Dünya siyasətinin Heydər Əliyev zirvəsi

10:00 / 10.05.2019
Baxılıb: 2654

Böyük şəxsiyyətləri, müdrik insanları, məğrur, əyilməz kişiləri çox vaxt nəhəng dağlara, uca zirvələrə bənzədirlər: “Dağ boyda kişi”, “dag cüssəli igid”, “dağ vüqarlı oğul” və sair və ilaxır. Belə el deyimlərinin, bədii təşbeh və oxşatmaların təsirindəndirmi, yaxud nədəndirsə, harada əzəmətli dağ, başı qarlı uca zirvə görürəmsə, ilk növbədə gözlərim önünə xalqımızın qəhrəman oğulları, müdrik rəhbərləri, igid sərkərdələri, korifey sənətkarları, ən məşhur elm və mədəniyyət xadimləri... gəlir, özlüyümdə bənzətmə aparıram. Kimisini Azərbaycanımızın güneyindəki Savalana, kimisini qüzeyindəki Bazar düzünə, Baba dağına, kimisini Türkiyədəki Ağrı dağına, kimisini Avropadakı Alp dağının, Asiyadakı Pamir və Himalay dağlarının... zirvələrinə bənzədirəm. Mənim zənnimdə ümummilli liderimiz Heydər Əliyev Himalayın ən uca zirvəsi olan Everestlə (onu Comolunqma zirvəsi də adlandırırlar) eyniyyət təşkil edir. Yaşadığımız planetdə Everestdən uca zirvə olmadığı kimi, dünya siyasətində Heydər Əliyevə tay tutulası, onun səviyyəsində durası şəxsiyyət yoxdur.

Uca dağların əzəməti, möhtəşəmliyi yaxından yox, uzaqlardan daha aydın göründüyü kimi, adını tarixə həkk etdirmiş şəxsiyyətlərin də böyüklüyü, əlçatmazlığı onların cismani yoxluğundan müəyyən vaxt keçdikdən sonra, ideyalarının, əməllərinin təntənəsini zaman təsdiqlədikcə üzə çıxır və hamı tərəfindən qəbul edilir.

Dünya miqyasında tanınan, artıq əfsanələşmiş tarixi şəxsiyyətlər, müdrik insanlar çox olub. Onların da bir çoxu əsrlər, minilliklər bundan əvvəl yaşadıqları üçün bu gün bilmək olmur ki, həmin şəxsiyyətlər həqiqətənmi bu qabiliyyətlərin sahibi olmuşlar, yoxsa insanların arzularının, ideallarının “məhsulu” kimi xəyali qəhrəman qismində, bəzək-düzəklə təqdim edilirlər. Heydər Əliyev isə bizim müasirimiz olmuşdur, onun dahiliyi, əlçatmazlığı hələ özünün sağlığında dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, müdrik insanları tərəfindən etiraf olunmuşdur. Onlardan bəzilərini, yeri gəlmişkən, yada salaq: YUNESKO-nun sabiq direktoru Federiko Mayor ümummilli liderimizi bir dəfə belə təqdim etdi: “Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir”.

Zəmanəmizin tanınmış dövlət xadimlərindən olan Eduard Şevardnadze isə bu fikri bir qədər də qüvvətləndirmişdir: “XX əsr liderlər əsridir. Əsrin lideri isə Heydər Əliyevdir”.

Ulu öndərimiz haqqında bu deyilənlərin heç birində zərrə qədər də olsun şişirtmə yoxdur. Bunu mən gəlişigözəl söz kimi yox, sinni yetmişi haqlamış, bunun təqribən 50 ilini mühacirət ömrü yaşamış, Böyük Britaniyanın dünya şöhrətli ali təhsil ocaqlarından birində – Edinburq Universitetində doktorluq dissertasiyası müdafiə edərək, həmin universitetin professoru kimi 40 ilədək pedaqoji stajı olan, otuzdan çox ölkənin – ABŞ-ın, Kanadanın, Almaniyanın, Hollandiyanın, Misirin, Rusiyanın, Türkiyənin, Hindistanın, Pakistanın, Malayziyanın, Sinqapurun və s. ali məktəblərində dərs demiş, mühazirələr oxumuş, elmi konfrans, konqres və simpoziumlarda müxtəlif mövzularda məruzələr etmiş, istər elm və mədəniyyət, istərsə də siyasətçilər və dövlət xadimləri arasında geniş əlaqələri olan təcrübəli bir şəxs kimi səmimiyyətlə deyirəm. Gənclik illərimdə Bi-Bi-Si-də jurnalistlik fəaliyyətim zamanı və sonrakı dövrlərdə dünya şöhrətli dövlət xadimləri, elm-mədəniyyət korifeyləri ilə həmsöhbət olmuş, bir çoxu ilə dostluq əlaqələri saxlamışam. XX əsrin ən məşhur siyasətçilərindən olan, İngiltərənin Baş naziri Uinston Çerçilin həyat və fəaliyyətini yaxından izləmiş, tədbirlərində iştirak edib, söhbətlərini, canlı çıxışlarını dinləmişəm. Pakistan prezidentləri Zülfüqar Bhuttonun, Ziya-ül Həqqin şəxsi qonaqları olmuşam, hər ikisindən müsahibələr almış, onlarla ətraflı söhbətlər aparmışam, Hindistanın Baş naziri xanım İndira Qandinin dəvəti ilə keçirdiyi konfransda iştirak etmişəm. Liviya Prezidenti Müəmmər Qəddafi ilə həmsöhbət olmuşam. Edinburq Universitetində təhsil alan və sonradan Böyük Britaniyanın Baş naziri vəzifəsinə yüksələn Qordan Braunla, habelə həmin ölkənin sabiq xarici işlər naziri Robin Kukkla sıcaq münasibətlərimiz, çoxsaylı görüşlərimiz, söhbətlərimiz olub və bu yaxınlıq indi də davam etməkdədir... Bu siyahını xeyli uzatmaq və oraya İspaniya kralı Solazarı, İran şahı Məhəmməd Rza Pəhləvini, Fransa prezidentləri Mitteranı və Jak Şirakı, Almaniya kansleri Villi Brantı, İordaniya kralı Hüseyni, Türkiyə Prezidenti Süleyman Dəmirəli və başqalarını da əlavə etmək olar. Yəni bu məşhur insanların bir çoxu ilə şəxsi ünsiyyətim, bəziləri barədə müxtəlif mənbələrdən əldə etdiyim geniş və səhih məlumat onları kifayət qədər yaxından tanımağıma əsas verir. Ümumiyyətlə, tarixi şəxsiyyətlər, əfsanəvi sərkərdələr, habelə müasirimiz olan məşhur siyasətçilər və dövlət xadimləri haqqında bilgilər əldə etmək, memuarlar oxumaq bir növ mənim xobbimə çevrilib. Bu, bəlkə də, onunla əlaqədardır ki, çox erkən yaşlarımdan “siyasət burulğanına” düşmüşəm. Uşaqlıq və yeniyetməlik illərim Seyid Cəfər Pişəvərinin Təbrizdə yaratdığı Azərbaycan Demokratik Firqəsinin hakimiyyətdə olduğu dövrə təsadüf edib. Bundan sonra, keçən əsrin 50-ci illərinin əvvəllərində – Məhəmməd Müsəddiqin İranda hakimiyyətdə olduğu dövrdə hökumətdə Azərbaycan üzrə əlaqələndirici vəzifəsində işləmişəm. Sonrakı dövrlərdə də jurnalistlik və elmi fəaliyyətimlə bağlı daim dünyada gedən proseslərin mərkəzində olmuş, elm, mədəniyyət sahəsində də böyük simalarla ünsiyyət saxlamışam. Keçən əsrin 60-70-ci illərində Böyük Britaniyadakı məşhur “Band-Bomb” hərəkatının (mən də həmin hərəkatın fəallarından olmuşam) yaradıcısı, görkəmli filosof Rassel, dünya səviyyəli alim Branovski, böyük türk yazıçısı Əziz Nesin və başqaları ilə dostluq etmişəm. Hətta Əziz Nesin haqqında film də çəkmişəm.

Bütün bunları xatırlatmaqda məqsədim müqayisə etmək, paralellər aparmaqdır. Əslində, hər cür müqayisənin nöqsanlı olduğunu mən də qəbul edirəm. Yəni hər bir insanın, eləcə də adlarını çəkdiyim və çəkmədiyim şəxsiyyətlərin özünəməxsus keyfiyyətləri var və bunlar bir-birinə bənzəmirlər. Bəzən dünyaca məşhur insanların fövqəlüstün keyfiyyətləri ilə yanaşı, müəyyən çatışmayan cəhətləri də olur. Lakin Uca Yaradan tərəfindən elə seçilmişlər də olur ki, onlar hər cür nöqsanlardan uzaq, əlçatmazdırlar. Mənim tanıdığım şəxsiyyətlər arasında bu məqama yalnız Heydər Əliyev yüksəlmişdir.

Heydər Əliyev haqqında ilk dəfə 1969-cu ilin yayında eşitmişəm. Böyük Britaniyada yaşasam da, Şimali Azərbaycanda baş verən hadisələr barədə müxtəlif mənbələrdən məlumat alırdım. O zaman nəhəng Sovet İttifaqının tərkibində olan Azərbaycana yeni rəhbər təyin edildiyi barədə xəbər bütün Avropanı dolaşdı. Yeni rəhbərin gənc DTK generalı olması xüsusi vurğulanırdı.

Sonrakı illərdə Azərbaycanın inkişaf etmiş respublikaya, Bakının abad, firavan şəhərə çevrildiyi barədə xoş xəbərləri eşitdikcə, xalqımın dəyərli oğlu, hələ üzünü görüb tanımadığım Heydər Əliyevə qəlbimdə dərin rəğbət hissi baş qaldırmağa başladı. Yetmişinci illərin axırlarına yaxın onu Siyasi Büro üzvlüyünə namizəd, səksəninci illərin əvvəllərində isə Siyasi Büronun üzvü seçərək, nəhəng SSRİ hökuməti sədrinin birinci müavini vəzifəsinə təyin edib Kremlə apardılar.

O illərdə Qərbi Avropa dövlətlərinin siyasi dairələrində Heydər Əliyevin vəzifə pillələri ilə belə yüksək sürətlə irəliləməsi əsas müzakirə mövzularından idi. Milliyyətcə azərbaycanlı olan bir müsəlmanın əsasən şovinist əhval-ruhiyyəli xristianların toplaşdığı Kremldə böyük səlahiyyət və söz sahibinə çevrilməsi çoxları üçün anlaşılan deyildi. Qərbdə bunu birmənalı qarşılamadılar. Heydər Əliyev kimi bacarıqlı və enerjili bir kadrın SSRİ rəhbərliyinə gətirilməsi “qocalar və pensiyaçılar yığnağı” olan Siyasi Büronun fəallığının artması faktı diqqətdən yayınmır, Sovet İttifaqını düşmən hesab edənlərin buna təəssüflənməkdən başqa çarəsi qalmırdı. Hətta, Avropada belə söz-söhbət də gəzirdi ki, SSRİ-ni Heydər Əliyev idarə edir, təkbaşına Siyasi Büronun qalan bütün üzvləri qədər iş görür. Heydər Əliyevin rəhbərliyi altında SSRİ nümayəndə heyətinin xaricə – Hindistana, Meksikaya, Almaniyaya, İtaliyaya, Misirə, Vyetnama, Suriyaya və başqa ölkələrə uğurlu səfərlərini, SSRİ-də keçirilən ən mötəbər tədbirlərin onun sədrliyi ilə aparılmasını görmək, şəxsən mənim üçün, eləcə də mühacirətdə yaşayan digər azərbaycanlılar, geniş mənada bütün türklər və müsəlmanlar üçün nə qədər də xoş, fərəhləndirici idi. Necə deyərlər, sevincdən uçmağa qanadımız yox idi.

O dövrdə Avropada Heydər Əliyevi SSRİ-nin növbəti rəhbəri kimi görür və ehtiyat edirdilər ki, o, çökməkdə olan imperiyanı öz ağlı, müstəsna qabiliyyəti sayəsində yenidən dirçəldəcək və dünyanın ən güclü dövlətinə çevirəcəkdir.

Lakin sonrakı hadisələr, daha doğrusu, Mixail Qorbaçov kimi bir xain və kütbeyinin rəhbər seçilməsi nəticəsində vəziyyət dəyişdi. Heydər Əliyevin yanında hər cəhətdən miskinliyini və cılızlığını hiss edən Qorbaçov, necə olursa-olsun, onu Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırmağı qarşısına məqsəd qoydu və buna nail oldu.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Mixail Qorbaçovun yeritdiyi səhv xəttə, onun antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi və əslində, mövcud rejimə qarşı müxalif mövqeyə keçdi. SSRİ rəhbərliyi Heydər Əliyevin gücünə bələd olduğu üçün onu ev dustağı kimi nəzarətdə saxladı.

Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qanlı qırğının ertəsi günü Heydər Əliyev təqiblərə və səhhətinin ağır olmasına baxmayaraq, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və orada, jurnalistlər qarşısında Kremlin bu cinayətkar addımını pisləyən kəskin bəyanatla çıxış etdi. Dağlıq Qarabağ münaqişəsinin yaranmasında Kremlin ikiüzlü mövqe tutmasını ifşa etdi. 
Qanlı Sovet rejiminin vaxtında belə risk etmək hər kişinin işi deyildi. Heydər Əliyev dəfələrlə əməli ilə sübut edib ki, doğma xalqının taleyi onun üçün öz həyatından da irəlidir. Bu mənada uzun illər SSRİ Plan Komitəsinə rəhbərlik etmiş Nikolay Baybakov “mən Azərbaycanı və Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram” – deyərkən necə də haqlıdır.

“Vətəndən kənarda yaşayan soydaşlarımızın ürəkləri gərək daim Azərbaycanın nəbzi ilə bir vursun. Harada yaşamasından, vəziyyətin ağır və çətinliyindən asılı olmayaraq, gərək hər bir kəs Ana Vətən haqqında düşünsün. Azərbaycanlılar artıq bilirlər və daha çox bilməlidirlər ki, indi bizim, nəhayət, müstəqil dövlətimiz, Azərbaycan Respublikamız var, azərbaycanlılar üçün Ana Vətən var. Bu, müqəddəs Azərbaycan torpağıdır. Deməli, harada olursan-ol, hansı ölkədə yaşayırsan-yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən”.

Bütün azərbaycanlıların ümummilli lideri, müasir dünya siyasətinin ən öndə gedən simalarından da bir boy yuxarıda dayanmağa mənəvi haqqı olan Heydər Əliyevin 1994-cü il fevral ayının 23-də Londondakı “Hilton” otelində söylədiyi bu fikirlər heç vaxt hafizəmdən silinməyəcək. Həmin gün ulu öndər Britaniya paytaxtında yaşayan azərbaycanlılarla görüş keçirirdi. Doğrudur, ümummilli liderimizin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla görüşləri çox olmuşdur (Təkcə Britaniyadakı Azərbaycan diasporu ilə – 1994-cü il 22-25 fevral və 1998-ci il 19-24 iyul tarixlərdə iki dəfə görüşmüşdü. Hər iki görüşdə çıxış etmək səadəti mənim də üzümə gülmüşdü). Ancaq Heydər Əliyevin 23 fevral 1994-cü il tarixli görüşdəki çıxışı, sözün həqiqi mənasında, böyük bir tarixi hadisə idi. Çünki...

...Azərbaycan torpaqlarının işğalı davam edirdi. Hər gün, ən azı, bir kənd əldən gedirdi. Ölkə daxilində sabitlik sıfıra bərabər idi. İnsanların rifah halından danışmaq belə mümkün deyildi. Belə bir zamanda prezident seçilməsindən hələ yarım il belə keçməyən bir dövlət başçısı bizi – Avropanın ən güclü, ən inkişaf etmiş ölkələrindən birində yaşayan soydaşlarını Azərbaycana dəvət edirdi. Üstəlik, təkcə bizi yox, Britaniya hökumətini, İngiltərənin iş adamlarını da Azərbaycana çağırırdı. Bu, sadəcə dövlət başçısının göstərdiyi qətiyyət və iradə nümayişi deyildi, siyasətçi uzaqgörənliyinin, müdrikliyinin təzahürü idi. Avropada isə şəxsiyyətin bu qəbildən olan keyfiyyətləri çox yüksək qiymətləndirilir. Necə ki, yuxarıda qeyd etdiyimiz böhran vəziyyətindən xəbərdar ola-ola həm Britaniya hökuməti Azərbaycana gəldi, həm də həmin ölkənin iş adamları.

Hamı bilir ki, belə söhbətləri indi eləmək, britaniyalı iş adamlarını Azərbaycana indi dəvət etmək çox asan bir məsələdir. Ancaq o vaxtlar, Azərbaycanın ağır günlərində Avropa ölkələrini əməkdaşlığa çağırmaq kimi bir siyasi qətiyyət nümayiş etdirmək siyasətçidən cəsarət tələb edirdi. Çünki Azərbaycanın əməkdaşlığa dəvət etdiyi ölkənin beynəlxalq aləmdəki xüsusi çəkisini izah etməyə ehtiyac yoxdur.

Mən çox xoşbəxtəm ki, belə bir siyasətçinin soydaşıyam, müasiriyəm və bir neçə dəfə onunla tədbirlərdə iştirak etmək, həmsöhbət olmaq səadətinə qovuşmuşam.

Heydər Əliyevin Britaniyada necə qarşılanmasının və necə yola salınmasının şahidi olmuşam. Səfərlər gözümün qarşısında başlanıb və yekunlaşıb. Onun Fransa, Almaniya, Norveç və başqa Avropa dövlətlərində qarşılanmasını və həmin ölkələrdə keçirdiyi görüşləri televiziya vasitəsilə izləmişəm. Allaha şükür ki, indi dünyanın ən uzaq ölkələrində də baş verən prosesləri dərhal izləmək imkanımız var. O səbəbdən də Heydər Əliyevin istənilən səfəri barədə xırda detallara qədər məlumat almışıq. Yəni, o böyük insanın Avropa siyasətçiləri ilə görüşləri, diplomatik gedişləri, siyasətçi məharəti, insani keyfiyyətləri barədə kifayət qədər təsəvvürümüz var. Ona görə də qətiyyətlə deyə bilərəm: Heydər Əliyev istənilən Avropa siyasətçisinin fövqündə dayanırdı, bir neçə bal yüksək qiymətləndirilirdi. O, siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı haçan atmağı bir zərgər dəqiqliyi ilə bacarırdı. Avropa siyasətçiləri ilə danışıqlar zamanı “Bəli, biz Avropaya inteqrasiya edəcəyik, yolumuz Avropaya, üzümüz Qərbədir” – deyən Heydər Əliyev 2001-ci ilin yanvarında Azərbaycan bayrağının Avropa Şurasının iqamətgahı qarşısında qaldırılması zamanı bütün azərbaycanlıların fəxr etdiyi, istənilən soydaşımızın hələ on illər bundan sonra da qürurla xatırlayacağı bir ifadə işlətdi: “Azərbaycana Avropa Şurası nə qədər lazımdırsa, Avropa Şurasına da Azərbaycan bir o qədər lazımdır”. Tam cəsarətlə deyirəm, bu ifadəni ancaq “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, – deyən kişi söyləyə bilərdi. Onu ancaq Heydər Əliyev bacarardı. Necə ki, bacardı.

Avropa qəzetlərinin birində oxumuşam ki, Heydər Əliyev həm SSRİ rəhbərliyində təmsil olunanda çox siyasətçilərə doğru yol göstərib, həm də müstəqil Azərbaycanın Prezidenti olduğu müddətdə. Həmin qəzet yazırdı ki, Heydər Əliyevlə görüşən siyasətçilər təkcə onunla danışmır və ya söhbətinə qulaq asmırlar, üstəlik ondan mütləq nəyi isə öyrənirlər. Hər kəs ondan nəyisə öyrənir – siyasi davranış, diplomatik etiket incəliklərini, tərəf-müqabilini sonadək dinləmək mədəniyyətini və s.

Avropalı ekspertin Şərq müdriklərindən olan Heydər Əliyev barədə (hərçənd Azərbaycan eyni zamanda həm də sırf Avropadır) dediklərini Rusiya Federasiyasının sabiq Prezidenti Vladimir Putin onunla görüşəndən sonra demişdi ki, mən bu görüşdən çox şey öyrəndim və hiss etdim ki, Azərbaycan Prezidenti ilə görüşə həqiqətən ehtiyac var idi. Yəqin ki, hörmətli oxucu diqqət yetirdi, Vladimir Putin Heydər Əliyevdən öyrəndiyini, Azərbaycan Prezidenti ilə görüşə ehtiyac duyduğunu etiraf edir.

Heydər Əliyevin heç kəslə müqayisə edilməz güclü məntiqi var idi. Öz fikirlərini elə köklü surətdə əsaslandırıb deyirdi ki, qarşı tərəf tamamilə arqumentsiz qalırdı. Avropa Şurasının rəsmiləri Azərbaycandakı hansısa məsələnin həlli barədə danışıqlar zamanı Heydər Əliyevə konkret tövsiyə vermək istəmişdilər. O zaman ulu öndərimiz vəziyyətdən çox incə bir yumorla çıxmışdı: “Siz xəstə yanına gələn həkim kimi resept yazmaq istəyirsiniz. Ancaq siyasi məsələlər reseptlə həll olunmur”. Bilərəkdən adını çəkmədiyim həmin siyasətçi sadəcə gülümsünməkdən başqa çıxış yolu tapmamışdı. Yəni Heydər Əliyev ona başa salmışdı ki, məsələ sən deyən kimi yox, mən deyən kimi həll olunacaq. Ancaq təkcə bu fakt deyildi. Bütün beynəlxalq tədbirlərdən əvvəl, yaxud fasilələrdə kuluar söhbətlərində siyasətçilər Heydər Əliyevə göz qoyur, onun hansısa zarafat və ya jest edəcəyini gözləyirdilər. Hamı onun böyüklüyünü qəbul edir, ona baxıb “düzlənirdi”.

Başqa bir fakt. Mən nəinki Azərbaycanda, heç dünya miqyasında ikinci bir siyasətçi tanımıram ki, Heydər Əliyev qədər öz xalqının xaricdəki diasporuna maraq və qayğı göstərsin. O, bütün xarici səfərlərinin proqramına həmin ölkədə yaşayan Azərbaycan icması ilə görüşləri daxil edirdi. Britaniyada bizimlə keçirdiyi görüşlər barədə yuxarıda qeyd etdim. Ancaq diaspor nümayəndəsi kimi, mənim üçün daha maraqlı məqamlardan biri də Heydər Əliyevin 1994-cü ilin sentyabrında Nyu-Yorkdakı “Türk evi”ndə Amerikada yaşayan türk və azərbaycanlı icmalarının nümayəndələri ilə görüşü idi ( o zaman müstəqil Azərbaycanın Prezidenti ilk dəfə idi ki, BMT Baş Məclisinin sessiyasında iştirak edirdi). Heydər Əliyev türk və Azərbaycan icmalarının nümayəndələrinə dedi: “Hamınızı Azərbaycana dəvət edirəm. Qonaq gəlin, Azərbaycanın bugünkü vəziyyəti ilə tanış olun. Əmin ola bilərsiniz ki, Azərbaycanın müstəqilliyi möhkəmləndikcə, biz müharibədən çıxandan sonra suveren dövlət kimi Azərbaycan Respublikası xaricdəki dostlarına, həmvətənlərinə daim qayğı göstərməyə, bu əlaqələri daha da möhkəmlətməyə və inkişaf etdirməyə çalışacaqdır”.

O, həqiqətən böyük ürək sahibi idi. Belə ki, Azərbaycanın həmin illərdə hansı vəziyyətdə olduğu heç kəsə sirr deyil. Yəni ölkə ağır gündə idi. Ancaq Heydər Əliyev xaricdə yaşayan soydaşlarına da qayğı göstərməkdən danışırdı. Bunu ancaq Heydər Əliyev kimi böyük ürək sahibi deyə bilərdi. O, özünün çoxsaylı əfv və amnistiya fərmanları ilə də çox geniş bir ürəyə sahib olduğunu sübut etmişdi. Bir şəxs ki, özü barədə şantaj, böhtan, təhqir yazan qəzetlərin bağışlanması haqqında göstəriş verə... Tarixdə belə keyfiyyətlər ancaq seçilmiş insanlara xasdır. Hamıya qarşı diqqətli olmaq, ən xırda məsələyə belə əhəmiyyət vermək kimi alicənablıq hissləri ona çox böyük nüfuz və etimad qazandırmışdı. Məhz həmin nüfuz və etimad nəticəsində o, Azərbaycanı bəlalardan xilas etdi.

Bəzi siyasətçilər yazırlar ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyini uçurumun bir addımlığından xilas etdi. Əslində, o, Azərbaycan dövlətini quyunun dibindən çıxardıb. Çünki Azərbaycanı artıq itələyib quyunun dibinə salmışdılar. Allahın qisməti, xalqın istəyi və o zamankı Azərbaycan rəhbərlərinin çağırışı ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətini quyunun dibindən çıxarmaq və möhkəmləndirmək üçün beş il sərasər çox ağır zəhmətlər çəkdi. Sonrakı illərdə isə inkişaf yoluna çıxmış Azərbaycanın tərəqqisi başlandı. Azərbaycan 10 ildə 20-30 illik inkişaf yolu keçdi ki, bütün bunların kökundə Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi, diplomatik məharəti dururdu.

Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasına, bundan sonra 20-dən çox neft sazişinin ərsəyə gəlməsinə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əfsanədən reallığa çevrilməsinə nail olmaqla bütün dünyanın diqqətini Azərbaycana cəlb edə bilmişdi. Bu isə o deməkdir ki, artıq Azərbaycanın problemləri təkcə bu ölkəninki deyil, hamının problemidir. 
Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünü qeyd etdiyimiz bu günlərdə mənim qəlbimdən rahatlıq gətirən bir neçə hiss keçir. Ən böyük rahatlıq gətirən, məmnunluq doğuran odur ki, o dahi insanın qurduğu dövlət böyük inkişaf yolundadır. Sonra o məsələdən arxayınıq ki, cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu məhz ümummilli liderin adına və əməllərinə layiq davam etdirir. Məni xoşhal edən başqa məsələ isə ondan ibarətdir ki, ulu öndərin tapşırığını – dünya azərbaycanlılarının bir araya gəlməsi, xaricdə yaşayan soydaşlarımızın fəaliyyətlərinin əlaqələndirilməsi kimi şərəfli bir vəzifəni can-başla yerinə yetirirəm. Ən sonda isə o böyük şəxsiyyətin bütün soydaşlarımızın ürəyinə yazılan səsini (bu məqamda sözünü yox, məhz səsini ) yada salmaq istəyirəm: “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam ”.

Qulamrza Səbri TƏBRİZİ,

Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri,

Edinburq Universitetinin professoru

Xalq qəzeti.- 2009.- 16 may.- S. 4.

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər