İslam dünyasına sərt senzura necə gəldi - Əl-Fərabi

12:00 / 11.06.2019
Baxılıb: 3274

Bəlkə də sən 10-cu əsrdə Bağdadda yaşamış mütəfəkkir Əl-Fərabi adı ilə tanış deyilsən, amma sən onun əsərləri və ya təsirlərindən xəbərdarsan. Deyilənə görə, Əl-Fərabi sufi inanclarına sahib, olduqca təvəzökar insan olub. Bağdaddakı həyatından əvvəl o, Dəməşqdə üzüm bağında işləmiş və qənaətcil həyat tərzi ilə seçilmişdi. Lakin onun yunan ideyalarından təsirlənən siyasi fəlsəfəsi olduqca zəngin idi, Fərabi xüsusilə Platon və Aristoteldən təsirlənməklə, onların fikirlərini öz dövrünün cərəyanlarına uyğunlaşdırmışdı.

Filosofun yaşadığı qüdrətli Abbasilər İmperiyasındakı vəziyyət radikal adaptasiya ilə mühafizəkarlığın incə balansını qurmağı tələb edirdi. İmperiyanın tənəzzülü sürətləndikcə, artan nizamsızlığın qarşısını almaq üçün Əl-Fərabi vətəndaşların vəziyyətini, ədaləti, insan xoşbəxtliyini və ictimai nizamı yaxşılaşdıracaq siyasi fəlsəfə qurmuşdu.

Lakin onun həqiqi irsi daha çox müsəlman dünyasında yaradıcı özünüifadəyə nəzarət etməyə imkan verən fəlsəfi açıqlamalardır. Belə ki, o, 7-ci əsrin sonunda ilk müsəlman sülaləsi Üməyyədlərin xəlifəsinin başladığı anikonizm (anti-təsvir) layihəsini tamamlamışdı.

Xəlifə Abd əl-Malik bunu sikkələr üzərində mücərrəd təsvirlər və yeni müsəlman inancının ilk abidəsi olan Yerusəlim Qaya Qübbəsində kalliqrafik təsvirlər yaratmaqla başlamışdı. Bu, İslam sənətinin Yunan-roman təsvir ənənənəsindən qopması demək idi. Bir neçə əsr sonra isə Əl-Fərabi kəlmələr vasitəsilə ifadə edilən təsvirlərə məhdudiyyət tətbiq edilməsinin lazım gəldiyini iddia etməklə, yaradıcılığa nəzarəti yeni mərhələyə çıxarmış oldu. O, bunu ardıcıl olaraq Platonun konsepsiyalarından istifadə etməklə həyata keçirirdi və indi arxayınlıqla demək olar ki, onun bu yanaşması İslamda yaradıcı özünüifadənin dərkini və buna veriləcək cavabı konkretləşdirmiş oldu.

İslamın və onun peyğəmbərinin sözlərlə təsviri, təsviri sənət kimi küfr sayılır. Bu mənada Əl-Fərabinin təsvir barədəki tabuları ortaya çıxarması bizim dövrümüzdə də təsirsiz ötüşmür, bu tabular açıq-aşkardır. Məsələn, 1989-cu ildə İran Ayətullahı Xomeyni “Şeytan Ayələri”ni (1988) yazan Salman Rüşdiyə ölüm fətvası çıxardı. Məhəmməd Peyğəmbərin həyatını uydurduğu ittihamı ilə kitab müsəlmanlar arasında qəzəb doğurmuşdu. 2001-ci ildə isə “Taliban” Əfqanıstanda 6-cı əsrdən qalma Bamiyan Buddalarını havaya uçurdu. 2005-ci ildə Danimarka qəzeti “Jyllands Posten” peyğəmbərin karikaturalarını dərc etdiyinə görə, narazılıqlar baş qaldırdı. Son on il də də karikaturalar bu və ya digər şəkildə qəzəb doğurmaqda davam ediblər. Bəzi Avropa qəzetləri karikaturaları yenidən dərc etdirdiyinə görə Yaxın Şərq ölkələrində Qərb səfirliklərinə qarşı hücumlar təşkil edilmiş, 2008-ci ildə isə Usəma Ben Laden Avropaya İslama qarşı “yeni Xaç yürüşü”nə görə ölümcül cavab veriləcəyi xəbərdarlığını etmişdi. 2015-ci ildə müntəzəm olaraq İslamın müqəddəs fiqurlarına həqarət edən Parisin satirik jurnalı “Şarli Hebdo”nun ofisinə silahlı hücum olmuş, 12 nəfər öldürülmüşdü. Jurnal guya gələcək İslam idarəçiliyi altında olan Fransanın təsvirini ifadə edən Mişel Uelbekin “İtaət” (2015) romanından bir parçanı vermişdi.

Bir mənada Bamiyan Buddaların məhv edilməsinin Rüşdiyə verilən fətvadan, eynilə Danimarka karikaturalarının taleyi ilə “Şarli Hebdo”nun redaksiya heyətinə hücum edilməsi arasında bir fərq yoxdur. Təsvir və yaxud sözlü olmasından asılı olmayaraq, onların hamısının yaradıcılığa nəzarət eləmək istəyi var idi.

Belə görünür, Əl-Fərabiyə görə, əgər İslamın ən böyük layihəsi olan multietnik birlik - Abbasilər imperiyasının qorunması lazım gələrdisə, sözə nəzarət edilməsi labüd idi. Fərabi özünün əsas nəzəriyyələrindən birinin üzərində işləyərkən, məcazi təsvir artıq müsəlmanlar arasında yetərincə oturuşmuşdu. Peyğəmbərin vəfat etdiyi 632-ci ildən sonrakı 30 il ərzində tutduqları niyyətin konteksindən asılı olaraq sənət və yaradıcılıq iki parallel yolla irəliləmişdi. Bir Üməyyədlərin (661-750) sarayları və hamamları üçün nəzərdə tutulan dünyəvi məkanlar üçün olan sənət var idi, bir də məscidlər və Qaya Qübbəsi (691-ci ildə tamamlanıb) kimi dini məkanlar üçün uyğun olan sənət. Xəlifə Abd əl-Malik sikkə zərblərinin üzərindəki “təsvirlərin söhbəti” adlandırılan məsələ ilə bağlı bizanslı həmkarı İmperator II Yustinianla söhbətləşmiş, ən sonda isə Abd əl-Malik özünü portretindənsə üzərində “Həqiqi hökmdar” “Allahın elçisi (xəlifəsi)” sözləri yazılar sikkələr buraxmaq qərarına gəlmişdi. Qaya günbəzinə isə canlı məxluqların təsvirlərinin əvəzinə sözlər yazılmışdı. Təsvirin yoxluğu təsvir olmuşdu. Faktiki olaraq indi söz təsvir idi. Məhz buna görə xəttatlıq ən möhtəşəm müsəlman sənət formalarından birinə çevrilmişdi. Yazılı sözün əhəmiyyəti – onun mənası və istiqaməti – Abbasilərin 8-ci əsrdən 10-cu əsrədək davam edən Yunan-roma mətnlərin tərcüməsinə investisiya qoymasınında da öz əksini tapmışdı.

Nəticə etibarilə, Əl-Fərabinin dövründə müsəlmanlar üçün ən vacib olan məsələ sözlər vasitəsiylə təsvirlərə nəzarətin tətbiq edilməsi idi. Öz növbəsində xristian ikonaçıları da bu məsələdə fikir sahibi idilər, onlar iddia edirdilər ki, sözlərin rəsmlər qədər təsvir gücü var. 9-cu əsrdə dar-əl İslamda yaşayan və ərəb dilində yazan xristian rahib Teodor Abu Qurrah sözlərin ikonalar kimi olduğunu iddia edirdi. “Təsvirlər isə savadsızlar üçün yazırdı ”, - o deyirdi.

Əl-Fərabi Abbasilər imperiyasının tənəzzül etdiyi bir dövrdə yaxşı və pis olmasından asılı olmayaraq, hakimiyyət taleyi barədə narahat idi. O, yaradıcı şəxslərin əməllərinə görə məsuliyyət daşıdığına inanırdı. Abbasi xəlifələri həm əxlaqi, həm də siyasi mənada hakimiyyət böhranı ilə bağlı artan tənqidlərlə üzləşirdilər. Bu isə ərəb dünyasının ən orijinal düşüncə adamlarından biri olan Əl-Fərabini həll edici məsələlərdə İslamın üzləşdiyi aktual problemlərdən tutmuş onun genişlənməsi və müxtəlif səltənətlər barədə qiymətləndirmələr aparmasına gətirib çıxarmışdı.

Əl-Fərabi Platonun özünün yaşadığı dünya ilə bağlı utopik ideal dövlət barədəki fikirlərini əsas tutan bir fəlsəfə yaratmışdı. O, liderliyin keyfiyyətlərindən bəhs edir, müsəlman oxuculara “üstün dini” prinsiplər əsasında “rifah şəhərinə” başçılıq edən “müdrik idarəçi” olan filosof kraldan bəhs edirdi.

Platon kimi Fərabi də yaradıcı ifadə sənətinin hökmdarı dəstəkləməli olduğunu, beləliklə də rifah şəhəri ilə status kvo arasında birliyin olmasını təklif edirdi. Platon “Dövlət” əsərində ideal dövlətdə şairlərin xüsusilə tanrılar haqda yaxşı hekayətlə danışmalı olduqlarını irəli sürürdüsə, Fərabi də “tərifəlayiq” şeirlərin, melodiyaların və mahnıların rifah şəhərinə aid olmalı olduğunu qeyd edirdi. Fərabi rifah şəhəri üçün “ən yaxşı” yazıların “ali liderə və müdrik hökmdara xidmət etmək üçün” olmalı olduğunu məsləhət görürdü.

Bundan sonra yazıçıların ən çox üz tutduqları hekayətlər Əl-Fərabinin siyasi fəlsəfəsinə ən çox uyğun gələnlər oldu, Fərabi isə bu fəlsəfəni "Müqəddəs" adlandırdığı Platonun fikirlərindən götürmüşdü. Əl-Fərabi müsəlman cəmiyyəti üçün ictimai baxımdan faydalı hesab etdiyi Platonun “yazıçılara senzura qoyulması” arqumentini əsas tutarkən, sözə nəzarət tətbiq etməklə, hekayələrin idarə edilməsini irəli sürürdü.

Əl-Fərabinin fikirlərinin fars alimi İbn Sina (960 - 1037) və fars ilahiyyatçı Al-Qazali (1058 - 1111) daxil olmaqla, görkəmli müsəlman mütəffəkkirlərinə təsir etdiyi deyilir. Amma əlbəttə, onun yaradıcı yazıya nəzarət etməyə dair məntiqi açıqlaması sonda yeni interpretasiyaların ortaya çıxmasının qarşısını almaq cəhdlərinə gətirib çıxardı.

bilge.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər