İsa Peyğəmbəri kim satıb? — Kariotlu İuda satqın idi, yoxsa..?

20:55 / 23.06.2019
Baxılıb: 4280

İuda adı bütün bəşəriyyət üçün, xüsusən də xristian aləmi üçün lənətlə anılan addır. Xristianlığın satqını, yeni yaranmış dinin banisi onun köməyi ilə romalılar tərəfindən həbs edilib. Romalılar sonradan İsa Peyğəmbəri edam etdilər. Bütün tarix boyu İuda Peyğəmbər qatili kimi anılıb.

Əslində İuda haqqında məlumat həddən artıq azdır.

Dini kitablar

İncildə İuda İskariot adını da daşıyır. Rus dilindən tərcümədə bu söz Kariotlu İuda kimi tərcümə edilir. Buradan belə məntiq çıxır ki, Kariot hansısa yer və ya şəhər adıdır. Amma tarixçilərin fikrinə görə, Kariot adlı heç bir şəhər mövcud olmayıb. Tarixi mənbələrdə belə bir şəhərin adına rast gəlinmir. Söz birləşməsinə uyğun gələn yeganə şəhər adı Krayotdur (İsraildə yerləşir). Amma bu şəhərin həqiqətən də İudanın vətəni olub-olmaması məlum deyil. Bundan başqa, “iş-keriyot” yəhudi dilindən tərcümədə “şəhər ətrafından olan kişi” mənasını verir. Buna görə də Keriyot şəhərətrafı deməkdir. İddia etmək mümkündür ki, İuda naməlum Kariot şəhərindən yox, Qüds yaxınlığında yerləşən hansısa bir kəndin sakini olub.

Rəsmi tarix

Həmin Yeni Vəsiyyət kitabında İuda İskariotdan başqa İuda Simonov adı da var. Bəzi alimlərin fikrinə görə, İuda İskariotla İuda Simonov eyni adamdır. Amma bu Simonun kim olması barədə məlumat da qaranlıqdır. O, ya atadır, ya da böyük qardaş.

İuda haqqında bir məlumat dəqiqdir:- O, İsa Peyğəmbərin 12 həvarisindən biri olub və bu kiçik cəmiyyətin xəzinədarı vəzifəsini icra edib. Burada isə İudanın hörmətli kişi kimi qeyd edilməsi anlaşılır. Xəzinədar məsuliyyətli şəxs olmalı idi. Yoxsa onu bu vəzifəyə təyin etməzdilər. Eyni zamanda, İudanın qənaətcil olduğu, lazımsız və əsassız xərclərə qarşı çıxdığı, pulun dəyərini bildiyi barədə də dəqiq məlumat var. Təbii ki, bu məsələ İsanın tələbələrinin xoşuna gəlmirdi. İudanı xəsislikdə ittiham edirdilər. Sonradan isə onun ümumi xəzinədən pul oğurlaması barədə əfsanə yarandı. Çox güman ki, bu yanlışdır. Çünki İsanın yaşadığı dövrdə oğrunun xəzinədar kimi fəaliyyət göstərməsi mümkün deyildi. İudanın bədxərcliyə qarşı olması anlaşılan idi. Çünki İsanın tələbələri imkanlı adamlar deyildilər və toplanan ianə pulları ilə dolanırdılar.

İuda barədə rəsmi tarix çox qısadır. Onun Peyğəmbərin yanına tələbə kimi necə və haradan gəldiyi məlum deyil. O dövrün tarixi məlumatlarında İuda qarşımıza xəzinədar kimi çıxır. Hətta İudanın Vifaniyalı Mariyanı bədxərclikdə ittiham etməsi barədə də məlumat var. Mariya İsanın ayaqlarına 300 dinarlıq məlhəm çəkəndə İuda buna etiraz edir və deyir ki, bu pula yoxsulları qida ilə təmin etmək olardı.

Gizli Gecə

Gizli Gecə vaxtı İsa 12 həvarisi ilə masa arxasında əyləşir. Məclisdə iştirak edənlər çörəklərini ümumi qaba batırırlar. İsa isə birdən deyir ki, masa arxasında onunla birlikdə əyləşən, İsa ilə çörəyini yeməyə batıran tələbələrindən biri onu satacaq. Ümumi qaba hamı loxmasını batırdığı üçün məclisdə ümumi şaşqınlıq yaranır. İsa isə əlavə edir: “əgər sən bunu etməyi düşünmüsənsə, tələs, gecikmə”. Guya İuda da Peyğəmbəri başa düşür və onu satmağa gedir. İsanı təhvil verdiyi üçün sinedriondan 30 gümüş pul alır.

Məclisdən sonra İsa Eleon dağına gecələmək üçün yola düşəndə İuda romalıların dəstəsini ora aparır və Peyğəmbərin yerini onlara göstərir. İuda İsaya yaxınlaşır və onu öpür. Xristianlar bu öpüşü satqın öpüşü adlandırırlar.

İudanın taleyi

İudanın sonrakı taleyi barədə məlumatlar müxtəlifdir. Bəzi iddialara görə, İuda satqınlıq etdiyi üçün aldığı pulu geri qaytarır. Çünki o, törətdiyi əməldən peşman olmuşdu. Sonra İuda özünü asır. Başqa bir versiyaya görə isə, İuda aldığı pula torpaq sahəsi alır. Bu ərazi dulusçu sahəsi adlanırdı. Çünki torpaq sahəsinin əvvəlki sahibi dulusçu olub. O, ya bədbəxt hadisə nəticəsində həyatını itirib, ya da özünü asaraq bu dünyadan köçüb.

Birinci versiya torpaq sahəsinin alınması ilə əlaqədar olmadığı üçün İncil mətnləri bunu tez düzəldir: Sinedrion üzvləri geri qaytarılan pula torpaq sahəsi alırlar və bu ərazini ziyarətçilərin qəbiristanlığına çevirirlər. Müqəddəs Kitaba görə, İudanın ölümü belə olub: O, boynunu kəndir ilgəyinə keçirir. Amma kəndir İudanın çəkisinə dözmür və qırılır. Yıxılan İudanın daxili orqanları zədələnir.

Amma İuda ilə bağlı tarixdə ziddiyyətli məlumatlar var.

Anlaşılmaz təfərrüatlar

Birincisi, 30 gümüş pul məbləği naməlumdur. Hətta bu pulun hansı dövlətə məxsus olduğu da bilinmir. Əgər İsanın dövründə tədavüldə olan kiçik gümüş sikkədən söhbət gedirsə, o dövrdə 30 gümüş sikkəyə ən lazımsız torpaq parçası da almaq mümkün deyildi. Əgər söhbət tikintidən gedirsə də, yenə də mümkün deyil. Bu səbəbdən torpaq sahəsi də, onun dəyəri də qəribədir.

İkincisi, İuda özünü ağacdan asır. Bu yəhudilərdə biyabırçı ölüm sayılırdı. Amma hansı ağacdan? Yeni Vəsiyyətin rus dilinə olan tərcüməsində ağcaqovaq mənasını verir. Hətta göstərilir ki, bu hadisədən sonra ağcaqovaq ağacları yaşadığı qorxuya görə əsməyə başlayırlar. İsraildə ağcaqovaq harada bitir ki? Heç yerdə. Bu səbəbdən həmin versiya üçün İudaya xristianlar müxtəlif ağaclar seçiblər (mətndə bu ağac ağcaqovaq kimi yox, İuda ağacı kimi keçir). Bu zaman alimlər və təfsirçilər İsrailin landşaftını nəzərə alaraq şam ağacı, toz ağacı və s. ağacların adını qeyd edirlər.

Üçüncüsü, mətnə əsasən, ya o müəyyən səbəbdən ölüb, ya da özünə qəsd edib. Əgər İuda xəstəlikdən ölübsə, deməli özünə qəsd etməyib. Yox əgər özünə qəsd edibsə, daxili orqanları niyə qarnından çölə çıxıb? Daxili orqanların çölə tökülməsi ilə bağlı ölüm məsələsi qəribə bir məntiq ortaya çıxarır: hansı zədələr qarnın yarılaraq orqanların çölə çıxmasına səbəb ola bilərdi? Ancaq bir halda, əgər İudanın bədəni göbəyindən boğazına qədər cırılsaydı, bu mümkün ola bilərdi. Deməli İuda xəncərlə qətlə yetirilib, sonra asılıb. Kəndir isə onun ağırlığına tab gətirməyib.

Nekanonik bioqrafiya

Nekanonik versiyaya əsasən, İuda ən bədbəxt gündə, 1 aprel tarixində anadan olub. Onun doğumundan əvvəl anası dəhşətli yuxu görüb. Yuxuya görə, yeni doğulacaq körpə ailəyə ölüm gətirəcək. Bu səbəbdən qadın uşağı doğan kimi səbətə qoyub yaxınlıqdakı çaya atır. İuda ölmür və kəhanət baş verir. O, Kariof adasında böyüyür və evə qayıdır. Yunan faciəsinin qəhrəmanı Edip kimi atasını öldürür və anası ilə əlaqəyə girir. Bədbəxt İuda hansı günah əməli etdiyini anlayanda 30 il ərzində hər gün ağzına su alaraq dağa gedir və qurumuş ağacı sulayırdı. Sonra isə ağac yaşardı. Bu hadisədən sonra İuda İsanın tələbəsi olur.

Başqa bir əfsanəyə görə İuda və İsa uşaqlıqda qonşu olublar. İuda uşaq vaxtı xəstə olduğu üçün anası onu İsanın yanına gətirib. Bu vaxt İsanın yaşı az olsa da, insanları sağaltmaqla şöhrət tapmışdı. İsa İudanı müalicə edir. İuda isə əsəbləşərək xilaskarını dişləyir. Onun dişlədiyi yerdə çapıq izi qalır. Romalı legioner isə nizəsini məhz bu çapıq olan yerə sancır. İsa İudanı sağaldır, İuda isə böyüyərək İsanın tələbəsinə çevrilir. Bu versiyaya əsasən, İuda İsanın qardaşı kimi idi və ona paxıllıq edirdi. Başqa bir versiyaya görə isə, İsa İudaya paxıllıq edirdi. İuda isə qardaşını o qədər çox istəyirdi ki, bütün möcüzələri özü edir, əldə etdiyi şöhrəti İsanın ayağına yazırdı.

İudanın yazdığı İncilə əsasən, onun İsa ilə tanışlığına qədər olan həyatı haqqında məlumat verilmir. İuda İsanın ölümündən sonra özünə qəsd etməyib və xəstəlikdən ölməyib.

Məxfi İncil

Bu kitaba əsasən, İuda xristianların iki min il düşündüyü kimi satqın və yaramaz deyil. İuda yaxşı insan və müəlliminin ləyaqətli tələbəsidir. Satqınlıq kimi görünən məsələ əslində belə deyil. İsa məhz İudaya bəşəriyyətin taleyi və dünyanın yaranması barədə ən gizli bilikləri öyrədir. Məhz İuda İsanın ən sadiq tələbəsi idi. Buna görə də müəllimini satmaq kimi böyük yük onun çiyninə qoyulmuşdu. Çünki İsanın taleyi belə idi və belə olmalı idi. İuda bu missiyanı yerinə yetirsə də, yeni inancın davamçıları tərəfindən lənətlənəcəyini, satqın kimi anılacağını bilirdi. Çünki heç kəs İsanın bu əmrini və qurbanın niyə verildiyini heç vaxt anlamayacaqdı.

Bu barədə məlumat ictimaiyyətə çatdırıldıqdan sonra Vatikanın bir neçə yüksəkçinli məmuru İudaya qarşı münasibəti yenidən nəzərdən keçirmək barədə məsələ qaldırdı. İudaya qarşı ədalətin bərpa edilməsindən başqa, onu haqlı çıxararaq antisemitizmə son qoymaq nəzərdə tutulub. Çünki antisemitizmin əsas səbəblərindən biri də xristianların yəhudiləri İsanı qətlə yetirməkdə günahlandırmalarıdır.

Hikmət
Ölkə.Az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər