Azadlıq və müstəqillik həm hər bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Xalqımız azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözlədi, mübarizə apardı, bu yolda minlərlə şəhid verdi. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqilliyi də qorumaq mümkün deyil.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrin canlı şahidi olan insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyinin qazanılmasında, xoş, firavan gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan bir insan - ümummilli liderimiz Heydər Əliyevdir.
Ulu Öndərin müstəqil, balanslı və cəsarətli siyasət yürütməsi bütün Azərbaycan xalqının ümidlərini artırırdı. Yalnız dahi rəhbər Heydər Əliyevin siyasi təcrübəsi, dövləti idarəetmə bacarığı, iradəsi ölkəni və xalqı xaosdan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edə bilərdi. Azərbaycan xalqı mürəkkəb geosiyasi oyunların vüsət aldığı regionumuzda bu böyük siyasi xadimin hakimiyyətə gəlməsini qətiyyətlə tələb edərək öz tarixi seçimini etdi. Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra hər şeydən öncə ölkədə əmin-amanlıq üçün şərait yarandı. Qısa zamanda cinayətkarlığın qarşısı tam alındı, özbaşınalığa səbəb olan bütün qanunsuz silahlı dəstələr ləğv edildi.
Dövlət rəhbərliyinin böyük zəhməti hesabına yaranan ictimai sabitlik, cəbhədə əldə olunan atəşkəs respublikanın inkişaf kursunu müəyyən etməyə imkan verdi. Bu da dövlət quruculuğu prosesinin uğurla aparılmasına geniş şərait yaratdı. Ən başlıcası isə odur ki, Ulu Öndərin siyasi təcrübəsi suverenliyimizi qoruyub saxlamağa şərait yaratdı, müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi geniş vüsət aldı. Müstəqil Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun ilk Konstitusiyası referendum yolu ilə qəbul edildi. Bir sözlə, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı.
Böyük siyasi xadim Heydər Əliyevin qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu. İndi regionda heç bir layihə Azərbaycanın razılığı və ya iştirakı olmadan həyata keçə bilməz. Azərbaycan bu illərdə dünyanın nəhəng dövlətləri ilə sıx münasibətlər qurdu, Avropa Şurasına və bir sıra beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul olundu. Üçrəngli bayrağımız beynəlxalq təşkilatlarda dalğalandı. Bu, bir xalqın, bir dövlətin məhz ulu öndər Heydər Əliyevin zəhməti ilə başa gələn qələbəsi idi. Bu qələbənin əsası məhz 15 iyunda qoyuldu.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunda da əsaslı dönüş yarandı. Azərbaycan Ordusunda baş alıb gedən neqativ halların, fərariliyin aradan qaldırılması, vahid rəhbərlik prinsipinin bərqərar edilməsi, hərbi kollektivlərdə mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi, maddi-texniki təminatın gücləndirilməsi və dünya standartlarına cavab verməsi müasir ordunun formalaşdırılması istiqamətində köklü tədbirlər həyata keçirilməyə başlandı.
Azərbaycan əsgərinin xoş sorağı bu gün beynəlxalq sülhməramlı əməliyyatlardan gəlir. İraq və Kosovoda əmin-amanlıq yaradılması üçün vaxtilə həmin bölgələrə ezam olunmuş bölmələrimiz üzərlərinə düşən missiyanı layiqincə və məharətlə yerinə yetirirdilər. Hazırda Silahlı Qüvvələrimizin bir bölüyü Əfqanıstanda sülhməramlı əməliyyatlarda uğurla iştirak edir. Azərbaycan Ordusunun qazandığı bütün nailiyyətlər Ümummilli Liderin vaxtilə ordu quruculuğu sahəsində apardığı köklü islahatların nəticəsidir.
Müstəqil dövlətimizin keçdiyi inkişaf yolu göstərdi ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdış günü olan 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi tarixə iri hərflərlə yazılıb. Azərbaycan dövləti məhv olmaq, siyasi xəritədən silinmək təhlükəsindən, Azərbaycan xalqı vətəndaş müharibəsi, qardaş qırğınından, yenidən hansısa xarici qüvvələrin təsiri altına düşməkdən dahi şəxsiyyət Heydər Əliyevin müdrikliyi, böyük siyasi təcrübəsi sayəsində xilas edildi və ölkəmizin inkişafı tamamilə yeni, işıqlı və perspektivli gələcəyə istiqamətləndi. Beləliklə, Ümummilli Liderimiz öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi sübut etdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.
Heydər Əliyev dünyaya sübut etməyi bacardı ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var. Həmin ənənəni bu gün ləyaqətlə davam etdirən Heydər Əliyev kursunun layiqli davamçısı Prezidentimiz İlham Əliyevdir. Aparılan siyasi kursun doğruluğunu sübut etmək üçün son vaxtlar görülən quruculuq işlərinə, əldə olunan nailiyyətlərə diqqət yetirsək, özülü Ümummilli Lider tərəfindən qoyulmuş inkişafın miqyasını təsəvvür etmək çətin olmaz.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu və iqtisadi inkişaf strategiyası özünün parlaq bəhrəsini verməkdədir.
"Azərbaycan Ordusu"
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024