Özündən 60 yaş böyük kişi ilə evlənən dahi qızcığaz

19:30 / 17.04.2019
Baxılıb: 3528

Goyce.az Kulis.az-a istinadən Vasif Ayanın "Nika Turbina - 8 yaşlı dahi şairə" yazısını təqdim edir.

 

“Mənim həyatım qaralamadır ...”

O, günəşli Yaltada dünyaya göz açmışdı. Ümumiyyətlə, Yalta şəhəri həmişə yaradıcı sakinləri – rəssamları, yazıçıları, musiqiçiləri ilə məşhur olmuşdur. Belə ki, balaca Nika da yaradıcı ailədə doğulmuşdu. Doğulduqdan bir neçə il sonra isə bu balaca qızcığazı, artıq Sovet İttifaqında hər kəs tanıyacaqdı. Ancaq o zamana isə hələ vardı.

Nika Turbina astma olduğundan, gecələr bu xəstəlik səbəbindən yata bilmirdi. O, yatmaqdan qorxurdu. Nikanın 4 yaşı olanda, anasına ağzından çıxan hər sözün Allahın  ona dediyi cümlələr olduğunu bildirir və anasından hər sözünü yazmasını istəyir. Daha sonra isə şeir yazmağa davam edir və 9 yaşında ilk şeir kitabı dərc olunub. Nikanın nənəsi də etiraf edir ki, qızcığaz 12 yaşı olanda biz onu heç vaxt yatan yerdə görmürdük. Bu nə demək idi, biz bunu anlaya bilmirdik. O, otaqda öz-özünə danışırdı. Biz ondan soruşurduq: “Nikuşa, sən kiminlə danışırsan?” O, cavabında “Allah ilə...”  deyirdi. Onun şeirlərini isə anası və nənəsi qalın bir dəftərə köçürürdülər, çünki uşaq hələ yazmağı bacarmırdı.

“Ana, mən şeirdən boğuluram. Nəfəs ala bilmirəm...” Sovet və rus şairəsi olan Nika Georgevna Turbina 17 dekabr 1974 cü ildə Yaltada, tanınmış rəssam Maya Turbinanın ailəsində dünyaya gəlib. Nikanın babası da dövrünün tanınmış yazıçısı Anatoli Nikanorkin idi. Nika, ikinci ailə həyatı qurana kimi ailənin yeganə övladı olub. Balaca Nika bir zamanlar Sovetin məşhur şairəsi olmuş Marina Tsvetayevanın təhsil aldığı gimnaziyada oxuyurdu. Bu bir təsadüf idimi? Nika məktəbdə də sinif yoldaşlarından qeyri-adiliyinə görə fərqlənirdi. 1981 ci ildə, Nika Turbina birinci sinifə gedəndə artıq, bu fenomen qızcığaz haqqında “Möcüzə uşaq” sədaları Krım vilayətində dolaşmaqda idi. Elə həmin ərəfədə yeniyetmə dahinin şeirləri yazıçı Yuliyan Semyonovun əlinə düşür və o dərhal Nikanın şeirlərini “Komsomolskaya Pravda” qəzetində nəşr etdirir.

Sovet aktyoru Cigərxanyan isə müsahibəsində deyir: “Mən hansısa qəzetdə oxumuşdum, səhv etmirəmsə “Komsomolskaya pravda” qəzetində idi, Yevtuşenkonun himayəsində olan bu balaca qızın şeiri idi. Bu şeir çox xoşuma gəldi. Daha sonra məni təəccübləndirən bir məqam oldu. Mən bu qızcığazın özündən də, valideynlərindən də bu haqda  soruşmuşam. Deməli, Nika 7-8 yaşlarında olanda, anasını gecə oyadırmış ki, “Mən şeirdən boğuluram. Nəfəs ala bilmirəm...”

“Barmaqların sinirlərini qaldırın”

“Qaralama” silsiləsindən 

Yarpaqları quş tayfasına çevirin,

Durnaların cingiltisinə,

Küləyi yellənçəkdə yellədib,

Çevrilsin bir şaxtalı şehinə,

Bir mənə kömək edərdiniz,

Həyəcanı, şübhəni unutmaq üçün,

Əlinizi uzadın!

Mən bunu çox istərdim,

Ürəyin döyüntsünü hiss etmək üçün...

Yuliyan Semyonov ilə tanışlıq necə baş tutdu? 1982 ci il. “Baharın 17 anı” filminin ssenaristi, məşhur Sovet yazıçısı Yuliyan Semyonov Yaltada istirahət edirmiş. Nikanın nənəsi Yuliyan Semyonova balaca qızcığazın şeirləri ilə dolu dəftəri göstərir. Nənəsi çox istəyir ki, böyük yazıçı Yuliyan Semyonov bu uşağın istedadına qiymət versin. Yuliyan Semyonov ona yaxınlaşan, nələкsə xahiş edən çoxlu sayda insanlar gördüyündən Nikanın nənəsini çox da ciddiyə almır. Ancaq onu qırmamaq üçün dəftərə göz gəzdirməyə başlayır. Semyonov təəccüblə qadından soruşur: “Siz onun neçə yaşı olduğunu söylədiniz? 8 ? Bu ola bilməz ...”

Yevtuşenko – Nikanı şöhrətə, həm də uğursuzluğa aparan əfsanə.

1983 cü ildə, Nika 9 yaşındaykən, onun şeirlərinin yığma kolleksiyası olan “Qaralama” adlı kitabı Moskvada nəşr olundu. Kitab daha sonralar 12 dilə tərcümə edilmişdi. Balaca Nikanın yaradıcılığında geniş yeri olan şəxslərdən biri də, Sövet dövrünün ədəbiyyatında öz imzası olan, 1960-cılar nəslinin parlaq nümayəndələrindən sayılan, əfsanəvi Sovet şairi Yevgeni Yevtuşenko idi. Kitabı Yevtuşenko ərsəyə gətirmiş, adını “Qaralama” qoymağı Nikaya təklif etmiş və çap etdirmişdir. Nikanın kitabı 30 min tirajla  buraxılmışdı. Nika həmin ərəfədə stadiona yüzlərlə oxucuları toplamağı bacarmışdı. O, şeirlərini Voznesenski üslubunda, ucadan səsləndirirdi.

Adətən insanların taleyində kimsə ona dəstək olmaqda vasitəçi olur, Nika Turbinanın da taleyinə Yevtuşenko kimi nəhəng bir şairlə tanışlıq, dostluq yazılmışdı. Yevtuşenko balaca Nika ilə dostluqdan əlavə, onun necə deyərlər həmkarı, nəzarətçısı, meneceri, prodüseri idi. Onun bütün yaradıcılığnda, görüşlərində, təqdimatlarında Yevtuşenko  birbaşa aktiv şəkildə təşəbbüs göstərir, can yandırır, bu balaca dahi qıza ürəkdən qayğı bəsləyirdi. Məhs Yevtuşenkonun dəstəyi sayəsində qızcığaz Moskvanın ədəbi dairələrinə daxil ola bildi, kütlənin qarşısına çıxdı, həddindən artıq populyar oldu. Sözsüz ki, Yevtuşenko nə qədər vasitəçi olsa da belə, danılmaz fakdır ki, Nika Turbina çox istedadlı, fərqli şeirlər yazan fenomen, vunderkind idi.

Yevtuşenkonun təşəbbüsü ilə, Nika Turbina 10 yaşındaykən Venetsiyada keçirilən “Şairlər və Yer” adlı beynəlxalq poeziya festivalında iştirak edir və Nika, əsas mükafat olan “Qızıl şir” mükafatına sahib olur.

Rusiyada bu mükafatı o vaxta kimi bir nəfər almışdı – o, da məşhur Sovet şairəsi Anna Axmatova idi. Anna Axmatova bu mükafata sahib olanda 60 yaşı var idi. Anna Axmatovadan sonra bu mükafata 10 yaşlı balaca Nika Turbina sahib olur. Bu bu əsl ədəbi inqilab idi. Bu balaca qız, sözün həqiqi mənasında ədəbiyyat camiyəsində inqilab etmişdi...

Daha sonra Nika ABŞ-a səfər etdi və orada Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, dissident, dünya şöhrətli yazıçı İossif Brodksi ilə görüşür. Həmin ərəfədə amerikalı həkimlər Nika Turbinanın nənəsinə balaca şairəni çox yükləməməyi, çoxsaylı səfərlərə çıxarmamağı tapşırırlar və bu yüklənmiş uşaq beyni ilə Nikanın mütləq şəkildə psixoloji konsultasiyalardan keçməsini məsləhət görürlər. Brodski ilə görüşdən və Amerikadan geri qayıtdıqdan sonra Yevgeni Yevtuşenko Nika ilə əlaqələrini birdəfəlik kəsdi. Hətta Nika və ailəsindən gələn heç bir telefon zənginə cavab belə vermirdi. Yəqin ki, Yevtuşenkonun öz səbəbləri var idi. Ancaq o, Nika və ailəsini nankorluqda suçlaıyırdı. Uğursuz bir şəxsi həyat. Nəyinki balaca bir uşağın, hətta böyüklərin belə öhdəsindən gələ bilməyəciyi şöhrəti var idi Nikanın. Kiçik çiyinlərində bu şöhrətin ağırlığını daşımağa çox güman ki, onun gücü çatmırdı. 13 yaşındaykən Nika, Yevgeni Yevtuşenkonun ümidlərini doğrultmadığını anladı və ədəbiyyatla məşğul olmağı dayandırdı. Özünə qapandı. 13 yaşında isə Nika evi tərk edir. Üç il sonra o, İsveçrəyə gedir. Nika 16 yaşında ağır əsəb pozuntusu keçirir. İsveçrədə özündən 60 yaş böyük olan, şəxsi psixiatrı ilə evlənir. Nika ona ərə gedəndə 16 yaşı var idi, həyat yoldaşının isə 76. Bir il sonra yenidən Rusiyaya qayıdır və bir daha həyat yoldaşından danışmır. Ancaq qayıdışı daha da problemli olur.

Axı insan özü-özündən qaça bilmir?! O, narkotikə qurşanır, sərxoş həyat tərzi sürür, alkaqolizmdən əziyyət çəkir, ruhi sarsıntı keçırır. 1990 cı illər əksər tanınmış insanların həyatında olduğu kimi Nikanın da həyatında durğunluqla yadda qaldı. O, unudulduğundan çox şikayətçi idi. Hətta ABŞ-dan qayıdandan sonra ona bir dənə də olsa zəng gəlmədi. Deyəsən “oyuncaqlı qız” publikanı bezdirmişdi. Nikanın nənəsi Lyudmila Karpova o günləri belə xatırlayırdı: “ O, diqqət gözləyirdi. O, Yevgeni Yevtuşenkonun zəngini gözləyirdi, o, gözləyirdi ki, bir insan oğlu tapılacaq və deyəcək ki: “Sənə halal olsun Nika!” O, bütün günü öz-özünə təkrar edirdi. “Vəssalam. Bu sondur. Hər şey bitdi, vəssalam. Heç kəs artıq məni axtarmır. Mən Amerikadan qayıtdıqdan sonra heç kəs mənə zəng belə etmədi. Hər şey qurtardı! Mənim həyatım bitdi...”

Tüfeyli həyat tərzi, ruhun sığmazlığı və müəmmalı ölüm ...

Nika bir neçə müddət idi içki və narkotik asılığından əziyyət çəkirdi. 11 may 2002 ci il idi. Nika və həyat yoldaşı Aleksandr Mironov eyni küçədə yaşadıqları rəfiqələri İnnanın evinə qonaq gedirlər. Onlar içki qəbul edirlər, əylənirlər. Sonra Nikanın əri Aleksandr və İnna yeyəcək bir şeylər almaq üçün yaxındakı dükana yollanırlar. Nika isə 5-ci mərtəbədə, pəncərənin kənarında oturaraq, ayaqlarını sallamış tərzdə ( bu onun ən sevimli pozalarından biri idi ) onları gözləyirdi. Nika Turbina ümumiyyətlə hündürlükdən qorxmurdu. Deyilənlər görə o, geri çevilərək qalxmaq istəyəndə, məsafəni düz ölçməyib, ehtiyyatsızlıq nəticəsində yerə düşüb. Ancaq orda yeganə şahid itini həyətə gəzdirməyə çıxaran bir kişi olub. Onun dediyinə görə Nika pencərədən yıxılarkən, yüksək səslə: “Saşa, mənə kömək elə, mən indi yıxılacam!” deyib...

Beləcə keçmişin dahi qızcığazı, 27 yaşlı unudulmuş Nika Turbina, 11 may 2002 ci ildə, dostunun mənzilində 5-ci mərtəbədən yıxılaraq dünyasını dəyişir. Həmin an onun yanında heç kəs olmadığından bunun intihar olması, yoxsa ehtiyatsızlıqdan pəncərədən yerə düşməsini müəyyən etmək olmur. Nika son zamanlar sanki ölməyə tələsirdi. Ancaq hadisə yerinə gələn polislərə Nikanın yaxın dostu və müəlliməsi Alyona Qaliç xahiş edir ki, onlar ölüm səbəbinin adını suisid (özünüqəsd) qoymasınlar. Və ən qəribəsi də odur ki, Nika uğursuz intiharlarla bağlı televiziya layihələri reallaşdırırdı. Daha da qəribəsi isə Nika Turbina illər öncə çəkildiyi bir fildə də intihar etməyə hazırlaşan şagird obrazında oynayıb. Filmdə belə bir səhnə var. Nikanın qəhrəmanı sinif otağında, şahirdlərin gözü önündə ehmalca otağın pencərəsini açır və pencərənin kandarına qalxır. Özünü atmaq istəyərkən, müəlliməsi sakitcə arxadan müdaxilə edərək onu yazı masasının üzərinə yıxır və sonra üzünə bir neçə şillə vurur. İsterika halında olan qız ağlayır. Sinif yoldaşları isə onun boynuna sarılıb, öpməyə başlayırlar. Filmdə Nika intihardan dönür, nə yazıq ki, həyatda onu xilas edə bilən tapılmır. Nikanın çox gözəl siması vardı, dodağının üstündəki xalı isə ona xüsusi bir gözəllik verirdi. Nikanın artistizmi də yüksək səviyyədə idi. O, bir neçə filmə çəkilmiş, həm də məşhur jurnallar üçün fotessesiya etdirirdi.

Nika VQİK-ə sənədlərini vermişdi. 1994-cü ildə Nika Turbinanı imtahansız Moskva İncəsənət İnistitutuna götürürlər. Məşhur Sovet aktyoru Cigərxanyanın aktyor kurslarında dərs alırdı. Cigərxanyan müsahibəsində xatırlayır: “Biz onu düşünmədən götürdük. Mən şəxsən fikirləşmədən razılaşdım. Ola bilsin ki, o aktrisa olmayacaq, ancaq o şairədir, ona mütləq şəkildə vacibdir, incəsənət mühitində olması, özünü daha da təkmilləşdirməsi. Düşünürəm, yəqin ki, mən səhv etmişəm. O, təxminən 2 ilə yaxın məşğul oldu. Sonra gah yoxa çıxırdı, gah gəlirdi-gah gəlmirdi. O, sonra ümumiyyətlə yoxa çıxdı...”

Son müsahibəsində isə Nika Turbina deyirdi: “Mən sizə əminliklə deyə bilərəm ki, mənim övladlarım və nəvələrim olmayacaq. Mən qorxuram ki, doğuş edəcəyim məqamı görməyim...”

Yazını Nika Turbinanın şeirlərindən biri ilə yekunlaşdırmaq istəyirəm:

Öz yaşamadığım şəhərimdə,

 Özümü məhv etdim ...

Heç kəs görmədi – necə otağın qapısını bağladığımı,

Otağa daxil olduğumu,

Yastığı qucaqladığımı ...

O, şəhərdə heç kəs sözlərə inanmır...

Ölüm mənim qulağımdan da öpəndə...

Tənhalıqdan bağırdığımı,

Lal olduğumu!

 

Hələ sağ olan diri bədənimi cırmaqlayanda ...

Nə görən oldu, nə bilən ...

Heç kim bir dəfə də olsa öləcəyi haqqında düşünmür,

Kağız yatağında, boğularaq oxuyan şairi...

Öz yaşamadığım şəhərimdə

Əllərimə bükdüm incitmədən,

Sizi bükdüm bu şəhərdə

Böyük kədərlə və böyük xoşbəxtliklə!

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər