Onun əsl ad-soyadı Veniamin Vaysman olub. Amma o, özünü başqa soyadla təqdim edib – Kuznetsov. Bu adlarla yanaşı, sonralar daha bir ad da qazanıb – “Qroyssmester”…
Vaysman Veniamin 1946-1947-ci illər ərzində Stalin hakimiyyətinin 27 naziri (xalq komissarı) ilə görüşməyə, onlarla həmsöhbət olmağa, fikir mübadiləsi aparmağa nail olub. Sonuncunu çıxmaq şərtilə bütün görüşlər uğurlu keçib. Bu “uğurlar” şəxsən İosif Stalinin də çox böyük marağına səbəb olub…
Bu “maraqlı” adam hansı istedadına, bacarığına görə Kreml məmurlarının diqqətini cəlb edib? Kim olub Veniamin Vaysman?
Veniamin 1914-cü ildə Jitomirdə anadan olub. Kiçik yaşlarından valideyn nəzarətindən yayınan Vaysman uşaqlıqdan cibgirlik və oğurluqla məşğul olub. Buna görə o, düz 10 dəfə cəzaçəkmə müəssisəsinə göndərilib. 8 dəfə qaçmağa nail olub. Sonuncu dəfə qaçıb bir neçə gün meşələrdə gizlənəndə donvurmadan iki ayağını və bir əlində 3 barmağını itirib. Sonra Vaysman sənədlərini dəyişərək məhkumluqlarını gizlətməyi də bacarıb. Tanınmaması üçün Jitomirdən köçüb.
Müharibədən sonra Vaysman böyük planlarını həyata keçirməyə başlayıb. Bununla da onun böyük “talant”ı da üzə çıxıb. Belə ki, döyüşçü paltarı əldə edərək sinəsinə 10-15 dənə əldə düzəldilən saxta orden və medal asıb. Bu “təltif”lərin arasında Sovet İttifaqı Qəhrəmanı adı da olub. Özü də iki dəfə. Bu libasda Vaysman Kuznetsov soyadı ilə nazirlərin qəbuluna düşüb.
O, ilk hədəfi olaraq SSRİ qida sənayesi naziri Vasili Zotovu seçib. Özünü nazirə müharibə vaxtı tank diviziyasının qərərgah rəisi kimi təqdim edib. Güclü fantaziyaya malik Vaysman müharibə səhnələri haqqında elə maraqlı söhbətlər edib ki, hətta öz gözləri də yaşarıb. Təbii ki, həmişə məşğul olan nazir Zotov müharibənin yenicə qurtardığı bir ərəfədə “qəhrəman”ı dinləmək məcburiyyətində qalıb. Sonda Vaysman gəlişinin səbəbini açıqlayıb, ehtiyacları haqqında nazirdən xahişlər edib. Zotov “qəhrəman veteran”ı 900 rubl pul və 500 rublluq defisit ərzaq məhsulları ilə yola salıb.
Beləliklə, Vaysman öz “sehrli libas”ı ilə özünü gah təyyarəçi, gah tankçı, gah da kəşfiyyatçı qismində təqdim edərək 27 nazirin kabinetində maddi problemlərini əsl “qəhrəman” kimi həll edə bilib.
Vaysmanın SSRİ-nin qara metallurgiya naziri Ovanes Tevosyanla görüşü daha “maraqlı” keçib. Bu dəfə Vaysman özünü təyyarəçi kimi təqdim edib. Müharibənin qızğın vaxtalarında Vasilinin (İosif Stalinin oğlu) onu necə xilas etməsi səhnəsi erməni naziri kövrəldib.
Vaysmanın nazir kabinetlərini tez-tez dəyişməsi şübhələrə səbəb olub. Nəhayət, nazirlər tədbirlərdə görüşəndə bir-birləri arasında bu “qəhrəman” haqqında söhbət salarkən məlum olub ki, gah təyyarəçi, gah tankçı, gah da kəşfiyyatçı olan Kuznetsov onları böyük ustalıqla aldadıb.
Nazirlər bu haqda daxili işlər naziri İvan Serovu məlumatlandırıblar. Serov Moskva şəhər cinayət-axtarış idarəsinin rəisi qarşısında Vaysmanın həbsi üçün konkret tapşırıq qoyub. Bununla yanaşı, İvan Serov hadisəni bütün təfərrüatı ilə Stalinə məruzə edib. Stalin məruzəni acı bir təbəssümlə dinləyib, “mənim nazirlərim aldanılırlarsa, biz çox da irəli gedə bilməyəcəyik” deyə göstəriş verib ki, axtarış tədbirləri ilə bağlı mütəmadi olaraq onu məlumatlandırsınlar.
Vaysmanı ələ keçirməkdə problem ondan ibarət olub ki, onun daimi yaşayış yeri olmayıb və o, hətta tez-tez yaşadığı şəhərləri də dəyişib.
Hüquq-mühafizə orqanları bütün zəruri tədbirləri həyata keçiriblər, dövlət qurumları tam nəzarətə götürülüb, “kriminal” aləmin tanınmışları sorğu-suala tutulub, amma “qəhrəman”dan xəbər verən tapılmayıb.
Vaysman hələ ki, əldə etdiyi pulları xərcləyərək yuxarılarda nə baş verdiyindən, hədəfə çevrilməyindən, Stalinin göstərişindən xəbərsiz olub. Elə ki, pullar xərclənib qurtarıb, Vaysman yenidən “sehrli libas”ını geyinib.
Növbəti dəfə o, SSRİ ağır sənayə naziri Aleksandr Yefremovu özünə hədəf seçib. Nazirin qəbul otağından kabinetə asanlıqla keçən Vaysman ssenarisini işə salıb, Stalinqrad döyüşlərindəki “qəhrəmanlığına” görə nazir Yefremov “səxavət” göstərərək ona 2 min rubl maddi yardım göstərməyə qərar verib. Vaysmanı qəbul otağına qədər yola salan nazir deyib ki, pulu elə indi gedib nazirliyin birinci mərtəbəsindəki kassadan ala bilər. Sevincək olan Vaysman kassaya yaxınlaşanda onu həbs ediblər.
Cinayət işində yüksəkçinlilərin adı keçdiyinə görə Vaysmanın məhkəməsi qapalı keçirilib. “Qəhrəman” bütün günahlarını etiraf edib. Ona son söz veriləndə bir cümlə söyləyib: “Təəssüfləndiyim yalnız bir şey var ki, Stalinin kabinetinə gedib çata bilmədim…”
Məhkəmənin hökmü ilə Vaysman Veniamin 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bəzi versiyalara görə, onun cəzasının belə az olması Stalinin göstərişi ilə olub. Əslində Vaysman törətdiyi cinayətlərə görə daha ağır cəzaya məhkum edilməli idi.
Vaysman azadlığa çıxdıqdan sonra Moskva şəhər milis idarəsinin rəisi ilə görüşüb, bir daha cinayət törətməyəcəyinə söz verib və əlillər evinə yerləşdirilməsi üçün ona köməklik göstərilməsini xahiş edib. Milis rəisi onun xahişini yerinə yetirib, Vaysman Orenburqda əllillər evinə yerləşdirilib.
Öz “peşə”sinin qroyssmesteri olan Vaysman Veniamin 1969-cu ildə, 55 yaşında əllillər evində vəfat edib. (musavat.com)
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024