NÖVRƏS İMAN YARADICILIĞINDA HƏZRƏT ƏLİ (Ə.) VƏ ƏHLİ-BEYT (Ə.) SEVGİSİ

18:44 / 31.05.2019
Baxılıb: 6406

Kiçik yaşlarından dini ruhda tərbiyə və təhsil alan Növrəs İman bütün varlığı ilə haqq olan Cəfəri məzhəbinə bağlanmış və demək olar ki, yaradıcılığını Əhli-beytə (ə.) məhəbbətlə bəzəmişdir. Aşığın yaradıcılığına baş vurduqda deyilənlərin şahidi oluruq. Belə ki, aşığın yaradıcılığı boyu Qurani-Kərimin ayələrindən, Peyğəmbərimizin (s.) buyurduğu hədislərdən, “Üsuliddin”dən, “Firuiddin”dən, şəriət qanunlarından yerli-yerində istifadə edilmişdir.

Bildiyimiz kimi, islam dininin maarifi üç prinsip üzərində qurulub: “Üsuliddin”, “Firuiddin” və Əxlaq. “Üsuliddin” – dinin köküdür, “Firuidddin” – dinin budaqlarıdır. Əxlaq isə dinin meyvələridir. Növrəs İman “Eyləyər” rədifli qoşmasında “Üsuliddin”in maddələrini bir-bir sadalayır və izah edir. Üsuliddin beşdir: Tövhid, Ədl, Nübuvvət, İmamət, Məad.

Böyük sənətkar əhəmiyyətini belə göstərir:

“Üsuliddin” demək, dinin köküdür,

Tövhidi bir Allah aşkar eyləyir.

Qul-hu vəllahidə dəlildi əhəd,

Dildə təkliyini iqrar eyləyir.

 (Növrəs İman, 2004: 44-45).

Bu beytdə haqq aşiqi olan Növrəs İman çatdırır ki, Üsuliddin dinin köküdür, bu kökü Allaha etiqad təşkil edir. Yəni, Tövhid kəlməsinin mənasını “İxlas” surəsinin birinci ayəsində olduğu kimi bizə çatdırır. “İxlas” surəsi dörd ayədən ibarətdir. Allah-Təala buyurur: “De: O Allah yeganədir. Allah ehtiyacsızdır. Doğmayıb və doğulmayıb. Heç bir bənzəri yoxdur və heç kimsənə ona tay ola bilməz” (Qurani-Kərim, 2017: 79).

N.İman deyir:

İkinci Ədldir, Ədalət bir ad,

Vaməllah yuridən zulmən lil ibad.

Yəni zülm eyləməz, eyləyər imdad,

Dolandırıb hərdən ehzar eyləyir.

 (Növrəs İman, 2004: 44-45).

Bu bənddən də göründüyü kimi, şair Yaradanın ədalət sifətini vəsf edir və bildirir ki, Allah zülm edən deyil. Çünki zülm eyləmək qüdrətsizliyin və acizliyin nişanəsidir. Allah isə hər şeyə qadirdir. Əgər insan Allaha etiqad göstərsə və ədalətli olsa, heç zaman əzab çəkməz.

Böyük şair dünyaya gəlib-gedən peyğəmbərləri, Adəmi, Xatəmi dilə gətirərək deyir:

Üçüncü kəlmədə nübuvvətdi həm,

Yüz iyirmi dörd min peyğəmbərdi cəm.

Əvvəli Adəmdir, axırı Xatəm,

Dəlili-əhvalın iqrar eyləyir.

 (Növrəs İman, 2004: 44-45).

Allah tərəfindən bəşərin hidayəti üçün yüz iyirmi dörd min peyğəmbər gəlib. Bu peyğəmbərlərin əvvəlincisi Adəm (ə.), sonuncusu Həzrət Məhəmməddir (s.).

Şair bu beytdə Allah elçilərinin sayını, əvvəlinci və axırıncı peyğəmbərlərin adını deyib.

Məkana Muhəmməd xəlq olub əzəl,

Əba-Əhəd vardı o nuri-gözəl.

Vəlahu kan Rəsulullahdır əzəl,

Kulli-şeyyin əlimə huşyar eyləyir.

 (Növrəs İman, 2004: 44-45).

Bu bənddə şair göstərir ki, Allah ilk olaraq Məhəmmədin (s.) nurunu yaradıb. Hədisi-Qüdsdə buyurulub: “Ya Mühəmməd (s.), əgər sən olmasaydın, fələkləri yaratmazdım. Həzrət Əli (ə.) olmasaydı, səni yaratmazdım. Fatimeyi-Zəhra (s.ə.) olmasaydı, heç birinizi yaratmazdım”. Müasir dövrümüzün şairlərindən olan Mirzə Dahi Almaslı da bir qəzəlində bu hədisi nəzmə çəkib:

Xəlqi-aləm səbəbi Həzrəti-Zəhrada imiş,

İki dünya evinin zinəti Zəhrada imiş.

 (Dahi Almaslı).

Bəndin digər misralarında şair Qurani-Kərimin “Əhzab” surəsinin 40-cı ayəsinə işarə edir. Ayə belədir: “Mə kənə Muhəmmədun əbə-Əhədin min ricalikum va ləkin Rəsulullah va xatəmən-nəbiyyin. Va kənəllahu bikulli şeyin alimə” – “Mühəmməd (s.) kişilərinizdən birinin atası deyildir, lakin Allahın Rəsuludur və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir” (1).

Növrəs İman yazır:

Ona təlim verib elmi-ilahi,

Göstəribdi bizə o doğru rahi,

Məşhərdə məxluqat çəkəndə ahi,

Şəfaət o şahi-əbrar eyləyir.

(Növrəs İman, 2004: 45).

Bu bənddə də Peyğəmbərin (s.) qiyamət günündə bizlərə şəfaət edəcəyini, “Quran” ayələri işığında və sünnət güzgüsündə çatdırır.

İmamət Əlini haqq bil, inan,

On bir övladıynan ol Şahi-Mərdan.

“Valiyyikumullah” ayeyi-Quran,

Nisbəti-Əhmədi-Muxtar eyləyir.

 (Növrəs İman, 2004: 45).

Bu bənddə şair Həzrət Əlinin (ə.) və on bir imamın ümmət üzərində olan vilayət (rəhbərlik) haqqını peyğəmbərin (s.) hədisi ilə bizlərə çatdırır. Belə ki, peyğəmbər (s.) buyurub: “Əl-xüləfəi min-bədi isnə-əşəra kulluhum min-qureyş” – “Məndən sonra xəlifələr on iki nəfərdir və hamısı da qureyşdəndir” (Altan, 2005: 85).

Üçüncü misrada söhbət “Vilayət” ayəsindən gedir. “Vilayət” ayəsi “Maidə” surəsinin 55-ci ayəsidir. Ayədə Allah-Təala buyurub: “İnnəmə valiyyukumullahu varasuluhu valləzinə əmənu əlləzinə yuqımunəs-salatə va yutunəz-zəkətə vahum rakiun”. – “Sizin rəhbəriniz ancaq Allah, onun peyğəmbəri və o iman gətirənlərdir ki, namaz qılır və ruku edərək zəkat verirlər” (1).

Bu ayənin şəni-nüzulunda Qurani-Kərimə təfsir yazan İbn Abbas və Peyğəmbərin (s.) sevimli səhabələrindən olan Əbazəri-Ğiffaridən nəql olunub ki, ayə Həzrət Əlinin (ə.) namazda ruku halında üzüyünü fəqirə verməsinə işarədir. Klassik ədəbiyyatımızın bir çox nümayəndələri, o cümlədən M.Füzuli və M.Şəhriyar öz yaradıcılıqlarında bu ayənin Həzrət Əliyə aid olmasına işarə ediblər. Öncə M.Füzuliyə diqqət yetirək. Şair yazır:

Üzük bəxş eyləmişsə sailə ol şah namaz üstə,

Əlində əhli-həqqin hər nə varsa nəzri-saildir.

                                        (Füzuli, 1983: 34).

M.Şəhriyar da belə deyib:

Yeri döy Əli qapısın, odur ey gədayi-miskin,

Kərəmiylə padişahlıq üzüyün verən gədayə.

                                        (Şəhriyar, 1997: 41).

Növrəs İman da bu bənddə “Vilayət” ayəsinə və “Mənzilət” hədisinə işarə edib. “Mənzilət” hədisində Peyğəmbərimiz (s.) buyurub: “Ya Əli, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Bir şərtlə ki, məndən sonra peyğəmbər olmayacaq. Sən imam və imamlar atasısan”. Növrəs İman yazır:

Mim, yey ölərsən, həm dirilərsən,

Ayin adil qiyaməti görərsən.

Dal qurar divanın onda bilərsən,

Haqq divan bir qəni səttar eyləyir.

 (Növrəs İman, 2004: 45).

Bu bənddə isə şair Qiyamət ayələrindən olan “Bəqərə” surəsinin 28-ci ayəsinə istinad edir. Ayə belədir: “Keyfə təkfurunə billəhi va kuntum ənvatən fə əhyəkum summə yumitukum summə yuhyiykum summə ileyhi turcəun” – “Allahı necə inkar edirsiniz, ölü idiniz, o sizi diriltdi. Sizi yenə öldürəcək, sonra sizi dirildəcək, sonra da onun hüzuruna qaytarılacaqsınız” (1). Yenə həmin şeirin digər bəndinə diqqət yetirək.

“İnna-nəhnu nəhyəl mövt” kəlamı,

Mənada müxtəsər öləcək hamı.

Tapmasam axırda dərdə əncamı,

İstəsə Heydəri-Kərrar eyləyir.

  (Növrəs İman, 2004: 45).

Bu bənddə şair “Yasin” surəsinin 12-ci ayəsinə istinad edir. Ayə belədir: “İnnə nəhnu nuhyil mautə va nəktubu mə qaddəmu va əsərəhum va kullə şeyin əhseynəhu fi iməmim mubin” – “Həqiqətən biz ölüləri dirildərik. Etdiklərini və qoyub getdiklərini də yazırıq. Hər şeyi açıq-aydın kitabda (lövhi-məhvuzda) qeydə almışıq”. Bu ayənin şəni nüzulunda qeyd olunur ki, səhabələrdən bəzisi peyğəmbərin (s.) yanına gəlib “iməmim mubin”dən məqsəd nə olduğunu sual etdilər. Peyğəmbər (s.) buyurdu: “İmami-mubin”dən məqsəd nə Tövrat, nə İncil, nə Zəbur, nə də “Quran” deyil, məqsəd Həzrət Əlidir (ə.) (Şirazi, 1998: 41).

Şair də qeyd edir ki, Qiyamət günündə günahkarlara ancaq Həzrət Əli (ə.) kömək edə bilər:

Əlinin məqamın anlasa hər kim,

Ol kəs də kəsilər nəfsinə hakim.

Əlidir Quranda “Ta-ha”vu “Ya-sin”,

Həm “Ya-sin”də olan “İmamin-mubin”.

 (Növrəs İman, 2004: 44-45).

Növrəs İman “Usuliddin” barədə yazdığı ustadnaməsini bu misralarla tamamlayır:

Aldanıbsan əgər cifəyə hərdəm,

Çəkilər hesabı o gündə möhkəm.

Dilində vaynövsə, könlün alar qəm,

Növrəs İman sizə izah eyləyir.

(Növrəs İman, 2004: 45).

Bu son bənddən bir daha aydın olur ki, Növrəs İman islam dininin əsası olan “Üsuliddin”i mükəmməl bilmiş və onun maddələrini çox gözəl şəkildə şərh edərək nəzmə çəkmişdir.

İslam dininin maarifinin ikinci bölümünü əməllər təşkil edir. Bu barədə də Növrəs İman öz qələmini sınamış və “Eylə” rədifli ustadnaməsində “Firuiddin”in maddələrini açıqlamışdır:

Dinin yarpaqları “Firuiddin”dir,

Oruc tut, namaz qıl, ibadət eylə.

Beşdən bir “xüms” ver, ondan bir “zəkat”.

Zəlilə, müztərə inayət eylə.

 (Növrəs İman, 2004: 42).

Bu bənddə şair “Firuiddin”in dörd maddəsini şərh edir və deyir: hər bir müsəlman gündəlik on yeddi rükət namazını qılmalı, ildə bir ay Ramazan ayında orucunu tutmalı, ildə bir dəfə qazancının beşdə birini xüms və ondan birini zəkat verməlidir. Eyni zamanda imkansız insanlara da kömək etməlidir.

Şair ikinci bənddə deyir:

Şərə fitva verib, saxlama dildə,

Qəlbdə möhkəm ol, bu doğru yolda.

Məişətdən artıq var olsa əldə,

Həcc qıl, nəfsinə əmanət eylə.

 (Növrəs İman, 2004: 42).

Bu bənddə aşıq əməllərdən beşincisi olan “Həcc” dən söhbət açır və bildirir ki, insan gərək ömründə bir dəfə Allah evi Kəbəni ziyarət edə. Növrəs İmanın bu şeiri əmisi Aşıq Ələsgərin də bir şeiri ilə səsləşir.

Dünyada əl çəkmə sövm-salatdan,

Təmiz ver, qalmasın xüms-zəkatdan.

Ələsgər, xofv etmə puli-siratdan,

İrəhbərdi cənab Əli qabaqda.

 (Növrəs İman, 2004: 15).

İstər Növrəs İman, istərsə də əmisi Aşıq Ələsgər islam dininin incəliklərinə dərindən bələd olmuş və İmam Muhəmməd Baqirin (ə.) buyurduğu bir hədisi nəzmə çəkmişlər. Hədis belədir: “İslam dini beş təməl üzrə qurulub: namaz, oruc, zəkat, həcc və vilayət. Vilayət bu dörd şərtin açarıdır, əgər bir kəsin vilayətə etiqadı olmasa, Allah onun heç bir əməlini qəbul eyləməz. Vilayət 12 İmamın rəhbərliyini qəbul etmək deməkdir”.

İsmi-vəsiyyinən vəliyyi-Xuda,

Şiri-pərvərdigar Əlidir, Əli.

Edən bədənləri sərindən cüda,

Sahibi-Zülfüqar Əlidir, Əli.

 (Növrəs İman, 2004: 46).

Və yaxud:

Görmüşəm camalın o kərəmkanın,

Nuri-təcəllanın, yədi-beyzanın.

Demədi mətləbin Növrəs İmanın,

Eşqə salan yazıq canım Əlidir.

 (Növrəs İman, 2004: 46).

Üçüncü bənddə “əmr be məruf və nəhyəz-munkər”dən söhbət açılır:

Haqqa tərəfdar ol, nahaqdan kənar,

Şər işə qarışan axır olar xar.

Haqq səni yaradıb faili-muxtar,

Nə kin saxla, nə də xəyanət eylə.

            (Növrəs İman, 2004: 42).

İslam dinində kin saxlamaq və xəyanət etmək ən böyük günahlardan sayılır. Şair də son misrada çatdırır ki, müsəlman olan şəxs bu iyrənc sifətlərdən uzaq durmalıdır. Odur ki, N.İman deyir:

Təvəlli-Əlinin dostunu tanı,

Təbərri-seçgilən küfrü-düşmanı.

Qəsb olan yerlərdən dolan pünhanı,

Təmiz tut libasın, xoş adət eylə.

 (Növrəs İman, 2004: 42).

Bu bənddə Həzrət Əlinin (ə.) dostunu Allahın dostu, düşmənini isə Allahın düşməni hesab edir. Şair bu bənddə Qurani-Kərimin “Bəqərə” surəsinin 257-ci ayəsinə və peyğəmbərin (s.) “Qədir-Xum” xütbəsinə istinad edib. Ayə belədir: “Allah möminlərin dostudur”. Həzrət-Əli (ə.) də mömünlərin ağasıdır. Peyğəmbər (s.) buyurub: “Əli həqq ilədir və həqq də Əli ilədir. Əlinin dostu Allahın dostu, Əlinin düşməni isə Allahın düşmənidir” (1).

Növrəs İman, sözün eylə müxtəsər,

Hər işin haqq bilir, olma mükəddər.

Dəşti-Kərbəlayə eylə bir səfər,

Öp qədəmgahını, ziyarət eylə.

 (Növrəs İman, 2004: 42).

Bu bənddə də şair müqəddəs Kərbəla ziyarətindən söz açır və hər kəsə bu ziyarətin nəsib olmasını arzulayır.

Ürfan sahibi olan Haqq aşiqi Növrəs İmanın yaradıcılığının ana xəttini Qurani-Kərimə ehtiram göstərmək, Allahın qanunlarına itaət etmək, peyğəmbərin (s.) buyurduğu hədislərə söykənmək və Əhli-Beyti (ə.) sevmək təşkil edir. “Başa-baş” rədifli divanisinin ikinci və üçüncü bəndlərinə diqqət yetirərkən bu deyilənlərin bariz şahidi oluruq:

Yüz iyirmi dörd min nəbi tən pənci – ali-əba,

Yeddii əfzəl, beş ulul-əzm yazılmışdır kitaba,

On iki imam, çaharidəh məsumin gəlir hesaba,

Onları əşrəf yaradıb, bir hökmran başa-baş.

                               (Növrəs İman, 2004: 122).

Bu bənddə söhbət yüz iyirmi dörd min peyğəmbərdən, pənci-təni ali əba (Muhəmməd (s.), Həzrət Əli (ə.), Fatimeyi-Zəhra (s.ə), İmam Həsən (ə.) və İmam Hüseyn (ə.)); yeddi əfzəl peyğəmbərdən məqsəd Adəm (ə.), Nuh (ə.), İbrahim (ə.), Yusif (ə.), Musa (ə.), İsa (ə.) və Muhəmməd (s.); ulul-əzm, yəni birinci dərəcəli şəriət sahibi olan peyğəmbərlər isə beş nəfərdən ibarətdir: Nuh (ə.), İbrahim (ə.), Musa (ə.), İsa (ə.) və Muhəmməd(s.); on iki imam və on dörd məsumdan bəhs olunur ki, on dörd məsum da ibarətdir-sonuncu peyğəmbərdən, qızı Fatimeyi-Zəhradan və on iki imamdan. Həmin bənddə şair göstərir ki, bu şəxslər Yaradan tərəfindən məxluqatın ən şərəflisi hesab olunur.

On səkkiz min aləm ki, var, alimlərin dilidir,

Ustadlığı izhar edən Şahi-Mərdan Əlidir.

Yetmiş iki millət ki, var həqq-islamın yoludur,

Mənada bir əlif ğain olub Quran başa-baş.

 (Növrəs İman, 2004: 122).

Bənddə on səkkiz min aləmin yaradılışından söhbət açılır və göstərilir ki, o on səkkiz min aləmin ən böyük ustadı ilahi sirrləri zahir edən ustadlar ustadı Həzrət Əlidir (ə.). Bu yaranmış yetmiş iki millət islam dininin qanunlarına tabe olmalı və “Quran”a ehtiram etməlidirlər. Qurani-Kərimdə Allah-Təala “Ali-İmran” surəsinin on doqquzuncu ayəsində buyurub: “Allah yanında din yalnız islamdır”.

Bu əzəmətli ürfan sahibi və haqq aşiqi olan insan haqqında bu adi məqalədə ətraflı söz açmaq imkan xaricindədir. Bu çeşmə xalq qaynağından başlandığından onun suyu quruyan deyil, cazibəsinə düşənlər də çoxdur, daha da artacaq. Növrəs İman poeziyasının qüdrət və əzəməti yeni-yeni tədqiqatların bünövrəsini qoyacaqdır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. N.İman (2004). Seçilmiş əsərləri. Bakı: Səda

2. Qurani-Kərim (2017). Ərəbcədən tərcüməsi və lüğəti.

3. Söyləyəni: Dahi Almaslı, 49 yaşında (Bakı şəhəri, Hövsan kəndi)

4. Altan F. (2005). Könlü oxşayan sözlər. Qum şəhəri: Ənsəryan

5. Füzuli M. (1983). Seçilmiş əsərləri. Bakı: Maarif

6. S.M.Şəhriyar (1997). Divani-Türk. Bakı:

7. Ayətullahül-üzma Nəsir Məkarim Şirazi (1998). “Ya-sin” surəsi (tərcümə və təfsir) – (mütərcim M.Ağaverdiyev). Bakı:

Müəllif: Həsən Hüseyni

Goyce.az

 

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər