(əvvəli ötən sayımızda)
http://goyce.az/news.php?id=618
Düz iki həftə çəkdi mənim yolçuluğum. Dostum və həmkarım Səməd Rzaoğlu ilə min bir zillətlə SSR-TÜRKİYƏ sərhəd zolağına keçərək, ehtiyat hərbi yolla Sədərəyə, oradan isə Naxçıvana gəldik. İki gün sonra güclü hərbi mühafizə altında Culfadan Zəngilana yola salınan qaçqın eşalonunun sərnişinləri arasında biz də vardıq. Zəngilandan Bakıya getmək cəhdimiz fayda vermədi. O zaman Moskvanın Azərbaycan canişinin funksiyasını yerinə yetirən Ə.Vəzirov qaçqınların bakıya buraxılmaması barədə göstəriş vermişdi. Gəncəyə üz tutdum. Yenə komendant postları, yenə rus əsgəri formasında erməni gədələri...Nəhayət, üç gün soraqlaşandan sonra dədəmlə tapışdıq və sübh tezdən kəndimizə üz tutduq...
...Bütün Azərbaycanın yük maşınları Gədəbəydədir. Ə.Vəzirov deyilən Qorbaçov əlaltısının növbəti “yanımcıllıq” aksiyasıdır.
Ermənilərin nizami hərbi hissələri ilə üz-üzə qalmış millətə kömək durmaq əvəzinə, “çıxarın o camaatı ordan” – deyibmiş. Vəzirov üçün “orda” anlamına gələn o yerlər isə elə-belə yerlər deyildi. Min-min illər boyu qayalaşmış, torpağın təkinə kök atmış yurd yerləri idi. Və əzəli sahibləri o yerlərdən uzaqlaşa bilmirdilər; torpağın təkinə işləmiş min illik bağları qırmağa gücləri yetmirdi... Üzü Azərbaycana gedə-gedə gözlərini arxadan yığa bilməyən binavaların pərişan durumlarına biganə qalmaq mümkün deyildi. Cəmi üç gün sonra özümüzün də bax belə pərişan görkəmdə geri dönəcəyimizi hələ ağlıma sığışdıra bilmirdim... Bu yolları üzü Göyçəyə tərəf son dəfə getdiyimdən də hələlik bixəbərdim...
Bu da kəndimiz... Yalqızlıqdan uzaqlaşıb büzüşüb sanki...Lal sükutdan ürpəşir bədənim, üşənirəm. Elə bil dədə-baba yurduma yox, yad bir yerə gəlmişəm. Kəndimizdə ilk ermənini görəndə isə hansı hisslər keçirdiyimi ifadə etmək sadəcə mümkün deyil. Yox, qorxu deyildi; nifrətin, heyrətin, təəccübün qovuşuğundan qaynaqlanan qəribə bir hiss idi bu. Dədəm açıq-aşkar tələsir. Başa düşürəm, məndən nigarandır. Məni bu “qan çanağı” ndan mümkün qədər tez uzaqlaşdırmaq istəyir. Amma nə qədər tələssə də hərəkətlərində bir lənglik var, sanki zamanı saxlamaq, yurda görüşünü əbədiyyətə qədər uzaqlaşdırmaq istəyir. Hər daşı qollarından, çiynindən keçmiş evimizin başına dörd dolanır.
O gecə sinif yoldaşım Nuru Çoban da gəlib çıxdı kəndə. Atasının artıq köçdüyünü bilib, bizə dönmüşdü. Əslində, həmin gecə Nurunun kənddə gecələyə biləcəyi başqa bir yer də yox idi... O gecə bizim doğma ata-baba yurdumuzdakı son gecəmiz idi. Nə qədər ağrılı olsa da, bu gerçəkliyi hər birimiz tam aydınlığı ilə dərk edirdik. Amma hansı bir sövq-təbii hissləsə özümüzü müvvəqəti səfərə hazırlaşanlar kimi aparırdıq. Bəlkə də özümüzü sındırmamaq üçün, bəlkə də dərdin ağrılığından yayınmaq üçün edirdik bunu, bilmirəm... fakt o idi ki, özümüz özümüzü aldadırdıq; müqəddəs bir yalanın istisiylə ovunurduq... Bəlkə də o gecə bizi ovudan o yalan qayıdış inamımızın ilk cücərtisi, özünəinam deyilən ilahi bir gücün ilk işartısı idi. Hər nə idisə, doğma yurdumuzda, doğma ocağımızda keçirdiyimiz son qərib gecənin gerçək son yaşantısı idi bu...
...Vədə tamam idi. Dədəm qapıları bağlayıb, neçə ildən bəri həyət-bacamızın sədaqətli gözətçisi olmuş iti zəncirdən açdı. Bizim yola hazırlaşdığımız müddət ərzində lal-dinməz dayanmış zavallı heyvan müsibətin ağırlığını yalnız indicə hiss edibmiş kimi bir nalə qopardı ki, gəl görəsən... Üzünü dədəmin ayaqlarına sürtür, şırmanır, əllərini yalamaqdan doymurdu. Açıq-aşkar bizi bu yoldan saxlamağa çalışır, sanki dil açıb, “getməyin” – deyə yalvarırdı... Dözüləsi deyildi... Dədəmin ağır-ağır uzaqlaşdığını görüncə, o da sakitcə həyətə doğru çevrildi və...Üzünü göylərə tutub elə uladı, elə nalə çəkdi ki, yer ayaqlarımın altından qaçdı... 1988-ci il, dekabr ayının 7-si, saat təxminən 11 radələriydi... Gəncəyə dönüşümüzdə eşitdim ki, elə həmin anlarda Leninakanda dəhşətli zəlzələ olub. O zavallı itin ahımı tutdu onları?!.
...Dədəm itin naləsinə dözə bilmədi. Baxışlarını yerdən ayırmadan , bu mənzərə önündə heykəl kimi qurumuş bizlərə, Nuru müəllimlə mənə, - siz yola çıxın, mən də bir azdan gəlirəm, – dedi.
Anladım ki, qəbristana, babamın məzarıyla vidalaşmağa gedir. Mən də getməliydim, amma... Dədəmi tək buraxmaq məcburiyyətindəydim. Mən yanında olsam, ürəyini boşalda bilməyəcəkdi, babamın uzandığı torpağa iki gilə göz yaşı əmanətləyə bilməyəcəkdi dədəm. Amma əmanətlənməliydi o göz yaşları; heç olmasa doğmalarının son nişanəsi, son əmanəti, son təsəllisi kimi qalmalıydı o göz yaşları torpaqda...
...Birtəhər dözürdük evsizliyə, işsizliyə, vətənsizliyə - hər şeyə, hər şeyə birtəhər dözürdük. Daha doğrusu, ömrümüzü başabaş dözüm deyilən inadkarlığa xərcləyirdik. Dözümə söykənib ümidimizi ölməyə, inamımızı öləziməyə qoymurduq. Dözməyən təkcə nənəm idi. Gözdən yayındımı, üzü dağlara sarı dayanıb göz yaşlarına güc verər, babamın nahaq dünyayla vidalaşdığı gün çərçivəyə salınmış əksi ilə üz-üzə dayanar, saatlarla dərdləşərdi; sonra yenə üzü dağlara dayanıb saatlarla yollara baxardı. Fəhmlə müəyyənləşdirmişdi Göyçənin yerini Göycə mənəm.
Göyçə qibləsi olmuşdu Göycə nənəmin. Gözləri Göyçə yollarında , qolları Göyçəyə doğru uzanılı idi Göycə nənəmin. O yollardan gediş-gəlişin kəsilməsi, ayrılıq deyilən məchulluğun sonsuzluğa qədər uzanması səbrini tükədirdi Göycə nənəmin. Qoşa qardaşlarını, istəkli ömür-gün yoldaşını o torpaqlarda qoyub gəlmiş bu nurani insanın tale sınaqları isə tükənmirdi ki, tükənmirdi... Göyçə nisgili azmış kimi, tale ömrün ixtiyar çağında nəvə-nəticə itkisinin ağrısını da yaşatdı ona. Sanki İlahi bir qüvvə ciyərparalarını bu torpağa gömməklə onu bu yurda bağlamaq istəyirdi. Amma cəhdi əbəsiydi fələyin. Nənəm yovuşa bilmirdi bu yurda. Gözü yollardaydı Göycə nənəmin və səbirsizliklə durna köçünün Göyçəyə dönüşünü gözləyirdi. O dönüş ləngidikcə ləngiyir, ömür möhləti isə gödəldikcə gödəlirdi...Son vaxtlar lap kövrəkləşmişdi. Doğma eldən bircə nəfər gördümü, göz yaşları leysana dönüb təravətini hələ itirməmiş yanaqları boyunca ələnərdi. Ümidini üzmürdü, müharibənin qurtaracağı günü səbirsizliklə gözləyirdi. İkinci dünya müharibəsində də babamın yolunu beləcə gözləmişdi. İndisə babamın tənha ruhu gözləyirdi onun yolunu. Babam onun gözünü yolda qoymamışdı. 1939-cu ildə Fin müharibəsindən başlayaraq Berlinə, oradan da Mancuriyaya qədər döyüş yolları keçsə də, nənəmin yanına dönmüşdü. Nənəm isə qayıda bilmirdi; onu gözləyən ruha doğru bircə addım da ata bilmirdi. Bu əlacsızlıq, bu mümkünsüzlük idi nənəmin səbrini tükəndirən, onu oduz-alovsuz yandıran. Bununla belə, sanki fələklə ölüm-dirim savaşına qalxmışdı nənəm. Onun üçün qürbət olan vətəndə ölməyi də ağlına gətirmirdi nənəm. Yurdsuzluğa dözməyib dünyasını dəyişən tay-tuşlarını, rəfiqələrini son mənzilə yola salandan sonra, bir qayda olaraq onların ruhunu qınayardı; “hara tələsirdin, a günü qara, bu torpaqda rahat yata bilərsənmi, bu torpaqdan sənə gorgah olarmı?”... vaxt uzanır, nənəmin həsrətinin sonu isə görünmür ki, görünmürdü. Nəhayət, yurda uzanan yollar yolluqdan çıxanda, cığırları-izləri ot basıb çəmənə-çölə qarışdıranda, nənəmin yurda uzanan qolları da heydən düşdü. Ayrılığın yeddinci ilini yaşaya bilmədi nənəm. Elə bil zalım fələk də onun inadını görüb qovğa açmışdı. Qollarına qənim kəsildi ki, Göyçəyə tərəf qollarını uzatmasın; dizlərini taqətdən saldı ki, çölə çıxıb üzü Göyçəyə dayanmasın. Ağrılar, əzablar içində qovruldu... Amma ruhu vəfasız dünyayla barışmırdı ki, barışmırdı Göycə nənəmin. Gün ərzində bircə saat da çimir etmirdi, onu ziyarət etməyə gələnlərin kimliyindən asılı olmayaraq, hamı ilə söhbətinin bir mövzusu vardı; GÖYÇƏ.
Beş-on dəqiqə huşa gedəndə də o yurdda qəribsəyən ruhları haraylayırdı... Əcəllə oyun oynayırdı: dilində onu səsləsə də, daxilən əcəllə qovğadaydı nənəm. Əcəli heç vəchlə yaxına buraxmırdı nənəm, Əzrayıla can vermirdi, can vermək istəmirdi nənəm. Saysız-hesabsız iynələrdən cana doysa da, şiddətli ağrılardan zinhara gəlsə də, can vermək istəmirdi, bu torpaqda əbədiyyət tapmaq istəmirdi nənəm.Vəfasızlıq etmək istəmirdi nənəm. Özünə babamın yanında yer saxlatmışdı, qoşa başdaşı qoydurmuşdu sağlığında. “ Bir adamın iki qəbri olmaz, ” - deyirdi, onu gözləyən qəbrində uyumaq istəyirdi nənəm. O qəbir də, yəqin, həsrətlə gözləyirdi Göycə nənəmin yolunu, tilsim kimi çəkirdi onu, qoymurdu başqa torpağa qovuşmağa. Babamın tənha ruhu haraylayırdı onu. Nənəm də təbii ki, bütün ömrü boyu olduğu kimi çıxa bilmirdi onun sözündən. Beləcə, bu nahaq dünyanın yaxasından iki əlli yapışmışdı, əcəllə əlbəyaxa döyüşə çıxmışdı, ölümlə cəngə girmişdi nənəm. İstədiyi nə idi? Halal qəbri, babamın yanında bir əlçim torpaq, anasının, qardaşlarının ruhu dolaşan məzarlıqda bircə nəfərlik yer. Bu yeri də çox gördü ona zalım fələk... Daha qovğaya heyinin qalmadığını hiss etdiyi sonuncu gün radiodanmı, televiziyadanmı, mənim səsimi eşitmək istəyib. İşin tərsliyindən həmin gün mən efirə çıxmamışdım. Bunu da dərdinin üstünə dərd eləyərək, köçüb bu dünyadan nənəm. Onu son mənzilə yola salmağa tale mənə fürsət vermədi.
...Və beləcə, nənəm mənə vəsiyyət əvəzi üç dərd əmanətlədi: özünün Göçə nisgilini, son dəfə səsimi eşidə bilməmək küsüsünü və bir də eşidə bilmədiyim son sözünü...
Eşidə bilmədiyim mənim o son söz bundan sonrakı tale payım, içimdən göyərən Göyçə dərdimin əbədiyaşarlıq rəmzidir. Yəqin ki, elə belə də olmalıydı. Nənəmi çiynimdə son mənzilə aparmaq təsəllisini yaşamamalıydım ki, onun Göyçə nisgilini ömrüm boyu çiynimdə daşımaq məcburiyyətində olum. Bəli, bu yükü daşımaq mənim müqəddəs borcumdur. Ömür vəfa etsə, nənəmin Göyçə dərdini aparıb yolunu gözləyən boş qəbrində, babamın yanında dəfn etməliyəm. Özümə qismət olmasa da bu borcu ödəməyi özümdən sonrakılara əmanətləməliyəm...
...Nənəm məsum ruhu tənhalıqda qovrulan ülvisinin yanında yatır. Qərib ruhlarla dolu bir qəbirstandı bura. Bura hər dəfə yolum düşəndə qəlbim oyum-oyum oyulur. Digər məzarlıqlardan fərqli olaraq burada bir daşına belə etinasız baxmaq mümkün deyil. Əsasən Ermənistandan və Özbəkistandan didərgin düşüb, taleyin qaçqınlıq qismətini yaşamış binəsiblərin qəbri sıralanıb burada. Və o qəbirlərin necə abadlaşdırılmasından, necə sahmanlanmasından asılı olmayaraq, hamısının görkəmində bir yazıqlıq, bir küskünlük, bir kimsəsizlik duyulur. Burada insanın ağlına gələn ilk ifadə “ Qəribin qəbri də kök atmaz, babam ” misrası olur və o qəbirstandan min kilometrlərlə uzaqlaşan belə burada yaşanmış ilk təəssüratından ayrılmaq, bu tək misranın üzüntülü sehrindən qopmaq olmur.
... O gün nənəmin ziyarətinə gəlmişdik: ilk dəfə onsuz Bahar bayramı üçün halallıq almağa toplaşmışdıq. Bacılarım nənəli, bibilərim analı günlərinin həsrətinə ağlayır, üzünü bibisinin qəbrinə sürtərək nalə çəkən Nübar isə atasının, əmisinin – Göycə nənəmin qoşa qanad sandığı qardaşları Şahmarla İbrahimin ruhlarını haraylayırdı. Və sanki o harayın doğmalığını, məhərrəmliyini hiss edib bu yurddakı Göyçə həsrətli ruhların hamısı həmin günü kənd qəbirstanlığına toplaşmışdılar. El ağsaqqalı Aydın Məmmədovdan tutmuş Qaraqoyunlunun sonuncu şəhidi Məzahim Qəhrəmanova qədər; ayrılıq fərağına dözməyərək, didərginlik tariximizin lap əvvəllərindəcə bu nahaq dünyadan üz döndərmiş Seyid Sənəmdən tutmuş ilk şəhid Daşdəmir İmanova qədər cəmi yurddaşlarının Göyçə - Qaraqoyunlu həsrətli ruhları; Şəmkirdən Bakıya, Bakıdan Rusiya ucqarlarına qədər səpələnmiş qərib ruhların hamısı uzaq yolları bir göz qırpımında yaxın edərək, o qəbirstanlıqda cəm olunmuşdular sanki. Bu dərd doğmalığı, qərib ruhların bu səssiz-səmirsiz üsyanı içimdəki Göyçə dərdimi təzələmişdi, dərdim bir boy da ucalmışdı. O ruhlar vəfasız dünyaya can sirdaşlığı edən soydaşlarının unutqanlığına, müqəddəs borclarını yaddan çıxarmalarına etraz edirdilər sanki...
Və bu qərib, məsum ruhların sirr sehri zaman buxovlarını çığnamışdı: Bu dünyanın gerçəkliyindən sıyrılıb yeddi ilin uzaqlığındakı yurdlu-yuvalı, elli-obalı günlərimə qayıtmışdım... Evimizi, bağımızı gəzmək, üzrərimdə babamın, nənəmin əllərinin izi olan yurdaşlarına üz sürtmək, ocağımıza səcdə etmək şansım vardı.
Ulularımdan üzü bəri bu torpaqda əbədiyyət tapmış, tanıdığım və tanımadığım hər kəslə - ömrü boyu gözləri yollardan yığılmayan, beş oğul dağı yaşamış Afayat qarı, nakam taleli həmyaşıdlarım İlqar Qaytaranoğlu, Lütfəli İmamquluoğlu, İsfəndiyar Azadxanoğlu, Mehbalı Xıdıroğlu və dünyadan gözü doymamış onlarca digər yurddaşımla üz-üzə, göz-gözə dayanmaq, onların incik ruhlarından əfv diləmək fürsətim vardı o anda... O ruhlar mənə övladlıq, dostluq, yoldaşlıq borcumu bir daha xatırlatmağa yığışmışdılar sanki...
... Beləcə, o günü 1996-cı ilin martında nənəmin qəbri önündə dayanıb doğma kəndimizin dünyadan köç etmiş bütün övladlarının o yurddakı nisgilin, bu yurddakı qərib ruhlarıyla dərdləşir, onlara söz verirdim. Pərən düşmüş ruhları bir yerə yığa biləcək, Göyçə havasını kökləyən, Göyçə nəfəsini isindirə biləcək bir yaddaş ağrısı yazacağıma söz verdim...
...Bu kitab da əslində elə həmin yaddaş ağrısıdır. Burada oxuyacağınız hər söz, hər kəlmə bir nisgilli, bir qərib ruha ehtiramın; hər sətir, hər cümlə bir ocağa, bir yurd yerinin səcdənin ifadəsidir. Bu kitabda nə varsa, mənim yox, o ruhlarındır – nisgilli, qərib, pərən düşmüş pərişan ruhların... Ziyarətinə gedə bilmədiyim, dərdini bölüşə bilmədiyim, hayına yetə bilmədiyim yurddaşlarımın mənəvi borcumun; Göyçədə əmanət qoyub gəldiyim babam Abbasəlinin, Gəncəbasarda uyuyan nənəm Göycənin, Bakıda torpağa əmanətlədiyim anam Atlazın qərib, küskün ruhları qarşısındakı bitib-tükənməyən övladlıq borcumun əvəzidir, ömrümün on ili bahasına bu yaddaş ağısıdı...
Salman VİLAYƏTOĞLU
Təqdim etdi: İlqar İSMAYIL
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024