Goyce.az saytı Sosial psixologiyanın yaradıcılarından biri, kütlə psixologiyası üzr mütəxəssis Qustav Le Bonun "Xalqların və Kütlənin psixologiyası" kitabından seçmələr təqdim edir.
Fərdin məruz qaldığı və onun davranışını idarə edən təsirləri mexanika dilinə çevirsək, deyə bilərik ki, onların üç növü olur.
Birincisi və çox ehtimal ki, ən mühümü əcdadların təsiri, ikincisi, doğma valideyinlərin təsiri, üçüncüsü, bir qayda olaraq ən güclüsü hesab olunan, lakin əslində ən zəifi - mühitin təsiri.
Bu sonuncusu - mühitin təsiri adı altında insanın bütün həyatı boyu və əlbəttə, tərbiyyə olunduğu müddətdə məruz qaldığı müxtəlif fiziki və mənəvi təsirlər kimi başa düşülərsə, o, yalnız çox cüzi dəyişikliklər əmələ gətirir. İrsilik fiziki və mənəvi təsirləri uzun bir dövr ərzində eyni bir istiqamətdə topladıqda mühit real təsir göstərməyə başlayır.
Mühit, şərait, tərbiyə əlavə psixoloji xüsusiyyətlərə təsir edir.
Ruhi orqanizmlər də növlərin anatomik əlamətləri kimi dəyişməz əsas xasiyyətlərə malikdir. Öz ruhi orqanizmimizdə cürbəcür xarakterik keyfiyyətlərə malik oluruq, lakin şərait onların üzə çıxmasına heç də həmişə imkan yaratmır.
Sivilizasiya yaratdığı şəraitlə bir qrup adamı hədsiz zənginləşdirir və bunun labüd nəticəsi cürbəcür cinayətlərə gətirib çıxarırsa, başqa bir qrupa böyük ehtiyac yaradaraq onları təmin etmək üçün heç bir vəsait vermirsə, bu zaman ümumi narazılıq əmələ gələ bilər ki, bunlar da insanların davranışına təsir göstərər və cürbəcür çevrilişlərə gətirib çıxarar.
İnsan indiki və gələcək maraqlarını müqayisə etdikdə, qarşısına məqsəd qoyub ona inadla nail olmaq istədikdə, artıq böyük irəliləyişə nail olur.
Mənəviyyat şüurun yox, xarakterin törəməsidir. Xalqların əzəməti ilk öncə onların mənəviyyat və əxlaq səviyyəsindən asılıdır. Xalqın ağlı yox, xarakteri onun tarixdə inkişafını müəyyən edir.
Cəmiyyətlər, dinlər və imperiyalar ağla yox, xarakterə əsaslanırlar.
Xarakterlər xalqlara duymaq və hərəkət etmək imkanını verir. Onlar həddindən çox düşünüb, həddindən çox müzakirə etməklə heç vaxt böyük uğur qazanmayıblar.
Xarici mühitdən təəssüratlanıb ruhi xüsusiyyətlərə görə fərqlənən hər bir fərd başqalarından tamamilə fərqli duyur, düşünür, hərəkət edir.
Xalq çox şey itirə bilər, bütün mümkün faciələrə məruz qala bilər və yenə ayaq üstə qalxmağı bacarar. Əgər o öz ruhunu itiribsə, demək o hər şeyini itirib və bir də o heç vaxt ayağa qalxa bilməz.
Konstitusiyanın və idarə formasının xalqın taleyində həlledici rol oynamasına inanmaq uşaqlıq xülyası kimi bir şeydir. Xalqın taleyi zahiri keyfiyyətlərdə yox, yalnız və yalnız onun özündədir.
Dünyanı idarə edən yeni dinlərin, qitədən-qitəyə uzanan nəhəng imperiyaların, Avropanı alt-üst edən böyük dini və siyasi inqilabların əsasını alimlər, rəssamlar, filosoflar deyil, kifayət qədər görkəmli ideyaların yayılması üçün öz həyatını belə qurban vermiş adamlar qoymuşlar.
Nə qədər ki, güclü əqidə eynilə güclü əqidəyə rast gəlməyibsə, o yenilməzdir.
Tanrıların insana verdiyi və yalnız onun verə bildiyi bir şey var, o da ki, xoşbəxtlik gətirən ruhi vəziyyətdir. Heç bir fəlsəfə hələ heç vaxt bunu həyata keçirə bilməyib. Lakin ruhi vəziyyətlərin hamısında xoşbəxtlik yoxdur. Xoşbəxtlik şəraitdən o qədər də asılı deyil, lakin iç dünyamızın vəziyyətindən çox asılıdır.Cəmiyyət öz varlığını itiməmək üçün birinci növbədə insanı xoşbəxt edən ruhi vəziyyəti yaratmaq üçün vasitələr tapmalıdır.
Xoşbəxtlik bizim özümüzdədir, özümüzün yaratdığımızdır, demək olar ki, heç vaxt özümüzdən kənarda deyil.
Xalqların mövcudluğunda dini ruh başlıca siyasi rol oynadı. Əlbəttə, allahlar ölməz deyillər, dini ruh əbədidir. Müvəqqəti yuxuya verilmiş dini ruh yeni din yaranan kimi oyanır.
Qarabasmadan əziyyət çəkən bir peyğəmbərin şöhrəti qədim yunan-roma dünyasına qalib gəlmək üçün lazımi qüvvəni yaratdı.
Hansısa naməlum rahib Lüter Avropanı oddan, qılıncdan keçirtdi. Lakin kütlələr arasında Halileyin və Nyutonun səsi heç bir əks-səda vermədi. Dahi ixtiraçılar sivilizasiyanın gedişatını sürətləndirirlər. Qarabasmalardan əziyyət çəkən fanatiklər isə tarix yaradırlar.
Dünya ruhən alçaqlar üçündür. Lakin bu şərtlə ki, onlar çox güclü inama malik olsunlar. Filosofların çox zaman məhv etmək üçün əsrlər boyu çalışdıqları şeyi möhkəm əqidəli adamlar bir günə yaradırlar.
Fəaliyyətsiz qalan hər hansı orqan az sonra işləmə qabiliyyətini itirir. Mağara göllərində yaşayan balıqlar əvvəl-axır görmə qabiliyyətini itirir və nəhayətdə, bu atrofiya irsi xarakter daşıyır... Eyni zamanda öz növbəsində beyin hüceyrələri fəaliyyətsiz qalanda daha işləmədiyi kimi, əmələ gəlməsinə əsrlər tələb olunan cəsurluq, təşəbbüskarlıq, işgüzarlıq, enerji və başqa bu cür psixi keyfiyyətlər tez-tez istifadə olunmayanda sürətlə silinə bilərlər. Hər hansı bir xalqa mədəniyyətin yüksək pilləsinə qalxmaq üçün həmişə çox vaxt lazım gəlməsi, cırlaşmaq üçünsə çox qısa müddət gərək olması faktı da bununla izah edilir.
Müasir sivilizasiya üçün əsl təhlükə ondadır ki, insanlar inamın əsaslandığı prinsiplərin mütləq dəyərinə inam itiriblər.
Xalq üçün ən qorxulu vaxt onun köhnə ideyalarının ölü tanrıların gecələdiyi qaranlıq zirzəmilərə salındığı vaxtdır.
Tarixi hadisələrin çoxu bilavasitə dini etiqadların dəyişməsindən əmələ gəlib. Bəşəriyyətin tarixi həmişə onun allahlarının tarixinə paralel olub. Xülyalarımızın bu bəhrələri o qədər güclü təsirə malik idi ki, hətta onların adlarının dəyişməsi dərhal dünyanın çökməsinə gətirib çıxarırdı.
Dövrümüzü səciyyələndirən əsas xüsusiyyət məhz fərdlərin şüurlu fəaliyyətinin kütlənin şüursuz fəaliyyəti ilə əvəzlənməsidir...
Sosial hadisələri öyrənən filosof həmişə yadda saxlamalıdır ki, onların nəzəri əhəmiyyətlə yanaşı, həm də praktik dəyəri var və sivilizasiyaların təkamülü baxımından yalnız sonuncu müəyyən əhəmiyyət kəsb edir.
Sırf ədalət nəzəriyyəsinə əsaslanan qaydalar vasitəsi ilə kütləyə rəhbərlik etmək olmaz. Onu təsirləndirən və cəzb edə bilən şeyi axtarıb tapmaq lazımdır. Çox vaxt kütlə cinayətkar olur, lakin o, həm də çox vaxt qəhrəman olur.
Hansısa sivilizasiyanı təhlil edərkən, biz görürük ki, gerçəklikdə onun həqiqi dayağını möcüzə və əfsanələr təşkil edir. Tarixdə görüntü həmişə gerçəklikdən daha önəmli rol oynamışdır, qeyri-real həmişə realı üstələyir.
Qaliblərin qüdrəti və dövlətin gücü məhz xalqın xəyallarına əsaslanır.
Kütləni, başlıca olaraq, onun xəyallarına təsir göstərməklə, öz arxasınca aparmaq olar...
Kim kütlənin xəyalına təsir göstərmək məharətinə malikdirsə, o da kütləni idarə etmək qabiliyyətinə malikdir.
Kütlə üçün ya Allah olmalısan, ya da heç kim. Kütlə dinə möhtacdır. Çünki bütün siyasi, ilahi və sosial inanclar yalnız mübahisə qəbul etməyən din forması kəsb etdikdə mənimsənilir.
Kütlə heç zaman həqiqətə can atmamışdır; o, xoşuna gəlməyən gerçəkdən üz döndərir və onu cəlb edən yanılmaya itaət etməyə üstünlük verir.
Kim kütləni aldatmağı bacarsa, asanlıqla onun hakiminə çevrilir, kim kütləni ağıllandırmağa çalışsa, həmişə onun qurbanına çevrilir.
Yalnız başçılar inam yarada və kütləni təşkil edə bilər. Başçı, adətən, özü əvvəlcə aparan yox, aparılanlar sırasında yer alır. Bunlar hərəkət adamlarıdır. Onlar uzaqgörənliyə malik deyillər, çünki uzaqgörənlik, adətən, şübhələrə və hərəkətsizliyə gətirib çıxarır. Çox vaxt başçılar əsəbləri oyanıq, yarımdəli adamlar olur.
Kütlənin ruhunda azadlıq yanğısı deyil, tabeçilik tələbatı üstündür; kütlə itaət etməyə o dərəcədə təşnədir ki, özünü onun hökmranı elan edən şəxsə instinktiv surətdə itaət edir.
Qanunları artırmaqla bərabərlik və azadlığı daha yaxşı təsbid edə biləcəklərini düşünməyə vadar edən xülyanın qurbanları olan xalqlar hər gün özlərinin üzərinə ən ağır zəncirlər vururlar.

Hazırladı: Şəfaqət Cavanşir
Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025