XIX əsrin əvvəllərində Qarabağ və Gəncə xanlıqlarının inzibati vahidləri və əhalisi

18:30 / 11.04.2019
Baxılıb: 3970

Şimali Azərbaycan ərazisində yaranmış xanlıqlar arasında Qarabağ və Gəncə xanlıqları özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi imperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə) bəylərbəyiliyi ərazisində meydana çıxmışdı.

Xanlıqlar dövrü Azərbaycan tarixinin son dərəcə maraqlı və mühüm mərhələlərindən biridir. Azərbaycan xanlıqlarının tarixinin müxtəlif aspektləri tədqiqatçıların araşdırma obyektinə çevrilsə də, xanlıqlarda demoqrafik proseslərin öyrənilməsi Azərbaycan tarixşünaslığında yeni istiqamətlərdən biridir. Əhalinin demoqrafiyası çoxşaxəli, geniş spektrli problemləri əhalinin say dinamikası, etnik və dini tərkibi, yerləşməsi, miqrasiyası, emiqrasiyası və s. əhatə edir. Bütün bu problemlərin Qarabağ və Gəncə xanlıqlarında hərtərəfli araşdırılması, Azərbaycanın xanlıqlar dövrü tarixinin bir çox qaranlıq səhifələrinin işıqlandırılması baxımından da böyük əhəmiyyətə malikdir.

XIX əsrin başlanğıcında I Aleksandr hakimiyyət başına gəldikdən sonra Rusiyanın Cənubi Qafqaz siyasətində köklü dəyişiklik yarandı. Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı açıq işğal yoluna qədəm qoydu. 1803-cü ildə P.D.Sisianovun başçılığı ilə Qafqaz xalqlarına qarşı ən qaba hərbi-sümürgəc siyasəti yeridilməsinə başlandı.

I Rusiya-İran müharibəsinin bütün döyüşlərinin Azərbaycan ərazisində getməsi xanlıqların əhalisinin say dinamikası və digər demoqrafik proseslərdə dərin iz buraxdı. Müharibəyə başlamasından az sonra Rusiya Azərbaycan xanlıqlarına, o cümlədən Qarabağ xanlığına təzyiqi gücləndirdi. Yaranmış hərbi-siyasi vəziyyətdən yeganə çıxış yolu kimi, İbrahimxəlil xan 1805-ci il mayın 14-də Kürəkçay sülh müqaviləsini imzalayaraq Rusiya himayəsini qəbul etməyə məcbur oldu. Traktatın bağlanması ilə Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator zəmanəti verilirdi. Beləliklə, Qarabağ xanlığı öz müstəqilliyindən məhrum oldu və Şuşada rus qoşunları yerləşdirildi. Qarabağ əhalisinin «qorumağa» gələn rus qoşunu 1806-cı ildə mayor Lisaneviçin başçılığı altında İbrahimxəlil xanı bir neçə nəfər əhl-əyalı və yaxın adamı ilə (17 nəfər) qətlə yetirdi.

Azərbaycanın şimal xanlıqlarının ərazilərinin işğalından sonra, 1813-cü ildə müsəlman əyalətlərini idarə etmək üçün iqamətgahı Qarabağın mərkəzi Şuşada yerləşməklə xüsusi orqan - «Müsəlman əyalətləri hakimi» təsis edildi. Bu orqanın yaradılması Azərbaycan xanlıq­larının, xüsusilə də Qarabağ xanlığının tamamilə ləğvi istiqamətində atılan mühüm addım idi. Maraqlıdır ki, «Müsəlman əyalətləri hakimi» vəzifəsinə qatı xristian təəsübkeşi olan knyaz Mədətov təyin edildi. Yermolovun «sağ əli» olan Mədətov Qarabağda «ən birinci mülkədara» çevrilmişdi.

Məlumdur ki, Azərbaycan xanlıqları inzibati baxımdan mahallara, mahallar isə şəhər və kəndlərə bölünürdü. Qarabağ xanlığının ləğv edilməsindən bir il sonra - 1823-cü ildə çar məmurları Mogilevski və Yermolovun keçirdiyi kameral təsvir materiallarında Qarabağ əyalətində 21 mahal-Sisiyan, Dəmirçihəsənli, Küpara, Bərgüşad, Vahabyurd, Kəbirli, Tativ, Cavanşir, Talış, Xaçın, Kolanı, Çələbiyurd, Xırdapara Dizax, Püsiyan, Dizaq Cavanşiri, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərəndə, Dizax və Acanan-türk - qeydə alınmışdır.

1727-ci və 1823-cü il sənədləri göstərir ki, Qarabağın inzibati-ərazi vahidləri zaman keçdikcə bəzi dəyişikliklərə məruz qalmışdı. 1823-cü il kameral təsvirinə əsasən, Qarabağ xanlığı ərazisində yalnız Şuşa şəhərinin olması gö­stərilir. Görünür, 1727-ci il sənədlərində qeydə alınmış Bərdə şəhəri artıq şəhər yaşayış məskəni kimi öz əhəmiyyətini itirmişdi. 1823-cü il kameral təsvir materialla­rını araşdırarkən çar məmurlarının hesablamalarda yol verdikləri bəzi səhvləri nəzərə alsaq, 1823-cü il kameral təsvirinin yekun cədvəlinə əsasən, Qarabağ əyalətində 18563 ailənin yaşadığı məlum olur. Bu rəqəmin üzərinə sonradan qeydə alınmış cəbrayıllıların 139 ailəsini də əlavə etsək 18.702 ailə alınır. 1823-cü il kameral təsvir materiallarının araşdırılmasından sonra Qarabağ əyalətində faktiki olaraq 18.769 ailənin yaşadığı məlum olur.

Lakin ən mükəmməl sayımlar və kameral təsvirlər belə, Qarabağ xanlığının əhalisinin dəqiq sayını müəyyən etməyə imkan vermir. Bu faktı sayımları keçirən çar məmurları özləri də etiraf edirdilər. Mogilyovski və Yermolov 1823-cü 2 may il tarixli, 22 saylı raportlarında yazırdılar: «Nə qədər çalışsaq da Qarabağın əhalisinin dəqiq sayını müəyyən etmək mümkün deyildir... Bir mahala məxsus olan əhali tamamilə başqa mahallara səpələnmişdir» Göründüyü kimi, Qarabağ əhalisinin real sayı göstərilən rəqəmlərdən daha çox olmuşdur.

Araşdırmalar nəticəsində «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»ndə Gəncə xanlığının sərhədləri çərçivəsinə düşən təxmini ərazilərdə 1727-ci ildə 12 mahal: Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan, Danqı, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan, Xılxına mahalları qeydə alınmışdır.

Qeyd etmək lazımdır ki, göstərilən mahallardan Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan və Danqı mahalları bütövlükdə Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan və Xılxına mahalları ərazisinin isə yalnız bir hissəsi Gəncə xanlığının tərkibinə düşürdü.

Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürənbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır.

1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir.

1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir:

1) Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir;

2) Şəmşəddil distansiyası ilə sərhəddə olub Şamxor çayın hər iki sahilində yerləşən Şamxor mahalı;

3) Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı;

4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı;

5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı;

6) Bütün dairəyə səpələnmiş, köçəriliklə məşğul olan Ayrumlar mahalı.

Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci illərinin II yarısında, çar məmurları Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir mahal-Dağlıq mahalı yaradılmışdır.

Yuxarıda qeyd etdiyimiz kimi, «Müfəssəl dəftər»də göstərilmiş Gəncəbasan, Sunqurabad, Kiçik Kürəkbasan, Böyük Kürəkbasan, Kürəkbasan, Danqı nahiyələrinin bütün ərazisi, Şəmkürbasan, Aşağı Zəyəm, Yuxarı Zəyəm, Tür­kənlər, Qaraqaya və Xılxına nahiyələrinin ərazisinin bir hissəsi Gəncə xanlığının ərazisi çərçivəsinə düşür. Şəmkürbasan, Aşağı və Yuxarı Zəyəm, Türkənlər, Qaraqaya və Xılxına nahiyələrindəki toponimik vahidlərin hansının Gəncə xanlığı ərazi­sinə, hansının xanlığın ərazisi çərçivəsindən kənara düşməsini müəyyənləşdirmək mümkün olmadığına görə, biz bu nahiyələri bütünlüklə, şərti olaraq, Gəncə xanlığı ərazisinə şamil etmişik. Hesablamalarımıza görə, 1727-ci ildə həmin nahiyələrdə 7.450 vergi mükəlləfiyyəti daşıyan şəxs qeydiyyatdan keçmişdir. Əgər yalnız ərazisi bütünlüklə Gəncə xanlığının tərkibinə düşən nahiyələri götürsək, onda, «Müfəssəl dəftər»in statistik məlumatına görə, Gəncəbasan, Sunqurabad, Kiçik Kürəkbasan, Böyük Kürəkbasan, Kürəkbasan və Danqı nahiyələrində 1727-ci ildə 4.285 ailənin yaşadığı məlum olur.

XVIII əsrin 30-80-ci illərində baş vermiş siyasi çəkişmələr, hərbi yürüşlər və ara müharibələri Gəncə xanlığı əhalisinin böyük təlafata uğramasına gətirib çıxarmışdı. 1734-1735-ci illərdə Nadirin yürüşü, 1750-1751- ci illərdə Pənahəli xanın Gəncə şəhərinin bir hissəsini qarət etməsi, 1780-ci ildə İbrahimxəlil xan və II İrakli qoşunlarının Gəncəni işğal etməsi, 1795-ci ildə İbrahimxəlil xanın Gəncəyə ikinci yürüşü zamanı baş vermiş qırğınlar nəticəsində Gəncə xanlığının əhalisi kəskin şəkildə azalmışdı.

Azərbaycan Respublikası Mərkəzi Tarix Arxivi fondunun materiallarında da Gəncə xanlığı və Yelizavetpol dairəsi əhalisinin say dinamikası ilə bağlı qiymətli materiallar vardır. Arxiv materiallarına görə, 1804-cü il 2 mart tarixli kameral təsviri nəticəsində Gəncə xanlığı ərazisində 2.517 ailə qeydə alınmışdır.

1807-ci ilin fevralında keçirilmiş Yelizavetpol dairəsinin kameral təsviri zamanı dairədə 2.025 ailənin yaşadığı müəyyən edilmişdir.

1808-ci ilin dekabrında Yelizavetpol dairəsində keçirilmiş sayım materialları dairədə 8.913 nəfərin yaşadığını qeydə almışdır (ЦГИААР.фонд 24.оп.1.д.10. лл.61-68)1817-ci ildə Yelizavetpol qəzasında keçirilmiş ən mükəmməl kameral təsvir materiallarının araşdırılması nəticəsində qəzada 17.901 nəfərin yaşadığı müəyyən edilmişdir.

1804-cü ilə nisbətən 1807 və 1808-ci illərdə Yelizavetpol əhalisinin sayını kəskin şəkildə azalması birinci rus-İran müharibəsinin başlanması ilə bağlı olmuşdur. Gülüstan sülh müqaviləsinin bağlanmasından sonra dağılmış əhalinin geri qayıtmasının nəticəsində Yelizavetpol qəzasında əhalinin sayı 1817-ci il siyahıya alınması zamanı demək olar ki, iki dəfə artmışdı.

1833-cü ildə Yenizavetpol qəzasında keçirilmiş kameral təsvir materialları qəzada 5.424 ailənin (12.149 k.c) yaşadığını qeydiyyatdan keçirmişdir. 1817-ci ilə nisbətən baş vermiş bu artım ermənilərin Yelizavetpol qəzasına köçürülməsinin nəticəsi idi.

Qorxmaz Mustafayev

http://karabakhmedia.az/


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər