Tarixi şəxslər barədə qalmaqallı faktlar

17:06 / 15.07.2019
Baxılıb: 3290

Uinston Çörçil


Məşhur siyasətçi, Böyük Britaniyanın Baş naziri olmuş Uinston Çörçil bir natiq və dövlət xadimi kimi o qədər məşhurlaşmışdı ki, “BBC” 2002-ci ildə onu Britaniyanın ən görkəmli şəxsi elan etmişdi. Çörçil öz bəlağətli nitqləri ilə insanların rəğbətini qazana bilirdi, ancaq bir çoxları onun mənfi cəhətlərini bilmirdi. Çörçilin çoxlarına məlum olmayan aforizmləri:
“Mən daha ali və güclü bir irqin gəlib, Amerika hindularının və ya Avstraliyanın qaradərili əhalisinin torpağını işğal etməsini və onlara edilənləri böyük səhv kimi qəbul etmirəm”.
“Mən qazdan istifadə edilməsinin əleyhinə olan vasvasılılığı başa düşə bilmirəm. Qətiyyətlə deyə bilərəm ki, qeyri-sivil qəbilələrə qarşı zəhərli qazdan istifadə olunmasının tərəfdarıyam”. 

Adolf Hitler 


Son illərdə Nasist Almaniyasının füreri olmuş Hitlerə məxsus sənədlər üzərində aparılan araşdırmalardan məlum olub ki, o, 1934-cü ildə Almaniyanın kansleri olan zaman 6.3 dollar həcmində vergidən yayınıb. Amma Hitlerin bəxti gətirib və ona borclarını bağışlayıblar. Deyilənə görə, o təkcə “Mein Kampf”ın satışından 1.2 milyon reixmarks qazanıb, ancaq buna görə ödəməli olduğu 600.000 reixmarksı da ödəməkdən yayınıb. Ona vergi borclarını bağışlayan rəsmilərə Hitler hər ay 2000 rexmarks “bəxşiş verirdi”.

Mahatma Qandi


36 yaşında olarkən Qandi evli olmasına baxmayaraq, sitayiş etdiyi dinin qanunlarına uyğun olaraq, müdrikləşmək üçün cinsi əlaqəyə girməməyi qərara almışdı. Amma o qocaldıqca sekslə daha çox maraqlanmağa başlayıb, hətta iş o yerə çatıb ki, seks onun ən çox danışdığı mövzu olub (ikincisi dinc mübarizə idi). O, öz iradəsini gücləndirmək və daha da müdrikləşmək üçün gənc qadınlara çılpaq vəziyyətdə yatırdı. Bu qadınlardan biri olan Manunun həyat yoldaşı Kanu Qandi isə onun qohumu idi. Qandinin stenoqrafçısı onun Manu ilə çılpaq halda yatan şəklini gördükdən sonra vəzifəsindən istefa vermişdi.

Corc Vaşinqton 


Amerikanın tarix kitablarında ABŞ-ın 1-ci prezidenti olmuş Corc Voşinqtonun özünün istəməməsinə baxmayaraq, ordu komandanı seçilməsindən, hətta onun bu vəzifəyə görə əmək haqqı almaqdan imtina etməsindən bəhs edilir. İnsanların onun prezident olmasını istəməsinin əsas səbəbi kimi, Vaşinqtonun çox dürüst olması, insanların ona güvənməsi və heyran olması göstərilir, onun ölkədə ən çox inanılan, hörmət edilən insan olması iddia edilir. Amma faktlar göstərir ki, Vaşinqton xərclərini ödəmək üçün dövlətdən hesab tələb etmişdi. Buna görə ona əməkhaqqı kimi ildə 12000 dollar ödənilməsi qərara alınmışdı, amma onun aldığı pul bundan dəfələrlə çox idi. Ağıllı adam olan Vaşinqton eyni taktikanı prezident seçiləndə də işlətmək istəmişdi, ancaq bu dəfə onun təklifi rədd edilmiş və ona illik 25.000 dollar əməkhaqqı təyin edilmişdi.
Vaşinqton barədə daha bir skandal fakt onun öz bağçasında marixuana becərməsi barədədir.

Martin Lüter Kinq

 
Protestant reformasiyasını başladan məşhur keşiş Martin Lüter Kinq katolik kilsəsinin zülmünə qarşı çıxdığına görə, həmişə qəhrəman kimi tanınıb. Ancaq bir çox insan onun dəhşətli dərəcədə yəhudi əleyhdarı olduğunu və bunu gizlətmədiyini bilmir. 1543-cü ildə o “Yəhudilər və onların yalanları haqqında” adlı bir yazı yazır və bu yazısında o, yəhudilərin pul, insan hüquqları, dini təlim, təhsildən məhrum edilmələrini, torpaqda işləməyə məcbur edilmələrini və ya Almaniyadan qovulmalarını, hətta öldürülmələrini məsləhət görür.

Tomas Cefferson 


ABŞ-ın məşhur prezidentlərindən biri olan Cefferson deyirdi: “Ağların qaradərililərlə cinsi əlaqəyə girməsi deqredasiyaya səbəb olur. Ki, buna da heç bir vətənsevər razı ola bilməz”. O, belə fikirləri təbliğ etməsinə baxmayaraq, öz qulu Selli Heminqsdən bir neçə uşaq sahibi idi. Cefferson bunu inkar etsə də, bu yaxınlarda aparılan DNT testi nəticəsində uşaqlardan ən azı birinin atasının Cefferson olduğu məlum olub.

Albert Eynşteyn 


Eynşteyn 20-ci əsrin ən böyük zəkalarından biri sayılır. Bir çox adam onun skripka vurğunu olduğunu və onun karyerasına patent ofisində mirzə kimi başladığını bilir. Ancaq bir çox insanın onun hər iki həyat yoldaşına dəfələrlə xəyanət etməsindən xəbəri yoxdur. Birinci həyat yoldaşından ayrıldıqdan sonra, o öz qohumu Elza ilə evlənmişdi. Bundan qısa müddət sonra isə, o, öz katibəsi Beti Neuman ilə eşq macərası yaşayıb. Yerusəlimdəki İvrit universitetində saxlanılan məktublarında onun Elza ilə evli olduğu vaxt, başqa 6 qadınla münasibətinin olmasından bəhs edilir.

Elvis Presli 


Əfsanəvi müğənni, roknrol ulduzu Elvis şəxsi və ictimai həyatdakı uğurları ilə yanaşı, onun gözdən düşməsinə səbəb olan bir sıra xüsusiyyətlərə malik idi. Elvisin məşğul olmaq istədiyi sahələrdən biri də aktyorluq idi. O növbəti Ceyms Din olmaq istəyirdi və nəticədə Ceyms Dinin böyük fanatına çevrilmişdi. O, Ceyms Din və Natali Vudun baş rolda oynadığı “Səbəbsiz üsyan” filminin bütün sözlərini əzbər bilirdi. Hətta Ceymsə yaxın olmaq üçün Elvis Natali ilə münasibətə girmişdi. Onunla ayrıldıqdan sonra Natali bacısına demişdi: “O mahnı oxuya bilir, ancaq bundan başqa heç nə bacarmır”. Ceymsə yaxınlaşmaq üçün Elvis həm də onun ən yaxın dostlarından biri olan Nik Adamsla dostluq etməyə başlamışdı. Onun ölümündən sonra Adamsın həm Ceyms, həm də Elvislə cinsi əlaqəyə girməsi barədə şayiələr yayılıb.

Endryu Conson


ABŞ-da Linkolnun prezidentliyi dövründə vitse prezident olmuş Endryu Consonun aristokratiyaya qarşı güclü nifrəti var idi. Endryu vitse prezident seçilən zamanı dumanlı gözlərlə, viski iyi verə-verə İncili öpür və çıxıb gedir. Amerikanın məşhur qəzeti “New York Times” Endryunun bu hərəkətinə cavabında “Tanrı Linkolnu qorusun” yazmışdı. Ancaq tarixdən də bəlli olduğu kimi “Tanrı Linkolnu qorumadı” (Linkoln sui-qəsd nəticəsində öldürülmüşdü) və Endryu Concon prezident seçildi. Onun prezidentliyi o qədər bərbad idi ki, konqres onun haqqında impiçment tələb etmişdi. Konqres yalnız ikinci cəhddə istəyinə nail olmuşdu.

Papa IX Piy 


1858-ci ilin 23 iyununda o vaxtkı Papa vilayətinin bir hissəsi olan Bolonyada yaşayan yəhudi ailəsinə polis basqın edir və 8 uşaqdan biri olan Edqardonu götürərək Romaya aparır. Polisə bunu etməyi o zamanki Roma Papası IX Piy tapşırmışdı. Romada Edqardon 14 yaşlı katolik qulluqçu olan qız tərəfindən xaç suyuna salınır. Valideynlərinə bir neçə həftə Edqardonu görməyə icazə vermirlər. Mortara ailəsi öz uşaqlarını geri istəyir, ancaq kilsə onlara yalnız dinlərini dəyişib katolik olduqdan sonra uşağı geri ala biləcəklərini deyir, onlar isə dinini dəyişməkdən imtina edirlər. Beynəlxalq etirazlara baxmayaraq, Papa Edqardonu buraxmır və sonda Edqardon da keşiş olur.(kayzen.az) 

 

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər