Bəzən tarixdə müxtəlif ixtiraları ilə yadda qalan alim, professor, ictimai-siyasi xadimlər haqqında maraqlı yazılara rast gəlirik. Çoxsaylı paylaşımlar edib onları müzakirə belə edirik. Amma təəssüf ki, tarixə öz bilikləri, ixtiraları ilə töhfə verən azərbaycanlı şəxslər zaman-zaman unudulur. Onların adı çəkiləndə insanların üzündə, sadəcə, təəccüb hissinə şahid ola bilirik. Elə Çayxorski soyadı kimi... Bəli, Çayxorski, Abbas Çayxorski.
Goyce.az Oxu.az - istinadən azərbaycanlı alim, kimya elminə Mendeleyev cədvəlindən də mükəmməl elementlərin dövri sistemi cədvəlini bəxş edən Abbas Çayxorski haqqında maraqlı məlumatları təqdim edir.
Bu soyadı ilk dəfə eşidən hər kəs təəccüblənir. Qəhrəmanımızın adı Abbasdır. O, 21 yanvar 1917-ci ildə Ermənistanın Göyçə mahalı, Basarkeçər adlanan qəzasının Çaxırlı kəndində, Abbasəli bəyin ailəsində dünyaya göz açıb. 1918-ci ildə ermənilər tərəfindən öz doğma yurdlarından qovulan azərbaycanlılar arasında onun da ailəsi olub. Onlar əvvəlcə Ağdama, daha sonra isə Ağdaşa gəliblər. O vaxt uşaq olan Abbasın yeniyetməlik illəri də elə məhz Ağdaşda keçir. O, burada orta məktəbi bitirib və sənədlərini Bakıda texnikuma verir. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olaraq təhsilini davam etdirib.
İndi qayıdaq Çayxorski məsələsinə. “Çayxorski” soyadının yaranmasının maraqlı tarixçəsi var. Tarixdən də məlumdur ki, çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Bu, artıq ənənəvi bir addım idi. “Çayxorski” soyadının tarixçəsi ilə bağlı onun ABŞ-da yaşayan oğlu Aleksandr müsahibələrindən birində məlumat vermişdi. O deyib ki, bu soyad onlara ulu babalarından qalıb:
“Bizim ulu babamız olduqca inanclı adam idi. Buna görə də “Çaxırlinski” soyadını götürə bilməzdi. Məhz bu səbəbdən “Çayxorlu” soyadını seçir. Babam Birinci Dünya Müharibəsində Polşaya sürgün edilib. Çayxorski soyadını da polyaklar ona vermişdi”.
Abbas Çayxorskinin atası Abbasəli bəy 1920-ci illərin ortalarında həbs olunub və1930-cu illərdə sürgündə vəfat edib.
İkinci Dünya Müharibəsi başlayanda Abbas üçüncü kursda oxumasına baxmayaraq, təhsilini yarıda qoyaraq könüllü olaraq cəbhəyə gedir. O, iki ay Bakı artilleriya məktəbində təhsil alır, 1941-ci ilin avqustunda Krım cəbhəsinə yollanan Abbas Cənubi Qafqaz və Şimali Qafqaz cəbhələrində də vuruşub.
1942-ci ildə ağır yaralanır. Onu tərxis etmək istəsələr də, razı olmur və yaralı halda yatdığı hospitaldan qaçaraq birbaşa cəbhəyə qayıdır. O, baş serjant rütbəsi ilə ön cəbhəyə qayıdır və 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq edir. Müharibənin bitməsinə üç ay qalmış (1945-ci ilin yanvar ayında) Kalininqrad istiqamətində gedən döyüşlərdə ikinci dəfə yaralanan Abbas bu illər ərzində göstərdiyi şücaətə görə 3-cü dərəcəli “Şöhrət” ordeni ilə təltif olunur.
Gələcək alimin müharibədə göstərdiyi qəhrəmanlıqlar barədə xeyli rəsmi sənədlər də qalmaqdadır. 1945-ci il aprel ayının 21-də Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri uğrunda gedən döyüşlərdə iştirak edən Abbas yenidən qəhrəmanlıqlarına görə fərqləndirilir. İyun ayında ona Qızıl Ulduz Ordeni təqdim edilir.
Heç kim təhsilini davam etdirməyəcəyini, etdirsə belə, heç bir nailiyyət əldə edə bilməyəcəyini düşündüyü Abbas Çayxorski müharibədən sonra Bakıya qayıdır. Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin dördüncü kursuna, yenicə açılmış radiokimya bölməsinə köçürüblər.
SSRİ-də elə xalq olmayıb ki, onun içərisindən elm adamları çıxmasın. Atom bombasını yaradanların içində Abbas Abbasoviç Çayxorski adında bir azərbaycanlı olduğuna dair mənbələrdə də məlumat var. O, SSRİ-də atom sahəsi üzrə böyük bir komitəyə başçılıq edib.
1947-ci ildə ali məktəbi bitirəndən sonra təyinatla Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilən Abbas Çayxorski sovet nüvə texnologiyasının atası sayılan İqor Kurçatovun yanında kifayət qədər böyük təcrübə toplayıb. Onu da qeyd edək ki, Çayxorski öz ömür-gün yoldaşı, eləcə də, tələbə yoldaşı olmuş Yevgeniya Romanova (Çayxorskaya) ilə də məhz bu illərdə ailə həyatı qurur. 1953-cü ildə Çelyabinskdə onların övladı Aleksandr Çayxorski dünyaya gəlib.
Mənbələrdə qeyd edilir ki, Çelyabinskin yanında qapalı bir şəhərcik mövcud idi. “Çelyabinsk - 40” adlanan ərazidə çalışan Kurçatov uran reaktoru üzərində işləyirdi. Bütün SSRİ-dən ən savadlı gənc kimyaçılar məhz buraya göndərilirdi. Abbas bəy də onlardan biri olub.
Beləliklə, qısa müddətdə Abbas Çayxorski İ.Kurçatovun diqqətini cəlb edir. Aparılan tədqiqatlar zamanı ortaya yeni bir zərurət çıxır. Belə ki, xüsusi vakuum qurğusunun yaradılması zərurəti ilə Kurçatov birbaşa Moskvaya məlumat verir. Moskvadan ona deyirlər ki, bu qurğunun yaradılma prosesi ən azı bir il çəkə bilər. Kurçatov isə tədqiqatlara ara vermək istəmir və alternativ yollar axtarmağa başlayır. Qərara gəlir ki, yanında çalışan gənc kimyaçılara bu məsələdən danışsın. Belə də olur. O, gəncləri toplayır və iclasda onlara bu qurğunun qısa müddətdə hazırlanmasının vacib olduğunu bildirir. Kimyaçılardan Abbas Kurçatova bu işi görə biləcəyini bildirir. İ.Kurçatov onun cəsarətinə ciddi yanaşmasa da, “yox” demir və zaman verir.
Təəccüblü məqam və Abbas Çayxovskinin iti zəkası da məhz bu hadisədən sonra ortaya çıxır. Belə ki, cəmi bir ay müddətində Abbas vakuum qurğusunun layihəsini Kurçatova təqdim edir. Həmin dialoqla bağlı mənbələrdə qeyd edilən qısa mətnlərdə deyilir:
“Qaydalara görə, biz hər dəqiqə Kurçatovun yanına girə bilməzdik. Yalnız həftədə bir dəfə onunla görüşmək imkanımız olardı. Layihəni ona təqdim etməli idim və təcili olaraq ona yaxınlaşdım. Kurçatovun qapısında həmişə polkovnik rütbəli hərbçilər dayanırdı. Onlara məruzə etdikdən sonra bir saat gözlədim və məni içəri buraxdılar. Layihəni göstərdim. Məni göndərdi. Bir saat sonra yenidən yanına çağırdı. İnana bilmirdi. “Afərin”, - dedi. Dərhal da elə mənim yanımdaca Moskvaya zəng edərək məruzə elədi. Moskvadan layihəni götürmək üçün xüsusi təyyarə göndərdilər. İki aydan sonra isə sovet konstruktorları artıq vakuum qurğusunu hazırlamışdılar”.
Abbas Çayxorski SSRİ-də nüvə məsələsini araşdıranların zarafatla “Bakı klubu” adlandırıldığını deyirdi. Səbəb isə Landaunun Bakıda anadan olması, Abbas Çayxorskinin azərbaycanlı olması, məşhur kimyaçı Kurçatovun isə öz təhsilini Bakıda alması idi. Həqiqətən də, bunları bilmək kifayət qədər sevindiricidir.
Məhz bu hadisədən sonra sovet kimya elmində Çayxorskinin adı kimyaçılar arasında tanınmağa başlayıb. O, “Neptun kimyası” adlı monoqrafiya yazır. Xüsusilə diqqətinizə çatdıraq ki, bu monoqrafiya dünyada bu mövzu üzrə yazılan yeganə elmi əsərdir. Həmin nəzəriyyə bu gün də kimya və fizika sahəsində keçərlidir. 1970-ci ildə hazırladığı cədvəl Mendeleyev cədvəlinin modifikasiyası hesab olunur. Kimyaya beşinci kvant ədədinin gətirilməsi ideyasının da müəllifi məhz Çayxorskidir.
1969-cu ildə Abbas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur və bu vəzifədə SSRİ-nin süqutuna qədər - 22 il qalır. Bu 22 il ərzində daha bir hadisə baş verir - oğlu Aleksandr mühacirət edir. Aleksandrın SSRİ-dən getmək cəhdləri 10 il davam edir, sonunda o, İsveç vətəndaşı olan bir qadınla nikaha girərək 1987-ci ildə Stokholma yollanır.
Onun nəzəri elmi tədqiqatları SSRİ-də yüksək qiymətləndirilir. Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçıdır, habelə hələ 1970-ci ildə hazırladığı elementlərin dövri sistemi cədvəli (Mendeleyev cədvəlinin modifikasiyası) SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasını artırmaq fakültələrinin tədris proqramına salınmışdı.
1973-cü ildə isə Çayxorski olduqca ağır bir problemlə üzləşir. O illərin ab-havasını əyani göstərən daha bir faktı Aleksandr öz müsahibəsində qeyd edib:
“1973-cü ildə Leninqrad Universitetindən qovulmuşam. Səbəb isə mənim SSRİ-ni tərk edib xaricə mühacirət etmək istəyim idi. Daha da maraqlısı həmin vaxt rektor atam Abbas Çayxorskinin yaxın dostu idi. Ancaq bu dostun nə Aleksandrın oradan qovulmasından, nə də, ümumiyyətlə, həmin universitetdə tələbə olmasından xəbəri olub. Bir sözlə, “tanışlıq”, “tapşırma” kimi imtiyazlar Abbas Çayxorskiyə (və yalnız ona yox) tamamilə yad idi ki, bu da həmin dövrün dəyərlərini əyani əks etdirir”.
Yeri gəlmişkən, ali məktəbdən qovulan Aleksandr orduda xidmətə yollanır və hərbi xidmətini başa vurduqdan sonra iki il neft mədənlərində, Bakı Şin zavodunda və başqa yerlərdə baş verən yanğınların söndürülməsində iştirak edir, işinin öhdəsindən uğurla gəldiyinə görə hərbi xidmətdən sonra yenidən universitetə bərpa olunur.
Aleksandr 1981-ci ildə Azərbaycana bir daha qayıdır - bu dəfə geoloq kimi Qarabağda və Salyanda ekspedisiyalarda çalışır. Nəhayət, 1987-ci ildə Aleksandr SSRİ-dən qaça bilir. İsveç vətəndaşı olan bir qadınla nikaha girir, Stokholmda yaşamağa başlayır. İki ildən sonra isə Stokholmdan ABŞ-a köçür.
SSRİ dağılandan sonra Çayxorski Nüvə Tədqiqatları Komissiyasından uzaqlaşdırılır. Təbii ki, bu, alimə çox pis təsir edir. Özünə qapanır. Lakin bu çətin dövrdən onu həyat yoldaşı Yevgeniya xilas edir.
O qərara gəlirlər ki, Rusiyanı tərk edib ABŞ-a, oğulları Aleksandrın yanına köçsünlər. Bu qərar Moskvada hiddətlə qarşılanır. Rusiya hökuməti onu bütün titullardan məhrum edir və atom kimyası sahəsində tədqiqatlar aparmayacağı haqqında ondan yazılı iltizam alır. Məhz bundan sonra ona okeanın o tayına köçməyə icazə verilir.
Çayxorski orada molekulyar biologiya ilə məşğul olmağa başlayıb. A.Çayxorski neptun kimyası sahəsində bu gün də öz aktuallığını saxlayan nəzəriyyələrin müəllifidir.
2008-ci il noyabr ayının 30-da 91 yaşında isə ABŞ-ın Nevada ştatının Rino şəhərində vəfat edib.
Ölümündən bir il sonra, 2009-cu ildə Abbas Çayxorskinin oğlu Aleksandr Çayxorski atasının külünü Azərbaycana gətirir və Bakıdakı qəbiristanlıqlardan birində dəfn edir.
Oğlu 80 yaşında öz vətənindən yol salınan atasının son sözlərini də belə xatırladıb:
“Mənə qarşı düzgün addım atmadılar. Zəhmətimlə qazandığım titulları aldılar, məni bircə xalq düşməni çıxarmaları qalmışdı. Lakin onlar mənim alim olduğumu unutdular. Mən, sadəcə, elmlə məşğul olurdum. Dəstək olsaydılar, daha çox nailiyyətlər əldə edə bilərdim”.
Bu da azərbaycanlı alim, hər kəsin “Atom kralı” kimi tanıdığı, adı uzun illər SSRİ-nin “məxfi alimlər”i siyahısında olan azərbaycanlı Abbas Çayxorskinin həyatı. Nevada ştatında rəhmətə gedən Abbas Çayxorski nüvə reaktorlarının sahibi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktorudur.
Könül Cəfərli
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024