HAVASINA
Könlüm həsrətindən qırov bağlayıb,
Gəl isit, qızınsın yaz havasına.
Təzələ eşqinlə nimdaş ruhumu,
Bəzənib, süstlənsin naz havasına.
Dara asta-asta qəm tellərini,
Aç-tök dolaşıqdan nisgillərini.
Ovutsun nəfəsin qar əllərimi,
Donmasın hicranın buz havasına.
Oyansın qisməti yatan arzular,
Ümidi zamanda batan arzular,
Varlığınla kama çatan arzular,
Doysun vüsalının öz havasına.
Dönsün xəyallarla üzən gözlərim,
Sürünüb kölgənlə gəzən gözlərim,
Dərdi damla-damla süzən gözlərim,
Qurusun sevincin köz havasına.
Qaytar Xatirəyə ötən çağını,
Yandır atəşinlə qəlb çırağını.
Qaynatsın ilhamın söz bulağımı,
Köklənim sevdanın saz havasına.
***
GƏL, ÖYRƏT MƏNƏ
Köksümü göynətdi buz xatirələr,
Səni xatırlayıb döndüm dünənə.
Sevməyi öyrədib getdiyin kimi,
İndi unutmağı gəl, öyrət mənə...
Tezcə alışmışdım, sevmək çox asan,
Sızıb qəlbə hopur keçməmiş zaman.
Ancaq bu sevdanın odu nə yaman,
Üfürüb söndürdüm, alışdı yenə...
Baxdıqca gözümdə gözünü gördüm,
Atəşindən düşən közünü gördüm.
Hələ də qəlbimdə izini gördüm,
Süründüm arxanca, çatmadım sənə.
Gecələr laylamı çaldı intizar,
Vüsalın qəm saçdı, həsrətin qübar.
Adınla döyünən bu ürək ki var,
Səni soraqladı hey dönə-dönə.
Unutmaq çox çətin, bacarmadım heç...
Umidim yox oldu, xəyallarım puç.
Xatirə, etdiyin günahdı, ya suç?
Eşqin əzabıyla məhkumsan qəmə.
***
DAĞLAR
Ah-naləm tutub cahanı,
Yet dadıma, çat, ay dağlar.
Leysan olan qəm yaşımı,
Sellərinə qat, ay dağlar.
Cığırların sinəmdə iz,
Yoxluğundu, yandığım köz.
Gül-çiçəyin sinəmə düz,
Məlhəm bilib sat, ay dağlar.
Ağ qarın yorğanım elə,
Tər şehin üstümə çilə.
Ağuşunda oda bələ,
Al qoynuna yat, ay dağlar.
Yuvam olub dərd-qubarın,
Zimistandı yaz-baharın.
Göyçə kimi bir diyarın,
Qəm ahına bat, ay dağlar.
Xatirənin gümanı ol,
Naçar dərdin dərmanı ol,
Son mənzili, ünvanı ol,
Həsrətini at, ay dağlar.
***
BƏNÖVŞƏ
Ətrin bahar nəfəsidi,
Ruhuma çökən bənövşə.
Qayalıqda, kol dibində,
Boynunu bükən bənövşə.
Şehini incitək düzər,
Göy donuna naxış bəzər.
Ərköyündü, tezcə küsər,
Qaşqabaq tökən bənövşə.
Tərpətdikcə dağ küləyi,
Nazlanar incə mələyi.
Ədasından tər çiçəyi,
İntizar çəkən bənövşə.
Qoxusundan doyar aləm,
Gül hüsnündən silinməz qəm.
Həsrət ilə olub həmdəm,
Hicrana məskən bənövşə.
Xatirətək qəlbi küskün,
Gözü yolda məyus, üzgün.
Boylandıqca süzgün-süzgün,
Ömrümü sökən bənövşə.
***
Ayrılıq
Yenə vədəsində kəsib qarşımı,
Zəfər təbilini çaldı ayrılıq.
Vüsaldan umduğum bir ovuc payı,
Qoparıb əlimdən aldı ayrılıq.
Baxmadı gözümdə nəm giləsinə,
Bənzətdi yazımı qış çiləsinə.
Sevinci yükləyib öz şələsinə,
Mənimlə baş-başa qaldı ayrılıq.
Taleyə, qismətə qadağa qoydu,
Ürəyi eşqinə sadağa qoydu,
Dandı öz suçunu darağa qoydu,
Hicranla telimi yoldu ayrılıq.
Qəlbim inlədikcə qəhqəhə çəkdi,
Şumlayıb ömrümü, dərd-kədər əkdi.
Qızmar gün istədim, o leysan tökdü,
Damladan bir ümman oldu ayrılıq.
Boğdu arzuları qəm ağuşunda,
Həsrətin, nisgilin dəm ağuşunda,
Yazıq Xatirəni nəm ağuşunda,
Büküb ahu-zara saldı ayrılıq.
Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025