Türkün oxunmamış bəlgələri : Nüvədi-Qarqadaşı kitabəsi

14:26 / 04.07.2019
Baxılıb: 3370

Mənsur Rəhbəri

Azərbaycan xalqının əzəli torpaqlarından olan Zəngəzur mahalı ən qədim mədəniyyət beşiklərindən biridir. Keçən əsrin əvvəllərində qaniçən erməni vəhşiləri tərəfindən işğal edilmiş bu əzəli türk yurdunun hələ də düşmən tapdağı altında olması hər bir vətənsevər türk övladı kimi bizim – Güney Azərbaycan türklərinin də ürək ağrımızdır. Bu məqalədə həmin bölgədən tapılan və türklüyün tarixi baxımından son dərəcə böyük önəm daşıyan bir tarixi sənəddən söhbət açılacaqdır. Bu sənəd Qərbi Azərbaycan torpaqlarının, o cümlədən Zəngəzur mahalının ən qədim zamanlardan əzəli türk yurdu olduğunu təkzibedilməz şəkildə sübut edən tutarlı bəlgələrdən biridir. Söhbət adı çəkilən mahalın Muğru bölgəsinin Nüvədi kəndi yaxınlığında yerləşən Qarqadaş dağında rast gəlinmiş əski qayaüstü təsvirlərdən və onların olduğu yerdə qədim türk-run əlifbası ilə yazılmış bir yazıdan gedir.
Sözügedən ərazi tarixən alban boylarından biri olan qıpçaq mənşəli qarqar (gərgər, xarxar) xalqının yaşadıqları geniş areala daxil olduğundan yazı nümunəsi də, çox güman ki, həmin xalqa aiddir. Yazının yazılma tarixinə gəldikdə onu V əsirdən əvvələ aid etmək lazımdır, çünki həmin əsrdən etibarən bu ərazidə qədim alban əlifbasından istifadə edilməyə başlamışdır.

Qarqadaş yazılı abidələri ilk dəfə 1985-ci ildə Nüvədi kənd sakini Həmzə Vəli tərəfindən elm aləminə tanıdılmışdır. Konkret olaraq, runik yazıya gəlincə, o, Göytürk yazılarından, demək olar ki, heç nə ilə fərqlənmir, Diqqəti daha çox çəkən əsas fərq Qarqadaş yazısında Orxon-Yenisey abidələrində  sözayrıcısı kimi işlənmiş qoşa nöqtədən istifadə edilməyib, əvəzində isə bəzi sözlər arasında məsafə saxlanılıb.

Bəri başdan qeyd edək ki, yazı dilçilik baxımından qədim mətnlər kateqoriyasına aid olsa da orada anlaşilmayan bir söz və ifadə yoxdur, mətnin dili, fonetik və leksik tərkibi bütünlüklə Göytürk yazılarının dili ilə səsləşlir,
 
 Mətn belə səslənir: 
 
ONı  UÇUK  eRiNÇ  AS  YeLiNÇ  əSRi  UDSuN  KaN  əNGRiZ  GÖÇü  Bok eRiNÇ aRZ(J)uLa BaRÇa 
 
Yazıdakı sözlərin izahı : 
 
ONı: önü, qabağı ( yazıda qalın saitlərlə ifadə olunub )
UÇUK :  uçqun, uçmuş yer. Qədim qaynaqlarda müxtəlif mənaları olsa da burada  mətnin möhtəvasını nəzərə alaraq yerli türk dilinə daha üstünlük verdiyim üçün onu uçqun kimi məna etdim.
 
eRiNÇ:olsun . Əski Göytürk yazılarında əsasən köməkçi fel kimi işlənən bu kəlmə  burada müstəqil vahid kimi çıxış edir. Sözün“bəlkə də”,”ola bilsin ki” mənaları da var(DLT). “ermək”kökündən yaranıb (Əski uyğur sözlüyü).
 
AS: yırtıcıların yemi, onlara verilən ət payı. ( DLT )


YeLiNÇ: yemək. Yelmək (DLT). felindən duzəldilmişdir. Buradakı “nc” şəkilçisi felin arzu formasının yaradılmasına xidmət edir. Yəni “yırtıcılara yem olasınız!”
 
 
əSri: bəbir ( Kitab əl-İdrak li-lisan əl-Ətrak ) pələng ( DLT )
 
UDSuN: təqib etmək, qovmaq (DLT ) Udmaq felinin arzu forması. Bu günkü dilimizdəki udmaq feli ilə əlaqəsi yoxdur.
 
KaN:qan ( ümumtürk).


əNGRiZ: ağlayın . əngrəşdi- ağladı (DLT).


GÖÇü: köçü. Bugünkü mənada (Hər hansı bir elatın yaylağa və ya qışlağa köçü).


BoK: nəcis, təzək.


eRiNÇ: olsun .


aRJuLa: Qaşğarlı Mahmud “arju” kəlməsini çaqqal, ondan törəmə olan “arjulayu”sözünü isə “çaqqalların  bir şeyin, məsələn, leşin ətrafına toplaşması kimi izah etmişdir.
 
 
BaRÇa: bütün, bütöv.
 
 
Son iki kəlmə (arjul barça) birlikdə söz birləşməsi əmələ gətirir və “meyidinizin üstünə çaqqallar toplaşsın” anlamını verir.
 
Bu günkü türkcə ilə :
 
 
Önünüz uçqun olsun, yırtıcılara yem olun, bəbir qovsun, qan ağlayasınız, köçünüzə pox olsun, çaqqallar leşinizə toplaşsın!

 
Oxunuşun doğru olduğunu həmin yazının yanında cızılmış eyni məzmunlu qayaüstü təsvir də sübut edir. Burada bir-yerdən digər yerə köç edən çobanlara bəbirlərin və çaqqalların hücum etdiyi, nəticədə çobanlardan və heyvanlardan bəzilərinin öldüyünü, sağ qalan çobanların özlərini və heyvanları xilas etməyə çalışdığı, eləcə də bəbirlərin heyvanları qovduğu, çaqqalların leşə toplaşdığı açıq-aydın görünür.

Görünən budur ki, burada həm şəkil-yazı,  həm də fonetik yazı üsulu ilə eyni məzmunlu iki mətn yazılmışdır. Maqiya sənəti nümunəsi kimi gözdən keçirilə biləcək və qarğış mahiyyəti daşıyan bu yazılar xalq arasında cadı-piti kimi   tanınan inancın klassik nümunəsi hesab edilməlidir. Mətni qiymətli folklor nümunəsi kimi gözdən keçirmək də mümkündür.(bextiyartuncay.wordpress.com)


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər