Deyirsiz, neyniyim, "Yeraz"dı, deyin?
Vətən torpağından bir ovuc tapıb,
Tökün gözlərimə, murazdı, deyin.
Mənim taleyimə kimlər qarğayıb,
Bu qara günləri kim yazdı, deyin?
Yerliyəm, gəlməyəm, ya hər kiməmsə,
Öz doğma yurdundan didərginəmsə.
Vətəndən vətənə mən sürgünəmsə,
Deyirsiz, neyniyim, "Yeraz"dı, deyin?
Mən sənə qardaşam, sənsə mənə yox,
Belimə od şəllə, amma tənə yox.
Kim gəldi, kim getdi... ümid yenə yox,
Keçən yaz olmadı, bu yazdı, deyin.
Mən necə sovuşum bu daş yığımdan?!
Çömçələr pay umur çay qaşığımdan.
Araz topuğumdan, Kür aşığımdan,
Xəzər də, Göygöl də dayazdı, deyin.
Bir fürsət düşübdür, kefdir, eləyin,
Ərşi dayandırın, Yeri əyləyin.
Daim biz yazığa yalan söyləyin,
Şüşəni göstərib, almazdı, deyin.
Unuda bilmirəm ötən çağları,
Düşdü püşkümüzə bəxtin ağları.
İçin dəryaları, udun dağları,
Bunlar mədəmizə çox azdı, deyin.
Nə olar yaşasa bu xalq adamtək?
Namərdlər qoyur ki, bir ağ gün görək?
Qışın soyuğunda buğlanın, neynək
Yayın istisinə ayazdı, deyin.
Dodaq büzənlər var ah-vayımıza,
İllər yüklənibdi hər ayımıza.
Bizim: "Vətən!"-deyən harayımıza
"Bu nə zurna-qaval, nə sazdı?"-deyin.
İnsanı Yaradan gərək yarıda,
Bizdən üz döndərib Ulu Tanrı da.
Döyün başımıza, döyün, sonra da:
"Bu qapaz qiymətli qapazdı"-deyin.
Neyləyək dünyanın qulağı karsa?!
Məni yada salın zirvələr qarsa...
Harda Tofiq Yusif imzası varsa,
Siz onun yerinə Arazdı, deyin.
Möcüzələr dünyası
Bura yaşıl möcüzədir, möcüzə.
Heyrətimin zirvəsinə çatmışam.
Oturmuşam bir bulaqnan diz-dizə,
"Segah"ının ovsununa batmışam.
Meşələri nəğmə dolu dünyadı,
Dərə var ki, eşitməyib gün adı.
Bir gözəli məni yaman qınadı -
Ürəyimi təbiətə satmışam.
Hər talanın göz muncuğu - bulaq var,
Gül-çiçəyi dizlərimi qucaqlar.
Məni elə sehirləyib bu dağlar
Bilməmişəm, ayaq üstə yatmışam.
Yaşamağa qoyurlar ki, adamı?!
"Hər kəs yüz il yaşamasa,
Günah onun özündədir."
Osman Sarıvəlli
Yüz il yox ey, əllicə il, ay qağa,
Yaşamağa qoyurlar ki, adamı?!
Göz görməyə, dil dinməyə qadağa,
Yaşamağa qoyurlar ki, adamı?!
Varlığında min ağrının əli var,
Çox "yox"ları əvəzləyən "bəli" var.
Dəli edib, deyirlər ki, dəli var,
Yaşamağa qoyurlar ki, adamı?!
Yurd-yuvamız para-para olandan,
Ciyər vərəm, ürək yara olandan;
Qarabağda "qatıq qara olandan"
Yaşamağa qoyurlar ki, adamı?!
Bilmək olmur qanun düzdür, ya hənək?
Başımızın üstündədir dəyənək.
Bu dünyada adam oğlu adamtək
Yaşamağa qoyurlar ki, adamı?!
Dərd öldürüb torpağı da, daşı da,
Yaxşı var ki, ömrünüzü yaşada?
Cavanlaşır ölümlərin yaşı da...
Yaşamağa qoyurlar ki, adamı?!
Tanrı göydə qarğışları eşidir,
Tamahkar var, aslan, qaplan dişidir.
Vallah, ölmək indi kişi işidir,
Yaşamağa qoyurlar ki, adamı?!
"Çoxmərtəbə bazarlar"da haqq itdi,
Loxmasını yeyən varsa, igiddi.
Öldürürlər, deyirlər ki, tez getdi,
Yaşamağa qoyurlar ki, adamı?!
Yazılanlar elə qalır kağızda,
Kasıblıqdan dad itibdir ağızda.
Çıxan səsi batırırlar boğazda.
Yaşamağa qoyurlar ki, adamı?!
Tofiq Yusif bu cahandan bezibdir,
Dərd-ələmdən, ah-amandan bezibdir.
Təngə gəlib, daha candan bezibdir,
Yaşamağa qoyurlar ki, adamı?!
Yaşamağa qoyurlar ki, adamı?!
Bayquş kişilər
Qiybət ölçüsüdür bəzi adamlar,
Vaxtını əridir müftə, havayı.
Bunların üzündə hər nə desən var
Həyadan savayı, ardan savayı.
Çeynənə-çeynənə sözlər çürüyüb,
Qiybət qazanında yüz ilin pası.
Şəhəri bürüyüb, kəndi bürüyüb
Qiybət uğultusu, qiybət dalğası.
Qiybətlə batır gün, açılır sabah,
Bunlar böhtan əkir, bunlar şər əkir.
Beləsini bığlı görəndə, vallah,
Adam öz bığından xəcalər çəkir.
Bir gündə mininə qara söz yıxar
“Ayaqlı yalana yorğan kişilər”.
Qiybətdə pələnglə vuruşa çıxır
Evdə arvadından qorxan kişilər.
Sinələr qiybətlə boşalar, dolar,
Bilməzlər şərəf nə, kişilik nədir.
Papaq var, yaylığa dəyişmək olar,
Yaylıq var, on papaq qeyrətindədir.
Hardan baş alıbdır bu qiybət çayı?
Ağızlar – aşuzən, boğazlar – xəlbir.
Bunlara nə deyək? Adamın, axı,
“Əclaf!” sözünə də heyifi gəlir.
Sarmaşıbdır bizə bu pis-kişilər,
Hörmətdən salıbdır kişi adını.
Bir az qurdalasan, belə kişilər
Qiybətini qırar öz arvadının.
Adı kişi olan bayquşlara bax!
Allahın bir ucuz ölümü hanı?
Üzdə "Vətən" deyib, arxada ancaq
Bir anda satarlar Azərbaycanı!
Sözdə bir-birinə heykəl yonarlar,
Bunların hər biri şər yüklü “nər”miş.
Babəki dünyaya verən analar,
Qiybət kisəsi də doğa bilərmiş!
Çiçək gözümdəki şehdən duruydun
Sən mənim gözümdə ulduzdan təmiz,
Çiçək gözümdəki şehdən duruydun.
Sən mənim gözümdə aylı bir dəniz,
Göylərdən süzülən tanrı nuruydun.
Kirimiş qəlbimdə keymişdi qəhər,
Mürgülü dərdimə qucaq olmuşdun.
Başına dönürdüm hər axşam–səhər –
Mənə pir olmuşdun, ocaq olmuşdun.
Səni nərgiz bildim, bənövşə bildim,
Ətrin dodağımda, dilimdə hələ.
Sən necə, sən necə dəyişə bildin
Əlinin istisi əlimdə hələ?!
Dəyişdin, bir sevda boynunu burdu,
Dəyişdin payızın havası kimi.
Dağıldı bir eşqin yuvası, yurdu,
Dağıldı qaranquş yuvası kimi.
Mən elə bilirdim saf bir bulaqsan,
Suyun şərbət imiş... zəhərli şərbət.
Sən – ürəyin boyda meyxoş qılıncsan,
Mən – ürəyim boyda sevgi-məhəbbət.
Bu, sevgi deyildi, zəncir gəmirən
Allahsız-bəndəsiz bir dəliydi bu.
Minillik bərəni-bəndi sümürən,
Dərəni laxladan dağ seliydi bu.
Səninsə ürəyin sınıq bir körpü,
Bu selin qanadı toxundu, uçdu.
Gözlərin – hamının baxdığı güzgü,
Varlığın büsbütün günahdı, suçdu.
Əlbət qol açmısan çox sarmaşığa,
Həvəslər şəhdindən güllənib gedib.
Çətin öyrənərsən bir də işığa –
Yorğun duyğuların lillənib gedib.
Sən mənim sinəmdə mərmi qəlpəsi,
Bəxtimə atılan qara daş oldun.
Sən, özün-özünün quru kölgəsi,
Nəfsinə qul oldun, qaravaş oldun.
Könlümdən od qalxır, alov yüksəlir,
Gör kimə inandım, ay Allah, kimə?!
Dünyada bir sənə yazığım gəlir,
Bir də öz didərgin məhəbbətimə.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024