Kitablar haqqında 15 maraqlı məlumat

19:00 / 26.04.2019
Baxılıb: 3994

 

 

 

 

 

 

Kitablar ən qədim dövrlərdən bəri var olan və həyatımızın hər sahəsində ehtiyac duyduğumuz əsərlərdir. Əlindəki hər kitabın tarixi ilə maraqlanan oxucularımız üçün hazırladığımız bu yazıda kitablar haqqında bilinməyən 15 maraqlı məlumatı əldə edəcəksiniz.

Dünyanın ən uzun cümləsi

Fransız yazıçı Viktor Hüqonun 1862-ci ildə qələmə aldığı “Səfillər” romanı dünya klassikasının şedevrlərindəndir . Romantik cərəyanın öncülərindən olan yazıçının eyni adlı əsəri bir çox film və tamaşaya çevrilmişdir. Kitabın üçüncü hissəsində üç səhifə davam edən bir cümlə vardır ki, birnəfəsə oxumaqla bitirmək mümkün deyil. 823 sözdən ibarət olan bu cümlə, indiyə qədər yazılmış ən uzun cümlə olaraq qəbul edilir.

Dünyanın ən kiçik kitabı

Dünyada ən kiçik kitab olaraq qəbul edilən “Dörd fəslin çiçəkləri”, 22 səhifədən ibarətdir. 0.75 x 0.75 millimetrlik ölçüyə malik olan kitab Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Yaponiyadakı “Toppan nəşriyyat” evi tərəfindən nəşr olunan kitab hazırda ölkəmizdə qorunmaqdadır. Əlbəttə ki, bu kitabı oxumaq üçün xüsusi mikroskop və ya lens tələb olunur.

Dünyanın ən uzun romanı

İndiyə qədər yazılmış ən uzun roman 13.095 səhifədən ibarətdir. 1649 və 1653-cü illər arasında çap edilən “Artamène ou le Grand Cyrus” adlı kitab 10 cilddən ibarət olub, ümumilikdə 2 milyona yaxın sözdən ibarətdir. Fransız yazıçlar Scudéry və Georges de Scudéry tərəfindən qələmə alınan əsər bu günə qədər yazılmış ən uzun roman hesab olunur.

Xarici dillərə ən çox tərcümə edilən kitab

 

Antoine de Saint-Exupéry-in 1943-cü ildə nəşr etdirdiyi “Balaca şahzadə”ni yəqin ki, aramızda oxumayan yoxdur. Bütün zamanların ən çox oxunan və ən yaxşıları arasında özünə yer edən kitab, həmçinin Le Monde-un 1000 kitabı siyahısında da yer almaqdadır. 7-dən 70-ə hər kəsə xitab edən kitab indiyə qədər 253 dil və ləhcəyə çevrilmişdir. “Balaca Şahzadə”ni isə bu yolda başqa bir nağıl kitabı olan Pinokyo izləməkdədir.

Əsərləri ən çox tərcümə edilən yazar

UNESCO-nun hazırladığı siyahıya əsasən, əsərləri ən çox tərcümə edilən yazıçı Aqata Kristidir. Yaratdığı Herkul Puaro xarakteri ilə nəfəsləri kəsən detektiv romanları yazan Kristinin kitabları dünyanın, demək olar ki, hər yerində oxunur. UNESCO-nun 1932-ci ildən bəri ərsəyə gətirdiyi bazaya əsasən, Aqata Kristinin kitablarının 7233 tərcüməsi edilib. Buradakı 7233 sayı çevrilmiş dilləri yox, kitabların neçə fərqli formada çevrilməsini göstərir.

Dünyanın ən bahalı kitabı

İndiyə qədər ən baha qiymətə satılan kitab Leonardo Da Vinçiyə məxsusdur. Da Vinçinin əlyazma kitabı olan “Codex Leicester” Bill Gates tərəfindən 48,4 milyon dollara alınıb. Dünyanın ən böyük dahiləri və elm adamlarından biri olan Leonardo Da Vinçi bu kitabında astronomiya, suyun hərəkəti, hidrologiya və geologiya sahələrində etdiyi araşdırmalardan bəhs etmişdir.

Ən böyük kitab oğurluğu

 

İndiyə qədər bilinən ən böyük kitab oğurluğu Stephen Blumberg tərəfindən edilmişdir. Təbabətdə bibliomaniya kimi bilənən “Kitab yığmaq xəstəliyi”nə yoluxan bu adam 268 kitabxanadan 23.000 kitab oğurlamışdır. Həyatı boyu oğurladığı bu kitabların dəyəri isə 20 milyon dollar olduğu təxmin edilir.

İnsan dərisi ilə hazırlanmış kitablar

Aparılan araşdırmalara görə, 17-ci yüz illikdə insan dərisi ilə kitab cildləmə sənəti mövcud olmuşdur. Anthropodermic bibliopegy andlandırılan bu sənət ən çox anatomiya kitabları üçün tətbiq edilirdi.

Tibb dərslərində istifadə olunan kadavrların dərilərinin soyularaq anatomiya kitablarını cildləmək üçün istifadə edildiyi hesab edilir. Hal-hazırda Harvard Universiteti Kitabxanasında insan dərisi ilə cildlənmiş 3 kitab mövcuddur. Bu kitablardan biri Roma şeirlərindən, digəri Fransız fəlsəfəsindən, sonuncusu isə Orta Əsrlər İspaniya hüququndan bəhs edir. 1600-cü illərdə İspaniya hüququndan bəhs edən kitabın içərisindəki bu sətirlər qan dondurucudur:

“Bu kitabın cildlənməsi 4 avqust 1632-ci ildə Wawuma tərəfindən, hələ canlı ikən dərisi soyulan əziz dostum Jonas Wright-dan geriyə qalan yeganə şeydir. Kral Mbesa yazıq Jonas-ın malik olduğu bir neçə şeydən biri idi və indi onu dərisi kitabın üzlüyünü əhatə edir. Nur içində yatsın.

İlk mətbəə

Bir çox yenilik kimi ilk mətbəə də çinlilərin ixtirasıdır Çində yaranmış bu mətbəə ağac oyma və presləmə texnikasına əsaslanırdı. Yəni dünyanın ilk mətbəəsi hər hansı bir mexanikaya əsasən fəaliyyət göstərmirdi. Hərflərdən tək-tək istifadə olunması isə yenə də çinlilər tərəfindən 1040-cı illərdə yaranıb.

Dünya tarixində nəşr olunan ilk qəzet

İnsanlıq tarixinə baxanda dünyanın ilk qəzetinin Misirdə olduğunu görürük. 3400 il bundan əvvəl Misirlilər ictimaiyyətə lazım olan əhəmiyyətli hadisələr və davamlı inkişaf haqqında mözvulardan yazıblar. Bişmiş kərpiclərlə hazırlanan bu tabletlərin əllə oxunması mümkündür. Nil çayının sahillərində yerləşən bu həblər ilk qəzetlər sayılır. Çap kimi isə ilk dəfə bizim eranın 700-cü illərində  Çində çıxıb. İlk qəzetləri çinlilər Pekində çap ediblər.

İndiyədək ən çox satılan kitab

 

Bu günədək ən çox satılan kitab Charles Dickensin 1859-cu ildə nəşr etdiyi “İki şəhərin hekayəti” adlı romandır. Kitabın təxminən 200 milyon nüsxəsi satılıb və hələ satılmağa davam edir. Kitabın  orijinal adı “A Tale of Two Cities”dir. İngilis dilində çap edilmiş bu kitab Fransız İnqilabı zamanı baş verən hadisələrdən bəhs edir.

Bizim bir nəfəsdə oxuduğumuz və kaş daha uzun olardı dediyimiz kitabların bəzisinin bir neçə günlük, bəzisinin isə illər çəkən yazılma tarixi vardır. Dünyanın ən uzun müddətdə yazılan kitabı J.R.R.Tolkien-in müəllifi olduğu “Üzüklərin hökmdarı” kitabıdır. Bu kitab nə az, nə çox düz 16 ilə qələmə alınıb.

Ən qısa vaxtda yazılan kitab

Ən uzun vaxtda yazılan kitabı dedik. İndi isə ən qısaya keçək. Ən çox sevilən və oxunan uşaq kitablarından olan “Zolaqlı pijamalı oğlan”, sadəcə 2,5 gündə yazılıbdır. John Boyne tərəfindən qələmə alınan kitab 2,5 gündə tamamlan bu roman indiyədək ən qısa müddətə yazılan romanları siyahısında ilk pilləyə yiyələnib.

Tolstoyun “Hərb və Sülh” əsərinin 7 dəfə əl ilə nüsxəsi çıxarılmışdır

Rus və dünya ədəbiyyatının ən məşhur yazarlarından biri olan Lev Tolstoyun qələmə aldığı “Hərb və Sülh” ən çox oxunan dünya klassiklərindəndir. 1869-cu ildə yazılan kitab 1225 səhifədən ibarətdir. “Hərb və Sülh” kitabını bu siyahıya əlavə etməkdə məqsədimiz isə Tolstoyun həyat yoldaşı tərəfindən 7 dəfə əl ilə köçürməsidir. Bəli, Tolstoyun əl yazma kitabı olan 1225 səhifəlik “Hərb və Sülh” həyat yoldaşı tərəfindən düz 7 dəfə üzü köçürülüb çoxaldılmışdır.

Qulliverin səyahətləri

 

Jonathan Swift  tərəfindən 1726-cı ildə nəşr olunan “Qulliverin səyahəti” uşaq romanı kateqoriyasına girən macəra kitabıdır. Orijinal adı “Travels into Several Remote Nations of the World by Lemuel Gulliver” olan əsər ən çox oxunan dünya klassikləri arasında da yer almaqdadır. Gəmi kapitanı olan Lemuel Qulliverin macəralarına rast gəldiyimiz kitabda Mars planetinin iki peykindən bəhs edilir. Conatan Svift kitabda Phobos və Demios adlı iki peykin həm dönmə sürətlərini, həm də ölçülərini dəqiq şəkildə izah edir. Maraqlısı isə budur ki, astoronomlar Marsın adı keçən bu peyklərini kitabdan 100 il sonra kəşf edirlər. Ancaq yazıçının bu məlumatları haradan, necə öyrəndiyi hələ də sirr kimi qalmaqdadır.

Mənbə: Paratic.com

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər