bitirib. Təhsilinə uyğun olaraq əmək fəaliyyətinə pedaqoji sahədə başlayıb. 1978-ci ildən Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına 2 saylı orta məktəbdə sinif müəlliməsi kimi fəaliyyət göstərir. 30 ildən artıqdır ki, bu orta məktəbdə çalışan, özünəməxsus fəaliyyəti ilə fərqlənən Dursun müəllimənin əməyi və qazandığı uğurlar bir çoxlarına nümunə və örnək sayıla bilər. Dursun müəllimə bu məktəbdə çalışmağı həm də şərəf sayır. Çünki bu məktəb Şəmkir məktəbləri arasında özünün zəngin ənənələri, təlim-tədrisin keyfiyyəti, pedaqoji uğurları ilə tanınan bir təhsil müəssisəsidir.
Gənc olmasına baxmayaraq bu gün Kür qəsəbə H.Z.Tağıyev adına 2 saylı orta məktəbin məzunlarının sorağı mötəbər ünvanlardan gəlir. Dursun müəllimənin iş metodu ilə tanışlıq zamanı bu qənaətə gəlirsən ki, o, yenilikçi adamdır, köhnə təfəkkür tərzindən qaçır, müasir təhsilin bütün tərəflərinə bələddir. Həm də bu bələdçilik yalnız nəzəri müddəaları mənimsəməklə bitmir. Bu, uzun illərin pedaqoji təcrübəsinin yaratdığı peşə vərdişidir. Dursun müəllimənin təhsil işçilərinin qarşısında duran vəzifələrlə bağlı təəssüratları da maraq doğurur. Deyir ki, bu gün orta təhsilin hansı metodlarla aparılmasından asılı olmayaraq müəllimlərin qarşısında duran ən əsas vəzifələrdən biri dövlətimiz üçün layiqli vətəndaşların yetişdirilməsinə nail olmaqdır. Çünki bu günün şagirdi sabah cəmiyyət həyatının hansısa sahəsində yer tutacaq bir vətəndaşdır. Dursun xanım yaxşı müəllim olduğu qədər də gözəl ailə başçısıdır, əsl anadır. Həyat yoldaşı Binnət müəllimlə birlikdə böyüdüb ərsəyə çatdırdıqları Ramil və Vüqarın uğurlarından ağızdolusu ilə danışır, bir ana kimi övladları ilə fəxr edir. Həm Ramil, həm də Vüqar Kür qəsəbə H.Z.Tağıyev adına 2 saylı orta məktəbin və Azərbaycan İqtisad Universitetinin məzunudurlar. Ramil iqtisad üzrə fəlsəfə doktoru, Vüqar isə ağırlıqqaldırma üzrə 4 dəfə dünya, 7 dəfə Avropa çempionudur.
Atalar yaxşı deyib - ot kökü üstə bitər.
Övladlarının həyatda qazandıqları nailiyyətlər Dursun müəllimənin həm də ana kimi övladlarına aşıladığı yüksək mənəvi və əxlaqi keyfiyyətlərin göstəricisidir. Xatırladaq ki, Vüqarın idmanda qazandığı nailiyyətlər Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Müəllimin şagirdə verdiyi bilik onun bir şəxsiyyət kimi formalaşmasında, həyatın enişli-yoxuşlu yollarında tab gətirməsi üçün mənəvi azuqədir. Bu azuqəni yetirmələrindən əsirgəməyən Dursun Quliyeva şagirdlərinin qəlbini pedaqoji ustalığı ilə isitməyə nail olan müəllimədir. Deyir ki, həyatda heç kəs ata-ananı əvəz edə bilməz. Amma müəllim şagirdin ürəyinə girməklə onun valideyn sevgisinə şərik çıxa bilər. Xoşbəxt müəllim o kəsdir ki, onun şagirdi müəllimə oxşamağı arzulasın. Dursun Quliyeva məhz belə müəllimlərdəndir.
Xəlil Cabbarov
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024