Qarabağ müharibəsinin dəhşətlərini şahidlər Vüsalə Məmmədovaya danışır.
Əvvəli: I hissə
http://goyce.az/news.php?id=899
II hissə
http://goyce.az/news.php?id=900
III hissə
http://goyce.az/news.php?id=902
IV hissə
Fazilənin sonuncu ümidi kimi üz tutduğu tualetin deşiyi o qədər kiçik idi ki, bu məşəqqətli dünyanı dəyişməyə imkan vermirdi… Taxtaların arasından ətrafa bir də nəzər saldı – nəzarətçi qapının qarşısında gözləyirdi. Tualetin arxa tərəfini gözdən keçirdi - bəlkə taxtaları qoparıb bu istiqamətə qaça bilər. Ancaq tualetin arxa tərəfində daha çox insan var idi. Yox, buradan xilas olmaq Fazilənin gücü xaricində idi.
Nəzarətçinin qapıya vurduğu təpik taxta kabinəni silkələdi:
- İstirahətə gəlməmisən, tez ol!
- Artıq başa düşmüşdüm ki, xilas ola bilməyəcəyəm. Otağı əldə düzəltdikləri elektrik plitəsi ilə qızdırırdılar. Elektrik naqillərinə birbaşa bağlanmışdı. Bizdən hardasa on metr aralı olardı. Düşünürdüm görən mən neçə saniyəyə özümü irəli atıb o naqildən tuta bilərəm ki, öləm… Ağlımda plan qurur, gözlərimlə məsafəni ölçür, saniyəni hesablayır, əlverişli məqamı axtarırdım… Orda bir erməni var idi, arada gəlib deyirdi ki, ünvanını ver, ailənlə əlaqə saxlayıb, pul qarşılığında səni qaytaraq…
- Siz nə cavab verirdiniz?
- Ona internat uşağı olduğumu deyirdim… Mənim valideynlərim rayonda çox hörmətli şəxslər olublar. Qaçqınlıqdan sonra kasıb adamlar idilər. Düşünürdüm ki, onlar qapı-qapı düşüb pul yığsalar, infarkt olub, ölərlər. Ailəmə bir şey olunca, elə mən əsirlikdə ölüm… Tək mənimlə heç nə olmaz…
***
Qapı zərblə açıldı. Təxminən 25 yaşlarında qəzəbli adam içəri girib, otağın küncündə yerdən əyləşən qadınları diqqətlə süzdü:
- Deməli, bunlardır…
- Bəli! – onları daimi nəzarətdə saxlayan döyüşçü ermənicə cavab verdi.
- Bu balaca fahişənin baxışlarından mənə ox batır! – qəzəbli adam Fazilənin qolundan tutub kənara itələdi: - Gözlərini təpiyimlə oyacam ki, kor olsun! Bir də baxa bilməsin!
- Qoy rədd olsun! Görmürsən adam sifətindən çıxıb. Heç bilmirik bu sifətdə onu ortalığa necə çıxaracağıq?
Kənara çəkilib yenə söhbətlərinə ermənicə davam etdilər. Fazilə dikəlib, bayaqkı yerinə çəkildi. Başını aşağı salıb, əlini alnına dayamışdı. Altdan-altdan yenə pilətəyə doğru məsafəni ölçürdü. Qəzəbli adam yenidən onlara yaxınlaşdı. Bu dəfə azərbaycanca danışdı:
- Əlini üzündən çək! Nədir, yoxsa başını dik tuta bilmirsən?
Fazilə əlini üzündən çəksə də, başını qaldırmadı. Qəzəbli adam başını bulayıb, üzünü turşudaraq, yenə ermənicə davam etdi:
- Tfu! Doğrudan itə oxşayır! Gətir plitənin üstünə su qoy, qızsın. Bunu bu görkəmdə ortaya çıxarmaq olmaz!
- İşin-gücün yoxdur? İndi durub sabun axtaracağam?
- Sabun türkü xarab eləyər! Elə üzünü-gözünü su ilə yusun ki, nisbətən səliqəli görünsün!
Nəzarətçi köhnə bir vedrədə su gətirib, plitənin üstündə qızdırdı. Su qızana qədər qəzəbli adam qadınlara hədə-qorxu gəlirdi:
- Bu nədir ki, hələ görün sizin hamınızın başına nə oyun açacağıq! Sizin o İsmət Qayıbovu Yerevanda çarmıxa çəkib, gözləyəcəyik – nə vaxt ölə, ölə! Məhəmməd Əsədovu! Məhəmməd Əsədovun başını kəsib meydanda kəlləsi ilə futbol oynayacağıq! Günümüzü qara edən Cəbrayıl milisinin rəisidir, nədir – Rəşid Məmmədov! Onu tikə-tikə edib itlərin qabağına atacağıq…
Fazilə ilə Müşkünaz susur, gözlərini yerdən qaldırmırdılar. Qəzəbli adam Faziləyə əmr etdi:
- Qalx başını yu!
- Yumuram…
- Çimsin! İt günündədir! – nəzarətçiyə göstəriş verdi.
- Yox…! – Fazilə etiraz etdi.
- Səni belə heç kimə verə bilmərik!
- Kimə… verirsiniz… ki…?
- Səni çox axtarırlar. Ancaq səni təsvir edirlər – bəstəboylu, qara saçlı, arıq qadın… Heç uca boylu kök qadın deyə soruşan yoxdur… Niyə?! Niyə ancaq səni axtarırlar, onu yox? – gözü ilə Müşkünazı işarə etdi.
- Bilmirəm…
- Bilirsən qancıq! Sən çox şeyi bilirsən və bizə demirsən! Qalx, yuyun!
- Yu…yumuram…
Qəzəbli adam Faziləni qolundan dartıb ayağa qaldırdı və divardan asılan güzgünün qarşısına itələdi:
- Hansı gününə naz edirsən?! Bir bax, gör, nə gündəsən!
- Vüsalə, qızım, sonuncu döyüşdə yaşadıqlarım, əsirlikdə başıma gələnlər, filmlərdə belə görmədiyim işgəncələr… İnan ki, indi güzgüdə gördüyüm elə bir mənzərə idi ki, bu günə qədər yaşadığım hər şeyi mənə unutdurdu. Özümü görəndə şok keçirdim! İlahi, adam müharibə filmlərində necə olur, bax, güzgüdən mənə elə bir sima baxırdı. Filmə baxanda düşünürsən ki, bu ssenaridir, qrimdir… Amma mən bunu realda yaşayırdım…
- Güzgüdəki qadını təsvir edə bilərsiniz…?
- Çalışacam, amma… inanın ki, təsviri asan deyil… Saçlarım, qaşım, kipriyim ütülüb… Burnum sınıb… Üstü yanıb, dərisi aşağı sallanıb… Dodaqlarım parça-parça… Üzüm, boğazım, qollarım cırıq-cırıq… Üz-gözüm döyülməkdən göm-göy… Əllərim də saçlarım kimi… yarısı yanıb, qalanlar da palçıqla qan bir-birinə qarışıb… Güzgüdən gözümü çəkib, əllərimə baxdım… Özümü biləndən səliqəyə saldığım əllərim elə şişmişdi ki, sanki kirəcləşib… Çalışsam da, tərpədə bilmədim…
Qəzəbli adam nəzarətçiyə dedi ki, “Su tök, başını yusun!” Mənə də “Yumasan, suyu başından tökəcəm, tamam islanacaqsan” dedi…
Sabun yox idi, elə ilıq si ilə saçlarımı yaxaladım… Əllərim tutmurdu… Sonra döşəmə silənə bənzəyən nəyisə üstümə atdılar ki, indi də qurula…
- Başınızı elə həmin otaqda yudunuz?
- Bəli, sobanın yanında. Gödəkçəmi çıxardım, altda qara rəngli koftam var idi. Başımı yuyanda o da su oldu… Saçlarımı guya quruladım, amma əynim yaş qaldı… Bu vaxt içəri 2-3 nəfər girdi və otaqdakı ermənilər ayağa qalxdılar. Yəqin onların rəhbərlərindən idi…
- Necə adam idi?
- Hündürboylu, kök, qıpqırmızı… Çox eybəcər sifəti var idi. Hardasa 50 yaşı olardı, papağının altından uzun, qara saçları çıxırdı. Yaxınlaşıb mənə bir təpik ilişdirdi ki, “mən içəri girirəm, hamı ayağa qalxır, sən nə zibilsən ki, qalxmırsan?” Cavab verdim ki, “niyə qalxmalıyam, əsgərəm?” Əlini atıb boğazımdan yapışdı, boğmaq istədi, əlindən aldılar ki, öldürmə. O da əsəbi şəkildə əl atıb, yerdəki bir vedrə soyuq suyu qaldırıb, tökdü üstümə…
Sonra bizi “Niva”nın baqajına mindirib, özləri də qabaqda əyləşdilər. Yola düşdük. Ağdərədə bir yaşayış məntəqəsində saxlayıb, məni baqajdan çıxartdılar. Orada qucağında 3-4 yaşlarında bir oğlan uşağı olan kişi məni uşağa göstərib, ermənicə dedi ki, bu qadın murdar türkdür, onun üzünə tüpür, təpiklə vur, anasını da söy! Yoxsa daha sənə maşın almayacağam…
Uşağı da elə tutub ki, təpiyi mənə dəysin…
Uşağın təpiyi nə olacaq ki? O yüngül bir təpik atmaqla ətrafda toplaşan kişilər başladılar tərifləməyə ki, “Ay sağ ol! Yenə, yenə!” Uşaq da dayanmadan üzümə tüpürüb, təpikləyir və söyür… Ətrafdan da ermənicə səslər gəlir “Yaxşı tüpür, möhkəm vur!”
***
“Meydan tamaşası” bitəndən sonra Faziləni maşına qaytarıb, yola düşdülər. Bu dəfə onu arxada əyləşdirdilər, hər tərəfində də bir əlisilahlı… Sürücü ilə qabaqda əyləşən adam da silahlı idi… Sanki bu saat avtomobilə hücum olacaq kimi silahlarını açıq pəncərədən hazır vəziyyətdə tutmuşdular… Sağ tərəfdə əyləşən silahlı Faziləyə deyirdi:
- Görürsən, sizi sizin türk vəhşilərdən qoruyuruq! Hər an hardansa çıxıb maşınımızı atəşə tuta bilərlər! Görün biz nə qədər humanistik, sizi özünüzünkülərdən qoruyuruq! Biz olmasaq, sizi elə özünüzünkülər qırar!
Maşın kəndin əyri-üyrü yolları ilə irəliləyir, onları atıb-tuturdu…
Avtomobil qəbiristanlığa çatanda aydınlıq gecə idi… Faziləni maşından düşürdüb, məzarların arasına gətirdilər. Qəbiristandan o yana uçurum olduğu görünürdü… Yaxında meşəlik var idi…
Bir-bir məzarlara göz gəzdirib, gecənin zülmətində təzə məzar axtaran Fazilə sonunun çatdığına sevinirdi. Yüngül meh nəm paltarda tir-tir əsən qadının yaralı üzünə sığal çəkir, ölüm ona ağuşunu açırdı.
- Qəbirlərə yox, ətrafa bax! – silahlı adamın səsi gecənin bağrını yardı: - Xoşuna gəlir?
- …
- Səninləyəm, karsan?! Buralar xoşuna gəlir?
- …
Qulağından dəyən ağır zərbə Faziləni silkələdi.
- Şilləm qulaqlarını açdı, indi eşidirsən! Xoşuna gəlir?
- Çox gözəl yerlərdir…
- Hə, gözəldir! – Ətrafa baxaraq astadan mızıldandı: - Bilirəm, sən ermənicə qəşəng bilirsən. Ancaq elə ifritəsən ki, danışmayacaqsan. Mənim də sənin kimi murdarla ağız-ağıza verməyə vaxtım yoxdur! – Qarşısına keçib qışqırdı: - Sadəcə onu bil ki, bu cür gözəl yerləri biz sizin kimi qoyunlara verən deyilik! Gedəndə öz qoyunlarınıza elə belə də deyərsən! Bura bizim olacaq! Bu gözəllikdə yaşamağa biz layiqik! İndi gəl, rədd ol, min baqaja!
- Noyabrın 17-də, gecə, bizi Xankəndinə gətirdilər…
- Xankəndinin Milis Şöbəsinə…? Sonradan Xocalıdan götürdükləri girovları da ora gətirəcəkdilər…
- Bəli, həmin milis şöbəsinə… Əvvəlcə ikimizi də eyni kameraya saldılar. Sonra isə tək-tək dindirməyə apardılar… Orada rütbəli bir şəxs gəldi yanıma. Əyilib mənə dedi ki, mənim atam azərbaycanlı, anam isə ermənidir. Amma bu savaşda ermənilər haqlı olduqları üçün mən ermənilərin tərəfindəyəm. Bu o demək deyil ki, mən atamı sevmirəm. Sadəcə, mən haqqın, ədalətin yanındayam. Sənə də bunu tövsiyə edirəm.
- Adı nə idi?
- Soyadı ilə çağırırdılar… Ya Baxşıyev idi, ya da Baxşəliyev…
- Sizinlə necə davranırdı? O da digər ermənilər kimi çığırıb-bağırırdı?
- Yox, çox normal davranırdı. Hətta mənə baxıb dedi ki, sən özünü nə kökə salmısan… Heç nəyə etiraz etmə… Gedib mənə vineqred salatı tapıb gətirdi ki, ye…
***
- Ye, mən verirəm, mən azərbaycanlıyam…
- İstəmirəm…
- Sən bununla nə demək istəyirsən? Qorxma, içində zəhər yoxdur…
- Bilsəydim içində zəhər var, əksinə, yeyərdim…
- Neynirsən zəhəri? Artıq səni dəyişirlər…
- Geriyə qayıtmaq da istəmirəm…
- Niyə?
- Bu gündə kimə lazımam? Nəyə lazımam?
- Yox, elə demə… Yaşamaq gözəl şeydir… Həyat çox şirindir…
- …
- Yaxşı, onda heç olmasa çay iç, əynin sudur, titrəyirsən… - Baxşıyev ona çay süzdü. Fazilə qarşısındakı zərif armudu stəkanı mühasirəyə alan dəmir stəkan altlığına baxıb fikrə getmişdi ki, həmyerlisi qayğıkeşliklə qənd qabını ona tərəf sürüşdürdü: - Çayı iç, xəstələnəcəksən!
- İstəmirəm…
- Off! Bilirəm, niyə içmirsən! Azərbaycanlılar erməni qonaqları gələndə ona yemək verdikləri qabı sonradan ya atır, ya da işlənməyən bir yerə qoyurdular ki, bir də erməni qonaq gəlsə, o qabda yemək versinlər… İndi mənim əlim, erməni əli çaya dəyib deyə içmirsən…
Fazilə yanmış, suluqlamış əlləri ilə çətinliklə stəkanı qaldırıb, bir qurtum içdi, yenidən stəkanı yerinə qoydu.
- Hə, artıq yaxşıdır! Qənd də götür…
- İstəmirəm…
- Erməni əli dəyib deyə?
- Yox… Əllərim çox çirklidir. Qənd isə indi talonladır. İstəmirəm çirkli əlimlə qəndi bulayım…
Həmyerlisi Fazilənin əlini açıb, qəndqabını ovcuna çevirdi. Geri qaytardı və ovcuna düşən bir qəndi götürüb ona uzatdı:
- Götür, qəndlə iç! İndi biz düşmən mövqelərdə dayanırıq, amma hələ içimizdəki insaniyyət ölməyib…
***
- Məni kameraya qaytarandan sonra da Müşkünazı apardılar. İkimizi də təklikdə dindirdilər…
- Nə soruşurdular?
- Neçə nəfər idiniz? Niyə orda idiniz? Nə qədər silahınız var? Hardan alırdınız? Harada saxlayırdınız? Nə silahları idi? Necə idi? Cavab verirdim ki, mənim başım çıxmır, bilmirəm…
- İnanırdılar?
- Yox, deyirdilər ki, maraqlanmırdınsa, o zaman niyə orda idin? Yaşamağa yerim yox idi, orada yaşayırdım ərimlə, deyirdim… Belə deyəndə tamam başqa bir mənzərənin şahidi olmuşdum. Sənədlərimi göstərib, “axı sənin iki uşağın var” - demişdilər… Onda başa düşdüm ki, içərisində pul, qızıl və sənədlərimiz olan diplomatımızı götürüblər…
- Deməli, kəndi qarət etməyə də imkan tapıblar…
- Hər şey… Hər şey ediblər…
Susub, uzaqlara baxır. Xeyli keçdikdən sonra 28 il öncə Xankəndi Milis Şobəsinin təkadamlıq kamerasındakı erməni hərbçi Oleqlə görüşünü xatırlayır…
***
- Səni bərk axtarırlar, qadın! Görünür əlaqələrin genişdir, bizdən gizlətdiyin çox şey var…
Fazilə istənilən dialoqun sonunda amansızlıqla döyüləcəyini bilir, bu dar kamerada da işgəncənin qaçılmaz olduğunu anlayırdı. Soyuq kameranın küncünə qısılaraq, gözlərini bir nöqtəyə zilləyib, susmuşdu. Oleq ani sıçrayışla onun qarşısında çömbəlib, pıçıldadı:
- Mən sənin yanına düşmən kimi yox, dost kimi gəlmişəm. Susma, danışaq! Sözümü yerə salma, istəyirsən ayaqlarından öpüm… İstəyirsən…?
(Davamı olacaq)
V hissədə:
Gözümü açanda başımın üstündə dörd saqqallı kişi dayanmışdı… İlahi, yenə onlar idi, ermənilər! Nəfəsim daraldı, sanki içimdə nəsə silkələndi… və… aşağı hissədə nəsə qırıldı… Bir qadının çığırtısını eşitdim:
- Ay aman, onu qan aparır!
Lent.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024