Müşfiqli günlərim

16:12 / 08.06.2019
Baxılıb: 3984

Goyce.az saytı Dilbər Axundzadənin " Müşfiqli günlərim" kitabından mərhum şair Mikayıl Müşfiqlə bağlı xatirələrini təqdim edir.

Müşfiqin xalası oğlu Ağakərim Kərimovun Müşfiqlə bağlı xatirəsindən:

Mən mollaxanada oxuyanda, Müşfiq 8-9 yaşlı uşaq idi. Bir dəfə mənimlə mollaxanaya getdi. Məktəbdən gəldikdən sonra mollanın dərs deməyini, mollaxananı lağa qoyub gülməyə başladı. "Məktəb nə məktəb, molla nə molla! Adamın lap bağrı yarılır" - deyib mənə mollanın yanına getməməyimi məsləhət gördü. Hələ bir mollaya həcv də yazdı. Mollaxana haqqında yazdığı həcvi eşidəndə, qohumları təşvişə düşdü, nənəsi qızqayıt Mikayılı yanına çağırıb, ona öyüd-nəsihət verdi: - A bala, yetim uşaxsan, özünü də, bizi də işə salarsan. Molla eşidər sənə küfr oxuyar: deyər, oxşayıb oxşamışlarına. Mollaxananı heç atan Mirzə Qədirin də görməyə gözü yox idi.

Dilbər Axunzadənin xatirəsi: - Bir gün bizi Xaçbulaqdan Mingəçevir dağına toya qonaq çağırdılar. Biz (mən və rəfiqələrim) dərs dediyimiz bir dəstə qadınla atlanıb yola çıxdıq. Dağ döşündəki kəndə çatanda zurnanın və nağaranın səsi dağları götürmüşdü. Toy düz bir həftə davam elədi. Bu toya aşıq Şirin də dəvət olunmuşdu. Başımız söhbətə o qədər qarışdı ki, bir də durub gələndə gördük ki, bağban qapını bağlayıb. (O vaxt pionerlər bağı indiki kimi deyildi. Yanları dəmir hasarlı idi. Özü də "Qubernat bağı" adlanırdı.) Müşfiq qapını açdırmaq üçün axtarıb bağbanı tapdı. Bağban qoca və ciddi kişi idi. Müşfiq nə qədər elədisə, qapını açmadı ki, açmadı. Müşfiq dedi:
- Əmi, bu qıza soyuq olar. Əyni də nazikdir.
- Neyləyim? Ona deyən var idi bu vaxtacan oturub səninlə söhbət eləsin? - bağban acıqla dilləndi. 
Müşfiq dedi:


Sənsiz könlüm ağlar mənim,
Göz yaşlarım çağlar mənim.
Fərhad olsam - dağlar mənim,
Məcnun olsam - çöl mənimdir.

(Bu bəndi Müşfiq sonralar özünün "Sındırılan saz" poemasına saldı)

Bağban yenə qapını açmadı. Müşfiq başladı şeirlər deyib bağbanı tərifləməyə. Müşfiq gördü ki, bağban öz qərarından dönmür, başladı yenə aşiqanə şeirlər deməyə. Bağban Müşfiqi diqqətlə dinlədikdən sonra: "Sən kimsən?" - deyə soruşdu. 
Müşfiq - Mən müəlliməm - dedi.
- Yox, sən müəllimə oxşamırsan.
- Mən şairəm, adım da Müşfiqdir.
- Yox, sən şair də deyilsən.

Müşfiq təəccübləndi: - Bəs onda, mən nəyəm?
Bağban gülümsədi: - Sən aşiqsən, bircə sazın yoxdur. Bir saz da al, düş Kərəm kimi dağlara, daha mənim bağımda nə işin var?
- Düz tapmısan, əmi can. Mən aşiqəm. İndi qapını aç, aşiq öz məşuqi ilə çıxıb getsin!
Bağban mehriban bir səslə:
- Mənim bağım da, canım da sizə qurban olsun, balalarım. Özüm qəsdən səni danışdırırdım. Mən heç şair görməmişəm. İndi gördüm. Könlün nə vaxt istəyir, bu baöa gələ bilərsən. - deyib Müşfiqin boynunu qucaqladı, alnından öpdü.

 

Məni 5 nömrəli komsomol məktəbinə müəllim təyin etdilər. Çox keçmədi ki, Müşfiqdən məktub aldım. Lakin nədənsə cavab yazmağa gecikdim, ondan ikinci məktub gəldi. İndi xanəndələrin tez-tez oxuduğu "Qurban olduğum" (Əsl adı "Vəfasıza doğru" - dur.) və "Ürək" şeirlərinin mətnini də göndərmişdi.

Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O səni unutdu, sən unutmadın,
Yaşa məhəbbətim, yaşa, ürəyim!

Müşfiqin bu həyəcanlı məktubuna və şeirlərinə cavab olaraq 1932-ci il dekabrın axırlarında ona səmimi məktub yazdım. Yazdım ki, mən hara getsəm, harda olsam, özümü səninlə birgə hiss edirəm.

 

Xatirimdə dərin iz buraxan belə bir cəhəti xüsusilə demək istəyirəm ki, Müşfiq hədsiz dərəcədə səmimi və gözü-könlü tox bir insan, ilk görüşdən adamın qəlbinə yol açmağı bacaran, özünü sevdirmək, istedadına malik şəxsiyyət idi. "Özünü sevdirmək" ifadəsini mən bəlkə də dəqiq işlətmirəm. Çünki Müşfiq özünü sevdirməyə çalışmazdı. Lakin özünü o qədər təbii və səmimi aparardı ki, onun şəxsiyyətindəki məlahət saflıq, istedad elə ilk dəqiqələrdən şölələnər, insanın ürəyini işıqlandırardı.

Mən Müşfiqlə həyat quranda yalnız orta təhsilim var idi. Hüseyn Cavid mənim gələcək həyatımla maraqlanıb deyərdi: - Qızım, sənin təhsil haqqında fikrin nədir? Ailə həyatı qurmaqla təhsildən kənar qalmaq olmaz. Qurduğun həyat məni sevindirirsə də, təhsilin haqqında düşünürəm. Sən mütləq ailə məktəbə daxil olmalısan. 
Onun bu məsləhətləri məni ruhlandırıb Azərbaycan Tibb İnstitutuna daha tez daxil olmağıma səbəb oldu.

Bir dəfə yenə axşamüstü Cavid bizə gəldi. Müşfiq o zaman "Duyğu yarpağı" adlı əsəri üzərində işləyirdi. Onlar çox mehriban görüşdülər. Həmişəki kimi yenə sənətdən, ədəbiyyatdan söz düşdü. Müşfiq yeni əsərinin özünə xoş gələn parçalarından ustadına oxumağa başladı. 
H. Cavid diqqətlə qulaq asır, arabir Müşfiqi saxlayıb qüsurlu misralara nəzəri cəlb edir, gözəl parçaları təkrar-təkrar oxutdurub ürəkdən fərəhlənirdi. Uzun söhbətdən sonra mən ondan soruşdum:
- Cavid müəllim, siz hansı əsər üzərində işləyirsiniz?
O dedi: - Bu saat mən külliyyatımı toplamaq fikrindəyəm. Redaktorluğunu da, Müşfiq, sənə tapşıracağam. 
Müşfiq gülümsündü: - Yox - dedi, - mən hələ gəncəm, sizin əsərlərinizin redaktorluğuna gücüm çatmaz. Bəlkə gələcəkdə o mərtəbəyə çatam. 
Mən diqqətlə qulaq asırdım. Elə bildim ki, Müşfiq bu sözləri zarafatla deyir. Ancaq H.Cavid gedəndən sonra öyrəndim ki, Müşfiq həmin fikri özünü ustadına təvazökar göstərmək üçün deməyib, bu, onun həqiqi ürək sözləri imiş...
Lakin əfsus ki, nə sevimli şairimiz və nə də ona hədsiz məhəbbət bəsləyən Müşfiq öz sağlıqlarında bu arzularına çata bilmədilər.

 

Xalq şairi Süleyman Rüstəmlə Müşfiqin dostluğu çox qədim idi. Süleyman Rüstəm Müşfiq haqqında öz xatirələrində deyir ki, M.Müşfiqin tutduğu əsas yol inqilabi poeziya yolu idi. O, gənc şairləri doğru yolundan azdıranlara qarşı cəsarətlə çıxır və əsl gözəl şeirin nə olduğunu aşağıdakı misralarda aydınlaşdırırdı.

Qansın bunu kimin varsa düşüncəsi
Şeirlərin ən gözəli, ən incəsi - 
"Bütün dünya işçiləri birləşiniz!"
Kimi canlı bir misradır eşidiniz!


Əvvəllər evdə vaxtımız olanda ya mən, ya da Müşfiq tar çalıb oxuyardıq. Lakin 1934-cü ildə mən tibb instututuna daxil oldum. Əylənməyə, istirahətə qalan vaxtımız daha da məhdudlaşdı. Başımız axır vaxtlar dərsə, işə elə qarışdı ki, tarımız divardan asılı qaldı. Bir gün Müşfiq işdən gəlib nahar etdikdən sonra, gördüm ki, divardan asılı tara diqqətlə baxıb fikrə gedib. Sanki tarı yenicə görüb. Dodaqları bir sirr saxlayırmış kimi sıxılmışdı, onsuz da qara olan gözləri daha da tutulmuş, nəsə axtarır kimi gah divardan asılan tarımıza, gah mənə baxırdı. Hiss etdim ki, Müşfiqin ürəyi dolub, nəsə yazmaq istəyir. 
Mən indi başa düşdüm ki, Müşfiq niyə tara belə diqqətlə baxırmış.

Çoxdandır çalınmayır divardan asılı tarın,
Tutqun bir ürək kimi telləri paslı tarın,
Ey mehriban sevdiyim, gurlayacaq, yoxsa yox?!

 

Sosializm quruculuğu illərində xalqın xahişi ilə həyata keçirilən bir sıra reformalar Müşfiqin ürəyindən olmuşdu. Məsələn, ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsini Müşfiq ürəkdən alqışlamışdı. O, bu barədə şeir də yazmışdı.

Səndə günahı var bir müqəssirin,
Budur müddəinin ən son xitabı:
Əlvida! Əlvida, ey köhnə əsrin,
Köhnə əlifbası, cındır kitabı.

Müşfiq yaxşı bilirdi ki, islam dini, ərəb əlifbası xalqımızın başına nə kimi müsibətlər gətirmişdir. İndi bu əlifbadan yaxa qurtarmaq cəhalətdən, nadanlıqdan yaxa qurtarmaq demək idi. Şair buna sevinməyə bilməzdi.

 

Ümumiyyətlə, Müşfiqin yaradıcılığında insan taleyi və xüsusən Azərbaycan qadınlarının həyatının təsviri geniş yer tuturdu. 1934-cü ildə Leyla Məmmədbəyova, Sona Nuriyeva ilk dəfə təyyarəçilik məktəbini bitirib polad quşlarını səmaya ucaldanda Müşfiqin sevinci də yerə-göyə sığmırdı.

Bir nəhəng ölkənin timsalısan sən!
Yüksələn bir elin xəyalısan sən!
Bütün qadınlığı ardınca səslə,
Səslə, döyüşsünlər köhnə qəfəslə.

Müşfiq Azərbaycan qadınlarına həsr etdiyi "Səhər" poemasını yazmışdı. Həmin əsər o vaxt keçirilən respublika müsabiqəsində mükafat qazandı.

Cəmi on illik yaradıcılıq dövrü ərzində Müşfiq Azərbaycan Sovet poeziyasının ən parlaq nümayəndələrindən biri oldu. 
1939-cu il mart ayının 12-də vəfat etmişdir. 
Mənim Müşfiqli günlərim belə qurtardı...

İndi də könlümə təsəlli sənsən,
Ölüncə dilimin əzbəri sənsən...

Bakı. 1967-ci il

Təqdim etdi: Şəfaqət Cavanşir

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər