Görkəmli dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, böyük alim

17:29 / 16.06.2019
Baxılıb: 3772

Böyük alim, görkəmli dövlət xadimi Əziz Əliyev bütün həyatı boyu əldə etdiyi çoxsaylı nailiyyətlərinə baxmayaraq, ciddiliyi, zəhmətsevərliyi, prinsipiallığı və səmimiliyi ilə fərqlənmişdir. O, bütöv bir həkimlər və alimlər nəsli yetişdirmiş və bununla respublikada qabaqcıl və nümunəvi səhiyyənin təşkili, tibb elminin yaradılması və inkişafının əsasını qoymuşdur. Onun adı, xatirəsi insanların yaddaşında daim yaşayan, nəsildən-nəslə ötürülən şəxsiyyətlərin siyahısına əbədi olaraq həkk edilmişdir.


Uzun illər indiki Azərbaycan Tibb Universitetinin və adını daşıdığı Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, Azərbaycan Respublikasının xalq səhiyyə komissarı, Azərbaycan KP MK-nın katibi, Dağıstan MSSR Vilayət Komitəsinin birinci katibi və digər
yüksək vəzifələrdə çalışmış, Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci ilin yanvar ayında anadan olmuşdur. O, ibtidai təhsilini rus-tatar (Azərbaycan) məktəbində almışdır. Lakin bu təhsil Əziz Əliyevi qane etməmiş və o, 1908-ci ildə İrəvandakı gimnaziyaya qəbul olunmuş, 1917-ci ildə oranı bütün fənlər üzrə əla qiymətlərlə başa vurmuşdur. Maddi cəhətdən təhsilini davam etdirmək imkanında olmayan Əziz Əliyev Bakı milyonçu-xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Peterburqa (indiki Sankt - Peterburq) gedib attestasiya yolu ilə müsabiqədən keçərək Rusiyanın ən nüfuzlu ali tibb müəssisəsi sayılan Hərbi Tibb Akademiyasına daxil olmuşdur.


Əziz Əliyev elə birinci kursun əvvəllərində Hərbi Tibb Akademiyasında təhsil almaqla bərabər, Peterburqda
səpkili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya təmir briqadasında işə düzəlmişdir. Aldığı maaşla özünün minimal güzəranını təmin etmiş, valideynlərinə də kömək göstərmişdir. 1918-ci ilin may ayına qədər burada həm çalışmış, həm də Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. 1918-ci ildə Əziz Əliyevin atası vəfat etmişdir. O vaxtlar anasına və kiçik qardaşına xalası Qədirbəyova himayədarlıq etmişdir. 


1918-ci ilin iyun ayının sonlarında yay tətilini evlərində keçirən Əziz Əliyev dəhşətli mənzərə ilə üzləşir.


Daşnakların antitürk, antiazərbaycan təbliğatından doğan amansız təqiblərə tab gətirməyən ailə çətinliklə də olsa Naxçıvanın Şərur rayonuna köçməli olur. Əziz Əliyev bir müddət Şərurda qaldıqdan sonra ailəsini Şahtaxtı kəndinə aparır. Buradakı ağır vəziyyət və ermənilərin törətdikləri qırğınların fəlakətli nəticələri onu Peterburqa qayıtmaq, təhsilini davam etdirmək imkanından məhrum edir. Lakin o, tiblə əlaqəsini kəsmir. 1920-ci ilin may ayında İrəvanda məskən salmış daşnak qoşunları silahlı hücuma keçərək müdafiəsiz Şərur rayonunu, o cümlədən Şahtaxtı kəndini də işğal edir. Qanlı qırğından salamat çıxa bilən və didərgin düşən Şahtaxtı əhalisi ilə birlikdə Əziz
Əliyevin də ailəsi erməni zülmünə tab gətirməyərək Arazı keçir və bir müddət Cənubi Azərbaycanın Ərəblər kəndində qalır. Əziz Əliyev fəaliyyətini burada da davam etdirir və həkim köməkçisi vəzifəsində çalışaraq əhaliyə tibbi xidmət göstərir. 1920-ci ildə anası Ərəblər kəndində vəfat edir. 1921-ci ilin iyun ayında onlar, nəhayət,
Şahtaxtı kəndinə qayıdır və Əziz Əliyev 1923-cü ilin may ayına qədər həmin kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışır. 1923-cü ilin may ayından sonra Əziz Əliyev Bakıya köçür və burada ardıcıl olaraq Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarları Şurasının katibi vəzifəsini icra edir. Böyük şəxsiyyət bu məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini də davam etdirir. O, 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirir və Daxili xəstəliklər kafedrasında saxlanılır. Əziz Əliyev həmin
kafedrada əvvəlcə ordinator, sonra isə aspirant, assistent və dosent olur. O, eyni zamanda təhsil aldığı universitetin partiya təşkilatında işə cəlb edilir və xeyli vaxt orada çalışır.


Əziz Əliyev İkinci dünya müharibəsindən həm əvvəlki, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. O, Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarlığında müavin, xalq səhiyyə komissarı və digər vəzifələrdə çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzib, səhiyyənin problemlərinin aradan qaldırılması üçün əməli tədbirlər görüb. Həm özünə, həm də
başqalarına qarşı son dərəcə tələbkar olan bu böyük şəxsiyyət bütün həyatı boyu ölkəmizdə tibb elminin inkişafına, yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasına çalışıb və həmişə də istədiyinə nail olub.
Azərbaycanın bütün həkimlərinin ustad müəllimi hesab edilən görkəmli alimin həyatının Azərbaycan Tibb Universiteti (o zaman Azərbaycan Dövlət Tibb İnstitutu adlanırdı) ilə bağlı parlaq səhifələri respublikanın tibb ictimaiyyəti, səhiyyə işçiləri, professor-müəllim heyəti və tələbə kollektivi üçün nümunə olacaq möhtəşəm bir ömür
yoludur.

1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılması və bundan sonrakı çətin mərhələlərdə buraya rəhbərlik etmək böyük cəsarət tələb edirdi. Əziz Əliyev həmin illərdə ADTİ-nin aradılmasının təşkilati işlərinin yerinə yetirilməsində mühüm rol oynayan əsas simalardan biri olub və 1932-ci il iyunun 1-dən etibarən təhsil ocağının rektoru vəzifəsində çalışmağa razılıq verib. O illərdə bir tərəfdən respublikada yüksək ixtisaslı həkimlərin hazırlanmasına ciddi ehtiyacın duyulması, digər tərəfdən də onların hazırlığını təmin edə bilən kadr qıtlığı, Azərbaycan dilində tibbin bütün sahələri üzrə
dərslik və dərs vəsaitlərinin yoxluğu, tədris bazalarının zəifliyi, kitab fondunun lazımi səviyyəyə çatdırılmaması, institutun özünün  nəşriyyatının olmaması və digər məsələlər təhsil ocağının rektorunun işinə böyük maneələr törədirdi. Bu və ya başqa qlobal problemlərin aradan qaldırılması üçün Əziz Əliyev rahatlıq bilmədən onların bir
çoxunun müvəffəqiyyətli həllinə nail olurdu. Tibb İnstitutu, sözün həqiqi mənasında, inkişaf edərək formalaşırdı. O, var qüvvəsi ilə təhsil ocağının dünya standartları səviyyəsinə qaldırılmasına çalışır, bu yolda böyük səy göstərərək yeni uğurlar qazanırdı. Azərbaycan Tibb Universiteti və onun kollektivi indiyədək keçdiyi şərəfli yolda əldə etdiyi nailiyyətlərə görə səhiyyənin və tibb təhsilinin mahir təşkilatçısı professor Əziz Əliyevə minnətdardır.


1934-cü ilin mart ayında böyük alim respublikada səhiyyə işini canlandırmaq məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Ancaq çox keçmədən - 1935-ci il yanvarın 14-də yenidən ADTİ-nin rektoru vəzifəsinə qaytarılır. Əziz Əliyev təhsil ocağına rektor təyin edildikdən az sonra onun rəhbərliyi ilə vacib sayılan bütün məsələlər üçün geniş tədbirlər planı hazırlanır və islahatlara başlanır. O, ilk növbədə azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirir və ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələr yazılmasına nail olur. 1932-1935-ci illər ərzində əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Bu, o dövrün texniki imkanları üçün çox böyük göstərici idi. Böyük alimin təşəbbüsü ilə işıq üzü görən əsərlərdə onun özünün "Klinik analizlər" kitabı, K. Ə. Balakişiyevin "İnsanın normal anatomiyası", M. Qəniyevin "Mikrobiologiya kursu", C. Hüseynovun "Patoloji anatomiya", Y. Qazıyevin "Ağciyər vərəmi", Ü. Musabəyovanın "Göz xəstəlikləri", Ə. Talışinskinin "Travmatologiya", Q. Səfərovun və Ə. Həsənovun "Bioloji kimya" və digər dərsliklər, eləcə də M. Mirqasımovun, M. Topçubaşovun, M. Mirsəlimovun, M. Əfəndiyevin, Z. Məmmədovun və başqalarının çap olunan əsərləri Azərbaycanın tibb tarixində sanki abidəyə çevrilmiş nəşrlərdən hesab edilir. Təqdirəlayiq haldır ki, bu kitablar indi də öz dəyərini saxlayır və onların hər birinin işıq üzü görməsində Əziz Əliyevin müstəsna rolu olub.


Böyük alim qısa müddətdə digər dillərdə yazılan və Azərbaycan dilində ekvivalenti olmayan tibbi kitablardan ən vaciblərinin Azərbaycan dilinə tərcüməsi işini reallaşdırıb. Onun təşəbbüsü ilə İ. Berberinin "Boğaz, burun, qulaq xəstəlikləri", A.Qaltiçinin "Uşaq xəstəlikləri", V. Skvortsovun "Farmakologiya kursu", E. Freyzeldin "Histologiya" adlı kitabları və digər müəlliflərin dərslikləri Azərbaycan dilinə tərcümə edilib. Ümumiyyətlə, 1930-1945-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs vəsaiti nəşr olunub ki, onların da 55-i Əziz Əliyevin instituta rəhbərlik etdiyi beş il ərzindəki yaradıcı və məhsuldar dövrə təsadüf edir. Professor Əziz Əliyev Azərbaycan Tibb Universitetinin hazırkı əsaslı kitabxanasının təşkilatçısı və yaradıcısı olub. Görkəmli alimin təşkil etdiyi tibbi kitabxana unikal nəşr ev Kliniki Tibb Mərkəzinin yaxınlığında tibb şəhərciyinin inşasına başlanıb. Sonralar həmin şəhərcikdə tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları tikilib. Bu iş ulu öndər Heydər Əliyevin ölkəmizə
başçılıq etdiyi dövrdə uğurla başa çatdırılıb.


1933-1934-cü illərdə ölkədə çörək qıtlığı yarandığından tələbələrin güzəranı xeyli ağırlaşıb. Əziz Əliyevin təşəbbüsü ilə o zaman "Azad qadın" heykəlinin yanındakı məktəbin birinci mərtəbəsində tələbə yeməkxanası təşkil edilib. O, tələbələrə gündə 500-600 qram çörəklə bərabər pulsuz yemək də verdirib. Əziz Əliyev Tibb İnstitutunda rektorluq fondu yaradıb və həmin fondun hesabına ehtiyacı olan tələbələr üçün hər il paltar, ayaqqabı, tədris ləvazimatı aldırıb. Görkəmli alim hər il institutun son kurs tələbələrinin ən yaxşılarını, istedadlılarını seçib Moskvanın və Sankt - Peterburqun məşhur ali tibb məktəblərinə göndərər, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradardı. Belə vaxtlarda o özünü hərtərəfli xeyriyyəçi kimi aparar, digər şəhərlərə təhsil almağa gedən tələbələrə pul yardımı edər, onları öz hesabına geyindirərdi.


1936-1940-cı illərdə bacarıqlı səhiyyə təşkilatçısı malyariya və traxomaya qarşı mübarizədə xüsusi fəallıq göstərib. Uğurla həyata keçirilən ciddi tədbirlər sayəsində respublikada tüğyan edən bu dəhşətli xəstəliklərin kökü kəsilib. Əziz Əliyevin başçılığı ilə xüsusi dispanserlər, şəhər və kəndlərdə 50 yerlik göz xəstəxanaları açılıb.
İkinci dünya müharibəsi illərində Əziz Əliyev alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana göndərilib. Təbrizdə, Urmiyada, Ərdəbildə, Mərənddə, Zəncanda olub.

Onunla birlikdə gedən və mədəni-maarif işi ilə məşğul olan ziyalılardan - Osman Sarıvəlli, Süleyman Rüstəm, Ənvər
Məmmədxanlı, Qılman Musayev, İsrafil Nəzərov, Əhəd Bağırzadə, Qulam Məmmədli, Mehdixan Vəkilov, Cabbar Məcnunbəyov "Vətən yolu" qəzetinin redaksiyasında fəaliyyət göstəriblər. Əziz Əliyev Cənubi Azərbaycanda İmran Qasımov, Rəsul Rza, Mehbalı Əmiraslanov və başqaları ilə də yaxın təmasda olub. Onlar Azərbaycanın ağrılarını ürəklərində çəkərək vətən naminə fədakarcasına çalışıblar.


Əziz Əliyevin fəaliyyət dairəsi olduqca rəngarəng və çoxcəhətlidir. O, müəyyən müddətdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. Akademik Mustafa bəy Topçubaşov haqlı olaraq yazıb: "Əziz, Aşıq Ələsgər demişkən, hər elmdən hali idi. Onun hansı institutu bitirdiyini müəyyənləşdirmək çətin idi. Əziz Əliyev bütün sahələrdə özünü yüksək səviyyəli mütəxəssis kimi göstərə bilirdi. O, əsl "cəmiyyət həkimi" idi. Çünki Əziz ictimai sağlamlığın mahiyyətini, onu müəyyən edən amillər kompleksini, təbabətin sosial-gigiyenik problemlərini, səhiyyənin əsaslarını və başqa məsələləri çox yaxşı bilirdi. O, sağlamlığa universal hüquq kimi baxırdı. Təbabətin
atası Hippokrat həkimlər üçün nə diləmişdisə, hamısı Əziz Əliyevdə var idi". Böyük alim səhiyyənin ümumbəşəri prinsiplərini və beynəlxalq problemlərini heç vaxt nəzərdən qaçırmırdı. Azərbaycan səhiyyəsinin kütləvilik prinsiplərinin sadəcə təşəbbüskarı deyil, eyni zamanda əsas təşkilatçısı olmuşdu. Belə ki, 1940-cı ildə Göyçay rayonunda təkcə həkimlər, tibb işçiləri yox, bütün əhali "Profilaktik və sağlamlaşdırıcı aylıq" şüarı ilə geniş bir dairədə abadlıq, sanitariya-təmizlik, profilaktika, əks-epidemik tədbirlər, yaşıllıq və digər işlərlə məşğul olmuşdur. Bu tədbir 27 iyul 1940-cı ildə Azərbaycan SSR XKS-in kollegiyasında yüksək qiymətləndirilmişdir.
Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan MSSR Vilayət Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü yetkin və bacarıqlı dövlət xadimi kimi göstərə bilmişdir. O, 1949-1950-ci illərdə Moskvada ÜİK(b)P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində fəaliyyət göstərmişdir. Əziz Əliyev I-II çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

O, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olmuşdur. Əziz Əliyev vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə görkəmli həkim və alim, mahir səhiyyə təşkilatçısı və bacarıqlı sərkərdə, səriştəli rəhbər və təcrübəli dövlət xadimi kimi yüksək qiymətləndirilib. O, iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən müharibəsi ordeni, "Səhiyyə əlaçısı" döş nişanı və bir çox medallar, o cümlədən
1948-ci ildə "Moskvanın yaranmasının 800 illik xatirə medalı" və çoxsaylı fəxri fərmanlarla təltif edilmişdir. Dağıstanda işləyərkən dağıstanlılar Əziz Əliyevə üzərində onun əksi həkk edilən xüsusi medalyon bağışlayıb və bu, xalq məhəbbətindən doğan ali duyğunun təntənəsinə çevrilib. Həmin medalyon Azərbaycan Tarix Muzeyində saxlanılır. 1960-cı ildə Əziz Əliyevə Azərbaycan SSR-in əməkdar həkimi fəxri adı verilib. Bir müddət rektor kimi fəaliyyət göstərdiyi ADHTİ, Bakının mərkəzi küçələrindən biri, Mahaçqalada bir küçə Əziz Əliyevin adını daşıyır. 


Akademik M. Topçubaşov Əziz Əliyev haqqındakı xatirələrində yazırdı: "Qəribə oğlan idi Əziz. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda tayı-bərabəri yox idi". Bəli, onun kimi oğullar dünyaya hər gün gəlmir. Belə şəxsiyyətlər Azərbaycanı yaşadır. 1998-ci il may ayının 14-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə dövlət səviyyəsində Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi təntənə ilə qeyd edilmişdi. Ümummilli lider yubiley gecəsində alimə xas xüsusiyyətlərin incəliklərinə yaxşı bələd olduğunu söyləmiş və onun insani keyfiyyətlərindən danışmışdır: "Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə çox sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o, hazırlayıb irəli çəkmişdi. Azərbaycan
incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimlərilə çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi. Yüksək səviyyədə savadlı, mədəni adam
olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi". 2006-cı il dekabrın 5-də ölkə Prezidenti cənab İlham Əliyev böyük alim, ictimai-siyasi xadim Əziz Əliyevin 110 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında xüsusi sərəncam imzaladı. 2007-ci ildə alimin yubileyi ölkə ictimaiyyəti tərəfindən təntənəli şəkildə qeyd olundu. Son dərəcə çətin, eyni zamanda şərəfli bir ömür yaşayan, kəşməkeşli yollardan keçib zirvələrə yüksələn Əziz Əliyev Azərbaycan səhiyyəsində, Azərbaycanın tibb aləmində əbədiyaşarlıq qazanmış bir şəxsiyyətdir. Onun ömür yolu gənclərimizə örnək, gələcəyimizə çıraqdır!

Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət mükafatı laureatı


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər