"Böyük Ermənistan və ermənilərin xilası”: ABŞ nədən Azərbaycan Xalq Cümhuriyyətini tanımadı...

18:00 / 15.04.2019
Baxılıb: 2000

"Genosid" Qərbin Osmanlını xəritədən silmək planı idi

Aprelin 24-nə sayılı günlər qalıb. Yenə, Qərb ölkələri Türkiyəni erməni soyqırımı törətməkdə ittiham etmək üçün yenidən növbəyə dayanacaq. Xüsusən, gözlər Vaşinqtona zillənəcək. Görən, Donald Tramp bu məsələ ilə bağlı nə deyəcək, necə deyəcək və. s.

Belələrinə bəzi şeyləri xatırlatmaq gərəkir. Bizim də tarixdən az çox xəbərimiz var. Yaxşı bilirik ki, soyqırım-genosid kimi ifadələr Britaniya və ABŞ kimi imperiyaların siyasi dividentlər əldə etmək üçün ortaya atdığı fırıldaqlardan başqa bir şey deyil. Hətta onların arşını ilə bu məsələyə yanaşsaq, yenə də Qərb biabırçı gündə görünəcək. Təəssüf ki, Azərbaycanda hələ də insanların çoxu bu kimi tarixi faktlardan bixəbərdir...

Britaniya imperiyasından başlayaq. Onların Hindistanda törətdiyi vəhşiliklər haqqında yayğın məlumatlar Azərbaycanda geniş kütlələrə bəlli deyil. Amma həmin faktlara nəzər salmaqda fayda var. Ən azı, bizi ittiham edənlərin tarixi keçmişində yaşanan rəzalətlərdən xəbərdar olduqda onların bu kimi ittihamlarının önəmi ciddiliyi kəskin şəkildə itirir.

1919-cü ildə ingilislər Hindistanda əkib-biçilmiş milyonlarla ton taxılı gəmilərə doldurub Britaniyaya göndərdilər. Aclıq ölkəni bürüdü. Buna baxmayaraq ingilislər Hindistanda taxılı zorla toparlayıb öz ölkələrinə aparırdılar. O vaxt Hindistanda aclıqdan 12-29 milyon arası insan öldü...

Oxşar hadisə 1943-cü ildə Banqladeşdə yaşandı. 4 milyon nəfər dünyasın dəyişdi. O vaxt ac insanların son azuqələrini əlindən alan ingilislər ərzağı Britaniya ordusuna və Yunanıstana göndərirdilər...

Bu faciə ilə bağlı suala baş nazir Uinston Çörçill belə cavab vermişdi: "Mən hindistanlılara nifrət edirəm. (O vaxt Banqaladeş Hindistanın tərkibində idi. E.H.) Onlar vəhşidir, dinləri də vəhşilikdən doğub. Aclıq isə onların öz günahıdır. Dovşan kimi doğub törəyirlər". Düşünün ki, irqçi terrorçu təşkilat kimi tanınan “Ku Kluks Klan” təfəkküründə olan bu siyasətçiyə mədəni Qərb ədəbiyyat sahəsindəki fəaliyyətinə görə 1953-cü ildə “Nobel Mükafati” verib. Özünü dünyaya demokratiyanın müdafiəçisi kimi sırıyan Ağ Ev isə bu irqçini 1963-cü ildə Amerikanın fəxri vətəndaş elan edib. Diqqət edin, 21-ci əsrdə-2002-ci ildə isə “BBC” Birləşmiş Krallıqda 1 milyon insan arasında sosioloji sorğu keçirib və ... Uinston Çörçill bütün dövrlərin ən dahi britaniyalısı seçilib.

Britaniyanın tarixi onlarla bu kimi dəhşətli faktlarla doludur. Buna baxmayaraq, ingilislər və onların törəməsi olan amerikalılar inadla türkləri erməni soyqırımı törətməkdə ittiham edirlər...

Tarixçilər yazır ki, müasir İngiltərə dövləti məhz daxili düşmənlərini soyqırıma məruz qoymaq sayəsində yaranıb. 1069-1070-cı illərdə Yorkshire-də baş verənlər başlanğıç idi. 1190-cı ildə isə York-da yerli yəhudilər qılıncdan keçirildi. İngiltərənin dövlət və hökumət başçısı Oliver Cromvel 1649-1650-ci illərdə irlandlara qarşı soyqırım törətdi. 200 min-618 min arası irlandiyalı qətl edildi. Bu isə o əhalinin 20-40 faizinə bərabər nisbətə gəlirdi. 1845-ci ildə irlandlar yenidən ingilislərin qəzəbinə gəldi. Rəsmi məlumatlara görə, o vaxt 775 min -1.5 milyon arası irland öldürüldü. Bu isə yerli əhalinin 25 faizi demək idi.

1922-ci ildə ingilislər Yer kürəsinin dörddə birinə nəzarət edirdi. Dünya əhalisinin beşdə biri də Britaniya imperiyasında yaşayırdı. 
O da maraqlıdır ki, son sorğuların nəticəsinə görə, Britaniya əhalisinin 43 faizi Britaniya imperiyası ilə fəxr edir, 44 faizi isə müstəmləkə sistemi yaratmış bu imperiyaya görə xəcalət çəkir. Maraqlı nəticədir, deyilmi...

Gəlin ABŞ-a baxaq. Görək bunlar haqqında tarix nə deyir. Özü də öz əlləri ilə yazdıqlarına istinad edəcəyik. Amerika tarixçiləri yazır ki, 1492-ci ildə Kolumb Şimali Amerikanı kəşf etdi və elə o vaxtdan da XIX əsrin sonuna qədər avropalılarla yerli tayfalar arşında saysız-hesabsız müharibələr oldu. Bu müharibələrdən 1.500-ə ABŞ hökuməti rəsmən (sənəd-sübutla) icazə verib. Bu müharibələr dayandırılanda Şimali Amerikada cəmi 238 min nəfər yerli adam qalmışdı. 5 milyonla 15 milyon arasında insan məhv edilmişdi. Diqqət edin, burada söhbət yalnız Şimali Amerikadan gedir. Özü də bu rəqəmlərlə razılaşmayan tarixçilər də var. Onlar hesab edir ki, avropalılar tərəfindən Şimali Amerikada 10-20 milyon arasında insan öldürülüb. Bütövlükdə isə Amerika qitəsində avropalıların öldürdüyü insanların sayı 30 milyondan çoxdur. 

Avropalılar Afrika qitəsində yaşayan insanlara necə divan tutub? Bunu da tarixdən silmək mümkün deyil. Sadəcə bir epizodu deyim. Afrikadakı insanları tutub gəmilərə doldururdular və qul kimi satmaq üçün Amerikaya aparırdılar. Yolda ölənləri isə dənizə atırdılar. Akulalar ölmüş zənciləri o qədər həvəslə yeyirdilər ki. Bu barədə prosesin şahidlərindən birinin yazdığı yaddaşımda ilişib qalıb. Afrikadan çıxıb Amerikaya çatana kimi gəmiləri akulalar müşayiət edirdi. Bilirdilər ki, insan cəsədləri bol olacaq...

ABŞ-ın erməni sevgisi xeyli köhnə söhbətdir. Bu məsələyə keçməmişdən onu deyim ki, Osmanlı imperiyası XVIII əsrin sonu XIX əsrin əvvələrindən etibarən zəifləməyə başladı. Dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələri Osmanlını parçalamaq üçün hərəkətə keçdi. İngilislər, fransızlar, ruslar, amerikalılar... bu sırada öndə gedirdi. Osmanlını daxildən parçalamaq üçün yerli xristianlara-xüsusən ermənilərə üstünlük verildi. Baxın, 1850-ci il. Amerikadan Osmanliya axışan missionerlər Qriqoryan erməniləri protestant etməyə başladılar. İngilis missionerlər də onlara dəstək verdi. Nəticədə protestant erməni kilsəsi Osmanı dövləti tərəfindən tanındı. Ermənilərə hər cür dəstək verən Qərb ölkələri artıq 1894-1896-cı illərdə ortaya erməni məsələsi atd. Qərbdə Osmanlıya qarşı ciddi təbliğat başladı. Bu arada ABŞ 60 min erməninin Amerikaya aparılmasını təmin etdi. Bu da Osmanlıya qarşı Qərbdə düşmən münasibətin formalaşmasına ciddi təsir göstərdi...
Qərbin Türkiyəni parçalamaq üçün ortaya qoyduğu Sevr anlaşmasına görə (1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi") Türkiyədə erməni dövləti qurulmalıydı. Ancaq Mustafa Kamalın və türk ordusunun rəşadəti bu mənfur planın həyata keçməsinə imkan vermədi.

1919-cü ildə Paris Sülh Konfransında isə ABŞ, İngiltərə və Fransa Osmanlı imperiyasını xəritədən silmək üçün birgə addımlar atdı. Xristian Dünyası Konstantionpolun 1453-cü ildə 21 yaşlı Sultan II Mehmet tərəfindən işğalını unutmamışdı. Məhz bu şəhərin işğalından sonra Sultan II Mehmet “Fateh” ləqəbi aldı və Bizans imperiyasının xarabalıqları üzərində Osmanlı imperiyaya çevrildi...
O da məlumdur ki, hələ 1915-ci ildən Antanta dövlətləri (Almaniyaya qarşı Böyük Britaniya, Fransa, Rusiya, İtaliya və Yaponiyanın yaratdığı hərbi ittifaq) Osmanlını öz aralarında bölmək üçün məxfi danışıqlar aparırdı. Ancaq türkün İstiqlal savaşı Sevr müqaviləsinin 1923-cü ildə Lozanna müqaviləsi ilə əvəz olunmasına səbəb oldu. Bu münasibətlə Məmməd Əmin Rəsulzadənin önəmli bir fikri var: "Mənhus Sevr müahidəsi yırtıldı, məsud Lozan müahidəsi yazıldı!... Birincisi, çökən imperatorluğun ölüm baratı idi; ikincisi isə yüksələn cümhuriyyətin doğum vəsiqəsi oldu"...

Sevr müqaviləsi həyata keçsəydi nə baş verərdi? İzmir şəhəri Yunanıstana çatırdı, Bitlis, Ərzurum və Van əyalətlərinin bir hissəsi Ermənistana verilirdi. Trabzon da ermənilərə çatırdı və ermənilər Qara Dənizə çıxış əldə edirdi. Türk ordusu buraxılırdı, əvəzində 15 minlik silahlı qüvvə saxlanılırdı...

O vaxt ABŞ-ın 28-ci prezidenti olan Tomas Vilson (1913-1921) bu işdə o qədər canfəşanlıq etdi ki, ermənilərə verilməsi nəzərdə tutulan ərazilərə “Vilson Ermənistanı” adı verildi. Ermənilərə ağlasığmaz dərəcədə dəstək verən bu adam Ermənistan üzərində ABŞ-ın mandatını rəsmiləşdirmək üçün Senata müraciət etdi. Ancaq Senat prezidentin təklifini rədd etdi. O da maraqlıdır ki, Paris Sülh Konfransında şəxsən iştirak edən prezidentə 1919-cü ildə “Nobel Sülh Mükafatı” verilib...

Tomas Vilson “Böyük Ermənistan və ermənilərin xilası”ndan danışmağı çox sevərdi. Ancaq Amerika prezidentinin Türkiyə ərazisində xəyalında qurduğu “Müstəqil Ermənistan” müzəffər türk ordusu tərəfindən 2 həftəyə yox edildi. 

Təbii ki, ermənilərə belə aşırı məhəbbəti olan birisi Azərbaycana düşmən münasibət sərgiləməliydi. 1919-cü ilin 28 may günü Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən cənab Vilson bu xahişi rədd etdi. Bu faktı da unutmaq olmaz...

Qərbin Asiyada törətdiyi vəhşiliklər haqqında da çox yazılıb. Sadəcə bir epizodu qeyd edəcəm. 1989-cu ildə İspaniya-ABŞ müharibəsi sonuncunun xeyrinə başa çatdı. İspaniya Flippini 20 milyon dollar müqabilində ABŞ-a verməli oldu və Amerika ordusu ilə azadlıq uğrunda vuruşan flippin xalqı arasında müharibə başladı. Amerikalı briqada generalı Yakob Smitin verdiyi bu əmr fakt olaraq ortadadır: “Mənə əsir lazım deyil. Mən istəyirəm ki, siz onları (fillipinliləri) öldürəsiz və yandırasız. Belə etsəniz, bu, mənim üçün çox xoş olar. Mən istəyirəm ki, əlinə silah alıb ABŞ-a qarşı döyüşə bilən hər kəs öldürülsün”...

Və amerikalıların Flippində törətdiyi qırğın nəticəsində 50 min nəfər məhv oldu.

Fransa da erməni məsələsində xüsusi həssaslıq göstərən ölkədir. Fransanın Əlcəzairdə və Ruandada törətdiyi vəhşiliklər də yaddaşlardan silinməyib. Türkiyə prezidenti Rəcəb Ərdoğan bu məsələ ilə bağlı 2012-ci ildə Fransa prezidenti Nikola Sarkoziyə müraciətlə belə demişdi: “Soyqırımı görmək istəyənlər dönsünlər və öz çirkli qanlı tarixlərinə baxsınlar… Əgər Fransa Milli Assambleyası tarixlə maraqlanmaq istəyirsə, getsin, Afrikada yaşananları, Ruandanı, Əlcəzairi işıqlığa qovuşdursun…".”

Əlcəzair və Ruandada nə olmuşdu? Fransa Əlcəzairi 1830-cü ildə işğal etdi və oradan yalnız 1962-ci ildə çıxdı. İşğal zamanı Əlcəzair xalqı 1 milyon nəfər itirdi. Düşünün ki, mədəni fransızlar müsəlmanlara məscidlərdən azan verməyi belə qadağan etmişdi. Onlar ərəbləri assimilyasiya etməkdən ötrü min oyundan çıxdılar. Ancaq sonda Əlcəzair xalqı azadlığına qovuşdu. 
Ruanda xalqının 90 faizini hutu, 9 faizini tutsi, 1 faizini isə pigme qəbiləsi təşkil edirdi. Hutu əslli Raunda dövlət başçısının təyyarəsinin 1994-cü ildə vurulması qırğının başlanmasına rəvac verdi. Fransa hutu hökumətinə əsgəri dəstək verməyə başladı. Nəticədə 800 minə qədər insan qətl edildi. Belçikanın müstəmləkə idarəçiliyini asanlaşdırmaq üçün etdiyi ayrı-seçkiliyin sonuna Fransa belə bir möhür vurdu və Ruanda dövlət dili olan fransızcadan imtina edərək ingilis dilinə keçdi...
Ermənilərə dəstək verənlər arasında Almaniya da var. I Dünya Müharibəsində Almaniya ilə müttəfiq olan Osmanlı ağır məğlubiyyətlə üzləşdi. Buna baxmayaraq, Almaniya Qərbdə sərgilənən xristian həmrəyliyinə sədaqət nümayiş etdirmək üçün öz müttəfiqinə arxadan zərbə endirdi...
Almaniyanın törətdiyi kütləvi qırğınlar haqqında söhbət açmağa elə bir ehtiyac yoxdur. Zatən, özləri də bunu etiraf edirlər. 
Elbəyi Həsənli, Sürix

P.S. Biz İngiltərə baş naziri Uinston Çörçilin Hindistan qırğını haqqında fikirləri orijinalda təqdim edirik:

Between 12 and 29 million Indians died of starvation while it was under the control of the British Empire, as millions of tons of wheat were exported to Britain as famine raged in India.
In 1943, up to four million Bengalis starved to death when Winston Churchill diverted food to British soldiers and countries such as Greece while a deadly famine swept through Bengal. 
Talking about the Bengal famine in 1943, Churchill said: “I hate Indians. They are a beastly people with a beastly religion. The famine was their own fault for breeding like rabbits.”

Mətnin orijinalı aşağıdakı linklərdə:

https://www.opendemocracy.net/en/britain-and-genocide/

https://www.independent.co.uk/news/uk/home-news/worst-atrocities-british-empire-amritsar-boer-war-concentration-camp-mau-mau-a6821756.html

https://www.independent.co.uk/news/uk/home-news/worst-atrocities-british-empire-amritsar-boer-war-concentration-camp-mau-mau-a6821756.html

 

http://musavat.com


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər