Türkiyənin öncül və başarılı qadınlarından danışılanda ilk adı çəkilən, fəxrlə anılan qadınlardan biri də Sürəyya Ağaoğludur. Sürəyya Ağaoğlunun adı Türkiyədə ilk qadın vəkil, qadın və uşaq hüquq müdafiəçisi kimi tarixə düşüb. O, İstanbul Universitetinin Hüquq fakultəsinə daxil olan ilk qız, Türkiyə tarixində ilk qadın vəkildir.
Sürəyya Ağaoğlu 1903-cü ildə hal-hazırda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Azərbaycanın Şuşa şəhərində, Qarabağda anadan olub. Atası böyük fikir adamı, mütəfəkkir, yazıçı və siyasətçi Azərbaycan Demokratik Cümhuriyyətin önəmli isimlərindən Əhməd Ağaoğludur.
Beş uşaqlı ailənin ən böyük üzvü olan Sürəyya Ağaoğlu, fəlsəfə fakultəsinin məzunu- pedaqoq və millət vəkili Tezer Taşkıranın, mühəndis və iş adamı Abdurrahman Ağaoğlunun, siyasətçi, ədib və hüquqşünas olan Səməd Ağaoğlunun, tibb doktoru Gültekin Ağaoğluların bacılarıdır.
Atası Əhməd Ağaoğlu Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilir və bu müddətdəki fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynayır. Bir qədər sonra onun millətçi fikirlərindən və sosial inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab olaraq türk-müsəlman xalqlarının hüququnu qorumaq üçün “Difai” adlı özünümüdafiə təşkilatı yaradır. Çar Rusiyasının erməni hakimiyyət nümayəndələri Qarabağda etnik təmizləmə işinə başladığı bir dövrdə “Difai” təşkilatı bu siyasətin qarşısını almaq vəzifəsini və Azərbaycan türklərinin milli təhlükəsizliyinin təmin olunmasını öz üzərinə götürür. Lakin ruslar bunu qəbul etmir. Osmanılı İmperiyasında geniş vüsət almiş «Gənc Türk» inqilabi hərəkatından təşvişə düşmüş çar qüvvələri onun kitab və məqalələrinə “Pan-Türkist” adını verərək təqib etməyə başlayırlar. Aylarla dostlarının evində gizlin yaşayan Əhməd bəy təqib və mümkün həbslər səbəbindən 1908-ci ilin sonlarında Türkiyəyə, İstanbula mühacirət etməli olur. Türk Ocağı türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş konqresinə rəhbər seçilir. 1910-cu ildə Sürəyya Ağaoğlu ailəsi ilə atasının yanına, Türkiyəyə köçür.
Atasının ideologiyası və vəzifələri səbəbi ilə uşaqlığı və gəncliyi “Türk ocağı” ziyalıları, Mustafa Kamal Paşanın və dostlarının arasında keçir.
Yəqin ki, Sürəyya xanımın Əhməd bəy Ağaoğlunun qızı olması faktı da onun mükəmməl şəxsiyyət kimi formalaşmasında mühim rol oynayıb. Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. Ağaoğlular ailəsindən Sürəyya xanım, Tezer xanım kimi parlaq qadın obrazlarının bu gün də maraqla öyrənilməsi başa düşüləndi. Bacısı Tezer Taşkıran İstanbul Univerisitetinin Fəlsəfə fakultəsini bitirib. O, 1927-ci ildə məktəblərdə tədris olunan “Məntiq” kitabını yazıb. Ailənin digər fərdləri kimi Tezer Taşkıran da dövrünün seçilən fikir adamlarından, pedaqoq olub.
1920-ci ildə Qiz Liseyindən məzun olan Sürəyya Ağaoğlu, 1921-ci ildə İstanbul Universitetinin Hüquq fakultəsinə qəbul olmaq üçün müraciət edir. O günə qədər hüquq fakultəsinin heç qız tələbəsi olmaması səbəbindən vəkil olmaq istədiyini bildirən S.Ağaoğlunun bu istəyi xoş qarşılanmır.
Həmin dönəmdə hüquq fakültəsində qadın tələbə olmadığı üçün İstanbul Universiteti rektoru Haldun Taner ona kömək edə bilməyəcəyini bildirəndə, o, rektorun atası, dövlət adamı Səlahəttin bəyə müraciət etmək qərarına gəlir.
Türk qadınlarının çarşabda gəzdiyi bir vaxtda Sürayyə Ağaoğlunun stereotipləri dağıdaraq vəkil olmaq üçün hüquq fakültəsinə qəbul olmaq niyyəti ictimaiyyət tərəfindən qeyri-adi qarşılanır. Sürayyə xanım Səlahəttin bəyə hüquq fakültəsinə qəbul olmaq istədiyini dedikdə otaqda olan şəxslər(kişilər) bu təklifi qəhqəhəylə qarşılayırlar. Səlahəddin bəy ona deyir ki, “Get, bir neçə nəfər hüquq fakultəsində oxumaq istəyən qız gətir, kurs açaq”. Sürəyyə xanımın təkidi ilə və özü kimi 2 nəfər vəkil olmaq üçün gətirdiyi rəfiqələri (Melda və Bedia) təqdim etdikdə onlar üçün ayrıca kurs açmaq məcburiyyətində qalırlar. Amma fakultədə günortaya qədər kişi tələbələrə, günortadan sonra isə qadın tələblərə dərs keçirdilər. Bir müddət belə davam etsə də, üç qız tələbəyə ayrıca təhsil verməyin imkansızlığını görən universitet rəhbərliyi Sürəyya və iki rəfiqəsinin də oğlan tələbələrlə birlikdə təhsil almasına icazə verirlər.
1921-ci il iyulun 18-də erməni qatil Torlakyan İstanbulun «Pera-Palas» hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur.
Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir...Sürəyya Ağaoğlu hüquqşunas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə «Bir ömür də belə keçdi» adlı memuarında yazır: «Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı». Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir.
Sürəyya Ağaoğlunun Behbud xan Cavanşirin məhkəməsində iştirakı, bu barədə sonralar öz memuarlarında da yazması onun o dövrün siyasi və milli məsələlərinə laqeyd qalmadığını göstərir.
Sürəyya Ağaoğlu müvəffəqiyyətli təhsil dövrü sonrasında, 1925-ci ildə, o dövrdəki adı ilə Darülfünun hüquq fakültəsindən məzun olmuş, Amerikanın məşhur və ən zəngin iş adamlarından olan Rockfeller ailəsinin qurmuş olduğu Rockfeller Foundation şirkəti tərəfindən Paris Beynəlxalq İnstitutunda 3 aylıq təqaüd imkanı qazanmışdı. Ancaq qanuni tənzimləmələr və dövlət tərəfindən gərəkli icazələri təmin edilə bilmədiyi üçün bu fürsəti qaçıraraq gedə bilməmişdi.
Sürəyya Ağaoğlu fakültədən məzun olduqdan sonra atasının da dəstəyi ilə Ankarada Şuranın Dövlət Tənzimat Dairəsində iş həyatına başlayır. Sürəyya Ağaoğlu artıq rəsmi şəkildə Türkiyə Respublikasının ilk qadın vəkili olaraq vəkillik fəaliyyətinə başlayır. Orada iki il işlədikdən sonra Ankara Bürosuna müraciət edir (1927-ci ildə).
1936-cı ildə Ankara Bürosundaki qeydiyyatını İstanbul Bürosuna köçürür. Sürəyya Ağaoğlu Londonda olduğu müddətdə bir çox araşdırmalar edir və Qadın Hüquqları üzərində danışıqları və söhbətləri Columbiya Radiosunda səsləndirilir. İrəliləyən illərdə Amerika Qadın Hüquqşünaslar Birliyinə üzv olmuş, Türkiyədə yaşanan qadın hüquqları problemlərinə və bu problemlərin həllinə istiqamətli işlər görür.
Sürəyya Ağaoğlu Türkiyənin ilk qadın vəkili olaraq tarixə keçməsi ilə bərabər qadınların ictimai sahədə iştirakı üçün də mübarizə aparmış, qadınların eynilə kişilər kimi bir restoranda yemək yeyə bilmə haqqını qazanmaq məsələsinə Atatürkün xanımı Lətifə xanım ilə birlikdə liderlik etmişdir. Ankarada qadınların yemək yeyə bilmək imkanını Atatürkün köməyi ilə qazandığını Sürəyya xanım Atatürklə bağlı danışdığı xatirələrində dönə-dönə qeyd edir. “O zamana qədər Ankarada türk qadınları restoranda yemək yemək lüksünə sahib deyildiər. İstanbulda restorana gedirdilər, Ankarada yox”, -Sürəyya Ağaoğlu bir müsahibəsində deyir.
Bununla da Sürəyya Ağaoğlu daha bir ilkə imza atır.
Vəkil Ağaoğlu 1379 saylı İstanbul Bürosunda da qeydiyyatdan keçir. İstanbul Universiteti Hüquq fakültəsini bitirdikdən sonrakı dövrdən ölüm anına qədər vəkil olaraq çalışır. O, həmçinin qadın hüquqlarını müdafiəçisi kimi də tarixə düşür.
Sürəyya Ağaoğlu “Azad Fikirləri Yayma Dərnəyi”, “Türk-Amerikan Universitetlər Dərnəyi” və “Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyi”nin qurucusu idi. O, 1948-ci ildə Berlin Beynəlxalq Hüquqşünaslar Komissiyasının da üzvü olur.
1960-cı ildönümündən sonra Ağaoğlu “Yassıada Məhkəməsi”ndə atası Əhməd Ağaoğlunun vəkili sifəti ilə prosesə qatılır.
Vəkil Ağaoğlu 1976-1978 illər arasında “Türk Hüquqşünas Qadınlar Assosiasiyası”na rəhbərlik edir, 1980-1982 dövründə isə dərnəyin əməkdaşlıq içində olduğu “Beynəlxalq Qadın Hüquqşunaslar Federasiyası”na rəhbər seçilir.
Ağaoğlu 1949-ci ildə Amerika səyahətinə gedib qayıtdıqdan sonra öz deyimiylə «Taksim parkındaki kimsəsiz uşaqlar üçün “Süreyya Ağaoğlu Uşaq Dostları Dərnəyi” ni qurur.
Ağaoğlu Londonda işlədiyi müddətdə gördükləri barədə xeyli hüquqi məqalə yazır. Onun məqalələri “Londonda gördüklərim” və “Bir ömür belə keçdi” kitabında cəmlənir.
Sürəyya Ağaoğlu həyat boyu qadın hüquqları sahəsində fəaliyyət göstərir. O, 1989-cu il, dekabrın 29-da İstanbulda “Qadın Hüquqları və Modernizasiyası” mövzusunun müzakirə olunduğu paneldən ayrıldığı zaman beyninə qansızma səbəbi ilə həyatını itirir.
2003-cü ildə Türkiyədə Sürəyya Ağaoğlunun 100 illik yubileyinə həsr olunmuş gümüş xatirə sikkələri buraxıldı.
Könül Alı
Ayna.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024